ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
CÖVŞƏN-KƏBİR DUASI
Bu duanın "Cövşən-Kəbir" adlanmasının səbəbi odur ki, bu dua dünya və axirət bəlaları qarşısında yaxşı mühafizdir. "Cövşən", "zireh" deməkdir.
Bu duanı İmam Zeynul-abidin (ə) atası İmam Hüseyndən (ə), o da babası Rəsulallahdan (s) nəql etmişdir. "Cövşən-kəbir" duasının şəni-nüzulu barədə qeyd olunur ki, döyüşlərin birində Həzrət Rəsulallahın (s) əynində ağır zireh, yəni döyüş paltarı var imiş və Rəsulallah (s) onun ağırlığından əziyyət çəkirmiş. O həzrət (s) Allah dərgahına dua edir və bu vaxt Cənab Cəbrail (ə) nazil olub buyurur: "Allah sənə salam göndərir və buyurur: "Bu ağır zirehi əynindən çıxart, əvəzində bu duanı oxu. Bu dua sənin və ümmətin üçün "aman" olacaqdır." Sonra bu duanın bir çox fəzilətlərini söyləyir, o cümlədən: "Kim bu duanı oxuyub evdən çıxsa, yaxud onu üzərində götürsə (ruhunda gerçəkləşdirsə), cənnət əhli olar. Allah saleh işlər görmək tövfiqini ona nəsib edər. Bu dua ağır xəstəlikərin şəfa tapmasında və saysız mənəvi mükafatların əldə olunmasında təsirlidir."
İmam Hüseyn (ə) buyurub: "Atam bu duanı əzbərləməyi və ona böyük dəyər verməyi mənə tövsiyə etmişdir. Mənə tapşırmışdı ki, bu duanı onun kəfəninə yazım, ailəmə öyrədim və onları bu duanı oxumağa həvəsləndirim."
Bir neçə mətləb:
1. Bu duanı kəfənə yazmaq – hədisə istinadən – müstəhəbdir. Mərhum Əllamə Bəhrul-ulum da öz şeirində buna işarə etmişdir:
وَسُنَّ اَنْ يُكْتَبَ بِالْاَكْفَانِ
Bunları kəfənə yazmaq sünnədir: İslama və imana (imamətə) şəhadət, Quran ayələri və əzabdan aman olan Cövşən-kəbir duası.
شَهَادَةُ الْاِسْلَامِ وَالْاِيْمَانِ
وَهٰكَذَا كِتَابَةُ الْقُرْاٰنِ
وَالْجَوْشَنُ الْمَنْعُوْتُ بِالْاَمَانِ
2. Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında bu duanın Qədr gecələrinin əməllərindən olduğunu qeyd etmişdir.
Hədislərə istinadən bu duanı mübarək ramazan ayında üç dəfə və ya ən azı bir dəfə oxumaq tövsiyə olunur.
3. Bu dua yüz bənddən ibarətdir və 55-ci bənd istisna olmaqla, hər bənddə Allahın on vəsfi qeyd olunub. 55-ci bənddə isə on bir vəsf qeyd olunub və ümumilikdə min bir vəsf edir. Hər bənddən sonra cəhənnəmin əzabından Allaha pənah aparıb deməliyik:
سُبْحَانَكَ يَا لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Təsbih deyirəm Sənə , ey o kəs ki, Səndən qeyri məbud yoxdur! Köməyimizə çat, köməyimizə çat! Bizi cəhənnəmin odundan xilas et, ey mənim Rəbbim!
اَلْغَوْثَ اَلْغَوْثَ اَلْغَوْثَ
خَلِّصْنَا مِنَ النَّارِ يَا رَبِّ
(Digər rəvayətə əsasən Kaf'əmi "Bələd əl-əmin" kitabında bu duanın hər bəndini "Bismillah" ilə başlayıb və bu cümləylə bitirmək tövsiyə etmişdir):
سُبْحَانَكَ يَا لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Təsbih deyirəm Sənə , ey o kəs ki, Səndən qeyri məbud yoxdur! Köməyimizə çat, köməyimizə çat! Məhəmməd və onun Əhli-Beytinə salam göndər və bizi cəhənnəmin odundan xilas et, ey mənim Rəbbim, ey cəlal və ikram sahibi, ey ən mərhəmətli varlıq!
اَلْغَوْثَ اَلْغَوْثَ اَلْغَوْثَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ
وَ خَلِّصْنَا مِنَ النَّارِ يَا رَبِّ
يَا ذَاالْجَلَالِ وَالْاِكْرَامِ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
"Cövşən-Kəbir" duası belədir:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیْمِ
Rəhman və Rəhim Allahın adı ilə.
(1) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا اَللهُ، يَا رَحْمٰنُ، يَا رَحِيْمُ، يَا كَرِيْمُ، يَا مُقِيْمُ، يَا عَظِيْمُ، يَا قَدِيْمُ، يَا عَلِيْمُ، يَا حَلِيْمُ، يَا حَكِيْمُ، سُبْحَانَكَ، يَا لَا اِلٰهَ اِلَّا اَنْتَ، الْغَوْثَ الْغَوْثَ الْغَوْثَ، خَلِّصْنَا مِنَ النَّارِ، يَا رَبِّ۔
(1) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey Allah, ey Rəhman, ey Rəhim, ey kərim , ey daimi olan, ey əzəmətli, ey qədim, ey bilən, ey helmli , ey hikmət sahibi! Təsbih deyirəm Sənə, ey o kəs ki, Səndən qeyri məbud yoxdur! Köməyimizə çat, köməyimizə çat! Bizi cəhənnəmin odundan xilas et, ey mənim Rəbbim!
(2) يَا سَيِّدَ السَّادَاتِ، يَا مُجِيْبَ الدَّعَوَاتِ، يَا رَافِعَ الدَّرَجَاتِ، يَا وَلِيَّ الْحَسَنَاتِ، يَاغَافِرَ الْخَطِيْئَاتِ، يَا مُعْطِيَ الْمَسْاَلَاتِ، يَا قَابِلَ التَّوْبَاتِ، يَا سَامِعَ الْاَصْوَاتِ، يَا عَالِمَ الْخَفِيَّاتِ، يَا دَافِعَ الْبَلِيَّاتِ۔
(2) Ey ağaların ağası, ey duaları qəbul edən, ey dərəcələri qaldıran, ey yaxşılıqlar sahibi, ey xətaları bağışlayan, ey istəkləri əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey gizlinləri bilən, ey bəlaları dəf edən.
(3) يَا خَيْرَ الْغَافِرِيْنَ، يَا خَيْرَ الْفَاتِحِيْنَ، يَا خَيْرَ النَّاصِرِيْنَ، يَا خَيْرَ الْحَاكِمِيْنَ، يَا خَيْرَ الرَّازِقِيْنَ، يَا خَيْرَ الْوَارِثِيْنَ، يَا خَيْرَ الْحَامِدِيْنَ، يَا خَيْرَ الذَّاكِرِيْنَ، يَا خَيْرَ الْمُنْزِلِيْنَ، يَا خَيْرَ الْمُحْسِنِيْنَ۔
(3) Ey bağışlayanların ən yaxşısı, ey işləri həll edənlərin ən yaxşısı, ey yavərlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey sitayiş olunanların ən yaxşısı, ey yad olunanların ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı.
(4) يَا مَنْ لَهُ الْعِزَّةُ وَالْجَمَالُ، يَا مَنْ لَهُ الْقُدْرَةُ وَالْكَمَالُ، يَا مَنْ لَهُ الْمُلْكُ وَالْجَلَالُ، يَا مَنْ هُوَ الْكَبِيْرُ الْمُتَعَالِ، يَا مُنْشِيَ السَّحَابِ الثِّقَالِ، يَا مَنْ هُوَ شَدِيْدُ الْمِحَالِ، يَا مَنْ هُوَ سَرِيْعُ الْحِسَابِ، يَا مَنْ هُوَ شَدِيْدُ الْعِقَابِ، يَا مَنْ عِنْدَهُ حُسْنُ الثَّوَابِ، يَا مَنْ عِنْدَهُ اُمُّ الْكِتَابِ۔
(4) Ey o kəs ki, izzət və gözəllik ona məxsusdur; ey o kəs ki, qüdrət və kamal ona məxsusdur; ey o kəs ki, hökmdarlıq və cəlalət ona məxsusdur; ey o kəs ki, böyüklük və ucalıq ona məxsusdur; ey ağır buludları var edən; ey o kəs ki, çətin intiqam almaq ona məxsusdur; ey o kəs ki, tez haqq-hesaba çəkmək ona məxsusdur; ey o kəs ki, şiddətli cəzalandırır; ey o kəs ki, gözəl savab onun yanındadır; ey o kəs ki, "Ummul-kitab" onun yanındadır.
(5) اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ بِاسْمِكَ، يَا حَنَّانُ، يَا مَنَّانُ، يَا دَيَّانُ، يَا بُرْهَانُ، يَا سُلْطَانُ، يَا رِضْوَانُ، يَا غُفْرَانُ، يَا سُبْحَانُ، يَا مُسْتَعَانُ، يَا ذَا الْمَنِّ وَالْبَيَانِ۔
(5) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey mehr-məhəbbətli, ey əliaçıq, ey əvəz gününün hakimi, ey yol göstərən, ey hökmdar, ey razılıq səbəbi, ey bağışlayan, ey təsbih olunan, ey yavər, ey minnət və bəyan sahibi.
(6) يَـا مَنْ تَـوَاضَـعَ كُلُّ شَيْئٍ لِعَظَمَتِهِ، يَا مَنِ اسْتَسْلَمَ كُلُّ شَيْئٍ لِقُدْرَتِهِ، يَا مَنْ ذَلَّ كُلُّ شَيْئٍ لِعِزَّتِهِ، يَا مَنْ خَضَعَ كُلُّ شَيْئٍ لِهَيْبَتِهِ، يَا مَنِ انْقَادَ كُلُّ شَيْئٍ مِّنْ خَشْيَتِهِ، يَا مَنْ تَشَقَّقَتِ الْجِبَالُ مِنْ مَخَافَتِهِ، يَا مَنْ قَامَتِ السَّمَاوَاتُ بِاَمْرِهِ، يَا مَنِ اسْتَقَرَّتِ الْاَرَضُوْنَ بِاِذْنِهِ، يَا مَنْ يُّسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ، يَا مَنْ لَّا يَعْتَدِي عَلىٰ اَهْلِ مَمْلَكَتِهِ۔
(6) Ey o kəs ki, onun əzəməti qarşısında hər şey baş əymişdir; ey o kəs ki, onun qüdrəti qarşısında hər şey təslim olmuşdur; ey o kəs ki, onun izzəti qarşısında hər şey xar olmuşdur; ey o kəs ki, onun heybəti qarşısında hər şey təvazökar olmuşdur; ey o kəs ki, onun qorxusundan hər şey müti olmuşdur; ey o kəs ki, dağlar onun qorxusundan çatlamışdır; ey o kəs ki, göylər onun əmrilə ucalmışdır; ey o kəs ki, yerlər onun iznilə qərarlaşmışdır; ey o kəs ki, çaxan şimşək ona həmd-səna deyir; ey o kəs ki, əlinin altında olanlara zülm etmir.
(7) يَا غَافِرَ الْخَطَايَا، يَا كَاشِفَ الْبَلَايَا، يَا مُنْتَهَى الرَّجَايَا، يَا مُجْزِلَ الْعَطَايَا، يَا وَاهِبَ الْهَدَايَا، يَا رَازِقَ الْبَرَايَا، يَا قَاضِيَ الْمَنَايَا، يَا سَامِعَ الشَّكَايَا، يَا بَاعِثَ الْبَرَايَا، يَا مُطْلِقَ الْاُسَارىٰ۔
(7) Ey xətaları bağışlayan, ey bəlaları uzaqlaşdıran, ey ümidlərin sonu, ey çox əta edən, ey hədiyyələr verən, ey məxluqata ruzi verən, ey arzuları həyata keçirən, ey şikayətləri dinləyən, ey məxluqatı (öldükdən sonra) ayağa qaldıran, ey əsirləri azad edən.
(8) يَا ذَا الْحَمْدِ وَالثَّنَاۤءِ، يَا ذَا الْفَخْرِ وَالْبَهَاۤءِ، يَا ذَا الْمَجْدِ وَالسَّنَاۤءِ، يَا ذَا الْعَهْدِ وَالْوَفَاۤءِ، يَا ذَا الْعَفْوِ وَالرِّضَاۤءِ، يَا ذَا الْمَنِّ وَالْعَطَاۤءِ، يَا ذَا الْفَضْلِ وَالْقَضَاۤءِ، يَا ذَا الْعِزِّ وَالْبَقَاۤءِ، يَا ذَا الْجُوْدِ وَالسَّخَاۤءِ، يَا ذَا الْاٰلَاۤءِ وَالنَّعْمَاۤءِ۔
(8) Ey həmd-səna sahibi, ey fəxr və parlaqlıq sahibi, ey alicənablıq və əzəmət sahibi, ey əhd-peyman və vəfa sahibi, ey əvf və razılıq sahibi, ey nemət və bəxşiş sahibi, ey (haqqı batildən) ayırma və hakimlik etmə sahibi, ey izzət və bəqa sahibi, ey bəxşiş və səxavət sahibi, ey ehsanlar və nemətlər sahibi.
(9) اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ بِاسْمِكَ، يَا مَانِعُ، يَا دَافِعُ، يَا رَافِعُ، يَا صَانِعُ، يَا نَافِعُ، يَا سَامِعُ، يَا جَامِعُ، يَا شَافِعُ، يَا وَاسِعُ، يَا مُوْسِعُ۔
(9) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey mane olan, ey dəf edən, ey ucaldan, ey yaradıb əmələ gətirən, ey fayda verən, ey eşidən, ey cəm edən, ey şəfaət edən, ey vüsətləndirən, ey qadir olan.
(10) يَا صَانِعَ كُلِّ مَصْنُوْعٍ، يَا خَالِقَ كُلِّ مَخْلُوْقٍ، يَا رَازِقَ كُلِّ مَرْزُوْقٍ، يَا مَالِكَ كُلِّ مَمْلُوْكٍ، يَا كَاشِفَ كُلِّ مَكْرُوْبٍ، يَا فَارِجَ كُلِّ مَهْمُوْمٍ، يَا رَاحِمَ كُلِّ مَرْحُوْمٍ، يَا نَاصِرَ كُلِّ مَخْذُوْلٍ، يَا سَاتِرَ كُلِّ مَعْيُوْبٍ، يَا مَلْجَاَ كُلِّ مَطْرُوْدٍ۔
(10) Ey hər yaranmışın yaradanı, ey hər xəlq olunmuşun xaliqi, ey hər ruzi yeyənin ruzi verəni, ey hər var-dövlətin maliki, ey qəmə batanların qəmini yox edən, ey kədərliləri şad edən, ey hər rəhm olunana rəhm edən, ey hər yavərsizin yavəri, ey hər eybi örtən, ey hər qovulmuşun pənahı.
