ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
GECƏ NAMAZI (UZUN)
Gecə nafiləsinin xüsusi qaydaları aşağıdakılardır:
Yuxudan oyandıqda Allaha səcdə et. Səcdədə və ya səcdədən qalxdıqda bu sözləri demək yaxşıdır:
اَلْحَمْدُلِلّٰهِ الَّذِىْ اَحْيَانِىْ بَعْدَ مَا اَمَاتَنِىْ وَ اِلَيْهِ النُّشُوْرُ
Həmd-səna o Allaha məxsusdur ki, məni öldürdükdən sonra diriltdi və "həşr-nəşr" (Qiyamət günü insanların haqq-hesab üçün bir yerə cəm edilməsi) Ona tərəfdir; həmd-səna o Allaha məxsusdur ki, ruhumu mənə geri qaytardı, ta Ona həmd və ibadət edim.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ رَدَّ عَلَىَّ رُوْحِىْ لِاَحْمَدَهُ وَاَعْبُدَهُ۔
Ayağa qalxdıqda de:
اَللّٰهُمَّ اَعِنِّىْ عَلٰى هَوْلِ الْمُطَّلَعِ
Ey Allahım, Qiyamət gününün qorxusunda mənə kömək et, dar qəbrimi geniş et, ölməmişdən qabaq və sonra mənə xeyir ruzi et.
وَ وَسِّعْ عَلَىَّ الْمَضْجَعَ
وَارْزُقْنِىْ خَيْرَمَا بَعْدَ الْمَوْتِ۔
Xoruzun səsini eşitdikdə de:
سُبُّوْحٌ قُدُّوْسٌ
Mələklərin və Ruhun Rəbbi pak və münəzzəhdir; Sənin rəhmətin qəzəbindən öndədir, Səndən qeyri İlah yoxdur; mən pis iş gördüm və özümə zülm etdim, elə isə, məni bağışla, həqiqətən Səndən qeyri kimsə günahları bağışlamır; tövbəmi qəbul et, həqiqətən Sən tövbəni çox qəbul edən və rəhimlisən.
رَبُّ الْمَلَاۤئِكَةِ وَالرُّوْحِ
سَبَقَتْ رَحْمَتُكَ غَضَبَكَ
لَا اِلٰهَ اِلَّا اَنْتَ
عَمِلْتُ سُوْءًا وَظَلَمْتُ نَفْسِىْ فَاغْفِرْلِىْ
اِنَّهُ لَايَغْفِرُ الذُّنُوْبَ اِلَّا اَنْتَ
فَتُبْ عَلَىَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ۔
Səmaya baxdıqda de:
اَللّٰهُمَّ اِنَّهُ لَايُوَارِىْ مِنْكَ لَيْلٌ سَاجٍ
Ey Allahım, həqiqətən qaranlıq gecə, bürcləri olan səma, aramlığı olan yer, üst-üstə olan qaranlıqlar, gecə hərəkət edən məxluqatının qarşısında hərəkətə gələn və dalğalanan dərya (heç nəyi) Səndən gizlətmir; Sən axşam vaxtı Öz rəhmətini istədiyin (layiq bildiyin) məxluqatına nazil edirsən, Sən gözlərin xəyanətini və qəllərin gizlətdiyini bilirsən; ulduzlar getdilər, gözlər yuxudadırlar, Sənsən diri və daimi (qəyyum), heç vaxt mürgüləmir və yatmırsan; aləmlərin Rəbbi və elçilərin Məbudu olan Allaha təsbih deyirəm, həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
وَلَاسَمَاۤءٌ ذَاتُ اَبْرَاجٍ
وَلَا اَرْضٌ ذَاتُ مِهَادٍ
وَلَاظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ
وَ لَابَحْرٌ لُجِّىٌّ تُدْلِجُ بَيْنَ يَدَىِ الْمُدْلِجِ مِنْ خَلْقِكَ
تُدْلِجُ الرَّحْمَةَ عَلٰى مَنْ تَشَاۤءُ مِنْ خَلْقِكَ
تَعْلَمُ خَاۤئِنَةَ الْاَعْيُنِ وَ مَا
تُخْفِىْ الصُّدُوْرُ
غَارَتِ النُّجُوْمُ
وَنامَتِ الْعُيُوْنُ
وَ اَنْتَ الْحَىُّ الْقَيُّوْمُ
لَا تَاْخُذُكَ سِنَةٌ وَّلَانَوْمٌ
سُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِيْنَ
وَ اِلٰهِ الْمُرْسَلِيْنَ
وَالْحَمْدُلِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ۔
Sonra Ali-İmran surəsindən olan bu beş ayəni oxu:
