Rəvayət olunur ki, o (Xanım Fatimə), Əsmaya belə buyurdu: "Mən artıq çox zəifləmişəm və bədənimin əti əriyib; mənim bədənimi (dəfn zamanı) örtmək üçün bir şey hazırlamazsanmı?" Rəvayətçi deyir: Əsma bir taxta gətirdi və onu yerə qoydu, sonra xurma ağacının budaqlarını istədi və onları taxtanın üzərinə bərkitdi. Daha sonra onun üzərinə bir parça örtdü. Fatimə (s.ə.) bunu görüb buyurdu: "Mənim üçün də buna bənzər bir şey hazırla və (vəfatımdan sonra) məni onun içində gizlə (ört)."