(11) يَا عُدَّتِيْ عِنْدَ شِدَّتِيْ، يَا رَجَآئِـيْ عِنْدَ مُصِيْبَتِي، يَا مُوْنِسِيْ عِنْدَ وَحْشَتِيْ، يَا صَاحِبِيْ عِنْدَ غُرْبَتِيْ، يَا وَلِيِّيْ عِنْدَ نِعْمَتِيْ، يَا غِيَاثِيْ عِنْدَ كُرْبَتِيْ، يَا دَلِيْلِيْ عِنْدَ حَيْرَتِيْ، يَا غِنَاۤئِي عِنْدَ افْتِقَارِيْ، يَا مَلْجَاۤئِيْ عِنْدَ اضْطِرَارِيْ، يَا مُعِيْنِيْ عِنْدَ مَفْزَعِيْ۔
(11) Ey darlıq vaxtlarında mənim azuqəm, ey müsibətlərdə mənim ümidim, ey qorxu vaxtlarında mənim həmdəmim, ey qürbətlərdə mənim yoldaşım, ey nemətlərdə mənim ağam, ey giriftarlıqda mənim dadıma çatan, ey sərgərdanlıqda mənim yol göstərənim, ey yoxsulluqda mənim zənginliyim, ey çarəsizliklərdə mənim pənahım, ey pərişanlıqda mənim köməyim.
(12) يَا عَلَّا مَ الْغُيُوْبِ، يَا غَفَّارَ الذُّنُوْبِ، يَا سَتَّارَ الْعُيُوْبِ، يَا كَاشِفَ الْكُرُوْبِ، يَا مُقَلِّبَ الْقُلُوْبِ، يَا طَبِيْبَ الْقُلُوْبِ، يَا مُنَوِّرَ الْقُلُوْبِ، يَا اَنِيْسَ الْقُلُوْبِ، يَا مُفَرِّجَ الْهُمُوْمِ، يَا مُنَفِّسَ الْغُمُوْمِ۔
(12) Ey qeybləri bilən, ey günahları bağışlayan, ey eybləri örtən, ey qəmləri yox edən, ey qəlbləri döndərən, ey qəlblərə şəfa verən, ey qəlbləri işıqlandıran, ey qəlblərin həmdəmi, ey kədərləri aradan qaldıran, ey qəmləri kənarlaşdıran.
(13) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا جَلِيْلُ، يَا جَمِيْلُ، يَا وَكِيْلُ، يَا كَفِيْلُ، يَا دَلِيْلُ، يَا قَبِيْلُ، يَا مُدِيْلُ، يَا مُنِيْلُ، يَا مُقِيْلُ، يَا مُحِيْلُ۔
(13) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey cəlalətli, ey gözəl, ey vəkil, ey zamin, ey yol göstərən, ey qəbul edən, ey dövlət bəxş edən, ey ehsan edən, ey güzəşt edən, ey çarə qılan.
(14) يَا دَلِيْلِ المُتَحَيِّرِيْنَ، يَا غِيَاثَ المُسْتَغِيْثِيْنَ، يَا صَرِيْخَ المُسْتَصْرِخِيْنَ، يَا جَارَ المُسْتَجِيْرِيْنَ، يَا اَمَانَ الْخَآئِفِيْنَ، يَا عَوْنَ الْمُؤْمِنِيْنَ، يَا رَاحِمَ المَسَاكِيْنَ، يَا مَلْجَاَ الْعَاصِيْنَ، يَا غَافِرَ الْمُذْنِبِيْنَ، يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ۔
(14) Ey sərgərdan qalanlara yol göstərən, ey fəryad edənlərin fəryadına yetən, ey dada çağıranların dadına çatan, ey pənah gətirənlərin pənahı, ey qorxanların amanı, ey möminlərin yavəri, ey miskinlərə rəhm edən, ey asi olanların pənahı, ey günahkarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən.
(15) يَا ذَا الْجُوْدِ وَالْاِحْسَانِ، يَا ذَا الْفَضْلِ وَالْاِمْتِنَانِ، يَا ذَا الْاَمْنِ وَالْاَمَانِ، يَا ذَا الْقُدْسِ وَالسُّبْحَانِ، يَا ذَا الْحِكْمَةِ وَالْبَيَانِ، يَا ذَا الرَّحْمَةِ وَالرِّضْوَانِ، يَا ذَا الْحُجَّةِ وَالْبُرْهَانِ، يَا ذَا الْعَظَمَةِ وَالسُّلْطَانِ، يَا ذَا الرَّأْفَةِ وَالْمُسْتَعَانِ، يَا ذَا الْعَفْوِ وَالْغُفْرَانِ۔
(l5) Ey səxavət və ehsan sahibi, ey kərəm və nemət sahibi, ey əmin-amanlıq və aramlıq səbəbi, ey müqəddəslik və paklıq sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və razılıq səbəbi, ey dəlil və bürhan sahibi, ey əzəmət və hökmdarlıq sahibi, ey rəhmət və dayaq sahibi, ey əfv və bağışlanma sahibi.
(16) يَا مَنْ هُوَ رَبُّ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ اِلٰهُ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ خَالِقُ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ صَانِعُ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ قَبْلَ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ بَعْدَ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ فَوْقَ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ عَالِمٌ بِكُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ قَادِرٌ عَلىٰ كُلِّ شَيْئٍ، يَا مَنْ هُوَ يَبْقىٰ وَيَفْنىٰ كُلُّ شَيْئٍ ۔
(l6) Ey o kəs ki, hər şeyin Rəbbidir; ey o kəs ki, hər şeyin Məbududur; ey o kəs ki, hər şeyin yaradanıdır; ey o kəs ki, hər şeyin xaliqidir; ey o kəs ki, hər şeydən qabaqdır; ey o kəs ki, hər şeydən sonradır; ey o kəs ki, hər şeyin fövqündədir; ey o kəs ki, hər şeyi bilir; ey o kəs ki, hər şeyə qadirdir; ey o kəs ki, baqidir və hər şey fanidir.
(17) اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ بِاسْمِكَ، يَا مُؤْمِنُ، يَا مُهَيْمِنُ، يَا مُكَوِّنُ، يَا مُلَقِّنُ، يَا مُبَيِّنُ، يَا مُهَوِّنُ، يَا مُمَكِّنُ، يَا مُزَيِّنُ، يَا مُعْلِنُ، يَا مُقَسِّمُ۔
(17) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey aman verən, ey iqtidarlı, ey var edən, ey bağışlayan, ey aydınlaşdıran, ey asanlaşdıran, ey qüvvətləndirən, ey zinətləndirən, ey aşkar edən, ey payları bölən.
(18) يَا مَنْ هُوَ فِيْ مُلْكِهِ مُقِيْمٌ، يَا مَنْ هُوَ فِي سُلْطَانِهِ قَدِيْمٌ، يَا مَنْ هُوَ فِيْ جَلَالِهِ عَظِيْمٌ، يَا مَنْ هُوَ عَلىٰ عِبَادِهِ رَحِيْمٌ، يَا مَنْ هُوَ بِكُلِّ شَيْئٍ عَلِيْمٌ، يَا مَنْ هُوَ بِمَنْ عَصَاهُ حَلِيْمٌ، يَا مَنْ هُوَ بِمَنْ رَجَاهُ كَرِيْمٌ، يَا مَنْ هُوَ فِيْ صُنْعِهِ حَكِيْمٌ، يَا مَنْ هُوَ فِيْ حِكْمَتِهِ لَطِيْفٌ، يَا مَنْ هُوَ فِيْ لُطْفِهِ قَدِيْمٌ۔
(18) Ey o kəs ki, hökmranlığında əbədidir; ey o kəs ki, səltənətində qədimidir; ey o kəs ki, cah-cəlalında əzəmətlidir; ey o kəs ki, bəndələrinə qarşı mehribandır; ey o kəs ki, hər şeyi biləndir; ey o kəs ki, ona asi olanlara qarşı səbirlidir; ey o kəs ki, ona ümid bəsləyənlərə bəxş edəndir; ey o kəs ki, yaratmağında hikmət sahibidir; ey o kəs ki, hikmətində dəqiqdir; ey o kəs ki, mehribanlığında qədimidir.
(19) يَا مَنْ لَايُرْجىٰ اِلَّا فَضْلُهُ، يَا مَنْ لَايُسْاَلُ اِلَّا عَفْوُهُ، يَا مَنْ لَايُنْظَرُ اِلَّا بِرُّهُ، يَا مَنْ لَا يُخَافُ اِلَّا عَدْلُهُ، يَا مَنْ لَا يَدُوْمُ اِلَّا مُلْكُهُ، يَا مَنْ لَاسُلْطَانَ اِلَّا سُلْطَانُهُ، يَا مَنْ وَسِعَتْ كُلَّ شَيْئٍ رَحْمَتُهُ، يَا مَنْ سَبَقَتْ رَحْمَتُهُ غَضَبَهُ، يَا مَنْ اَحَاطَ بِكُلِّ شَيْئٍ عِلْمُهُ، يَا مَنْ لَيْسَ اَحَدٌ مِثْلَهُ۔
(19) Ey o kəs ki, onun kərəmindən qeyri bir şeyə ümid yoxdur; ey o kəs ki, onun əfvindən qeyri bir istək yoxdur; ey o kəs ki, onun yaxşılığından qeyri bir təvəqqö yoxdur; ey o kəs ki, onun ədalətindən qeyri bir qorxu yoxdur; ey o kəs ki, onun hökmdarlığından qeyri heç nə əbədi deyil; ey o kəs ki, onun hökmranlığından qeyri bir hökmranlıq yoxdur; ey o kəs ki, onun rəhməti hər şeyi ehtiva etmişdir; ey o kəs ki, onun rəhməti qəzəbindən öndədir; ey o kəs, onun elmi hər şeyi əhatə etmişdir; ey o kəs ki, onun tayı-bərabəri yoxdur.
(20) يَا فَارِجَ الْهَمِّ، يَا كَاشِفَ الْغَمِّ، يَا غَافِرَ الذَّنْبِ، يَا قَابِلَ التَّوْبِ، يَا خَالِقَ الْخَلْقِ، يَا صَادِقَ الْوَعْدِ، يَا مُوْفِيَ الْعَهْدِ، يَا عَالِمَ السِّرِّ، يَا فَالِقَ الْحَبِّ، يَا رَازِقَ الْاَنَامِ۔
(20) Ey kədəri dağıdan, ey qəm-qüssəni aradan qaldıran, ey günahı bağışlayan, ey tövbəni qəbul edən, ey məxluqu xəlq edən, ey vədinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirri bilən, ey dəni yaran, ey məxluqata ruzi verən.
(21) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا عَلِيُّ، يَا وَفِيُّ، يَا غَنِيُّ، يَا مَلِيُّ، يَا حَفِيُّ، يَا رَضِيُّ، يَا زَكِيُّ، يَا بَدِيُّ، يَا قَوِيُّ، يَا وَلِيُّ۔
(21) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey uca, ey vəfadar, ey ehtiyacsız, ey imkanlı, ey qəbul edən, ey razı, ey pakizə, ey yaradan, ey qüvvəli, ey başçı.
(22) يَا مَنْ اَظْهَرَ الْجَمِيْلَ، يَا مَنْ سَتَرَ الْقَبِيْحَ، يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيْرَةِ، يَا مَنْ لَمْ يَهْتِكِ السِّتْرَ، يَا عَظِيْمَ الْعَفْوِ، يَا حَسَنَ التَّجَاوُزِ، يَا وَاسِعَ الْمَغْفِرَةِ، يَا بَاسِطَ اليَّدَيْنِ بِالرَّحْمَةِ، يَا صَاحِبَ كُلِّ نَجْوىٰ، يَا مُنْتَهىٰ كُلِّ شَكْوىٰ۔
(22) Ey o kəs ki, gözəllikəri aşkar etdi; ey o kəs ki, qəbahətləri örtdü; ey o kəs ki, pis əməl üçün cəzalandırmadı; ey o kəs ki, pərdəni yırtmadı; ey əzəmətli əfv sahibi; ey gözəl güzəşt sahibi; ey məğfirəti geniş olan; ey rəhmət sarıdan əliaçıq olan; ey hər sirdən xəbərdar olan; ey hər şikayətin sonu.
(23) يَا ذَا النِّعْمَةِ السَّابِغَةِ، يَا ذَا الرَّحْمَةِ الْوَاسِعَةِ، يَا ذَا الْمِنَّةِ السَّابِقَةِ، يَا ذَا الْحِكْمَةِ الْبَالِغَةِ، يَا ذَا الْقُدْرَةِ الْكَامِلَةِ، يَا ذَا الْحُجَّةِ الْقَاطِعَهِ، يَا ذَا الْكَرَامَةِ الظَّاهِرَةِ، يَا ذَا الْعِزَّةِ الدَّآئِمَةِ، يَا ذَا الْقُوَّةِ الْمَتِيْنَةِ، يَا ذَا الْعَظَمَةِ الْمَنِيْعَةِ۔
(23) Ey hesabsız nemət sahibi, ey geniş rəhmət sahibi, ey qədimi nemət sahibi, ey nəhayətsiz hikmət sahibi, ey kamil qüdrət sahibi, ey aydın dəlil sahibi, ey aşkar kəramət sahibi, ey əbədi izzət sahibi, ey yenilməz qüvvət sahibi, ey əlçatmaz əzəmət sahibi.
(24) يَا بَدِيْعَ السَّمَاوَاتِ، يَا جَاعِلَ الظُّلُمَاتِ، يَا رَاحِمَ الْعَبَرَاتِ، يَا مُقِيْلَ الْعَثَرَاتِ، يَا سَاتِرَ الْعَوْرَاتِ، يَا مُحْيِيَ الْاَمْوَاتِ، يَا مُنْزِلَ الْاٰيَاتِ، يَا مُضَعِّفَ الْحَسَنَاتِ، يَا مَاحِيَ السَّيِّئَاتِ، يَا شَدِيْدَ النَّقِمَاتِ۔
(24) Ey göyləri yaradan, ey gecələri yaradan, ey göz yaşlarına rəhm edən, ey sapqınlıqlardan keçən, ey pislikləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey yaxşılıqları artıran, ey pis əməlləri məhv edən, ey şiddətli intiqam alan.
