EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Ramazan ayının hər gecəsi bu duanı oxuyun:
<font color="000000"><b>Ey Allahım, Öz rəhmətinə xatir bizi salehlərin zümrəsinə daxil et, cənnət dərəcələrində yüksəlt və suyu ləziz çeşmədən cam ilə sirab et; Öz rəhmətinə xatir hurul-eyni bizə zövcə et, sədəf içində gövhərə bənzər əbədi yeniyetmələri bizim xidmətimizdə et, Cənnət meyvələrindən və quşların ətindən bizə təam ver, bizə qızıl saplarla toxunmuş, ipək və diba parçadan olan geyimlər geyindir; bizi Qədr gecəsini yaşamağa, Öz evinin həccinə və Sənin yolunda şəhid olmağa müvəffəq et; bizim layiqli dua və istəklərimizi qəbul et, Qiyamət günü keçmiş və gələcək nəsilləri bir yerə cəm etdiyin zaman bizə rəhm et, cəhənnəm odundan qurtulmağı bizim taleyimizə yaz, bizi Cəhənnəmdə giriftar etmə, bizi əzab və rüsvayçılığa düçar etmə, acı və pis qoxulu "zəqqum" və "zəri" bitkilərindən bizə yedirtmə, bizi şeytanlarla birlikdə qərar vermə, bizi üzüstə oda atma, odlu geyimləri və qaynar qırdan olan paltarları bizə geyindirmə; ey o kəs ki, Səndən qeyri ilah yoxdur, "Səndən qeyri ilah yoxdur" kəlməsinə xatir bizə hər pisdən nicat ver.</b></font>
اَللّٰهُمَّ بِرَحْمَتِكَ فِي الصَّالِحِيْنَ فَاَدْخِلْنَا،
وَفِي عِلِّيِّيْنَ فَارْفَعْنَا،
وَبِكَاْسٍ مِنْ مَعِيْنٍ
مِنْ عَيْنٍ سَلْسَبِيْلٍ فَاسْقِنَا،
وَمِنَ الْحُوْرِ الْعِيْنِ بِرَحْمَتِكَ فَزَوِّجْنَا،
وَمِنَ الْوِلْدَانِ الْمُخَلَّدِيْنَ
كَاَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُوْنٌ فَاَخْدِمْنَا،
وَمِنْ ثِمَارِ الْجَنَّةِ وَلُحُوْمِ الطَّيْرِ فَاَطْعِمْنَا،
وَمِنْ ثِيَابِ السُّنْدُسِ وَالْحَرِيْرِ وَالْاِسْتَبْرَقِ فَاَلْبِسْنَا،
وَلَيْلَةَ الْقَدْرِ
وَحَجَّ بَيْتِكَ الْحَرَامِ،
وَقَتْلًا فِيْ سَبِيْلِكَ فَوَفِّقْ لَنَا،
وَصَالِحَ الدُّعَاۤءِ وَالْمَسْاَلَةِ فَاسْتَجِبْ لَنَا،
وَاِذَا جَمَعْتَ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَ يَوْمَ الْقِيَامَةِ فَارْحَمْنَا
وَبَرَاۤءَةً مِنَ النَّارِ فَاكْتُبْ لَنَا،
وَفِي جَهَنَّمَ فَلَا تَغُلَّنَا،
وَفِيْ عَذَابِكَ وَهَوَانِكَ فَلَا تَبْتَلِنَا،
وَمِنَ الزَّقُّوْمِ وَالضَّرِيْعِ فَلَا تُطْعِمْنَا،
وَمَعَ الشَّيَاطِيْنِ فَلَا تَجْعَلْنَا،
وَفِي النَّارِ عَلٰى وُجُوْهِنَا فَلَا تَكْبُبْنَا،
وَمِنْ ثِيَابِ النَّارِ وَسَرَابِيْلِ الْقَطِرَانِ فَلَا تُلْبِسْنَا،
وَمِنْ كُلِّ سُوٓءٍ يَا لَا اِلٰهَ اِلَّا اَنْتَ
بِحَقِّ لَا اِلٰـهَ اِلَّا اَنْتَ فَنَجِّنَا۔
10. İmam Sadiq (ə) buyurmuşdur ki, ramazan ayının hər gecəsi bu duanı oxuyun:
اَللّٰهُمَّ اِنّي اَسْاَلُكَ اَنْ تَجْعَلَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
<font color="000000"><b>Ey Allahım, Səndən istəyirəm ki, hikmətli əmrinlə hökm verdiyin və müqəddər etdiyində (qəzavü-qədərdə) – o hökm ki, geri götürülmür və dəyişilmir – məni Öz evinin hacılarından qərar verəsən: o hacılar ki, həccləri qəbul olunmuş, səyləri qiymətləndirilmiş, günahları bağışlanmış və pis əməllərinin üstü örtülmüşdür. (Səndən istəyirəm ki,) hökm verdiyin və müqəddər etdiyində (qəzavü-qədərdə) mənə xeyir, salamatlıq və bol ruzi ilə yanaşı uzun ömür verəsən. (Səndən istəyirəm) məni o kəslərdən qərar verəsən ki, Öz dininə onun vasitəsilə kömək etmisən və məni başqası ilə əvəz etməyəsən.</b></font>
