Ey Allahım, Sən Səlamsan (salamatlıqsan),
وَ مِنْكَ السَّلَامُ
və salam (salamatlıq) Səndəndir,
وَ اِلَيْكَ يَرْجِعُ السَّلَامُ
və salam Sənə qayıdır,
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَّ بَلِّغْ رُوْحَ مُحَمَّدٍ مِنِّىْ السَّلَامَ
və Məhəmmədin ruhuna məndən salam çatdır,
وَ اَرْوَاحَ الْاَئِمَّةِ الصَّادِقِيْنَ سَلَامِىْ
və sadiq İmamların ruhlarına mənim salamımı (çatdır),
وَارْدُدْ عَلَىَّ مِنْهُمُ السَّلَامَ
və onlardan da mənə salam qaytar.
وَالسَّلَامُ عَلَيْهِمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Allahın salamı, rəhməti və bərəkəti olsun onlara.
اَللّٰهُمَّ اِنَّ هَاتَيْنِ الرَّكْعَتَيْنِ
Ey Allahım, həqiqətən bu iki rükət (namaz)
هَدِيَّةٌ مِنِّىْ اِلٰى رَسُوْلِ اللّٰهِ
məndən Allahın elçisinə bir hədiyyədir,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهٖ
Allahın salamı olsun ona və xanidanına!
فَاَثِبْنِىْ عَلَيْهِمَا مَا اَمَّلْتُ
Elə isə, bu ikisinə (iki rükətə) görə ümid etdiyim savabı mənə ver,
وَ رَجَوْتُ فِيْكَ وَ فِىْ رَسُوْلِكَ
Sənin və Sənin elçinin barəsində etdiyim (ümidi mənə əta et),
يَا وَلِىَّ الْمُؤْمِنِيْنَ۔
ey möminlərin Vəlisi (Ağası)!
Sonra səcdəyə get və qırx dəfə de:
يَا حَىُّ يَا قَيُّوْمُ
Ey Diri, ey Əbədi (Daimi)!
يَا حَيُّا لَا يَمُوْتُ
Ey ölməz Diri!
يَا حَيًّا لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
Ey Diri, Səndən qeyri ilah yoxdur!
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
Ey cəlalət və ikram sahibi!
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Ey rəhimlilərin ən rəhimlisi!
Sonra sağ üzünü yerə qoy və bunu qırx dəfə de. Daha sonra sol üzünü yerə qoy və bunu qırx dəfə de. Sonra başını qaldır və əllərini göyə açıb bu duanı qırx dəfə de. Sonra əlini boynuna qoy və (sağ əlinin) işarə barmağını yalvarış əlaməti olaraq hərəkət etdirib bu duanı qırx dəfə de.
Axırda sol əlinlə saqqalını tutub hüznlə de:
يَا مُحَمَّدُ يَا رَسُوْلَ اللّٰهِ
Ey Məhəmməd, ey Allahın elçisi!
اَشْكُوْ اِلَى اللّٰهِ وَ اِلَيْكَ حَاجَتِىْ
Öz ehtiyacımı Allaha və sənə şikayət edirəm (bildirirəm),
وَ اِلٰى اَهْلِ بَيْتِكَ الرَّاشِدِيْنَ حَاجَتِىْ
və ehtiyacımı sənin doğru yolda olan Əhli-beytinə (bildirirəm),
وَ بِكُمْ اَتَوَّجَهُ اِلَى اللّٰهِ فِىْ حَاجَتِىْ۔
və ehtiyacımın ödənməsi üçün sizin vasitənizlə Allaha üz tuturam.
Sonra səcdəyə get və nəfəsin çatdığı qədər de:
يَا اَللهُ يَا اللهُ۔
Ey Allah, ey Allah!
Daha sonra de:
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ۔
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər.
Sonra öz istəklərini de.
İmam Sadiq (ə) buyurdu: "Mən Allah tərəfindən zəmanət verirəm ki, sən yerindən tərpənməmiş Allah sənin istəyini həyata keçirər, inşaallah."