(25) اَللّٰهُمَّ اِنِّیْ اَسْاَلُكَ بِاسْمِكَ، يَا مُصَوِّرُ، يَا مُقَدِّرُ، يَا مُدَبِّرُ، يَا مُطَهِّرُ، يَا مُنَوِّرُ، يَا مُيَسِّرُ، يَا مُبَشِّرُ، يَا مُنْذِرُ، يَا مُقَدِّمُ، يَا مُؤَخِّرُ۔
(25) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey surət verən, ey müqəddər edən, ey idarə edən, ey pak edən, ey işıqlandıran, ey asan edən, ey müjdə verən, ey qorxudan, ey önə keçən, ey təxirə salan.
(26) يَا رَبَّ الْبَيْتِ الْحَرَامِ، يَا رَبَّ الشَّهْرِ الْحَرَامِ، يَا رَبَّ الْبَلَدِ الحَرَامِ، يَا رَبَّ الرُّكْنِ وَالْمَقَامِ، يَا رَبَّ الْمَشْعَرِ الحَرَامِ، يَا رَبَّ الْمَسْجِدِ الحَرَامِ، يَا رَبَّ الْحِلِّ وَالحَرَامِ، يَا رَبَّ النُّوْرِ وَالظَّلَامِ، يَا رَبَّ التَّحِيَّةِ وَالسَّلَامِ، يَا رَبَّ الْقُدْرَةِ فِيْ الْاَنَامِ۔
(26) Ey Beytul-həramın (Kəbənin) rəbbi, ey şəhrul-həramın (haram ayın) rəbbi, ey bələdul-həramın (haram şəhərin) rəbbi, ey "rükn" və "məqam"ın rəbbi, ey məş`ərul-həramın rəbbi, ey məscidul-həramın rəbbi, ey halal və haramın rəbbi, ey nur və zülmətin rəbbi, ey salavat və salamın rəbbi, ey məxluqat arasında qüdrət rəbbi.
(27) يَا اَحْكَمَ الْحَاكِمِيْنَ، يَا اَعْدَلَ الْعَادِلِيْنَ، يَا اَصْدَقَ الصَّادِقِيْنَ، يَا اَطْهَرَ الطَّاهِرِيْنَ، يَا اَحْسَنَ الْخَالِقِيْنَ، يَا اَسْرَعَ الْحَاسِبِيْنَ، يَا اَسْمَعَ السَّامِعِيْنَ، يَا اَبْصَرَ النَّاظِرِيْنَ، يَا اَشْفَعَ الشَّافِعِيْنَ، يَا اَكْرَمَ الْاَكْرَمِيْنَ۔
(27) Ey hakimlərin ən yaxşı hakimi, ey ədalətlilərin ən ədalətlisi, ey doğru danışanların ən doğruçusu, ey pakların ən pakı, ey xaliqlərin ən yaxşısı, ey ən tez haqq-hesaba çəkən, ey eşidənlərin ən yaxşı eşidəni, ey görənlərin ən yaxşı görəni, ey şəfaətçilərin ən yaxşı şəfaətçisi, ey kərimlərin ən kərimi.
(28) يَا عِمَادَ مَنْ لَا عِمَادَ لَهُ، يَا سَنَدَ مَنْ لَا سَنَدَ لَهُ، يَا ذُخْرَ مَنْ لَا ذُخْرَ لَهُ، يَا حِرْزَ مَنْ لَا حِرْزَ لَهُ، يَا غِيَاثَ مَنْ لَا غِيَاثَ لَهُ، يَا فَخْرَ مَنْ لَا فَخْرَ لَهُ، يَا عِزَّ مَنْ لَا عِزَّ لَهُ، يَا مُعِيْنَ مَنْ لَا مُعِيْنَ لَهُ، يَا اَنِيْسَ مَنْ لَا اَنِيْسَ لَهُ، يَا اَمَانَ مَنْ لَا اَمَانَ لَهُ۔
(28) Ey dayağı olmayan kəsin dayağı, ey köməyi olmayan kəsin köməyi, ey azuqəsi olmayan kəsin azuqəsi, ey pənahı olmayan kəsin pənahı, ey dadına çatanı olmayanın dadına çatan, ey iftixarı olmayan kəsin iftixarı, ey izzəti olmayan kəsin izzəti, ey yavəri olmayan kəsin yavəri, ey həmdəmi olmayan kəsin həmdəmi, ey amanı olmayan kəsin amanı.
(29) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا عَاصِمُ، يَا قَآئِمُ، يَا دَآئِمُ، يَا رَاحِمُ، يَا سَالِمُ، يَا حَاكِمُ، يَا عَالِمُ، يَا قَاسِمُ، يَا قَابِضُ، يَا بَاسِطُ۔
(29) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey çəkindirən, ey daim olan, ey əbədi, ey rəhm edən, ey nöqsansız, ey hakim, ey alim, ey payları bölən, ey (canları) alan, ey (düyünləri) açan.
(30) يَا عَاصِمَ مَنِ اسْتَعْصَمَهُ، يَا رَاحِمَ مَنِ اسْتَرْحَمَهُ، يَا غَافِرَ مَنِ اسْتَغْفَرَهُ، يَا نَاصِرَ مَنِ اسْتَنْصَرَهُ، يَا حَافِظَ مَنِ اسْتَحْفَظَهُ، يَا مُكْرِمَ مَنِ اسْتَكْرَمَهُ، يَا مُرْشِدَ مَنِ اسْتَرْشَدَهُ، يَا صَرِيْخَ مَنِ اسْتَصْرَخَهُ، يَا مُعِيْنَ مَنِ اسْتَعَانَهُ، يَا مُغِيْثَ مَنِ اسْتَغَاثَهُ۔
(30) Ey (günahdan) çəkinmək istəyəni çəkindirən, ey rəhm diləyənə rəhm edən, ey bağışlanma diləyəni bağışlayan, ey kömək diləyənə kömək edən, ey mühafizə diləyəni mühafizə edən, ey kəramət diləyəni kəramətli edən, ey hidayət diləyəni hidayət edən, ey fəryad edənin fəryadına çatan, ey yardım diləyənə yardım edən, ey dada çağıranın dadına yetən.
(31) يَا عَزِيْزًا لَا يُضَامُ، يَا لَطِيْفًا لَا يُرَامُ، يَا قَيُّوْمًا لَا يَنَامُ، يَا دَآئِمًا لَا يَفُوْتُ، يَا حَيًّا لَا يَمُوْتُ، يَا مَلِكًا لَا يَزُوْلُ، يَا بَاقِيًا لَا يَفْنىٰ، يَا عَالِمًا لَا يَجْهَلُ، يَا صَمَدًا لَا يُطْعَمُ، يَا قَوِيًّا لَا يَضْعُفُ۔
(31) Ey zillətə məruz qalmayan "izzətli", ey nüfuz olunmayan "mehriban", ey yuxuya getməyən "daimi varlıq", ey məhv olmayan "cavidan", ey ölümü olmayan "diri", ey mülkü aradan getməyən "padşah", ey fani olmayan "baqi", ey cahil olmayan "alim", ey ruziyə ehtiyacı olmayan "ehtiyacsız", ey zəifləməyən "qüvvətli".
(32) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا اَحَدُ، يَا وَاحِدُ، يَا شَاهِدُ، يَا مَاجِدُ، يَا حَامِدُ، يَا رَاشِدُ، يَا بَاعِثُ، يَا وَارِثُ، يَا ضَارُّ، يَا نَافِعُ۔
(32) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey tək, ey yeganə, ey şahid, ey alicənab, ey sitayiş olunan, ey yol göstərən, ey (ölüləri) ayağa qaldıran, ey varis, ey ziyanı verən, ey faydanı verən.
(33) يَا اَعْظَمَ مِنْ كُلِّ عَظِيْمٍ، يَا اَكْرَمَ مِنْ كُلِّ كَرِيْمٍ، يَا اَرْحَمَ مِنْ كُلِّ رَحِيْمٍ، يَا اَعْلَمَ مِنْ كُلِّ عَلِيْمٍ، يَا اَحْكَمَ مِنْ كُلِّ حَكِيْمٍ، يَا اَقْدَمَ مِنْ كُلِّ قَدِيْمٍ، يَا اَكْبَرَ مِنْ كُلِّ كَبِيْرٍ، يَا اَلْطَفَ مِنْ كُلِّ لَطِيْفٍ، يَا اَجَلَّ مِنْ كُلِّ جَلِيْلٍ، يَا اَعَزَّ مِنْ كُلِّ عَزِيْزٍ۔
(33) Ey hər əzəmətlidən əzəmətli, ey hər kərimdən kərim, ey hər rəhimlidən rəhimli, ey hər alimdən alim, ey hər hikmət sahibindən hikmətli, ey hər qədimdən qədim, ey hər böyükdən böyük, ey hər lütfkardan lütfkar, ey hər cəlalətlidən cəlalətli, ey hər əzizdən əziz.
(34) يَا كَرِيْمَ الصَّفْحِ، يَا عَظِيْمَ الْمَنِّ، يَا كَثِيْرَ الْخَيْرِ، يَا قَدِيْمَ الْفَضْلِ، يَا دَآئِمَ اللُّطْفِ، يَا لَطِيْفَ الصُّنْعِ، يَا مُنَفِّسَ الْكَرْبِ، يَا كَاشِفَ الضُّرِّ، يَا مَالِكَ المُلْكِ، يَا قَاضِيَ الحَقِّ۔
(34) Ey güzəşti olan kərim, ey neməti əzəmətli olan, ey xeyri çox olan, ey bəxşişi qədim olan, ey lütfü daimi olan, ey xilqəti lətif olan, ey kədəri dağıdan, ey ziyanı aradan qaldıran, ey mülkün (varlığın) maliki, ey haqqa hökm verən.
(35) يَا مَنْ هُوَ فِيْ عَهْدِهِ وَفِيٌّ، يَا مَنْ هُوَ فِيْ وَفَآئِهِ قَوِيٌّ، يَا مَنْ هُوَ فِيْ قُوَّتِهِ عَلِيٌّ، يَا مَنْ هُوَ فِيْ عُلُوِّهِ قَرِيْبٌ، يَا مَنْ هُوَ فِيْ قُرْبِهِ لَطِيْفٌ، يَا مَنْ هُوَ فِي لُطْفِهِ شَرِيْفٌ، يَا مَنْ هُوَ فِيْ شَرَفِهِ عَزِيْزٌ، يَا مَنْ هُوَ فِي عِزِّهِ عَظِيْمٌ، يَا مَنْ هُوَ فِيْ عَظَمَتِهِ مَجِيْدٌ، يَا مَنْ هُوَ فِيْ مَجْدِهِ حَمِيْدٌ۔
(35) Ey əhd-peymanında vəfalı olan kəs, ey vəfasında qüvvətli (möhkəm) olan kəs, ey qüvvəsində uca olan kəs, ey uca ikən yaxın olan kəs, ey yaxın ikən lətif (gizlin) olan kəs, ey lütfündə şərif olan kəs, ey şərəfində izzətli olan kəs, ey izzətində əzəmətli olan kəs, ey əzəmətli ikən alicənab olan kəs, ey alicənablığında sitayiş olunan kəs.
(36) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا كَافِيْ، يَا شَافِيْ، يَا وَافِيْ، يَا مُعَافِيْ، يَا هَادِيْ، يَا دَاعِيْ، يَا قَاضِيْ، يَا رَاضِيْ، يَا عَالِيْ، يَا بَاقِيْ۔
(36) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey kifayətləndirən, ey şəfa verən, ey vəfa edən, ey əfv edən, ey hidayət edən, ey dəvət edən, ey hökm verən, ey razı qalan, ey ali (uca məqamlı), ey baqi.
(37) يَا مَنْ كُلُّ شَيْئٍ خَاضِعٌ لَهُ، يَا مَنْ كُلُّ شَيْئٍ خَاشِعٌ لَهُ، يَا مَنْ كُلُّ شَيْئٍ كَاۤئِنٌ لَهُ، يَا مَنْ كُلُّ شَيْئٍ مَوْجُوْدٌ بِهِ، يَا مَنْ كُلُّ شَيْئٍ مُنِيْبٌ اِلَيْهِ، يَا مَنْ كُلُّ شَيْئٍ خَآئِفٌ مِنْهُ، يَا مَنْ كُلُّ شَيْئٍ قَآئِمٌ بِهِ، يَا مَنْ كُلُّ شَيْئٍ صَآئِرٌ اِلَيْهِ، يَا مَنْ كُلُّ شَيْئٍ یُسَبِّحُ بِحَمْدِہِ یَا مَنْ كُلُّ شَیْئٍ هَالِكٌ اِلَّا وَجْهَهُ۔
(37) Ey o kəs ki, hər şey onun qarşısında əyilmişdir; ey o kəs ki, hər şey onun qarşısında baş əymişdir; ey o kəs ki, hər şeyin varlığı ona aiddir; ey o kəs ki, hər şeyin mövcudiyyəti onun vasitəsilədir; ey o kəs ki, hər şeyin qayıdışı ona tərəfdir; ey o kəs ki, hər şeyin qorxusu ondandır; ey o kəs ki, hər şeyin varlığı ona dayanır; ey o kəs ki, hər şeyin dönüşü ona tərəfdir; ey o kəs ki, hər şey sitayişlə ona təsbih deyir; ey o kəs ki, onun zatından qeyri hər şey məhvə məhkumdur.
(38) يَا مَنْ لَامَفَرَّ اِلَّا اِلَيْهِ، يَا مَنْ لَا مَقْصَدَ اِلَّا اِلَيْهِ، يَا مَنْ لَامَنْجىٰ مِنْهُ اِلَّا اِلَيْهِ، يَا مَنْ لَايُرْغَبُ اِلَّا اِلَيْهِ، يَا مَنْ لَاحَوْلَ وَلَاقُوَّةَ اِلَّا بِهِ، يَا مَنْ لَايُسْتَعَانُ اِلَّا بِهِ، يَا مَنْ لَايُتَوَكَّلُ اِلَّا عَلَيْهِ، يَا مَنْ لَايُرْجىٰ اِلَّا هُوَ، يَا مَنْ لَايُعْبَدُ اِلَّا هُوَ۔
(38) Ey o kəs ki, ondan qeyri bir fərar yeri yoxdur; ey o kəs ki, ondan qeyri bir pənah yeri yoxdur; ey o kəs ki, ondan qeyri bir məqsəd (hədəf) yoxdur; ey o kəs ki, ondan qeyri bir nicat yeri yoxdur; ey o kəs ki, ondan qeyrisinə meyil və rəğbət yoxdur; ey o kəs ki, ondan qeyri bir pənahgah və qüvvə yoxdur; ey o kəs ki, ondan qeyri birisindən kömək istənilməz; ey o kəs ki, ondan qeyri birisinə təvəkkül olunmaz; ey o kəs ki, ondan qeyri birisinə ümid bəslənilməz; ey o kəs ki, ondan qeyrisinə ibadət olunmaz.