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ فِى الْاَمْرِ الْحَكِيْمِ،
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ،
الْمَبْرُوْرِ حَجُّهُمُ،
الْمَشْكُوْرِ سَعْيُهُمُ
الْمَغْفُوْرِ ذُنُوْبُهُمْ،
الْمُكَفَّرِ عَنْ سَيِّئَاتِهِمْ،
وَاَنْ تَجْعَلَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ،
اَنْ تُطِيْلَ عُمْرِيْ فِيْ خَيْرِ وَعَافِيَةٍ،
وَتُوَسِّعَ فِيْ رِزْقِي،
وَتَجْعَلَنِيْ مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِيْنِكَ
وَلَا تَسْتَبْدِلْ بِيْ غَيْرِيْ۔
11. Mərhum Mühəddis Qummi nəql edir ki, "Ənisul-salihin" kitabında belə qeyd olunub: Ramazan ayının hər gecəsi bu duanı oxu:
اَعُوْذُ بِجَلَالِ وَجْهِكَ الْكَرِيْمِ
<font color="000000"><b>Kərim zatının cəlalətinə pənah aparıram ki, məbada ramazan ayı ötüb keçsin və ya bu gecəm sübh olsun, bir halda ki, mənim tərəfimdən sorğu-suala səbəb olan bir əməl və ya bir günah baş versin, buna görə də Sən mənə əzab verəsən.</b></font>
اَنْ يَنْقَضِيَ عَنِّي شَهْرُ رَمَضَانَ،
اَوْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ،
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُعَذِّبُنِيْ عَلَيْهِ۔
12. Ramazan ayının hər gecəsi iki rəkət namaz qılmaq müstəhəbdir: Hər rəkətdə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> surəsi və üç dəfə <font><b><a href="https://www.divinepearls.com/surah112">İxlas</a></b></font> surəsini oxu. Salamdan sonra de:
سُبْحَانَ مَنْ هُوَ حَفِيْظٌ لَا يَغْفُلُ،
<font color="000000"><b>Təsbih deyirəm o Allaha ki, (bəndələrin halından) qafil olmayan mühafizəçidir. Təsbih deyirəm o Allaha ki, (bəndələrə əzab verməkdə) tələsməyən rəhimlidir. Təsbih deyirəm o Allaha ki, səhv etməyən əbədidir. Təsbih deyirəm o Allaha ki, bihudə vaxt keçirməyən daimidir.</b></font>
سُبْحَانَ مَنْ هُوَ رَحِيْمٌ لَا يَعْجَلُ،
سُبْحَانَ مَنْ هُوَ قَآ ئِمٌ لَا يَسْهُوْ،
سُبْحَانَ مَنْ هُوَ دَاۤئِمٌ لَا يَلْهُوْ۔
Sonra "təsbihati-ərbə'ə"ni yeddi dəfə de:
سُبْحَانَ اللهِ
<font color="000000"><b>Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür.</b></font>
وَالْحَمْدُ لِلّٰهِ
وَلَآ اِلٰهَ اِلَّا اللهُ
وَاللهُ اَكْبَرُ۔
Daha sonra de:
سُبْحَانَكَ سُبْحَانَكَ سُبْحَانَكَ،
<font color="000000"><b>Təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə! Ey əzəmətli, mənim böyük günahımı bağışla.</b></font>
يَا عَظِيْمُ اغْفِرْ لِيَ الذَّنْبَ الْعَظيمَ۔
Sonda Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) on dəfə salavat de.
اَللّٰهُمَّ صَلِّ عَلٰي مُحَمَّدٍ وَ عَلٰي اٰلِهِ۔
Hər kim bu iki rəkət namazı qılsa, Mütəal Allah onun çoxlu günahlarını bağışlayar.
13. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim ramazan ayının hər gecəsində müstəhəb namazda <font><b><a <font><b><a href="https://www.divinepearls.com/surah48">Fəth</a></b></font> surəsini oxusa, həmin il bəlalardan qorunar.