İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: «Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasını oxuyandan başqa heç kəs qurtula bilməyəcək.» (İbn Sənan nəql edir ki,) dedim:«Ğəriq» duası necədir? Buyurdu:
بِسْمِ اللهِ الرَّحمٰن الرَّحِيْمِ
Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!
يَا اَللهُ يَا رَحْمٰنُ يَا رَحِيْمُ يَا مُقَلِّبَ الْقُلُوْبِ ثَبِّتْ قَلْبِىْ عَلٰى دِيْنِكَ۔