(39) يَا خَيْرَ الْمَرْهُوْبِيْنَ، يَا خَيْرَ الْمَرْغُوْبِيْنَ، يَا خَيْرَ الْمَطْلُوْبِيْنَ، يَا خَيْرَ الْمَسْؤُوْلِيْنَ، يَا خَيْرَ الْمَقْصُوْدِيْنَ، يَا خَيْرَ الْمَذْكُوْرِيْنَ، يَا خَيْرَ المَشْكُوْرِيْنَ، يَا خَيْرَ الْمَحْبُوْبِيْنَ، يَا خَيْرَ الْمَدْعُوِّيْنَ، يَا خَيْرَ الْمُسْتَأْنِسِيْنَ۔
(39) Ey qorxunulan kəslərin yaxşısı, ey rəğbət bəslənilən kəslərin yaxşısı, ey sevilən kəslərin yaxşısı, ey hacət dilənilən kəslərin yaxşısı, ey üz tutulan kəslərin yaxşısı, ey yad olunan kəslərin yaxşısı, ey şükür olunan kəslərin yaxşısı, ey məhəbbət bəslənilən kəslərin yaxşısı, ey çağırılan kəslərin yaxşısı, ey ünsiyyət yaradılan kəslərin yaxşısı.
(40) اَللّٰهُمَّ اِنِّيْٓ اَسْاَلُكَ بِاسْمِكَ، يَا غَافِرُ، يَا سَاتِرُ، يَا قَادِرُ، يَا قَاهِرُ، يَا فَاطِرُ، يَا كَاسِرُ، يَا جَابِرُ، يَا ذَاكِرُ، يَا نَاظِرُ، يَا نَاصِرُ۔
(40) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey bağışlayan, ey örtüb gizlədən, ey qüdrətli, ey qalib gələn, ey yaradan, ey sındıran, ey əvəzini verən, ey yada salan, ey görən, ey kömək edən.
(41) يَا مَنْ خَلَقَ فَسَوّٰى، يَا مَنْ قَدَّرَ فَهَدٰى، يَا مَنْ يَكْشِفُ الْبَلْوٰى، يَا مَنْ يَسْمَعُ النَّجْوٰى، يَا مَنْ يُنْقِذُالْغَرْقٰى، يَا مَنْ يُنْجِي الْهَلْكٰى، يَا مَنْ يَشْفِي الْمَرْضٰى، يَا مَنْ اَضْحَكَ وَاَبْكىٰ، يَا مَنْ اَمٰاتَ وَاَحْيٰا، يَا مَنْ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْاُنْثٰى۔
(41) Ey o kəs ki, xəlq etdi və nizama saldı; ey o kəs ki, qədər-ölçü qoydu və hidayət etdi (yolu göstərdi); ey o kəs ki, giriftarlığı aradan qaldırır; ey o kəs ki, gizlində deyilən sözləri eşidir; ey o kəs ki, qərq olanları xilas edir; ey o kəs ki, həlak olanları həlakətdən qurtarır; ey o kəs ki, xəstələrə şəfa verir; ey o kəs ki, güldürür və ağladır; ey o kəs ki, öldürür və dirildir; ey o kəs ki, kişi və qadın cinsini cütlər olaraq yaratdı.
(42) يَا مَنْ فِي الْبَرِّ وَالْبَحْرِ سَبِيْلُهُ، يَا مَنْ فِي الْاٰفَاقِ اٰيَاتُهُ، يَا مَنْ فِي الْاٰيَاتِ بُرْهَانُهُ، يَا مَنْ فِي الْمَمَاتِ قُدْرَتُهُ، يَا مَنْ فِي الْقُبُوْرِ عِبْرَتُهُ، يَا مَنْ فِي الْقِيَامَةِ مُلْكُهُ، يَا مَنْ فِي الْحِسَابِ هَيْبَتُهُ، يَا مَنْ فِي الْمِيْزَانِ قَضَآؤُهُ، يَا مَنْ فِي الْجَنَّةِ ثَوَابُهُ، يَا مَنْ فِي النَّارِ عِقَابُهُ۔
(42) Ey o kəs ki, quruda və dəryada onun yolu (onun var olduğunu sübuta yetirən yol) vardır; ey o kəs ki, bütün yaradılışda onun nişanələri vardır; ey o kəs ki, nişanələrdə onun varlığının dəlili vardır; ey o kəs ki, ölümdə onun qüdrətinin nişanəsi vardır; ey o kəs ki, qəbirlərdə onun öyüd-nəsihəti vardır; ey o kəs ki, qiyamətdə hökmranlıq onun hökmranlığıdır; ey o kəs ki, haqq-hesabda onun heybətinin nişanəsi vardır; ey o kəs ki, mizanda hökm onun hökmüdür; ey o kəs ki, Cənnətdə savab onun savabıdır; ey o kəs ki, Cəhənnəmdə cəza onun cəzasıdır.
(43) يَا مَنْ اِلَيْهِ يَهْرَبُ الْخَآئِفُوْنَ، يَا مَنْ اِلَيْهِ يَفْزَعُ الْمُذْنِبُوْنَ، يَا مَنْ اِلَيْهِ يَقْصِدُ الْمُنِيْبُوْنَ، يَا مَنْ اِلَيْهِ يَرْغَبُ الزَّاهِدُوْنَ، يَا مَنْ اِلَيْهِ يَلْجَأُ الْمُتَحَيِّرُوْنَ، يَا مَنْ بِهِ يَسْتَأْنِسُ الْمُرِيْدُوْنَ، يَا مَنْ بِهِ يَفْتَخِرُ الْمُحِبُّوْنَ، يَا مَنْ فِيْ عَفْوِهِ يَطْمَعُ الْخَاطِئُوْنَ، يَا مَنْ اِلَيْهِ يَسْكُنُ الْمُوْقِنُوْنَ، يَا مَنْ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُوْنَ۔
(43) Ey o kəs ki, qorxanlar onun dərgahına qaçar; ey o kəs ki, günahkarlar onun dərgahında ah-zar edər; ey o kəs ki, tövbə edənlər ona üz tutar; ey o kəs ki, zahidlər ona rəğbət göstərər; ey o kəs ki, sərgərdan qalanlar ona pənah aparar; ey o kəs ki, müridlər (məhəbbət bəsləyənlər) onunla ünsiyyət yaradar; ey o kəs ki, sevənlər onunla iftixar edər; ey o kəs ki, xəta işlədənlər onun əfvinə tamah salar; ey o kəs ki, yəqin əhli onun yanında aramlıq tapar; ey o kəs ki, təvəkkül edənlər ona təvəkkül edər.
(44) اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ بِاسْمِكَ، يَا حَبِيْبُ، يَا طَبِيْبُ، يَا قَرِيْبُ، يَا رَقِيْبُ، يَا حَسِيْبُ، يَا مَهِيْبُ، يَا مُثِيْبُ، يَا مُجِيْبُ، يَا خَبِيْرُ، يَا بَصِيْرُ۔
(44) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey həbib (dost), ey təbib (həkim), ey yaxın, ey goruyan, ey haqq-hesab aparan, ey heybətli, ey savab verən, ey müstəcab edən (qəbul edən), ey xəbərdar, ey görən.
(45) يَآ اَقْرَبَ مِنْ كُلِّ قَرِيْبٍ، يَآ اَحَبَّ مِنْ كُلِّ حَبِيْبٍ، يَآ اَبْصَرَ مِنْ كُلِّ بَصِيْرٍ، يَآ اَخْبَرَ مِنْ كُلِّ خَبِيْرٍ، يَآ اَشْرَفَ مِنْ كُلِّ شَرِيْفٍ، يَآ اَرْفَعَ مِنْ كُلِّ رَفِيْعٍ، يَآ اَقْوٰى مِنْ كُلِّ قَوِيٍّ، يَآ اَغْنٰى مِنْ كُلِّ غَنِيٍّ، يَآ اَجْوَدَ مِنْ كُلِّ جَوَادٍ، يَآ اَرْاَفَ مِنْ كُلِّ رَؤُوْفٍ۔
(45) Ey hər yaxından daha yaxın, ey hər sevimlidən daha sevimli, ey hər görəndən daha yaxşı görən, ey hər xəbərdardan daha yaxşı xəbərdar olan, ey hər şərifdən daha şərif, ey hər ucadan daha uca, ey hər qüvvətlidən daha qüvvətli, ey hər zəngindən daha zəngin, ey hər səxavətlidən daha səxavətli, ey hər mehribandan daha mehriban.
(46) يَا غَالِبًا غَيْرَ مَغْلُوْبٍ، يَا صَانِعًا غَيْرَ مَصْنُوْعٍ، يَا خَالِقًا غَيْرَ مَخْلُوْقٍ، يَا مَالِكًا غَيْرَ مَمْلُوْكٍ، يَا قَاهِرًا غَيْرَ مَقْهُوْرٍ، يَا رَافِعًا غَيْرَ مَرْفُوْعٍ، يَا حَافِظًا غَيْرَ مَحْفُوْظٍ، يَا نَاصِرًا غَيْرَ مَنْصُوْرٍ، يَا شَاهِدًا غَيْرَ غَآئِبٍ، يَا قَرِيْبًا غَيْرَ بَعِيْدٍ۔
(46) Ey məğlub olmayan qalib, ey yaradılmayan yaradan, ey xəlq olunmayan xaliq, ey maliki olmayan malik, ey məğlub edilməyən qüdrətli, ey ucaldana ehtiyacı olmayan ucaldan, ey mühafizi olmayan mühafiz, ey yavəri olmayan yavər, ey qayib olmayan şahid, ey uzaq olmayan yaxın.
(47) يَا نُوْرَ النُّوْرِ، يَا مُنَوِّرَ النُّوْرِ، يَا خَالِقَ النُّوْرِ، يَا مُدَبِّرَ النُّوْرِ، يَا مُقَدِّرَ النُّوْرِ، يَا نُوْرَ كُلِّ نُوْرٍ، يَا نُوْرًا قَبْلَ كُلِّ نُوْرٍ، يَا نُوْرًا بَعْدَ كُلِّ نُوْرٍ، يَا نُوْرًا فَوْقَ كُلِّ نُوْرٍ، يَا نُوْرًا لَيْسَ كَمَثْلِهِ نُوْرٌ۔
(47) Ey nurun nuru, ey nura nur bəxş edən, ey nuru xəlq edən, ey nuru idarə edən, ey nuru nizama salan, ey hər nurun nuru, ey hər nurdan əvvəl olan nur, ey hər nurdan sonra olan nur, ey hər nurun fövqündə olan nur, ey bənzəri olmayan nur.
(48) يَا مَنْ عَطَآؤُهُ شَرِيْفٌ، يَا مَنْ فِعْلُهُ لَطِيْفٌ، يَا مَنْ لُطْفُهُ مُقِيْمٌ، يَا مَنْ اِحْسَانُهُ قَدِيْمٌ، يَا مَنْ قَوْلُهُ حَقٌّ، يَا مَنْ وَعْدُهُ صِدْقٌ، يَا مَنْ عَفْوُهُ فَضْلٌ، يَا مَنْ عَذَابُهُ عَدْلٌ، يَا مَنْ ذِكْرُهُ حُلْوٌ، يَا مَنْ فَضْلُهُ عَمِيْمٌ۔
(48) Ey ətası şərafətli olan kəs, ey feli lətif olan kəs, ey lütfü daimi olan kəs, ey ehsanı qədim olan kəs, ey sözü haqq olan kəs, ey vədi doğru olan kəs, ey əfvi lütf olan kəs, ey əzabı ədalət olan kəs, ey zikri şirin olan kəs, ey fəzli hamıya şamil olan kəs.
(49) اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ بِاسْمِكَ، يَا مُسَهِّلُ، يَا مُفَصِّلُ، يَا مُبَدِّلُ، يَا مُذَلِّلُ، يَا مُنَزِّلُ، يَا مُنَوِّلُ، يَا مُفَضِّلُ، يَا مُجْزِلُ، يَا مُمْهِلُ، يَا مُجْمِلُ۔
(49) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey asanlaşdıran, ey ayırd edən, ey çevirən (döndərən), ey xar edən, ey nazil edən, ey əta edən, ey fəzilət verən, ey böyük nemət bəxş edən, ey möhlət verən, ey gözəllik bəxş edən.
(50) يَا مَنْ يَرٰى وَلَا يُرٰى، يَا مَنْ يَخْلُقُ وَلَايُخْلَقُ، يَا مَنْ يَهْدِيْ وَلَايُهْدٰى، يَا مَنْ يُّحْيِيْ وَلَا يُحْيٰى، يَا مَنْ يَّسْاَلُ وَلَايُسْاَلُ، يَا مَنْ يُطْعِمُ وَلَايُطْعَمُ، يَا مَنْ يُجِيْرُ وَلَا يُجَارُ عَلَيْهِ، يَا مَنْ يَقْضِيْ وَلَا يُقْضٰى عَلَيْهِ، يَا مَنْ يَّحْكُمُ وَلَا يُحْكَمُ عَلَيْهِ، يَا مَنْ لَّمْ يَلِدْ وَلَمْ يُوْلَدْ وَلَمْ يَكُنْ لَّهُ كُفْوًا اَحَدٌ۔
(50) Ey o kəs ki, görür, lakin görünmür; ey o kəs ki, xəlq edir, lakin xəlq olunmayıb; ey o kəs ki, hidayət edir, lakin hidayət edilmir (onun özünün hidayətə ehtiyacı yoxdur); ey o kəs ki, həyat bəxş edir, lakin ona həyat bəxş edilməyib (həyat onun zatındadır); ey o kəs ki, sorğu-suala çəkir, lakin ondan sorğu-sual olunmaz; ey o kəs ki, ruzi verir, lakin ona ruzi verilmir (onun ruziyə ehtiyacı yoxdur); ey o kəs ki, pənah verir, lakin ona pənah verilməz (pənaha ehtiyacı yoxdur); ey o kəs ki, qəzavət edir, lakin özü qəzavətə çəkilməz; ey o kəs ki, hökm verir, lakin onun barəsində hökm verilməz; ey o kəs ki, doğmayıb və doğulmayıb, onun tayı-bərabəri, bənzəri əsla yoxdur.
(51) يَا نِعْمَ الْحَسِيْبُ، يَا نِعْمَ الطَّبِيْبُ، يَا نِعْمَ الرَّقِيْبُ، يَا نِعْمَ الْقَرِيْبُ، يَا نِعْمَ الْمُجِيْبُ، يَا نِعْمَ الْحَبِيْبُ، يَا نِعْمَ الْكَفِيْلُ، يَا نِعْمَ الْوَكِيْلُ، يَا نِعْمَ الْمَوْلٰى، يَا نِعْمَ النَّصِيْرُ۔
(51) Ey yaxşı hesab aparan, ey yaxşı təbib, ey yaxşı nəzarətçi, ey yaxşı yaxın, ey yaxşı icabət edən, ey yaxşı həbib (dost), ey yaxşı dayaq, ey yaxşı vəkil, ey yaxşı mövla, ey yaxşı köməkçi.