اِنَّ فِىْ خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ
Həqiqətən göylərin və yerin yaradılışında, gecə və gündüzün gəlib getməsində ağıl sahibləri üçün nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturan halda və böyrü üstə yatdıqları vaxt Allahı yad edir, göylərin və yerin yaradılışı barədə düşünür (və deyirlər): "Ey Allahım, bunları əbəs yerə yaratmadın, Sən münəzzəhsən, bizi odun əzabından qoru." Ey Rəbbimiz, hər kimi (əməllərinə görə) oda atdınsa, onu xar və rüsvay etdin, zalımların heç bir köməyi olmaz. Ey Rəbbimiz, biz imana dəvət edib: "Rəbbinizə iman gətirin"- deyən carçının səsini eşitdik və iman gətirdik. Ey Rəbbimiz, bizim günahlarımızı bağışla, pis cəhət və əməllərimizin üstünü ört, bizi yaxşılarla birlikdə öldür. Ey Rəbbimiz, elçilərin vasitəsilə bizə vəd etdiklərini bizə əta et, Qiyamət günü bizi rüsvay etmə, çünki Sən əsla vədinə xilaf çıxmazsan.
وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ
لَاٰ يَاتٍ لِاُ وْلىِ الْاَلْبَابِ
الَّذِيْنَ يَذْكُرُوْنَ اللهَ قِيَامًا وَ قُعُوْدًا وَ عَلٰى جُنُوْبِهِمْ
وَ يَتَفَكَّرُوْنَ فِىْ خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِ
رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًا
سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
رَبَّنَا اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَيْتَهَ
وَ مَا لِلظَّالِمِيْنَ مِنْ اَنْصَارٍ
رَبَّنَا اِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِىْ لِلْاِيْمَانِ
اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا
رَبَّنَا فَاغْفِرْ لَنَا ذُ نُوْبَنَا
وَ كَفِّرْ عَنَّا سَيِّئَاۤتِنَا
وَ تَوَفَّنَا مَعَ الْاَبْرَارِ
رَبَّنَا وَ اٰتِنَا مَا وَعَدْتَنَا عَلٰى رُسُلِكَ
وَلَاتُخْزِنَا يَوْمَ الْقِيَامَةِ
اِنَّكَ لَاتُخْلِفُ الْمِيْعَادَ۔
İbadət etməyə hazırlaşarkən əgər ayaqyoluna getmək lazımdırsa, əvvəlcə ayaqyoluna get, sonra dəstəmaz al. Dəstəmaz almamışdan qabaq dişlərinə misvak çək (fırçala) və ətirlən. Dəstəmaz aldıqdan sonra gecə namazı qılmağa hazırlaş.
Gecə nafiləsi səkkiz rəkətdir: hər iki rəkətdən sonra salam deyirsən, yəni gecə namazı iki rəkət-iki rəkət qılınır. Birinci iki rəkətdə hər rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Yaxud birinci rəkətdə Fatihədən sonra İxlas surəsini və ikinci rəkətdə Kafirun surəsini oxu. Qalan altı rəkətdə isə Fatihədən sonra istədiyin surəni (məsələn, İxlas surəsini) oxu. Həmçinin təkcə Fatihə surəsini oxumaq da caizdir (icazə verilir).
Vacib namazlarda ikinci rəkətdə qunut tutmaq müstəhəb olduğu kimi, gecə namazında da ikinci rəkətdə qunut tutmaq müstəhəbdir. Qunutda üç dəfə de bunu demək kifayət edir:
سُبْحَانَ اللهِ۔
Allah pak və təmizdir.
Bu duanı da oxuya bilərsən:
اَللّٰهُمَّ اغْفِرْ لَنَا وَارْحَمْنَا
Ey Allahım, bizi bağışla, bizə rəhm et, bizə afiyət (salamtlıq) ver, dünya və axirətdə bizi əfv et, həqiqətən Sən hər şeyə qadirsən.
