RƏCƏB AYININ ON BEŞİNCİ GECƏSİ
Bu gecə çox dəyərli bir gecədir və bir neçə əməli yerinə yetirmək tövsiyə olunur:
2) Gecəni oyaq qalıb ibadətlə məşğul olmaq.
3) İmam Hüseyni (ə) ziyarət etmək: rəcəb ayının on beşinci gecəsi və günündə o həzrəti ziyarət etmək təkid edilmişdir.
4) Altı rəkət namaz qılmaq (iki rəkət-iki rəkət): hər rəkətdə
Fatihədən sonra
Yasin, "Mulk" və "Tovhid" surələri oxunur.
5) Otuz rəkət namaz qılmaq: hər rəkətdə
Fatihədən sonra on dəfə
İxlas surəsi oxunur. Hədislərin birində Həzrət Rəsulallah (s) bu namazın böyük savablarını bəyan etmişdir.
6) On iki rəkət namaz qılmaq (iki rəkət-iki rəkət): hər rəkətdə
Fatihədən sonra bir "Surə" oxunur. Namazları qılıb qurtardıqdan sonra
Həmd,
Fələq,
Nas,
İxlas surələrinin hər biri, "Ayətəl-kürsi" və
Qədr surəsi dörd dəfə oxunur. Daha sonra dörd dəfə deyilir:
اَللّٰهُ اَللّٰهُ رَبِّي
Allah, Allah mənim rəbbimdir, mən Ona heç nəyi şərik qoşmuram, Allahın istədiyi olur, uca və əzəmətli Allahdan qeyri güc-qüvvə yoxdur.
لَا اُشْرِكُ بِهِ شَيْئًا
وَ لَا اَتَّخِذُ مِنْ دُوْنِهِ وَلِيًّا۔
Seyid İbn Tavus "İqbal" kitabında İmam Sadiqdən (ə) bu namazı cuzi fərqlə nəql edir:
Rəcəb ayın on beşi on iki rəkət namaz qıl (iki rəkət-iki rəkət): hər rəkətdə
Fatihədən sonra bir "Surə" oxu. Namazları qılıb qurtardıqdan sonra
Həmd,
Fələq,
Nas,
İxlas surələrinin hər biri, "Ayətəl-kürsi" və
Qədr surəsini dörd dəfə oxu və daha sonra dörd dəfə de:
سُبْحَانَ اللّٰهِ
Allah pak və münəzzəhdir, həmd-səna Allaha məxsusdur, Allahdan qeyri ilah yoxdur, Allah böyükdür.
وَ لَا اِلٰهَ اِلَّا اللّٰهُ
اَللّٰهُ اَللّٰهُ رَبِّي
Allah, Allah mənim rəbbimdir, mən Ona heç nəyi şərik qoşmuram, Allahın istədiyi olur, uca və əzəmətli Allahdan qeyri güc-qüvvə yoxdur.
لَا اُشْرِكُ بِهِ شَيْئًا
لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