(52) يَا سُرُوْرَ العَارِفِيْنَ، يَا مُنَى الْمُحِبِّيْنَ، يَا اَنِيْسَ الْمُرِيْدِيْنَ، يَا حَبِيْبَ التَّوَّابِيْنَ، يَا رَازِقَ الْمُقِلِّيْنَ، يَا رَجَاۤءَ الْمُذْنِبِيْنَ، يَا قُرَّةَ عَيْنِ الْعَابِدِيْنَ، يَا مُنَفِّسَ عَنِ الْمَكْرُوْبِيْنَ، يَا مُفَرِّجَ عَنِ الْمَغْمُوْمِيْنَ، يَا اِلٰهَ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَ۔
(52) Ey ariflərin sevinc bəxş edəni, ey sevənlərin arzusu, ey müridlərin həmdəmi, ey tövbə edənlərin həbibi, ey fəqirlərin ruzi verəni, ey günahkarların ümidi, ey abidlərin gözünün işığı, ey giriftarların xilas edəni, ey qəmə batanların qəmdən qurtaranı, ey əvvəlkilərin və sonrakıların ilahı.
(53) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا رَبَّنَا، يَا اِلٰهَنَا، يَا سَيِّدَنَا، يَا مَوْلَانَا، يَا نَاصِرَنَا، يَا حَافِظَنَا، يَا دَلِيْلَنَا، يَا مُعِيْنَنَا، يَا حَبِيْبَنَا، يَا طَبِيْبَنَا۔
(53) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey Rəbbimiz, ey İlahımız, ey ağamız, ey mövlamız, ey yavərimiz, ey mühafizə edənimiz, ey yol göstərənimiz, ey kömək edənimiz, ey dostumuz, ey təbibimiz.
(54) يَا رَبَّ النَّبِيِّيْنَ وَالْاَبْرَارِ، يَا رَبَّ الصِّدِّيْقِيْنَ وَالْاَخْيَارِ، يَا رَبَّ الْجَنَّةِ وَالنَّارِ، يَا رَبَّ الصِّغَارِ وَالْكِبَارِ، يَا رَبَّ الْحُبُوْبِ وَالثِّمَارِ، يَا رَبَّ الْاَنْهَارِ وَالْاَشْجَارِ، يَا رَبَّ الصَّحَارِي وَالْقِفَارِ، يَا رَبَّ الْبَرَارِيْ وَالْبِحَارِ، يَا رَبَّ اللَّيْلِ وَالنَّهَارِ، يَا رَبَّ الْاَعْلَانِ وَالْاَسْرَارِ۔
(54) Ey nəbilərin və yaxşıların Rəbbi, ey doğru danışanların və seçilmişlərin Rəbbi, ey Cənnətin və Cəhənnəmin Rəbbi, ey kiçiyin və böyüyün Rəbbi, ey dənlərin və meyvələrin Rəbbi, ey çayların və ağacların Rəbbi, ey səhraların və çöllüklərin Rəbbi, ey quruların və dəryaların Rəbbi, ey gecənin və gündüzün Rəbbi, ey aşkarların və gizlinlərin Rəbbi.
(55) يَا مَنْ نَفَذَ فِي كُلِّ شَيْئٍ اَمْرُهُ، يَا مَنْ لَحَقَ بِكُلِّ شَيْئٍ عِلْمُهُ، يَا مَنْ بَلَغَتْ اِلٰى كُلِّ شَيْئٍ قُدْرَتُهُ، يَا مَنْ لَاتُحْصِي الْعِبَادُ نِعَمَهُ، يَا مَنْ لَاتَبْلُغُ الْخَلَآئِقُ شُكْرَهُ، يَا مَنْ لَاتُدْرِكُ الْاَفْهَامُ جَلَالَهُ، يَا مَنْ لَاتَنَالُ الْاَوْهَامُ كُنْهَهُ، يَا مَنِ الْعَظَمَةُ وَالْكِبْرِيَاۤءُ رِدَآؤُهُ، يَا مَنْ لَا تَرُدُّ الْعِبَادُ قَضَآئَهُ، يَا مَنْ لَا مُلْكَ اِلَّا مُلْكُهُ، يَا مَنْ لَا عَطَاۤءَ اِلَّاعَطَآؤُهُ۔
(55) Ey o kəs ki, fərmanı hər şeyə nüfuz etmişdir; ey o kəs ki, elmi hər şeyi ehtiva etmişdir; ey o kəs ki, qüdrəti hər şeyi əhatə etmişdir; ey o kəs ki, bəndələr onun nemətlərini saya bilməzlər; ey o kəs ki, məxluqat onun şükrünü yerinə yetirmək iqtidarında deyillər; ey o kəs ki, ağıllar onun cəlalətini dərk etməz (dərk etməkdə acizdir); ey o kəs ki, düşüncələr onun həqiqətini dərk etməz; ey o kəs ki, əzəmət və böyüklük onun əbasıdır; ey o kəs ki, bəndələr onun hökmündən kənara çıxa bilməzlər; ey o kəs ki, onun hökmranlığından qeyri hökmranlıq yoxdur; ey o kəs ki, onun ətasından qeyri əta və bəxşiş yoxdur.
(56) يَا مَنْ لَهُ الْمَثَلُ الْاَعْلٰى، يَا مَنْ لَهُ الصِّفَاتُ الْعُلْيَا، يَا مَنْ لَهُ الْاٰخِرَةُ وَالْاُوْلىٰ، يَا مَنْ لَهُ الْجَنَّةُ الْمَاْوٰى، يَا مَنْ لَهُ الْاٰيَاتُ الْكُبْرٰى، يَا مَنْ لَهُ الْاَسْمَاۤءُ الْحُسْنٰى، يَا مَنْ لَهُ الْحُكْمُ وَالْقَضَاۤءُ، يَا مَنْ لَهُ الْهَوَاۤءُ وَالْفَضَاۤءُ، يَا مَنْ لَهُ الْعَرْشُ وَالثَّرٰى، يَا مَنْ لَهُ السَّمَاوٰاتُ الْعُلٰى۔
(56) Ey o kəs ki, ən yaxşı misallar ona aiddir; ey o kəs ki, ən yaxşı sifətlər ona aiddir; ey o kəs ki, (yaradılışın) sonu və əvvəli ona aiddir; ey o kəs ki, əbədi Cənnət onundur; ey o kəs ki, böyük nişanələr onundur; ey o kəs ki, gözəl adlar onundur; ey o kəs ki, hökm və qəza (icra etmək) ona aiddir; ey o kəs ki, hava və fəza onundur; ey o kəs ki, ərş və fərş onundur; ey o kəs ki, uca səmalar onundur.
(57) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا عَفُوُّ، يَا غَفُوْرُ، يَا صَبُوْرُ، يَا شَكُوْرُ، يَا رَؤُوْفُ، يَا عَطُوْفُ، يَا مَسْؤُوْلُ، يَا وَدُوْدُ، يَا سُبُّوْحُ، يَا قُدُّوْسُ۔
(57) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey əfv edən, ey bağışlayan, ey səbirli, ey şükrü qəbul edən, ey mehriban, ey şəfqətli, ey dilək üçün müraciət edilən, ey mehr-məhəbbətli, ey münəzzəh, ey pakizə.
(58) يَا مَنْ فِي السَّمَاۤءِ عَظَمَتُهُ، يَا مَنْ فِي الْاَرْضِ اٰيَاتُهُ، يَا مَنْ فِي كُلِّ شَيْئٍ دَلَآئِلُهُ، يَا مَنْ فِي الْبِحَارِ عَجَآئِبُهُ، يَا مَنْ فِي الْجِبَالِ خَزَآئِنُهُ، يَا مَنْ يُبْدَ اُلْخَلْقَ ثُمَّ يُعِيْدُهُ، يَا مَنْ اِلَيْهِ يَرْجِعُ الْاَمْرُ كُلُّهُ، يَا مَنْ اَظْهَرَ فِي كُلِّ شَيْئٍ لُطْفَهُ، يَا مَنْ اَحْسَنَ كُلَّ شَيْئٍ خَلْقَهُ، يَا مَنْ تَصَرَّفَ فِي الْخَلَآئِقِ قُدْرَتُهُ۔
(58) Ey o kəs ki, əzəməti göylərdə peydadır; ey o kəs ki, nişanələri yer üzündə aşkardır; ey o kəs ki, (varlığının) nişanələri hər şeydə görünməkdədir; ey o kəs ki, (yaradılışın) qəribəlikləri dəryadadır; ey o kəs ki, xəzinələri dağlardadır; ey o kəs ki, yaradılışı başlamışdır və sonra onu geri qaytarır; ey o kəs ki, bütün işlər ona tərəf qayıdır; ey o kəs ki, lütfünün nişanələri hər şeydə görünür; ey o kəs ki, hər şeyi gözəl xəlq etmişdir; ey o kəs ki, qüdrəti məxluqatı əhatə etmişdir.
(59) يَا حَبِيْبَ مَنْ لَاحَبِيْبَ لَهُ، يَا طَبِيْبَ مَنْ لَا طَبِيْبَ لَهُ، يَا مُجِيْبَ مَنْ لَا مُجِيْبَ لَهُ، يَا شَفِيْقَ مَنْ لَا شَفِيْقَ لَهُ، يَا رَفِيْقَ مَنْ لَا رَفِيْقَ لَهُ، يَا مُغِيْثَ مَنْ لَا مُغِيْثَ لَهُ، يَا دَلِيْلَ مَنْ لَا دَلِيْلَ لَهُ، يَا اَنِيْسَ مَنْ لَا اَنِيْسَ لَهُ، يَا رَاحِمَ مَنْ لَا رَاحِمَ لَهُ، يَا صَاحِبَ مَنْ لَا صَاحِبَ لَهُ۔
(59) Ey dostu olmayan kəsin dostu, ey təbibi olmayan kəsin təbibi, ey cavabı verilməyən kəsin cavab verəni, ey ürəyi yananı olmayan kəsin ürəyi yananı, ey rəfiqi olmayan kəsin rəfiqi, ey fəryadına heç kimin yetişmədiyi kəsin fəryadına yetişən, ey yol göstərəni olmayan kəsin yol göstərəni, ey həmdəmi olmayan kəsin həmdəmi, ey rəhm edəni olmayan kəsin rəhm edəni, ey yarı olmayan kəsin yarı.
(60) يَا كَافِيَ مَنِ اسْتَكْفَاهُ، يَا هَادِيَ مَنِ اسْتَهْدَاهُ، يَا كَالِيَ مَنِ اسْتَكْلَاهُ، يَا رَاعِيَ مَنِ اسْتَرْعَاهُ، يَا شَافِيَ مَنِ اسْتَشْفَاهُ، يَا قَاضِيَ مَنِ اسْتَقْضَاهُ، يَا مُغْنِيَ مَنِ اسْتَغْنَاهُ، يَا مُوْفِيَ مَنِ اسْتَوْفَاهُ، يَا مُقَوِّيَ مَنِ اسْتَقْوَاهُ، يَا وَلِيَّ مَنِ اسْتَوْلَاهُ۔
(60) Ey ondan kifayət diləyəni kifayətləndirən, ey ondan hidayət istəyəni hidayət edən, ey ondan mühafizə istəyəni mühafizə edən, ey ondan qorunma istəyəni qoruyan, ey ondan şəfa istəyənə şəfa verən, ey ondan qəzavət istəyən üçün qəzavət edən, ey ondan ehtiyacsızlıq diləyəni ehtiyacsız edən, ey ondan vəfadarlıq istəyənə vəfa edən, ey ondan qüvvə istəyənə qüvvə verən, ey ondan mövlalıq istəyənin mövlası.
(61) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا خَالِقُ، يَا رَازِقُ، يَا نَاطِقُ، يَا صَادِقُ، يَا فَالِقُ، يَا فَارِقُ، يَا فَاتِقُ، يَا رَاتِقُ، يَا سَابِقُ، يَا سَامِقُ۔
(61) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey xəlq edən, ey ruzi verən, ey natiq (danışan), ey sadiq (doğru danışan), ey yaran, ey ayıran, ey (çətinlik düyünlərini) açan, ey islah edən, ey önə keçən, ey məqamı uca.
(62) يَا مَنْ يُقَلِّبُ اللَّيْلَ وَالنَّهَارَ، يَا مَنْ جَعَلَ الظُّلُمَاتِ وَالْاَنْوَارَ، يَا مَنْ خَلَقَ الظِّلَّ وَالْحَرُوْرَ، يَا مَنْ سَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ، يَا مَنْ قَدَّرَ الْخَيْرَ وَالشَّرَّ، يَا مَنْ خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ، يَا مَنْ لَهُ الْخَلْقُ وَالْاَمْرُ، يَا مَنْ لَمْ يَتَّخِذْ صَاحِبَةً وَلَا وَلَدًا، يَا مَنْ لَيْسَ لَهُ شَرِيْكٌ فِي الْمُلْكِ، يَا مَنْ لَمْ يَكُنْ لَهُ وَلِيُّ مِنَ الذُّلِّ۔
(62) Ey o kəs ki, gecə və gündüzü bir-biri ilə əvəz edir; ey o kəs ki, zülmətləri və nurları yaratdı; ey o kəs ki, kölgəni və istini xəlq etdi; ey o kəs ki, günəşi və ayı xidmətə aldı; ey o kəs ki, xeyri və şəri müqəddər etdi; ey o kəs ki, ölümü və həyatı xəlq etdi; ey o kəs ki, yaratmaq və əmr etmək ona aiddir; ey o kəs ki, özünə həyat yoldaşı və övlad götürmədi; ey o kəs ki, hökmranlığında şəriki yoxdur; ey o kəs ki, aciz deyil və buna görə də yavərə ehtiyacı yoxdur.