وَ عَافِنَا وَاعْفُ عَنَّا
فِى الدُّنْيَا وَ الْاٰخِرَةِ
اِنَّكَ عَلٰى كُلِّشَىْءٍ قَدِيْرٌ۔
Yaxud bu duanı oxu:
رَبِّ اغْفِرْ وَارْحَمْ
Ey Rəbbim, məni bağışla, mənə rəhm et, mənim barəmdə bildiklərindən keç, həqiqətən Sən ən izzətli və ən kərimsən.
وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ
اِنَّكَ اَنْتَ الْاَعَزُّ الْاَجَلُّ الْاَكْرَمُ۔
Nəql olunub ki, İmam Kazim (ə) bu cümləylə başlayan duanı oxuyardı:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Allahım, məni qüsursuz yaratdın, mən balaca ikən məni himayə etdin...
اَللّٰهُمَّ اِنَّكَ
خَلَقْتَنِىْ سَوِيًّا
وَ رَبَّيْتَنِىْ مَكْفِيًّا
وَ رَزَقْتَنِيْ مَكْفِيًّا
اَللّٰهُمَّ اِنِّىْ وَ جَدْتُ فِيْمَآ
اَنْزَلْتَ مِنْ كِتَابِكَ
وَ يَشَّرْتَ بِهٖ عِبَادَكَ
اَنْ قُلْتَ
يَاعِبَادِىَ الَّذِيْنَ اَسْرَفُوْا عَلٰٓى اَنْفُسِهِمْ لَا تَقْنَطُوْا مِنْ رَحْمَةِ اللهِ
اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوْبَ جَمِيْعًا
وَ قَدْ تَقَدَّمَ مِنِّىْ مَا قَدْ عَلِمْتَ وَمَآ اَنْتَ اَعْلَمُ بِهٖ مِنِّىْ
فَيَا سَوْ اَتَامِمَّا اَحْصَاهُ عَلَىَّ كِتَابُكَ
فَلَوْلَا الْمَوَاقِفُ الَّتِىْ اُؤَمِّلُ مِنْ عَفْوِكَ الَّذِىْ شَمِلَ كُلَّ شَىْءٍ لَاَلْقَيْتُ بِيَدِىْ
وَ لَوْ اَنَّ اَحَدًا اسْتَطَاعَ الْهَرَبَ مِنْ رَّبِّهٖ لَكُنْتُ اَنَا اَحَقَّ بِالْهَرَبِ مِنْكَ
وَ اَنْتَ لَا تَخْفٰى عَلَيْكَ خَافِيَةٌ فِىْ الْاَرْضِ وَ لَا فِى السَّمَاۤءِ اِلَّا اَتَيْتَ بِهَا
وَ كَفٰى بِكَ جَازِيًا
وَ كَفٰى بِكَ حَسِيْبًا
اَللّٰهُمَّ اِنَّكَ
طَالِبِىْ اِنْ اَنَا هَرَبْتُ
وَ مُدْرِكِىْ اِنْ اَنَافَرَرْتُ
فَهَا اَنَاذَا بَيْنَ يَدَيْكَ
خَاضِعٌ ذَلِيْلٌ رَاغِمٌ
اِنْ تُعَذِّبْنِىْ فَاِنِّىْ لِذٰلِكَ اَهْلٌ وَ هُوَ يَا رَبِّ مِنْكَ عَدْلٌ
وَ اِنْ تَعْفُ عَنِّىْ فَقَدِيْمًا شَمَلَنِىْ عَفْوُكَ وَ اَلْبَسْتَنِىْ عَافِيَتَكَ
فَاَسْئَلُكَ اَللّٰهُمَّ
بِالْمَخْزُوْنِ مِنْ اَسْمَاۤئِكَ
وَ بِمَا وَارَتْهُ الْحُجُبُ مِنْ بَهَاۤئِكَ
اِلَّا رَحِمْتَ هٰذِهِ النَّفْسَ الْجَزُوْعَةَ وَ هٰذِهٖ الرِّمَّةَ الْهُلُوْعَةَ
الَّتِىْ لَا تَسْتَطِيْعُ حَرَّ شَمْسِكَ
فَكَيْفَ تَسْتَطِيْعُ حَرَّنَارِكَ
وَالَّتِىْ لَا تَسْتَطِيْعُ صَوْتَ رَعْدِكَ
فَكَيْفَ تَسْتَطِيْعُ صَوْتَ غَضَبِكَ
