EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANIN İYİRMİ DÖRDÜNCÜ GECƏSİNİN DUASI
يَا فَالِقَ الْاَصْبَاحِ،
<font color="000000"><b>Ey dan yerini sökən, ey gecəni istirahət üçün qərar verən, ey günəşi və ayı hesablama üçün vasitə qərar verən! Ey izzətli, ey elmli! Ey nemət və bəxşiş, qüvvət və hərəkət, fəzl və nemət, cəlalət və ikram sahibi! Ey Allah, ey Rəhman! Ey Allah, ey tək, ey yeganə! Ey Allah, ey aşkar, ey gizlin! Ey diri, ey o kəs ki, Səndən qeyri ilah yoxdur! Sənə məxsusdur gözəl adlar, uca misallar, böyüklük və nemətlər! Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən, ruhumu şəhidlərlə birlikdə edəsən, yaxşı əməllərimi cənnətin uca dəcələrində qərar verəsən, günahlarımı bağışlayasan; mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın; mənə elə bir razılıq əta edəsən ki, qismətimə razı olum; dünya və axirətdə mənə gözəl nemət ver, məni yanar odun əzabından qoru; bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti, qayıdışı və tövbəni mənə ruzi et; mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi – Sənin salamın olsun ona və onlara - bu işlərə müvəffəq etmisən.</b></font>
وَجَاعِلَ اللَّيْلِ سَكَنًا،
وَالشَّمْسِ وَالْقَمَرِ حُسْبَانًا،
يَا عَزِيْزُ يَا عَلِيْمُ،
يَا ذَا الْمَنِّ وَالطَّوْلِ،
وَالْقُوَّةِ وَالْحَوْلِ،
وَالْفَضْلِ والْاِنْعَامِ،
وَالْجَلَالِ وَالْاِكْرَامِ،
يَا اَللهُ يَا رَحْمٰنُ،
يَا اَللهُ يَا فَرْدُ يَا وِتْرُ،
يَا اَللهُ يَا ظَاهِرُ يَا بَاطِنُ،
يَا حَيُّ لَا اِلٰهَ اِلَّا اَنْتَ،
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
وَالْاَمْثَالُ الْعُلْيَا،
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
وَاِحْسَانِيْ فِيْ عِلِّيّيْنَ،
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
وَاِيْمَانًا يَذْهَبُ بِالشَّكِّ عَنِّيْ،
وَرِضًى بِمَا قَسَمْتَ لِيْ،
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
وَفِي الْاٰخِرَةِ حَسَنَهً،
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ،
وَالْاِنَابَةَ وَالتَّوْبَۃَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