(63) يَا مَنْ يَعْلَمُ مُرَادَ الْمُرِيْدِيْنَ، يَا مَنْ يَعْلَمُ ضَمِيْرَ الصَّامِتِيْنَ، يَا مَنْ يَسْمَعُ اَنِيْنَ الْوَاهِنِيْنَ، يَا مَنْ يَرٰى بُكَاۤءَ الْخَاۤئِفِيْنَ، يَا مَنْ يَمْلِكُ حَوَآئِجَ السَّآئِلِيْنَ، يَا مَنْ يَقْبَلُ عُذْرَ التَّآئِبِيْنَ، يَا مَنْ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِيْنَ، يَا مَنْ لَا يُضِيْعُ اَجْرَ الْمُحْسِنِيْنَ، يَا مَنْ لَايَبْعُدُ عَنْ قُلُوْبِ الْعَارِفِيْنَ، يَا اَجْوَدَ الْاَجْوَدِيْنَ۔
(63) Ey o kəs ki, müridlərin muradını bilir; ey kəs ki, sükut edənlərin (danışmayanların) ürəyini bilir; ey o kəs ki, acizlərin naləsini eşidir; ey o kəs ki, qorxmuşların göz yaşını görür; ey o kəs ki, hacət diləyənlərin hacəti onun ixtiyarındadır; ey o kəs ki, tövbə edənlərin üzrünü qəbul edir; ey o kəs ki, fəsad əhlinin işini islah etmir ; ey o kəs ki, yaxşı əməl sahibinin əcrini zay etmir; ey o kəs ki, ariflərin qəlbindən uzaq deyildir; ey səxavətlilərin ən səxavətlisi!
(64) يَا دَآئِمَ الْبَقَاۤءِ، يَا سَامِعَ الدُّعَاۤءِ، يَا وَاسِعَ الْعَطَاۤءِ، يَا غَافِرَ الْخَطَاۤءِ، يَا بَدِيْعَ السَّمَاۤءِ، يَا حَسَنَ الْبَلَاۤءِ، يَا جَمِيلَ الثَّنَاۤءِ، يَا قَدِيْمَ السَّنَاۤءِ، يَا كَثِيْرَ الْوَفَاۤءِ، يَا شَرِيْفَ الْجَزَاۤءِ۔
(64) Ey daim olan, ey duaları eşidən, ey bəxşişi geniş olan, ey xətaları bağışlayan, ey göyü yaradan, ey gözəl sınaqların sahibi, ey həmd-sənası gözəl olan, ey cəlaləti qədim olan, ey çox vəfalı, ey mükafatlandırmada alicənab olan.
(65) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا سَتَّارُ، يَا غَفَّارُ، يَا قَهَّارُ، يَا جَبَّارُ، يَا صَبَّارُ، يَا بَآرُّ، يَا مُخْتَارُ، يَا فَتَّاحُ، يَا نَفَّاحُ، يَا مُرْتَاحُ۔
(65) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey örtüb gizlədən, ey bağışlayan, ey mütləq qüdrət sahibi, ey güclü, ey səbirli, ey yaxşılıq edən, ey ixtiyar sahibi, ey çətinlikləri həll edən, ey nemət verən, ey fərəh bəxş edən.
(66) يَا مَنْ خَلَقَنِي وَسَوَّانِي، يَا مَنْ رَزَقَنِي وَرَبَّانِي، يَا مَنْ اَطْعَمَنِي وَسَقَانِي، يَا مَنْ قَرَّبَنِي وَاَدْنَانِي، يَا مَنْ عَصَمَنِي وَكَفَانِي، يَا مَنْ حَفَظَنِيْ وَكَلَانِيْ، يَا مَنْ اَعَزَّنِيْ وَاَغْنَانِي، يَا مَنْ وَفَّقَنِي وَهَدَانِي، يَا مَنْ اٰنَسَنِي وَاٰوَانِيْ، يَا مَنْ اَمَاتَنِيْ وَاَحْيَانِي۔
(66) Ey o kəs ki, məni yaratdı və nizama saldı; ey o kəs ki, mənə ruzi verdi və böyütdü; ey o kəs ki, mənə təam və su verdi; ey o kəs ki, məni öz yanına apardı və müqərrəb etdi; ey o kəs ki, məni günahdan çəkindirdi və kifayətləndirdi; ey o kəs ki, məni mühafizə etdi və qorudu; ey o kəs ki, məni izzətləndirdi və zəngin etdi; ey o kəs ki, mənə tövfiq verdi və hidayət etdi; ey o kəs ki, mənimlə ünsiyyət yaratdı və mənə pənah verdi; ey o kəs ki, məni öldürdü və diriltdi.
(67) يَا مَنْ يُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ، يَا مَنْ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ، يَا مَنْ يَحُوْلُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ، يَا مَنْ لَاتَنْفَعُ الشَّفَاعَةُ اِلَّا بِاِذْنِهِ، يَا مَنْ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيْلِهِ، يَا مَنْ لَامُعَقِّبَ لِحُكْمِهِ، يَا مَنْ لَا رَآدَّ لِقَضَآئِهِ، يَا مَنِ انْقَادَ كُلُّ شَيْئٍ لِاَمْرِهِ، يَا مَنِ السَّمَاوٰاتُ مَطْوِيَّاتٌ بِيَمِيْنِهِ، يَا مَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ۔
(67) Ey o kəs ki, haqqı kəlmələrilə qüvvətləndirir; ey o kəs ki, bəndələrinin tövbəsini qəbul edir; ey o kəs ki, insanla qəlbi arasında fasilə olur (qərar tutur); ey o kəs ki, onun izni olmadan şəfaətin faydası yoxdur; ey o kəs ki, yolunu azmışların halını bilir; ey o kəs ki, hökmü yenilənmir; ey o kəs ki, hökmü rədd edilmir; ey o kəs ki, hər şey onun əmrinə tabedir; ey o kəs ki, göylər onun əli ilə bükülər; ey o kəs ki, küləyi rəhmətinin müjdəsi olaraq göndərir.
(68) يَا مَنْ جَعَلَ الْاَرْضَ مِهَادًا، يَا مَنْ جَعَلَ الْجِبَالَ اَوْتَادًا، يَا مَنْ جَعَلَ الشَّمْسَ سِرَاجًا، يَا مَنْ جَعَلَ الْقَمَرَ نُوْرًا، يَا مَنْ جَعَلَ اللَّيْلَ لِبَاسًا، يَا مَنْ جَعَلَ النَّهَارَ مَعَاشًا، يَا مَنْ جَعَلَ النَّوْمَ سُبَاتًا، يَا مَنْ جَعَلَ السَّمَاۤءَ بِنَاۤءً، يَا مَنْ جَعَلَ الْاَشْيَاۤءَ اَزْوَاجًا، يَا مَنْ جَعَلَ النَّارَ مِرْصَادًا۔
(68) Ey o kəs ki, yeri istirahət beşiyi qərar verdi; ey o kəs ki, dağları (yerin) mıxları qərar verdi; ey o kəs ki, günəşi çıraq qərar verdi; ey o kəs ki, ayı (gecənin) nuru qərar verdi; ey o kəs ki, gecəni örtük qərar verdi; ey o kəs ki, gündüzü işləmək və qazanc əldə etmək vaxtı qərar verdi; ey o kəs ki, yuxunu dincəlmək vaxtı qərar verdi; ey o kəs ki, göyü ucaldılmış qərar verdi; ey o kəs ki, hər şeyi cüt qərar verdi; ey o kəs ki, Cəhənnəmi pusqu qərar verdi.
(69) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا سَمِيْعُ، يَا شَفِيْعُ، يَا رَفِيْعُ، يَا مَنِيْعُ، يَا سَرِيْعُ، يَا بَدِيْعُ، يَا كَبِيْرُ، يَا قَدِيْرُ، يَا خَبِيْرُ، يَا مُجِيْرُ۔
(69) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey eşidən, ey şəfaətçi, ey məqamı uca, ey möhtərəm, ey (duaları) tez qəbul edən, ey vücuda gətirən, ey böyük, ey qadir, ey xəbərdar, ey pənah verən.
(70) يَا حَيًّا قَبْلَّ كُلِّ حَيٍّ، يَا حَيًّا بَعْدَ كُلِّ حَيٍّ، يَا حَيُّ الَّذِيْ لَيْسَ كَمِثْلِهِ حَيٌّ، يَا حَيُّ الَّذِيْ لَا يُشَارِكُهُ حَيُّ، يَا حَيُّ الَّذِيْ لَايَحْتَاجُ اِلٰى حَيٍّ، يَا حَيُّ الَّذِيْ يُمِيْتُ كُلَّ حَيٍّ، يَا حَيُّ الَّذِيْ يَرْزُقُ كُلَّ حَيٍّ، يَا حَيًّا لَمْ يَرِثِ الْحَيَاةَ مِنْ حَيٍّ، يَا حَيُّ الَّذِيْ يُحْيِيْ الْمَوْتٰى، يَا حَيُّ يَاقَيُّوْمُ لَاتَاْخُذُهُ سِنَةٌ وَلَانَوْمٌ۔
(70) Ey hər diridən qabaq diri, ey hər diridən sonra diri, ey ona oxşar bir diri olmayan diri, ey dirilər arasında şəriki olmayan diri; ey heç bir diriyə ehtiyacı olmayan diri, ey hər dirini öldürən diri, ey hər diriyə ruzi verən diri, ey diriliyi heç biri diridən irs almayan diri, ey ölüləri dirildən diri, ey həyy, ey qəyyum, ey mürgüləməyən və yatmayan.
(71) يَا مَنْ لَهُ ذِكْرٌ لَايُنْسٰى، يَا مَنْ لَهُ نُوْرٌ لَا يُطْفٰى، يَا مَنْ لَهُ نِعَمٌ لَا تُعَدُّ، يَا مَنْ لَهُ مُلْكٌ لَا يَزُوْلُ، يَا مَنْ لَهُ ثَنَاۤءٌ لَا يُحْصٰى، يَا مَنْ لَهُ جَلَالٌ لَا يُكَيَّفُ، يَا مَنْ لَهُ كَمَالٌ لَا يُدْرَكُ، يَا مَنْ لَهُ قَضَاۤءٌ لَا يُرَدُّ، يَا مَنْ لَهُ صِفَاتٌ لَا تُبَدَّلُ، يَا مَنْ لَهُ نُعُوْتٌ لَا تُغَيَّرُ۔
(71) Ey o kəs ki, zikri unudulmaz; ey o kəs ki, nuru sönməz; ey o kəs ki, nemətləri saya gəlməz; ey o kəs ki, hökmranlığı aradan getməz; ey o kəs ki, həmd-sənası saya gəlməz; ey o kəs ki, cəlaləti dəyişikliyə uğramaz; ey o kəs ki, kamalı dərk olunmaz; ey o kəs ki, hökmü rədd olunmaz; ey o kəs ki, sifətləri dəyişilməz; ey o kəs ki, xüsusiyyətləri başqalaşmaz.
(72) يَا رَبَّ الْعَالَمِيْنَ، يَا مَالِكَ يَوْمِ الدِّيْنِ، يَا غَايَةَ الطَّالِبِيْنَ، يَا ظَهْرَ الْلَاجِيْنَ، يَا مُدْرِكَ الْهَارِبِيْنَ، يَا مَنْ يُحِبُّ الصَّابِرِيْنَ، يَا مَنْ يُحِبُّ التَّوَّابِيْنَ، يَا مَنْ يُحِبُّ الْمُتَطَهِّرِيْنَ، يَا مَنْ يُحِبُّ الْمُحْسِنِيْنَ، يَا مَنْ هُوَ اَعْلَمُ بِالْمُهْتَدِيْنَ۔
(72) Ey aləmlərin Rəbbi, ey din gününün hakimi, ey arzulayanların son qayəsi, ey pənah aparanların dayağı, ey fərarilərə yer verən, ey səbirliləri sevən, ey tövbə edənləri sevən, ey pakizələri sevən, ey yaxşı əməl sahiblərini sevən, ey hidayət olunanları tanıyan.
(73) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا شَفِيْقُ، يَا رَفِيْقُ، يَا حَفِيْظُ، يَا مُحِيْطُ، يَا مُقِيْتُ، يَا مُغِيْثُ، يَا مُعِزُّ، يَا مُذِلُّ، يَا مُبْدِيُ، يَا مُعِيْدُ۔
(73) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey şəfqətli, ey rəfiq, ey mühafizə edən, ey ehtiva edən, ey qüvvə verən, ey fəryada yetişən, ey izzətləndirən, ey xar edən, ey başlayan, ey geri qaytaran.
(74) يَا مَنْ هُوَ اَحَدٌ بِلَا ضِدٍّ، يَا مَنْ هُوَ فَرْدٌ بِلَا نِدٍّ، يَا مَنْ هُوَ صَمَدٌ بِلَا عَيْبٍ، يَا مَنْ هُوَ وِتْرٌ بِلَا كَيْفٍ، يَا مَنْ هُوَ قَاضٍ بِلَا حَيْفٍ، يَا مَنْ هُوَ رَبُّ بِلَا وَزِيْرٍ، يَا مَنْ هُوَ عَزِيْزٌ بِلَا ذُلٍّ، يَا مَنْ هُوَ غَنِيٌّ بِلَا فَقْرٍ، يَا مَنْ هُوَ مَلِكٌ بِلَا عَزْلٍ، يَا مَنْ هُوَ مَوْصُوْفٌ بِلَا شَبِيْهٍ۔
(74) Ey müxalifi olmayan yeganə, ey həmtayı olmayan tək, ey eybi olmayan ehtiyacsız, ey vəsfə sığmayan yeganə, ey ziyanı olmayan qazi, ey vəziri (müşaviri) olmayan rəbb (idarə edən), ey zilləti olmayan əziz, ey ehtiyacı olmayan zəngin, ey kənarlaşdırılmayan hökmdar, ey bənzəri olmayan vəsf edilmiş.
(75) يَا مَنْ ذِكْرُهُ شَرَفُ لِلذَّاكِرِيْنَ، يَا مَنْ شُكْرُهُ فَوْزٌ لِلشَّاكِرِيْنَ، يَا مَنْ حَمْدُهُ عِزُّ لِلْحَامِدِيْنَ، يَا مَنْ طَاعَتُهُ نَجَاةٌ لِلْمُطِيْعِيْنَ، يَا مَنْ بَابُهُ مَفْتُوْحٌ لِلطَّالِبِيْنَ، يَا مَنْ سَبِيْلُهُ وَاضِحٌ لِلْمُنِيْبِيْنَ، يَا مَنْ اٰيَاتُهُ بُرْهَانٌ لِلْنَّاظِرِيْنَ، يَا مَنْ كِتَابُهُ تَذْكِرَةٌ لِلْمُتَّقِيْنَ، يَا مَنْ رِزْقُهُ عُمُوْمٌ لِلطَّاۤئِعِيْنَ وَالْعَاصِيْنَ، يَا مَنْ رَحْمَتُهُ قَرِيْبٌ مِنَ المُحْسِنِيْنَ۔
(75) Ey o kəs ki, zikri zakirlər üçün şərəfdir; ey o kəs ki, şükrü şakirlər üçün qurtuluşdur; ey o kəs ki, həmdi həmd edənlər üçün izzətdir; ey o kəs ki, itaəti itaətkarlar üçün nicatdır; ey o kəs ki, qapısı istəyənlər üçün açıqdır; ey o kəs ki, yolu tövbə edənlər üçün vazehdir; ey o kəs ki, nişanələri görənlər üçün dəlildir; ey o kəs ki, kitabı təqvalılar üçün xatırlatmadır; ey o kəs ki, ruzisi itaətkarlar və asilər üçün ümumidir; ey o kəs ki, rəhməti yaxşı əməl sahibləri üçün yaxındır.