فَارْحَمْنِىْ اَللّٰهُمَّ
فَاِنِّىْ امْرُؤٌ حَقِيْرٌ
وَ خَطَرِىْ يَسْيْرٌ
وَ لَيْسَ عَذَابِىْ مِمَّا يَزِيْدُ فِىْ مُلْكِكَ مِثْقَالَ ذَرَّةٍ
وَّ لَوْ اَنَّ عَذَابِي مِمَّا يَزِيْدُ فِي مُلْكِكَ
لَسَاَلْتُكَ الصَّبْرَ عَلَيْهِ
وَ اَحْبَبْتُ اَنْ يَكُوْنَ ذٰلِكَ لَكَ
وَلٰكِنْ سُلْطَانُكَ اَللّٰهُمَّ اَعْظَمُ
وَ مُلْكُكَ اَدْوَمُ مِنْ اَنْ
تَزِيْدَ فِيْهِ طَاعَةُ الْمُطِيْعِيْنَ
اَوْ تَنْقُصَ مِنْهُ مَعْصِيَةُ الْمُذْنِبِيْنَ
فَارْحَمْنِىْ
يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ
وَ تَجَاوَزْ عَنِّىْ
يَا ذَالْجَلَالِ وَالْاِكْرَامِ
وَ تُبْ عَلَىَّ
اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ.
ŞƏF VƏ VİTR NAMAZI
Səkkiz rəkət gecə namazından sonra iki rəkət "şəf" namazı qıl. Hər rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. Bunun savabı Quranı xətm etməyə bərabərdir, çünki İxlas surəsi Quranın üçdə biri ünvanındadır. Yaxud "şəf" namazının birinci rəkətində Fatihədən sonra Nas surəsini, ikinci rəkətində Fələq surəsini oxu.
Şəf namazını qurtardəqdan sonra bu duanı oxu:
اِلٰهِيْ تَعَرَّضَ لَكَ فِي هٰذَا اللَّيْلِ الْمُتَعَرِّضُوْنَ
İlahi, bu gecə dilək diləyənlər Sənin dərgahına gəlmiş, qəsd edənlər Səni qəsd etmiş, arzu edənlər Sənin fəzl və ehsanını arzu etmişlər; bu gecə Sənin hədiyyələrin, bəxşişlərin və nemətlərin vardır ki, onların vasitəsilə istədiyin bəndənə minnət qoyursan və bundan qabaq nəzər qılmadığın bəndədən isə əsirgəyirsən; indi mən Sənin kiçik və möhtac bəndən Sənin fəzl və kərəmini arzulayıram, elə isə, ey mənim Mövlam, əgər Sən istəsən, bu gecədə hər bir bəndənə ehsan edərsən və Öz mehribanlığından ona bir şey aid edərsən; elə isə, Məhəmmədə və pak və pakizə, yaxşı əməl və fəzilət sahibi Ali-Məhəmmədə salam göndər, Öz fəzl və ehsanın ilə mənə bəxş et, ey aləmlərin Rəbbi, Allahın çoxlu salamı olsun peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun pak xanidanına, həqiqətən Allah həmd olunan və şəni ucadır. Ey Allahım, Sən necə əmr etmisənsə, mən Səni o cür çağırdım, elə isə, mənim duamı vəd verdiyin kimi qəbul et, həqiqətən Sən vədinə xilaf çıxmarsan.
