Rəvayət olunur ki, o, Cənnətə daxil olduqda və Allahın ona bəxş etdiyi o böyük kəraməti (izzəti) gördükdə bu ayəni oxuyacaq:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ۔ اَلْحَـمْدُ لِلّٰهِ الَّذِيْٓ اَذْهَبَ عَنَّا الْحَزَنَ۰ۭ اِنَّ رَبَّنَا لَغَفُوْرٌ شَكُوْرُۨ۳۴ۙ الَّذِيْٓ اَحَلَّنَا دَارَ الْمُقَامَۃِ مِنْ فَضْلِهٖ۰ۚ لَا يَمَسُّـنَا فِيْهَا نَصَبٌ وَّلَا يَمَسُّـنَا فِيْهَا لُغُوْبٌ۳۵
O zaman Allah Xanım Fatiməyə (s.ə.) belə vəhy edəcək: "Məndən nə diləyirsənsə istə, Səni razı salacaq şeyi Sənə bəxş edim." Xanım Fatimə (s.ə.) belə cavab verəcək:
اِلٰهِیْ اَنْتَ الْمُنٰي وَ فَوْقَ الْمُنٰي، اَسْاَلُكَ اَنْ لَا تُعَذِّبَ مُحِبِّیْ وَ مُحِبَّ عِتْرَتِیْ بِالنَّارِ۔
Allah buyuracaq: "Ey Fatimə! İzzətimə və Cəlalıma and olsun! Mən Səmanı və Yeri yaratmamışdan iki min il əvvəl Öz-özümə and içmişəm ki, Sənin şiələrinə və Sənin nəslinin şiələrinə Cəhənnəm atəşi ilə əzab verməyəcəyəm."