(76) يَا مَنْ تَبَارَكَ اسْمُهُ، يَا مَنْ تَعَالٰى جَدُّهُ، يَا مَنْ لَا اِلٰهَ غَيْرُهُ، يَا مَنْ جَلَّ ثَنَآؤُهُ، يَا مَنْ تَقَدَّسَتْ اَسْمَآؤُهُ، يَا مَنْ يَدُوْمُ بَقَآؤُهُ، يَا مَنِ الْعَظَمَةُ بَهَآؤُهُ، يَا مَنِ الْكِبْرِيَاۤءُ رِدَآؤُهُ، يَا مَنْ لَاتُحْصٰى اٰلَآؤُهُ، يَا مَنْ لَا تُعَدُّ نَعْمَآؤُهُ۔
(76) Ey adı mübarək olan, ey şəni uca olan, ey ondan savayı ilah olmayan, ey həmd-sənası böyük olan, ey adları müqəddəs olan, ey bəqası əbədi olan, ey əzəməti cah-cəlalı olan, ey böyüklüyü əbası olan, ey nemətləri saya gəlməyən, ey bəxşişlərin sayıla bilməyən.
(77) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا مُعِيْنُ، يَا اَمِيْنُ، يَا مُبِيْنُ، يَا مَتِيْنُ، يَا مَكِيْنُ، يَا رَشِيْدُ، يَا حَمِيْدُ، يَا مَجِيْدُ، يَا شَدِيْدُ، يَا شَهِيْدُ۔
(77) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey kömək edən, ey əmanətdar, ey aşkar edən, ey mətanətli (dönməz), ey iqtidarlı, ey yol göstərən, ey həmd olunan, ey məqamı uca, ey qüvvətli, ey şahid.
(78) يَا ذَا الْعَرْشِ الْمَجِيْدِ، يَا ذَا الْقَوْلِ السَّدِيْدِ، يَا ذَا الْفِعْلِ الرَّشِيْدِ، يَا ذَا الْبَطْشِ الشَّدِيْدِ، يَا ذَا الْوَعْدِ وَالْوَعِيْدِ، يَا مَنْ هُوَ الْوَلِيُّ الْحَمِيْدُ، يَا مَنْ هُوَ فَعَّالٌ لِمَا يُرِيْدُ، يَا مَنْ هُوَ قَرِيْبٌ غَيْرُ بَعِيْدٍ، يَا مَنْ هُوَ عَلٰى كُلِّ شَيْئٍ شَهِيْدٌ، يَا مَنْ هُوَ لَيْسَ بِظَلَامٍ لِلْعَبِيْدِ۔
(78) Ey böyük ərşin sahibi, ey möhkəm kəlam sahibi, ey düzgün əməl sahibi, ey şiddətli intiqam sahibi, ey müjdə və qorxutma sahibi, ey sitayiş olunan mövla, ey istədiyini həyata keçirən, ey uzaq olmayan yaxın, ey hər şeyə şahid olan, ey bəndələrinə zülm etməyən.
(79) يَا مَنْ لَا شَرِيْكَ لَهُ وَلَا وَزِيْرَ، يَا مَنْ لَا شَبِيْهَ لَهُ وَلَا نَظِيْرَ، يَا خَالِقَ الشَّمْسِ وَالْقَمَرِ الْمُنِيْرِ، يَا مُغْنِيَ الْبَآئِسِ الْفَقِيْرِ، يَا رَازِقَ الطِّفْلِ الصَّغِيْرِ، يَا رَاحِمَ الشَّيْخِ الْكَبِيْرِ، يَا جابِرَ الْعَظْمِ الْكَسِيْرِ، يَا عِصْمَةَ الْخَآئِفِ الْمُسْتَجِيْرِ، يَا مَنْ هُوَ بِعِبَادِهِ خَبِيْرٌ بَصِيْرٌ، يَا مَنْ هُوَ عَلٰى كُلِّ شَيْئٍ قَدِيْرٌ۔
(79) Ey şəriki və vəziri olmayan, ey tayı-bərabəri və oxşarı olmayan, ey günəşi və işıqlı ayı xəlq edən, ey çarəsiz fəqiri ehtiyacsız edən, ey körpə uşağa ruzi verən, ey yaşlı qocaya rəhm edən, ey sınmış sümüyü bitişdirən, ey pənah axtaran qorxan kimsəni qoruyan, ey bəndələrindən xəbərdar olan və onları qoruyan, ey hər şeyə qadir olan.
(80) يَا ذَا الْجُوْدِ وَالنِّعَمِ، يَا ذَا الْفَضْلِ وَالْكَرَمِ، يَا خَالِقَ اللَّوْحِ وَالْقَلَمِ، يَا بَارِيَ الذَّرِّ وَالنَّسَمِ، يَا ذَا الْبَاْسِ وَالنِّقَمِ، يَا مُلْهِمَ الْعَرَبِ وَالْعَجَمِ، يَا كَاشِفَ الضُّرِّ وَالْالَمِ، يَا عَالِمَ السِّرِّ وَالْهِمَمِ، يَا رَبَّ الْبَيْتِ وَالْحَرَمِ، يَا مَنْ خَلَقَ الْاَشْيَاۤءَ مِنَ الْعَدَمِ۔
(80) Ey cud və nemət sahibi, ey fəzl və kərəm sahibi, ey lövh və qələmin sahibi, ey nəfsləri və zərləri xəlq edən, ey əzab və cəza sahibi, ey ərəb və əcəmə ilham edən, ey bədhallığı və qəm-qüssəni (kədəri) aradan aparan, ey sirləri və niyyətləri bilən, ey beytin və hərəmin Rəbbi, ey əşyaları (şeyləri, varlıqları) yoxdan yaradan!
(81) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا فَاعِلُ، يَا جَاعِلُ، يَا قَابِلُ، يَا كَامِلُ، يَا فَاصِلُ، يَا وَاصِلُ، يَا عَادِلُ، يَا غَالِبُ، يَا طَالِبُ، يَا وَاهِبُ۔
(81) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey yerinə yetirən, ey qərar verən, ey qəbul edən, ey kamil, ey ayıran, ey birləşdirən, ey ədalətli, ey qələbə çalan, ey tələb edən, ey bəxş edən.
(82) يَا مَنْ اَنْعَمَ بِطَوْلِهِ، يَا مَنْ اَكْرَمَ بِجُوْدِهِ، يَا مَنْ جَادَ بِلُطْفِهِ، يَا مَنْ تَعَزَّزَ بِقُدْرَتِهِ، يَا مَنْ قَدَّرَ بِحِكْمَتِهِ، يَا مَنْ حَكَمَ بِتَدْبِيْرِهِ، يَا مَنْ دَبَّرَ بِعِلْمِهِ، يَا مَنْ تَجَاوَزَ بِحِلْمِهِ، يَا مَنْ دَنَا فِي عُلُوِّهِ، يَا مَنْ عَلَا فِي دُنُوِّهِ۔
(82) Ey fəzli ilə nemət verən, ey səxavəti ilə bəxş edən, ey lütfü ilə bəxşiş verən, ey qüdrəti ilə əziz edən, ey hikməti ilə təqdiratı müəyyən edən, ey tədbiri ilə hökm edən, ey elmi ilə idarə edən, ey helmi ilə güzəşt edən, ey uca ikən yaxın olan, ey yaxın ikən uca olan.
(83) يَا مَنْ يَخْلُقُ مَا يَشَاۤءُ، يَا مَنْ يَفْعَلُ مَا يَشَاۤءُ، يَا مَنْ يَهْدِيْ مَنْ يَشَاۤءُ، يَا مَنْ يُضِلُّ مَنْ يَشَاۤءُ، يَا مَنْ يُعَذِّبُ مَنْ يَشَاۤءُ، يَا مَنْ يَغْفِرُ لِمَنْ يَشَاۤءُ، يَا مَنْ يُعِزُّ مَنْ يَشَاۤءُ، يَا مَنْ يُذِلُّ مَنْ يَشَاۤءُ، يَا مَنْ يُصَوِّرُ فِي الْاَرْحَامِ مَا يَشَاۤءُ، يَا مَنْ يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاۤءُ۔
(83) Ey istədiyini xəlq edən, ey istədiyini həyata keçirən, ey istədiyini hidayət edən, ey istədiyini azdıran, ey istədiyinə əzab verən, ey istədiyini bağışlayan, ey istədiyini izzətləndirən, ey istədiyini xar edən, ey istədiyinə ana bətnində surət verən, ey istədiyinə rəhmətini şamil edən.
(84) يَا مَنْ لَمْ يَتَّخِذْ صَاحِبَةً وَلَا وَلَدًا، يَا مَنْ جَعَلَ لِكُلِّ شَيْئٍ قَدْرًا، يَا مَنْ لَا يُشْرِكُ فِي حُكْمِهِ اَحَدًا، يَا مَنْ جَعَلَ الْمَلَآئِكَةِ رُسُلًا، يَا مَنْ جَعَلَ فِي السَّمَاۤءِ بُرُوْجًا، يَا مَنْ جَعَلَ الْاَرْضَ قَرَارًا، يَا مَنْ خَلَقَ مِنَ الْمَاۤءِ بَشَرًا، يَا مَنْ جَعَلَ لِكُلِّ شَيْئٍ اَمَدًا، يَا مَنْ اَحَاطَ بِكُلِّ شَيْئٍ عِلْمًا، يَا مَنْ اَحْصٰى كُلَّ شَيْئٍ عَدَدًا۔
(84) Ey özü üçün həyat yoldaşı və övlad seçməyən, ey hər bir şey üçün qədər qərar verən, ey Öz hökmündə heç kəsi şərik etməyən, ey məlaikələri Rəsullar (göndərilənlər) qərar verən, ey asimanda bürclər qərar verən, ey yeri qərarlaşmış edən, ey sudan (nütfə suyundan) bəşər xəlq edən, ey hər bir şey üçün son (axır) qərar verən, ey elm cəhətindən hər bir şeyi əhatə edən, ey hər bir şeyin ədədini (qədərini) sayan!
(85) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا اَوَّلُ، يَا اٰخِرُ، يَا ظَاهِرُ،یَابَاطِنُ، يَا بَرُّ، يَا حَقُّ، يَا فَرْدُ، يَا وِتْرُ، يَا صَمَدُ، يَا سَرْمَدُ۔
(85) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey yaxşılıq edən, ey haqq, ey tək, ey tənha, ey ehtiyacsız, ey əbədi.
(86) يَا خَيْرَ مَعْرُوْفٍ عُرِفَ، يَا اَفْضَلَ مَعْبُوْدٍ عُبِدَ، يَا اَجَلَّ مَشْكُوْرٍ شُكِرَ، يَا اَعَزَّ مَذْكُوْرٍ ذُكِرَ، يَا اَعْلٰى مَحْمُوْدٍ حُمِدَ، يَا اَقْدَمَ مَوْجُوْدٍ طُلِبَ، يَا اَرْفَعَ مَوْصُوْفٍ وُصِفَ، يَا اَكْبَرَ مَقْصُوْدٍ قُصِدَ، يَا اَكْرَمَ مَسْؤُوْلٍ سُئِلَ، يَا اَشْرَفَ مَحْبُوْبٍ عُلِمَ۔
(86) Ey yaxşılıqda ad çıxaranların ən yaxşısı, ey pərəstiş olunan məbudların ən üstünü, ey şükür edilən şükür olunmuşların ən böyüyü, ey zikr olunan zirk olunmuşların ən izzətlisi, ey sitayiş olunan sitayiş olunmuşların ən ucası, ey sevilən mövcudatların ən qədimi, ey vəsf edilən vəsf olunmuşların ən üstünü, ey məqsəd seçilən məqsəd seçilmişlərin ən böyüyü, ey hacət dilənilən hacət dilənilmişlərin ən giramisi, ey tanınmış məhbubların ən şərifi.
(87) يَا حَبِيْبَ الْبَاكِيْنَ، يَا سَيِّدَ الْمُتَوَكِّلِيْنَ، يَا هَادِيَ الْمُضِلِّيْنَ، يَا وَلِيَّ الْمُؤْمِنِيْنَ، يَا اَنِيْسَ الذَّاكِرِيْنَ، يَا مَفْزَعَ الْمَلْهُوْفِيْنَ، يَا مُنْجِيَ الصَّادِقِيْنَ، يَا اَقْدَرَ الْقَادِرِيْنَ، يَا اَعْلَمَ الْعَالِمِيْنَ، يَا اِلٰهَ الْخَلْقِ اَجْمَعِيْنَ۔
(87) Ey göz yaşı tökənlərin dostu, ey təvəkkül edənlərin ağası, ey yolunu azanları hidayət edən, ey möminlərin mövlası, ey zikr edənlərin həmdəmi, ey ürəyi yanmışların pənahgahı, ey doğru danışanlara nicat verən, ey qüdrətlilərin ən qüdrətlisi, ey alimlərin ən elmlisi, ey bütün yaranmışların məbudu.
(88) يَا مَنْ عَلَا فَقَهَرَ، يَا مَنْ مَلَكَ فَقَدَرَ، يَا مَنْ بَطَنَ فَخَبَرَ، يَا مَنْ عُبِدَ فَشَكَرَ، يَا مَنْ عُصِيَ فَغَفَرَ، يَا مَنْ لَاتَحْوِيْهِ الْفِكَرُ، يَا مَنْ لَايُدْرِكُهُ بَصَرٌ، يَا مَنْ لَايَخْفٰى عَلَيْهِ اَثَرٌ، يَا رَازِقَ الْبَشَرِ، يَا مُقَدِّرَ كُلِّ قَدَرٍ۔
(88) Ey o kəs ki, ucadır və məğlub edir; ey o kəs ki, malikdir və qadirdir, ey o kəs ki, gizlindir və xəbərdardır, ey o kəs ki, ibadətin qarşılığında təşəkkür edir; ey o kəs ki, ona qarşı üsyan olunur, o isə bağışlayır; ey o kəs ki, düşüncələr onu ehtiva edə bilməz; ey o kəs ki, gözlər onu görə bilməz; ey o kəs ki, heç bir nişanə ona gizli qalmaz; ey bəşərə ruzi verən, ey hər müqəddiratı müqəddər edən.
