⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
CƏFƏR TƏYYAR NAMAZI
Müxtəlif sənədlərlə nəql olunan bu namaz günahların bağışlanması və istəklərin həyata keçməsində təsirlidir. Cəfər Təyyar namazının başqa adı "Təsbih namazı"dır. Şiə və əhli-sunnə bu namazı mütəvatir hədislərlə nəql etmişlər. Cəfər Təyyar namazı dörd rəkətdir, iki rəkət-iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra Zəlzələ surəsi, ikinci rəkətdə Fatihədən sonra Adiyat surəsi, üçüncü rəkətdə Fatihədən sonra Nəsr surəsi, dördüncü rəkətdə Fatihədən sonra İxlas surəsi oxunur. Hər rəkətdə Fatihə və "Surə"ni (Zəlzələ, Adiyat, Nəsr, İxlas) oxuduqdan sonra on beş dəfə "Təsbihati-ərbə`ə" oxunur:
سُبْحَانَ اللّٰهِ
Allah pak və təmizdir,
وَ الْحَمْدُ لِلّٰهِ
həmd olsun Allaha,
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan başqa məbud yoxdur,
وَ اللهُ اَكْبَرُ۔
və Allah böyükdür.
Bu zikr rükunun zikrini dedikdən sonra on dəfə, rükudan qalxıb ayaq üstə dayandıqda on dəfə, birinci səcdədə səcdənin zikrini dedikdən sonra on dəfə, birinci səcdədən qalxıb əyləşdikdə on dəfə, ikinci səcdədə səcdənin zikrindən sonra on dəfə, ikinci səcdədən qalxıb əyləşdikdə (ayağa qalxmazdan qabaq) on dəfə oxunur (bir rəkətdə bu zikr 75 dəfə deyilir). İkinci rəkət də eyni qayda ilə qılınır və axırıncı on zikr ikinci səcdədən qalxıb əyləşdikdə, təşəhüddən qabaq deyilir. İkinci iki rəkət də həmin qayda ilə qılınır (ümumilikdə bu zikr bu namazda 300 dəfə deyilir).
Mərhum Şeyx Kuleyni İmam Sadiqdən (ə) nəql edir ki, dördüncü rəkətin axırıncı səcdəsində "təsbiahti-ərbə`ə"dən sonra bunu de:
سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ الْوَقَارَ
Təsbih deyirəm izzət və vüqar libası geyinənə.
سُبْحَانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَ تَكَرَّمَ بِهِ
Təsbih deyirəm alicənablıqla mehribanlıq göstərən və əziz tutan kəsə.
سُبْحَانَ مَنْ لَا يَنْبَغِيْ التَّسْبِيْحُ اِلَّا لَهُ
Təsbih deyirəm o kəsə ki, Ondan qeyrisi təsbihə layiq deyildir.
سُبْحَانَ مَنْ اَحْصٰى كُلَّ شَيْ‏ءٍ عِلْمُهُ
Təsbih deyirəm o kəsə ki, Onun elmi hər şeyə əhatə etmişdir.
سُبْحَانَ ذِي الْمَنِّ وَ النِّعَمِ
Təsbih deyirəm ehsan və nemətlər sahibinə.
سُبْحَانَ ذِي الْقُدْرَةِ وَ الْكَرَمِ
Təsbih deyirəm qüdrət və kərəm sahibinə.
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ
Ey Allahım, ərşinin izzət məkanlarına xatir Səndən istəyirəm,
وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ
və Kitabının rəhmətinin nəhayətinə,
وَ اسْمِكَ الْاَعْظَمِ
və əzəmətli adına,
وَ كَلِمَاتِكَ التَّآمَّةِ
və kamil kəlmələrinə (xatir),
الَّتِي تَمَّتْ صِدْقًا وَ عَدْلًا
o kəlmələr ki, kamil sədaqət və ədalətlə tamamlanmışdır,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
Məhəmmədə və onun Əhli-beytinə salam göndərəsən,
وَ افْعَلْ بِيْ كَذَا وَ كَذَا۔
mənim üçün belə və belə edəsən.
