ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ZİL-HİCCƏNİN BİRİNCİ GÜNÜ
Zil-hiccə ayının birinci günü mübarək bir gündür və bu gündə bir neçə əməl yerinə yetirilir:
1) Oruc tutmaq: Hədislərin birində İmam Musa Kazim (ə) buyurur ki, kim zil-hiccə ayının birinci gününü oruc tutsa, Allah ona böyük savab yazar.
2) Xanım Fatimə-Zəhra (s.ə) namazını qılmaq: Mərhum Şeyx Tusi yazır ki, bu gündə Xanım Fatimə-Zəhra (s.ə) namazını qılmaq müstəhəbdir. Bu namaz dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır) və Əmirəl-möminin Əlinin (ə) namazı kimidir: hər rəkətdə bir dəfə Fatihə surəsi və əlli dəfə İxlas surəsi oxunur. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) zikrini deyin. Daha sonra deyin:
سُبْحَانَ ذِيْ الْعِزِّ الشَّامِخِ الْمُنِيْفِ
Münəzzəhdir uca izzət sahibi olan. Münəzzəhdir əzəmətli şövkət sahibi olan. Münəzzəhdir qiymətli və qədim hökmdarlıq sahibi olan. Münəzzəhdir o kəs ki, qarışqanın möhkəm daş üstündəki ayaq izini görür. Münəzzəhdir o kəs ki, quşun havada ötüb keçdiyi yolu görür. Münəzzəhdir o kəs ki, yalnız O belədir və Ondan qeyrisi belə deyildir.
سُبْحَانَ ذِي الْجَلَالِ الْبَاذِخِ الْعَظِيْمِ
سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيْمِ
سُبْحَانَ مَنْ يَرٰى اَثَرَ النَّمْلَةِ فِيْ الصَّفَا
سُبْحَانَ مَنْ يَرٰى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاۤءِ
سُبْحَانَ مَنْ هُوَ هٰكَذَا وَ لَا هٰكَذَا غَيْرُهُ
3) Zöhrdən yarım saat qabaq iki rəkət namaz qılın. Hər rəkətdə Fatihədən sonra on dəfə İxlas surəsini, on dəfə "Ayətəl-kursi"ni və on dəfə Qədr surəsini oxuyun.
4) Kimin zalımdan qorxusu varsa, bu gün desin:
حَسْبِيْ حَسْبِيْ حَسْبِيْ
Mənim üçün yetərlidir, yetərlidir, yetərlidir, halımı bilməyin, mənim Səndən istəməyimə yetər.
مِنْ سُؤَالِيْ عِلْمُكَ بِحَالِيْ
Allah onu bu zalımın şərindən qoruyar.