(89) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا حَافِظُ، يَا بَارِيُ، يَا ذَارِيُ، يَا بَاذِخُ، يَا فَارِجُ، يَا فَاتِحُ، يَا كَاشِفُ، يَا ضَامِنُ، يَا اٰمِرُ، يَا نَاهِيْ۔
(89) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey mühafizə edən, ey yaradan, ey vücuda gətirən, ey məqamı uca, ey düyünləri açan, ey qalib, ey aşkar edən, ey zamin, ey əmr verən, ey nəhy buyuran (qadağan edən).
(90) يَا مَنْ لَايَعْلَمُ الْغَيْبَ اِلَّا هُوَ، يَا مَنْ لَا يَصْرِفُ السُّوٓءَ اِلَّا هُوَ، يَا مَنْ لَايَخْلُقُ الْخَلْقَ اِلَّا هُوَ، يَا مَنْ لَايَغْفِرُ الذَّنْبَ اِلَّا هُوَ، يَا مَنْ لَايُتِمُّ النِّعْمَةَ اِلَّا هُوَ،يَا مَنْ لَا يُقَلِّبَ الْقُلُوْبَ اِلَّا هُوَ، يَا مَنْ لَا يُدَبِّرُ الْاَمْرَ اِلَّا هُوَ، يَا مَنْ لَايُنَزِّلُ الْغَيْثَ اِلَّا هُوَ، يَا مَنْ لَايَبْسُطُ الرِّزْقَ اِلَّا هُوَ، يَا مَنْ لَايُحْيِى الْمَوْتٰى اِلَّا هُوَ۔
(90) Ey o kəs ki, qeybi ondan qeyri kimsə bilmir; ey o kəs ki, pisi ondan qeyri kimsə geri qaytarmır (yaxşıya çevirmir); ey o kəs ki, məxluqatı ondan qeyri kimsə xəlq etmir; ey o kəs ki, günhaları ondan qeyri kimsə bağışlamır; ey o kəs ki, neməti ondan qeyri kimsə tamamlamır (sona yetirmir); ey o kəs ki, qəlbləri ondan qeyri kimsə dəyişmir; ey o kəs ki, işləri ondan qeyri kimsə idarə etmir, ey o kəs ki, yağışı ondan qeyri kimsə yağdırmır; ey o kəs ki, ruzini ondan qeyri kimsə əta etmir; ey o kəs ki, ölüləri ondan qeyri kimsə diriltmir.
(91) يَا مُعِيْنَ الضُّعَفَاۤءِ، يَا صَاحِبَ الْغُرَبَاۤءِ، يَا نَاصِرَ الْاَوْلِيَاۤءِ، يَا قَاهِرَ الْاَعْدَاۤءِ، يَا رَافِعَ السَّمَاۤءِ، يَا اَنِيْسَ الْاَصْفِيَاۤءِ، يَا حَبِيْبَ الْاَتْقِيَاۤءِ، يَا كَنْزَ الْفُقَرَاۤءِ، يَا اِلٰهَ الْاَغْنِيَاۤءِ، يَا اَكْرَمَ الْكُرَمَاۤءِ۔
(91) Ey zəiflərin yavəri, ey qəriblərin yol yoldaşı, ey dostların köməkçisi, ey düşmənlərə qələbə çalan, ey səmanı ucaldan, ey seçilmişlərin həmdəmi, ey təqvalıların dostu, ey fəqirlərin xəzinəsi, ey zənginlərin məbudu, ey kərimlərin ən kərimi.
(92) يَا كَافِيًا مِنْ كُلِّ شَيْئٍ، يَا قَاۤئِمًا عَلٰى كُلِّ شَيْئٍ، يَا مَنْ لَا يَشْبِهُهُ شَيْئٌ، يَا مَنْ لَايَزِيْدُ فِي مُلْكِهِ شَيْئٌ، يَا مَنْ لَايَخْفٰى عَلَيْهِ شَيْئٌ، يَا مَنْ لَا يَنْقُصُ مِنْ خَزَآئِنِهِ شَيْئٌ، يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْئٌ، يَا مَنْ لَايَعْزُبُ عَنْ عِلْمِهِ شَيْئٌ، يَا مَنْ هُوَ خَبِيْرٌ بِكُلِّ شَيْئٍ، يَا مَنْ وَسِعَتْ رَحْمَتُهُ كُلِّ شَيْئٍ ۔
(92) Ey hər şeydən kifayətləndirən, ey hər şeyi öhdəsinə götürən, ey o kəs ki, heç bir şey ona bənzəmir; ey o kəs ki, heç bir şey onun mülkünü artırmır; ey o kəs ki, heç bir şey ona gizli qalmır; ey o kəs ki, heç bir şey onun xəzinlərindən azaltmır; ey o kəs ki, tayı-bərabəri yoxdur; ey o kəs ki, heç nə onun elminin hüdudlarından xaric deyil, ey o kəs ki, hər şeydən xəbərdardır; ey o kəs ki, rəhməti hər şeyi əhatə etmişdir.
(93) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا مُكْرِمُ، يَا مُطْعِمُ، يَا مُنْعِمُ، يَا مُعْطِيْ، يَا مُغْنِيْ، يَا مُقْنِيْ، يَا مُفْنِيْ، يَا مُحْيِيْ، يَا مُرْضِيْ، يَا مُنْجِيْ۔
(93) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey girami tutan, ey təam verən, ey nemət verən, ey əta edən, ey ehtiyacsız edən, ey sərmayə bəxş edən, ey fani edən, ey dirildən, ey razı edən, ey nicat verən.
(94) يَا اَوَّلَ كُلِّ شَيْئٍ وَاٰخِرَهُ، يَا اِلٰهَ كُلِّ شَيْئٍ وَمَلِيْكَهُ، يَا رَبَّ كُلِّ شَيْئٍ وَصَانِعَهُ، يَا بَارِيَ كُلِّ شَيْئٍ وَخَالِقَهُ، يَا قَابِضَ كُلِّ شَيْئٍ وَبَاسِطَهُ، يَا مُبْدِيَ كُلِّ شَيْئٍ وَمُعِيْدَهُ، يَا مُنْشِيَ كُلِّ شَيْئٍ وَمُقَدِّرَهُ، يَا مُكَوِّنَ كُلِّ شَيْئٍ وَمُحَوِّلَهُ، يَا مُحْيِيْ كُلِّ شَيْئٍ وَمُمِيْتَهُ، يَا خَالِقَ كُلِّ شَيْئٍ وَوَارِثَهُ۔
(94) Ey hər şeyin əvvəli və axırı, ey hər şeyin məbudu və maliki, ey hər şeyin rəbbi və vücuda gətirəni, ey hər şeyi yaradan və xəlq edən, ey hər şeyin darlıq və genişlik səbəbkarı, ey hər şeyi başlayan və geri qaytaran, ey hər şeyi icad edən və onun müqəddəratını müəyyən edən, ey hər şeyi var edən və dəyişdirən, ey hər şeyi dirildən və öldürən, ey hər şeyin xaliqi və varisi.
(95) يَا خَيْرَ ذَاكِرٍ وَمَذْكُوْرٍ، يَا خَيْرَ شَاكِرٍ وَمَشْكُوْرٍ، يَا خَيْرَ حَامِدٍ وَمَحْمُوْدٍ، يَا خَيْرَ شَاهِدٍ وَمَشْهُودٍ، يَا خَيْرَ دَاعِ وَمَدْعُوٍّ، يَا خَيْرَ مُجِيْبٍ وَمُجَابٍ، يَا خَيْرَ مُؤْنِسٍ وَاَنِيْسٍ، يَا خَيْرَ صَاحِبٍ وَجَلِيْسٍ، يَا خَيْرَ مَقْصُوْدٍ وَمَطْلُوْبٍ، يَا خَيْرَ حَبِيْبٍ وَمَحْبُوْبٍ۔
(95) Ey ən yaxşı yad edən və yad edilən, ey ən yaxşı təşəkkür edən və təşəkkür edilən, ey ən yaxşı sitayiş edən və sitayiş olunan, ey ən yaxşı şahid olan və şahid gətirilən, ey ən yaxşı dəvət edən və dəvət olunan, ey ən yaxşı qəbul edən və qəbul edilən, ey ən yaxşı həmdəm olan və həmdəm seçilən, ey ən yaxşı yoldaşlıq edən və yoldaşlıq olunan, ey ən yaxşı məqsəd və sevilən, ey ən yaxşı dost və məhbub.
(96) يَا مَنْ هُوَ لِمَنْ دَعَاهُ مُجِيْبٌ، يَا مَنْ هُوَ لِمَنْ اَطَاعَهُ حَبِيْبٌ، يَا مَنْ هُوَ اِلٰى مَنْ اَحَبَّهُ قَرِيْبٌ، يَا مَنْ هُوَ بِمَنِ اسْتَحْفَظَهُ رَقِيْبٌ، يَا مَنْ هُوَ بِمَنْ رَجَاهُ كَرِيْمٌ، يَا مَنْ هُوَ بِمَنْ عَصَاهُ حَلِيْمٌ، يَا مَنْ هُوَ فِي عَظَمَتِهِ رَحِيْمٌ، يَا مَنْ هُوَ فِي حِكْمَتِهِ عَظِيْمٌ، يَا مَنْ هُوَ فِي اِحْسَانِهِ قَدِيْمٌ، يَا مَنْ هُوَ بِمَنْ اَرَادَهُ عَلِيْمٌ۔
(96) Ey o kəs ki, onu çağırana cavab verir; ey o kəs ki, ona itaət edəni sevir, ey o kəs ki, onu sevənə yaxındır; ey o kəs ki, ondan mühafizət istəyəni qoruyur; ey o kəs ki, ona ümid bağlayana qarşı kərimdir; ey o kəs ki, ona asi olana qarşı səbirlidir; ey o kəs ki, əzəmətli olduğu halda rəhimlidir; ey o kəs ki, hikmətli olduğu halda əzəmətlidir; ey o kəs ki, ehsanı qədimdir; ey o kəs ki, kimin onu istədiyini bilir.
(97) اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاسْمِكَ، يَا مُسَبِّبُ، يَا مُرَغِّبُ، يَا مُقَلِّبُ، يَا مُعَقِّبُ، يَا مُرَتِّبُ، يَا مُخَوِّفُ، يَا مُحَذِّرُ، يَا مُذَكِّرُ، يَا مُسَخِّرُ، يَا مُغَيِّرُ۔
(97) Ey Allahım! Səndən diləyirəm adına xatir, ey çarə qılan, ey rəğbətləndirən, ey dəyişdirən, ey təqib edən, ey nizama salan, ey qorxudan, ey qorxudub çəkindirən, ey xatırladan, ey müsəllət olan, ey qeyriləşdirən.
(98) يَا مَنْ عِلْمُهُ سَابِقٌ، يَا مَنْ وَعْدُهُ صَادِقٌ، يَا مَنْ لُطْفُهُ ظَاهِرٌ، يَا مَنْ اَمْرُهُ غَالِبٌ، يَا مَنْ كِتَابُهُ مُحْكَمٌ، يَا مَنْ قَضَآؤُهُ كَاۤئِنٌ، يَا مَنْ قُرْاٰنَهُ مَجِيْدٌ، يَا مَنْ مُلْكُهُ قَدِيْمٌ، يَا مَنْ فَضْلُهُ عَمِيْمٌ، يَا مَنْ عَرْشُهُ عَظِيْمٌ۔
(98) Ey elmi sabiq olan, ey vədəsi doğru olan, ey lütfü açıq-aşkar olan, ey əmri qalib olan, ey kitabı dəqiq olan, ey verdiyi hökm qəti olan, ey Quranı əzəmətli olan, ey mülkü (hökmranlığı) qədim olan, ey fəzli ümumi olan, ey ərzi əzəmətli olan.
(99) يَا مَنْ لَايَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ، يَا مَنْ لَايَمْنَعُهُ فِعْلٌ عَنْ فِعْلٍ، يَا مَنْ لَا يُلْهِيْهِ قَوْلٌ عَنْ قَوْلٍ، يَا مَنْ لَا يُغْلِطُهُ سُؤَالٌ عَنْ سُؤَالٍ، يَا مَنْ لَايَحْجُبُهُ شَيْئٌ عَنْ شَيْئٍ، يَا مَنْ لَا يُبْرِمُهُ اِلْحَاحُ الْمُلِحِّيْنَ، يَا مَنْ هُوَ غايَةُ مُرَادِ الْمُرِيْدِيْنَ، يَا مَنْ هُوَ مُنْتَهٰى هِمَمِ الْعَارِفِيْنَ، يَا مَنْ هُوَ مُنْتَهٰى طَلَبِ الطَّالِبِيْنَ، يَا مَنْ لَا يَخْفٰى عَلَيْهِ ذَرَّةٌ فِي الْعَالَمِيْنَ۔
(99) Ey o kəs ki, bir səs onu başqa səsdən qafil etmir; ey o kəs ki, bir iş onu başqa işdən saxlamır; ey o kəs ki, bir söz onu başqa sözdən bixəbər etmir; ey o kəs ki, bir kimsənin istəyini başqa bir kimsənin istəyi ilə qarışdırmır; ey o kəs ki, onun üçün bir şey başqa bir şeyin qabağını örtmür; ey o kəs ki, israrla diləyənlər onu təngə gətizmir; ey o kəs ki, müridlərin muradının qayəsidir; ey o kəs ki, ariflərin himmətinin sonudur; ey o kəs ki, diləyənlərin diləyinin sonudur; ey o kəs ki, aləmdə bir zərrə belə onun üçün gizli qalmır.
(100) يَا حَلِيمًا لَا يَعْجَلُ، يَا جَوْادًا لَا يَبْخَلُ، يَا صَادِقًا لَا يُخْلِفُ، يَا وَهَّابًا لَا يَمَلُّ، يَا قَاهِرًا لَا يُغْلَبُ، يَا عَظِيْمًا لَا يُوْصَفُ، يَا عَدْلًا لَا يَحِيْفُ، يَا غَنِيًّا لَا يَفْتَقِرُ، يَا كَبِيْرًا لَا يَصْغَرُ، يَا حَافِظًا لَا يَغْفَلُ سُبْحَانَكَ، يَا لَآ اِلٰهَ اِلَّا اَنْتَ الْغَوْثَ الْغَوْثَ خَلِّصْنَا مِنَ النَّارِ يَارَبِّ۔
(100) Ey tələsməyən səbirli, ey paxılıq etməyən səxavətli, ey vədinə xilaf çıxmayan doğruçu, ey yorulmayan bəxş edən, ey məğlub olmayan qalib, ey vəsfə sığmayan əzəmətli, ey zülm etməyən ədalətli, ey möhtac olmayan ehtiyacsız, ey kiçik olmayan böyük, ey qafil olmayan mühafizəçi. Təsbih deyirəm Sənə, ey o kəs ki, Səndən qeyri məbud yoxdur! Köməyimizə çat, köməyimizə çat! Bizi cəhənnəmin odundan xilas et, ey mənim Rəbbim!