وَ قَصَدَكَ الْقَاصِدُوْنَ
وَ اَمَّلَ فَضْلَكَ وَ مَعْرُوْفَكَ الطَّالِبُوْنَ
وَ لَكَ فِيْ هٰذَا اللَّيْلِ نَفَحَاتٌ وَ جَوَاۤئِزُ
وَ عَطَايَا وَ مَوَاهِبُ
تَمُنُّ بِهَا عَلٰى مَنْ تَشَاۤءُ مِنْ عِبَادِكَ
وَ تَمْنَعُهَا مَنْ لَمْ تَسْبِقْ لَهُ الْعِنَايَةُ مِنْكَ
وَ هَاۤ اَنَا ذَا عُبَيْدُكَ الْفَقِيْرُ اِلَيْكَ
الْمُؤَمِّلُ فَضْلَكَ وَ مَعْرُوْفَكَ
فَاِنْ كُنْتَ يَا مَوْلَايَ
تَفَضَّلْتَ فِيْ هٰذِهِ اللَّيْلَةِ
عَلٰىۤ اَحَدٍ مِنْ خَلْقِكَ
وَ عُدْتَ عَلَيْهِ بِعَاۤئِدَةٍ مِنْ عَطْفِكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
۟اِلطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
الْخَيِّرِيْنَ الْفَاضِلِيْنَ
وَ جُدْ عَلَيَّ بِطَوْلِكَ وَ مَعْرُوْفِكَ
يَا رَبَّ الْعَالَمِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
وَ اٰلِهِ الطَّاهِرِيْنَ
وَ سَلَّمَ تَسْلِيْمًا
اِنَّ اللّٰهَ حَمِيْدٌ مَجِيْدٌ
اَللّٰهُمَّ اِنِّيْۤ اَدْعُوْكَ كَمَاۤ اَمَرْتَ
فَاسْتَجِبْ لِيْ كَمَا وَعَدْتَ
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
Bu dua "Şaban ayının on beçinci gecəsi"nin əməllərində nəql olunan duadır.
Şəf namazını bitirdikdən sonra bir rəkət "vətr" namazını qıl. Fatihədən sonra İxlas surəsini oxu. Yaxud Fatihədən sonra üç dəfə Tövhid, bir Fələq və bir Nas surəsini oxu.
"Vətr" namazında Fatihə və "Surə"dən sonra qunut tut. Qunutda istədiyin duaları et, Allahdan dünya və axirət istəklərini istə.
Şeyx Tusi "Misbahul-mutəhəccid" kitabında yazır: ""Vətr" namazının qunutunda istədiyin duanı oxu. Bu qunutda oxuya biləcəyin dualar o qədər çoxdur ki, saya gəlmir."
O, həmçinin yazır: "Müstəhəbdir ki, insan qunutda Allah qorxusundan (və ya sevgisindən) ağlasın və ya kövrəlsin, mömin qardaşlar üçün dua etsin. Yaxşı olar ki, qırx möminin adını çəkib onlara dua etsin (məsələn, "filankəsi bağışla" demək kifayət edir). Çünki qırx möminə dua edənin duası müstəcab olar, inşallah."
Şeyx Səduq qeyd edir ki, Peyğəmbər (s) vətr namazında bu duanı oxuyardı:
اَللّٰهُمَّ اهْدِنِىْ فِيْمَنْ هَدَيْتَ
Allahım! Məni hidayət verdiklərinin sırasında hidayət et, məni afiyət verdiklərinin sırasında afiyətə qovuşdur, məni dost tutduqlarının sırasında dost tut, mənə verdiklərinə bərəkət ver, və məni verdiyin qərarların şərindən qoru. Çünki Sən hökm edirsən və Sənin üzərində hökm edən yoxdur. Ey evin Rəbbi, Sən pak və müqəddəssən! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm, Sənə iman edir və Sənə təvəkkül edirəm. Səndən başqa güc və qüvvət sahibi yoxdur, ey Rəhimli Allah!
وَ عَافِنِىْ فِيْمَنْ عَافَيْتَ
وَ تَوَلَّنِىْ فِيْمَنْ تَوَلَّيْتَ
وَ بَارِكْ لِىْ فِيْمَا اَعْطَيْتَ
وَقِنِىْ شَرَّ مَا قَضَيْتَ
فَاِنَّكَ تَقْضِىْ وَلَايُقْضٰى عَلَيْكَ
سُبْحَانَكَ رَبَّ الْبَيْتِ
اَسْتَغْفِرُكَ وَ اَتُوْبُ اِلَيْكَ
وَ اُوْمِنُ بِكَ وَاَتَوَكَّلُ عَلَيْكَ
وَلَاحَوْلَ وَلَاقُوَّةَ اِلَّا بِكَ يَا رَحِيْمُ۔
Yaxşı olar ki, qunutda yetmiş dəfə deyəsən:
اَسْتَغْفِرُاللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔
Rəbbim olan Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm.