Daha sonra öz istəklərini de.
Əllamə Məclisi yazır: Mərhum Şeyx Tusi və Seyid İbn Tavus nəql edirlər ki, Mufəzzəl ibn Ömər dedi: "Bir gün gördüm ki, İmam Sadiq (ə) Cəfər Təyyar namazını qılır. O həzrət namazı qılıb qurtardıqdan sonra əllərini qaldırıb nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا رَبِّ يَا رَبِّ»
Ey Rəbb, Ey Rəbb!
Sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا رَبَّاهُ يَا رَبَّاهُ»
Ey Rəbbim, Ey Rəbbim!
Daha sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«رَبِّ رَبِّ»
Rəbb, Rəbb!
Daha sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا اَللهُ يَا اَللهُ»
Ya Allah, Ya Allah!
Daha sonra nəfəsi çatdığı qədər bu zikri təkrarladı:
«يَا حَىُّ يَا حَىُّ»
Ey diri, Ey diri!
Sonra yeddi dəfə dedi:
«يَا رَحِيْمُ يَا رَحِيْمُ»
Ey Rəhim, Ey Rəhim!
Daha sonra yeddi dəfə dedi:
«يَا رَحْمٰنُ يَا رَحْمٰنُ»
Ya Rəhman, Ya Rəhman!
«يَا اَرْحَمَ الرَّاحِمِيْنَ»
Ey ən çox mərhəmət sahibi!
Axırda bu duanı oxudu:
اَللّٰهُمَّ اِنِّيْ اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ
Ey Allahım, kəlama Sənin sitayişinlə başlayır
وَ اَنْطِقُ بِالثَّنَاۤءِ عَلَيْكَ
və Səni mədh edirəm;
وَ اُمَجِّدُكَ وَ لَا غَايَةَ لِمَدْحِكَ
Səni uca tuturam, belə ki, Sənin mədhinin sonu yoxdur,
وَ اُثْنِيْ عَلَيْكَ وَ مَنْ يَبْلُغُ غَايَةَ ثَنَاۤئِكَ وَ اَمَدَ مَجْدِكَ
mən Səni sitayiş edirəm. Kim Sənin sitayişinin nəhayətinə və ucalığına çata bilər?!
وَ اَنَّى لِخَلِيْقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ
Məxluqat Sənin ucalığını necə dərk edə bilər?!
وَ اَيَّ زَمَنٍ لَمْ تَكُنْ مَمْدُوْحًا بِفَضْلِكَ
Sən nə zaman fəzlinə görə sitayiş olunmamısan,
مَوْصُوْفًا بِمَجْدِكَ
yaxud uca tutulmamısan,
عَوَّادًا عَلَى الْمُذْنِبِيْنَ بِحِلْمِكَ
yaxud səbrinlə günahkarlara nəzər qılmamısan?!
تَخَلَّفَ سُكَّانُ اَرْضِكَ عَنْ طَاعَتِكَ
Yerin sakinləri Sənə itaətdən boyun qaçırdılar,
فَكُنْتَ عَلَيْهِمْ عَطُوْفًا بِجُوْدِكَ
lakin Sən səxavətinlə onlara qarşı mehriban oldun,
جَوَادًا بِفَضْلِكَ
fəzlinlə onlara bəxş etdin,
عَوَّادًا بِكَرَمِكَ
kərəminlə onlara (rəhmətlə) nəzər qıldın.
يَا لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ الْمَنَّانُ
Ey o kəs ki, Səndən qeyri İlah yoxdur, Sən səxavətlisən,
ذُو الْجَلَالِ وَ الْاِكْرَامِ۔
cəlalət və ikram sahibisən.
