EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
SƏFƏR AYININ BİRİNCİ GÜNÜ
Tarixçilərin nəqlinə istinadən, hicri-qəməri 37-ci ildə belə bir gündə Siffeyn döyüşü başladı. Əmirəl-möminin Əli (ə) Müaviyənin (Allah ona lənət etsin) qarətçi qoşununun qarşısına çıxdı və bu döyüş yüz on gün davam etdi. Şam qoşunu məğlubiyyət astanasında ikən Əmr As hiylə işlətdi və Quranları nizələrin başına sancdılar. Beləcə, təəssüfdoğuran "Həkəmeyn" hadisəsi qarşıya çıxdı. Həmçinin hicri-qəməri 61-ci il belə bir gündə (bir rəvayətə əsasən) Həzrət Seyyiduş-şuhədanın (ə) mübarək başı əsirlər karvanı ilə birlikdə Şam şəhərinə daxil oldu. Buna görə Əməvilər həmin günü bayram günü kimi qeyd etdilər. Bir şair deyir:
كَانَتْ مَاٰتِمُ بِالْعِرَاقِ تَعُدُّهَا
<font color="000000"><b>İraqda kədərli olduqları vaxtda Əməvilər onları bayram günlərində olduğu kimi qəbul etdilər.</b></font>
اَمَوِيَّةٌ بِالشَّامِ مِنْ اَعْيَادِهَا