Hədisə istinadən Həzrət Rəsulallah (s) "vətr" namazında yetmiş dəfə istiğfar edər və yeddi dəfə bu cümləni deyərdi:
هٰذَا مَقامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ۔
Bu, oddan (Cəhənnəmdən) Sənə sığınan kəsin məqamıdır.
Həmçinin hədisə istinadən, İmam Zeynul-abidin (ə) "vətr" namazında üç yüz dəfə deyərdi:
اَلْعَفْوَ اَلْعَفْوَ۔
Əfv diləyirəm!
Daha sonra bu cümlələri de:
رَبِّ اغْفِرْلِىْ وَارْحَمْنِىْ وَ تُبْ عَلىَّ
Ey Rəbbim, məni bağışla, mənə mərhəmət et və tövbəmi qəbul et. Şübhəsiz ki, Sən çox tövbə qəbul edən, çox bağışlayan və rəhmlisən.
اِنَّكَ اَنْتَ التَّوَّابُ الْغَفُوْرُ الرَّحِيْمُ۔
Beləliklə, qırx mömin üçün (kişi və ya qadın) dua etmək, yetmiş dəfə istiğfar etmək ("əstəğfirullah" kəlməsini demək), yeddi dəfə "Həzə məqamul ʻaizi bikə minən-nər" cümləsini demək, üç yüz dəfə "əl-ʻƏfv" demək "vətr" namazının qunutunun müstəhəb əməlləridir. Odur ki, bunların heç birini deməsən belə, namazına xələl gəlməz. Qunutu uzatmaq yaxşıdır. Sonra rükuya get və rükudan qalxdıqdan sonra Şeyx Tusinin "Təhzib" kitabında İmam Musa ibn Cəfərdən (ə) nəql etdiyi bu duanı oxu:
هٰذَا مَقَامُ مَنْ حَسَنَاتُهُ نِعْمَةٌ مِنْكَ وَ شُكْرُهُ ضَعِيْفٌ وَ ذَنْبُهُ عَظِيْمٌ وَ لَيْسَ لِذٰلِكَ اِلَّا رِفْقُكَ وَ رَحْمَتُكَ فَاِنَّكَ قُلْتَ فِىْ كِتَابِكَ الْمُنْزَلِ عَلٰى نَبِيِّكَ الْمُرْسَلِ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ كَانُوْا قَلِيْلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُوْنَ وَبِالْاَسْحَارِهُمْ يَسْتَغْفِرُوْنَ طَالَ هُجُوْعِىْ وَ قَلَّ قِيَامِىْ وَ هٰذَا السَّحَرُ وَ اَ نَا اَسْتَغْفِرُكَ لِذُنُوْبِىْ اِسْتِغْفَارَ مَنْ لَايَجِدُ لِنَفْسِهِ ضَرًّا وَلَا نَفْعًا وَلا مَوْتًا وَلَاحَيَاةً وَلَا نُشُوْرًا۔
Bu, yaxşı əməlləri Sənin lütfün, şükrü isə zəif, günahı isə böyük olan kimsənin məqamıdır. Bunun qarşısında ancaq Sənin şəfqətin və mərhəmətindir. Çünki Sən, göndərdiyin Peyğəmbərinə (sallallahu əleyhi və alih) nazil etdiyin Kitabında buyurmuşsan: "Onlar gecənin az bir hissəsində yatır, səhərlər isə istiğfar edərdilər." (Mən isə) çox yatmış, az qiyam etmişəm. Bu səhər vaxtı mən də Səndən günahlarımın bağışlanmasını diləyirəm. Özünə nə zərər, nə fayda, nə ölüm, nə də həyat və nə də dirilmə qazana bilməyən kimsənin istiğfarı ilə Səndən bağışlanma diləyirəm.
Sonra səcdəyə get və namazı başa çatdır. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Sonra üç dəfə bu zikri de:
اَلْحَمْدُ لِرَبِّ الصَّبَاحِ
Səhərin Rəbbinə həmd olsun! Şəfəq yarıb ortaya çıxarana həmd olsun!