Sonra İmam Sadiq (ə) buyurdu: "Ey Mufəzzəl, böyük çətinliyə düşdüyün vaxt Cəfər Təyyar namazını qıl və Allahdan öz istəklərini dilə, inşaallah həyata keçər.
Şeyx Tusi hacətin yerinə yetməyi üçün İmam Sadiqdən (ə) rəvayət edib:
Çərşənbə axşamı, cümə axşamı və cümə günü oruc tut. Cümə axşamı sona çatdıqda 10 miskinə bir müdd (təqribən 10 sir miqdarında, 750 qr.) yemək sədəqə ver. Cümə gününün başlanğıcında qüsl et və çölə tərəf get, cənab Cəfərin namazını qıl, dizlərini açaraq yerə qoy və de:
يَا مَنْ اَظْهَرَ الْجَمِيْلَ
Ey gözəlliyi ortaya çıxaran
وَ سَتَرَ [عَلَيَ‏] الْقَبِيْحَ
və çirkinliyi (mənə) örtən!
يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيْرَةِ
Ey günaha görə qulları cəzalandırmayan
وَ لَمْ يَهْتِكِ السِّتْرَ
və -günahkarların- pərdəsini cırmayan!
يَا عَظِيْمَ الْعَفْوِ
Ey əfvi uca olan,
يَا حَسَنَ التَّجَاوُزِ
ey -qüsurlarından- gözəlliklə keçən,
يَا وَاسِعَ الْمَغْفِرَةِ
ey bağışlamağı (məğfirəti) geniş olan,
يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ
ey rəhmət üçün əlləri açıq olan,
يَا صَاحِبَ كُلِّ نَجْوٰى
ey bütün pıçıltılardan xəbərdar olan,
وَ مُنْتَهٰى كُلِّ شَكْوٰى
və ey bütün şikayətlərin mərcii (qayıdış yeri)!
يَا مُقِيْلَ الْعَثَرَاتِ
Ey yanlış işləri bağışlayan,
يَا كَرِيْمَ الصَّفْحِ
ey bağışlaması kərim olan,
يَا عَظِيْمَ الْمَنِّ
ey lütfkarlığı böyük olan,
يَا مُبْتَدِئًا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا
ey qullara ləyaqətləri çatmadan nemət verən,
يَا رَبَّاهُ يَا رَبَّاهُ يَا رَبَّاهُ،
ey Rəbbim, ey Rəbbim, ey Rəbbim!
Sonra on dəfə de:
«يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ‏»
Ey Allah, Ey Allah, Ey Allah!
On dəfə de:
«يَا سَیِّدَاهُ يَا سَيِّدَاهُ»
Ey Ağam!
On dəfə de:
«يَا مَوْلَايَاهُ،يَا مَوْلَايَاهُ»
Ey Mövlam!
On dəfə de:
«يَا رَجَاۤءَاهُ»
Ey ümidim!
On dəfə de:
«يَا غِيَاثَاهُ»
Ey pənahım!
On dəfə de:
«يَا غَايَةَ رَغَبَتَاهُ»
Ey rəğbətimin son nöqtəsi!
On dəfə de:
«يَا رَحْمٰنُ»
Ey mərhəmətli!
On dəfə de:
«يَا رَحِيْمُ»
Ey rəhmli!
On dəfə de:
«يَا مُعْطِىَ الْخَيْرَاتِ»
Ey xeyir əta edən!
On dəfə de:
«صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
كَثِيْرًا طَيِّبًا
çoxlu pakizə (salavat göndər),
كَاَفْضَلِ مَا صَلَّيْتَ عَلٰى اَحَدٍ مِنْ خَلْقِكَ»
Öz bəndələrindən birinə göndərdiyin ən fəzilətli salavatlar kimi.
Daha sonra hacətini istə.
Hacətlərin yerinə yetməsi üçün bu üç gün ərzində oruc tutmaq və cümə günü zöhr vaxtı iki rəkət müstəhəb namaz qılmaq barədə çoxlu rəvayət varid olmuşdur.