Bu gecənin əməlləri aşağıdakılardan ibarətdir: 1) Bu mübarək gecəni əhya saxlamaq: Nəql olunur ki, Həzrət Əmirəl-möminin Əli (ə) bu gecəni əhya saxlayarmış; 2) Qüsl etmək; 3) Bu gecədə İmam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim bu gecə İmam Hüseyni (ə) ziyarət etsə, günahları bağışlanar; 4) Bu duanı oxuyun:
يَا دَاۤئِمَ الْفَضْلِ عَلَى الْبَرِيَّةِ
<font color="000000"><b>Ey fəzl və bəxşişi xəlqə daimi olan, ey əlləri əta etməyə açıq olan, ey qiymətli bəxşişlərin sahibi, xilqətdə insanların ən üstünü olan Məhəmmədə və onun xanidanına salam göndər, ey uca Allah, bu gecədə bizi bağışla.</b></font>
يَا بَاسِطَ الْيَدَيْنِ بِالْعَطِيَّةِ
يَا صَاحِبَ الْمَوَاهِبِ السَّنِيَّةِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
خَيْرِ الْوَرٰى سَجِيَّةً
وَ اغْفِرْ لَنَا يَا ذَا الْعُلٰى