الْحَمْدُ لِفَالِقِ الْاِصْبَاحِ۔
Daha sonra üç dəfə de:
سُبْحَانَ رَبِّىَ الْمَلِكِ الْقُدُّوْسِ الْعَزِيْزِ الْحَكِيْمِ۔
Məlik, Qüddus, Əziz və Həkim olan Rəbbimi pak və müqəddəs bilirəm!
Daha sonra de:
يَا حَىُّ يَا قَيُّوْم
Ey Həy, Ey Qayyum! Ey Ən Mərhəmətli, Ey Rəhmli! Ey Varlı, Ey Səxavətli! Mənə ən fəzilətli, ən bol ruzili və axirəti xeyirli bir ticarət nəsib et, çünki axirəti olmayan şeydə xeyir yoxdur!
،يَا بَرُّ يَا رَحِيْمُ
يَا غَنِىُّ يَا كَرِيْمُ
اُرْزُقْنِىْ مِنَ التِّجَارَةِ اَعْظَمَهَا فَضْلًا
وَ اَوْ سَعَهَا رِزْقًا
وَ خَيْرَهَا لِىْ عَاقِبَةً
فَاِنَّهُ لَا خَيْرَ فِيْمَا لَا عَاقِبَةَ لَهُ۔
Yaxşı olar ki, Hazin duasını oxuyasınız. Dua belədir:
اُنَاجِیْكَ یَا مَوْجُوْدً فِی كُلِّ مَكَانٍ لَعَلَّكَ تَسْمَعُ نِدَاۤئِی فَقَدْ عَظُمَ جُرْمِیْ وَ قَلَّ حَیَاۤئِی یَا مَوْلَایَ اَیَّ الْاَهْوَالِ اَتَذَكَّرُ وَ اَیَّهَا اَنْسٰی وَ لَوْ لَمْ یَكُنْ اِلَّا الْمَوْتُ لَكَفٰی كَیْفَ وَ مَا بَعْدَ الْمَوْتِ اَعْظَمُ وَ اَدْهٰی مَوْلَایَ یَا مَوْلَایَ حَتّٰی مَتٰی وَ اِلٰی مَتٰی اَقُوْلُ لَكَ الْعُتْبٰی مَرَّةً بَعْدَ اُخْرٰی ثُمَّ لَا تَجِدُ عِنْدِیْ صِدْقًا وَ لَا وَفَاۤءً فَیَا غَوْثَاهُ ثُمَّ وَا غَوْثَاهُ بِكَ یَاۤ اَللهُ مِنْ هَوًی قَدْ غَلَبَنِیْ وَ مِنْ عَدُوٍّ قَدِ اسْتَكْلَبَ عَلَیَّ وَ مِنْ دُنْیَا قَدْ تَزَیَّنَتْ لِیْ وَ مِنْ نَفْسِ اَمَّارَةٍ بِالسُّوْۤءِ اِلَّا مَا رَحِمَ رَبِّیْ مَوْلَایَ یَا مَوْلَایَ اِنْ كُنْتَ رَحِمْتَ مِثْلِیْ فَارْحَمْنِیْ وَ اِنْ كُنْتَ قَبِلْتَ مِثْلِیْ فَاقْبَلْنِیْ یَا قَابِلَ السَّحَرَةِ اقْبَلْنِیْ یَا مَنْ لَمْ اَزَلْ اَتَعَرَّفُ مِنْهُ الْحُسْنٰی یَا مَنْ یُغَذِّیْنِیْ بِالنِّعَمِ صَبَاحًا وَ مَسَاۤءً اِرْحَمْنِیْ یَوْمَ اٰتِیْكَ فَرْدًا شَاخِصًا اِلَیْكَ بَصَرِیْ مُقَلَّدًا عَمَلِیْ قَدْ تَبَرَّاَ جَمِیْعُ الْخَلْقِ مِنِّیْ نَعَمْ وَ اَبِیْ وَ اُمِّیْ وَ مَنْ كَانَ لَهُ كَدِّیْ وَ سَعْیِیْ فَاِنْ لَمْ تَرْحَمْنِیْ فَمَنْ یَرْحَمُنِیْ وَ مَنْ یُؤْنِسُ فِی الْقَبْرِ وَحْشَتِیْ وَ مَنْ یُنْطِقُ لِسَانِیْ اِذَا خَلَوْتُ بِعَمَلِیْ وَ سَاَلْتَنِیْ عَمَّاۤ اَنْتَ اَعْلَمُ بِهِ مِنِّیْ فَاِنْ قُلْتُ نَعَمْ فَاَیْنَ الْمَهْرَبُ مِنْ عَدْلِكَ وَ اِنْ قُلْتُ لَمْ اَفْعَلْ قُلْتَ اَ لَمْ اَكُنِ الشَّاهِدَ عَلَیْكَ فَعَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ سَرَابِیْلِ الْقَطِرَانِ عَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ جَهَنَّمَ وَ النِّیْرَانِ عَفْوُكَ عَفْوُكَ یَا مَوْلَایَ قَبْلَ اَنْ تُغَلَّ الْاَیْدِیْ اِلَی الْاَعْنَاقِ یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ وَ خَیْرَ الْغَافِرِیْنَ۔
