اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَهْلَ بَيْتِ النُّبُوَّةِ وَ مَعْدِنَ الرِّسَالَةِ سَلَامَ مُوَدِّعٍ لَا سَئِمٍ وَ لَا قَالٍ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ عَلَيْكُمْ اَهْلَ الْبَيْتِ اِنَّهُ حَمِيْدٌ مَجِيْدٌ سَلَامَ وَلِيٍّ غَيْرِ رَاغِبٍ عَنْكُمْ وَ لَا مُنْحَرِفٍ عَنْكُمْ وَ لَا مُسْتَبْدِلٍ بِكُمْ وَ لَا مُؤْثِرٍ عَلَيْكُمْ وَ لَا زَاهِدٍ فِيْ قُرْبِكُمْ لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَةِ قُبُوْرِكُمْ وَ اِتْيَانِ مَشَاهِدِكُمْ وَ السَّلَامُ عَلَيْكُمْ وَ حَشَرَنِيَ اللّٰهُ فِي زُمْرَتِكُمْ وَ اَوْرَدَنِيْ حَوْضَكُمْ وَ اَرْضَاكُمْ عَنِّيْ وَ مَكَّنَنِيْ فِيْ دَوْلَتِكُمْ وَ اَحْيَانِيْ فِيْ رَجْعَتِكُمْ وَ مَلَّكَنِيْ فِيْۤ اَيَّامِكُمْ وَ شَكَرَ سَعْيِيْ لَكُمْ وَ غَفَرَ ذُنُوْبِيْ بِشَفَاعَتِكُمْ وَ اَقَالَ عَثْرَتِيْ بِحُبِّكُمْ وَ اَعْلٰى كَعْبِيْ بِمُوَالَاتِكُمْ وَ شَرَّفَنِيْ بِطَاعَتِكُمْ وَ اَعَزَّنِيْ
Salam olsun sizə ey nübüvvət xanidanı və risalət mədəni: sizinlə vidalaşan o kəsin salamı ki, nə narahatdır və nə də nigaran. Allahın rəhməti və bərəkəti siz Əhli-beytə olsun, çünki O, həmd olunan və şəni ucadır. O dostun salamı ki, sizdən üz döndərməmiş və sizin yolunuzdan çıxmamışdır, sizi kimsə ilə əvəz etməmiş və kimsəni sizə tərcih etməmişdir, sizin ətrafınızdan uzaqlaşmamışdır. Allah bu ziyarətimi sizin qəbirlərinizin axırıncı ziyarəti və sizin hərəminizdə axırıncı dəfə olmağım qərar verməsin. Allahın salamı, rəhməti və bərəkəti olsun sizə. Allah məni sizin dəstənizdə məhşur etsin, məni sizin Kövsər hovuzunuza qovuşdursun, məni sizdən razı etsin, sizin hakimiyyətiniz zamanı məni qüdrətli etsin, rəcətiniz zamanı məni diriltsin, sizin dövranınızda məni qüdrətləndirsin, sizə xatir mənim səyimi qəbul etsin, sizin şəfaətinizlə günahlarımı bağışlasın, sizin sevginizə xatir sapqınlığıma göz yumsun, sizin dostluğunuz vasitəsilə məqamımı ucaltsın, sizə itaət etməklə məni şərəfləndirsin, sizin hidayətiniz vasitəsilə məni izzətli etsin. Allah məni nicat tapmış, qalib, salamat, müvəffəq, sağlam, ehtiyacsız və Allahın razılığını, lütfünü və kifayətini əldə etdiyim bir vəziyyətdə geri qaytarsın: zəvvarların, dostların, aşiqlərin və şiələrin hər birinin geri qayıtdığı ən yaxşı bir vəziyyətdə. Nə qədər ki Rəbbim mənə ömür vermişdir, sadiq niyyət, iman, təqva, xüzu, geniş, halal və pakizə ruzi ilə yenidən bura qayıtmağı Allah mənə ruzi etsin. Ey Allahım, bu ziyarəti mənim axırıncı ziyarətim, onları son dəfə yad etməyim və onlara son salamım qərar vermə; bağışlanmanı, rəhməti, xeyir və bərəkəti, nicatı, imanı, gözəl icabəti mənim barəmdə vacib et, necə ki, onların haqqını tanıyan, onlara itaəti lazım hesab edən, onların ziyarətinə müştaq olan, Sənə və onlara yaxınlaşmaq istəyən övliyalarının barəsində vacib etmisən. Atam-anam, özüm, malım-mülküm, əhli-əyalım sizə fəda olsun, məni öz qəmxarlarınızdan və dəstənizdən edin, məni şəfaət etdiklərinizin sırasına daxil edin, məni Rəbbinizin dərgahında yad edin. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənim çoxlu salamımı onların ruhlarına və cisimlərinə çatdır, Allahın salamı, rəhməti və bərəkəti olsun sizə.