Allahın adı və Allahın vasitəsi ilə.
كَمْ مِنْ نِعْمَةٍ للهِ
Allahın nə qədər nemətləri vardır ki,
فِىْ عِرْقِ سَاكِنُ وَ غَيْرَ سَاكِنُ
sakit duran damarda da, hərəkətdə olan damarda da
عَلٰى عَبْدٍ شَاكِرٍ وَ غَيْرَ شَاكِرٍ۔
şükür edən və etməyən bəndə üçün mövcuddur.
2. Hər vacib bir namazı qıldıqdan sonra sağ əlinizlə saqqalınızı tutub aşağıdakı duanı üç dəfə təkrar edin:
اَللّٰهُمَّ فَرِّجْ عَنِّىْ كُرْبَتِىْ
Allahım! Qəm-qüssəmi aradan qaldır,
وَ عَجِّلْ عَافِيْتِىْ
sağalmağımı tezləşdir,
وَ اكْشِفْ ضُرِّىْ۔
və dərdimi aradan apar.
Bu duanı göz yaşı və ağlama ilə eləyin.
3. İmam Sadiq (Ə) buyurur: Əlinizi ağrıyan yerə qoyun və bunu deyin:
بِسْمِ اللهِ وَ بِاللهِ
Allahın adı və Allahın vasitəsi ilə.
وَ مُحَمَّدٌ رَّسُوْلُ اللهِ
(Mən şahidlik edirəm ki) Məhəmməd Allahın elçisidir.
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ
Allah ona və onun əhli-beytinə salavat yetirsin.
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ
Güc və qüvvət yalnız Allahdadır.
اَللّٰهُمَّ امْسَحْ عَنِّىْ مَا اَجِدُ۔
Allahım! Hal-hazırda hiss etdiyim (ağrını, dərdi) məndən uzaqlaşdır.
Sonra sağ əlinizi ağrıyan yerə üç dəfə çəkin.
4. İmam Baqir (ə) buyurub: "Əmirəl-möminin Əli (ə) xəstələnmişdi. Rəsulallah (s) ona baş çəkdi və buyurdu: "(Xəstəliyinin şəfası üçün) bu duanı oxu:""
اَللّٰهُمَّ اِنِّىۤ اَسْاَلُكَ تَعْجِيْلَ عَافِيَّتِكَ
Allahım! Səndən şəfanın tezləşməsini istəyirəm,
وَ صَبْرًا عَلٰى بَلِيَّتِكَ
bəlana qarşı səbir (verməyini) diləyirəm,
وَ خُرُوْجًا اِلٰى رَحْمَتِكَ۔
və rəhmətinə doğru çıxış (yolu) arzulayıram.
5. İmam Sadiq (ə) buyurub: "Əlini ağrıyan yerinə qoy və üç dəfə de:
اَللّٰهُمَّ اِنِّىۤ اَسْاَلُكَ بِحَقِّ الْقُرْاٰنِ الْعَظِيْمِ
Allahım! Səndən Qurani-Kərimin haqqına and verib istəyirəm -
اَلَّذِىْ نَزَلَ بِهِ الرُّوْحُ الْاَمِيْنُ
O Quran ki, onu Ruhul-Əmin (Cəbrail) nazil etmişdir,
وَ هُوَ عِنْدَكَ فِىْ اُمِّ الْكِتَابِ عَلِىٌّ حَكِيْمٌ
və o, Sənin yanında Ümmül-Kitabda uca və hikmətli bir məqamda yerləşir -
اَنْ تَشْفِيَنِىْ بِشِفَاۤئِكَ
Sən məni Öz şəfan ilə şəfa ver,
وَ تُدَاوِيَنِىْ بِدَاوَاۤئِكَ
dərmanlarınla mənə dərman ol,
وَ تُعَافِيَنِىْ مِنْ بَلَاۤئِكَ
bəlalardan məni salamat et,
وَ تُصَلِّيَ عَلٰي مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
və Mühəmməd və Mühəmmədin Əhli-beytinə salavat göndər.
6. Əbu Həmzə nəql edir: "Mənim dizim ağrımağa başlamışdı. İmam Baqirin (ə) yanına gedib xəstəliyimi ona dedim. İmam Baqir (ə) mənə buyurdu: "Namazdan sonra de:""
يَاۤ اَجْوَدَ مَنْ اَعْطٰى
Ey (bütün varlıqlara) ən səxavətli bağışlayan!
وَ يَا خَيْرَ مَنْ سُئِلَ
Ey istənilənlərin ən xeyirlisi!
وَ يَاۤ اَرْحَمَ مَنِ اسْتُرْحِمَ
Ey mərhəmət dilənənlərin ən mərhəmətlisi!
اِرْحَمْ ضَعْفِىْ وَ قِلَّةَ حِيْلَتِىْ
Zəifliyimə və acizliyimə rəhm et,
وَ اَعْفِنِىْ مِنْ وَجَعِىْ۔
və məni ağrımdan azad et, şəfa ver.
Əbu Həmzə deyir: "Mən bu əməli yerinə yetirdim və bu xəstəliyim şəfa tapdı."