Bağışlayan və mehriban allahın adıyla. Sənə yalvarıram, ey hər yerdə var olan! Səsimə cavab verəcəyinə ümid edirəm. Amma günahım böyükdür və həyam azdır. Mövlam, ey Mövlam! Hansı qorxulu halı xatırlayım, hansını unudum? Ölüm qorxusu kifayət edər? Halbuki ölümdən sonrası daha qorxuludur. Mövlam, ey Mövlam! Bu dəhşət və qorxu nə vaxta qədərdir? Bu üst-üstə gələn qınaqlar nə vaxta qədərdir? Sonra sözlərimi tutmadığımı görürsən. Kömək istəyirəm səndən, Allahım! Nəfsimə qalib gələn həvəslərdən, mənə müsəllət olan düşməndən, mənə bəzəkli görünən dünyadan, pisliyə əmr edən nəfsimdən, Mövlam, ey Mövlam! Mənim kimisini bağışlamısansa, məni də bağışla! Mənim kimisini qəbul etmisənsə, məni də qəbul et! Ey sehrbazları belə bağışlayan, məni də bağışla! Ey hər zaman gözəlliyini söylədiyim rəbbim! Ey səhər və axşam nemətləriylə məni bəsləyən! Sənə tərəf tənha gələcəyim gündə mənə rəhm elə! Gözümü sənin mərhəmətinə dikmişəm; az əməllərimlə. O gün bütün yaratdıqların məndən uzaq duracaq. Hətta atam və anam da. Kim üçün əziyyət və səy göstərdiysəm belə. Sən mənə rəhm etməsən bəs kim edər? Kim o qorxulu qəbirdə mənimlə dost olar? Əməllərimlə biryerdə tək qaldığım vaxt kim mənimlə danışar? Cavabını məndən daha yaxşı bildiklərin sualları soruşacaqsan. Əgər "hə" desəm, ədalətindən hara qaçacağam? Desəm ki, günah eləməmişəm, deyəcəksən ki, "mən sənə şahid deyiləm məgər?!" Bağışlamağını gözləyirəm, ey mənim Mövlam! Əzab vermədən əvvəl bağışla! Bağışlamağını gözləyirəm, ey mənim Mövlam! Cəhənnəm və alovdan əvvəl bağışla. Bağışlamağını gözləyirəm, ey mənim Mövlam! Qollarım boynuma bağlanmadan əvvəl bağışla. Ey mərhəmətlilərin rəhmət mənbəyi və bağışlayanların ən yaxşısı! Rəhmətinlə, ey mərhəmət edənlərin ən mərhəmətlisi!
Sonra səcdəyə get (bu böyük uğur üçün – gecə namazı qılmağa müvəffəq ola bildiyin üçün – şükür səcdəsi et) və beş dəfə de:
سُبُّوْحٌ قُدُّوْسٌ،رَبُّ الْمَلَاۤئِكَةِ وَ الرُّوْحِ۔
Mələklərin və Ruhun Rəbbi pak və münəzzəhdir.
Səcdədən qalxıb əyləş və "Ayətəl-kürsi"ni oxu. Daha sonra yenidən səcdəyə get və həmin zikri beş dəfə de.