İlahi, ruzimin harada olduğunu bilmirəm,
وَ اِنَّمَا اَطْلُبُهُ بِخَطَرَاتٍ تَخْطُرُ عَلٰى قَلْبِيْ
amma ürəyimə düşən hər bir şeyi istəyirəm
فَاَجُوْلُ فِي طَلَبِهِ الْبُلْدَانَ
və onun ardınca şəhərləri gəzirəm!
فَاَنَا فِيْمَا اَنَا طَالِبٌ كَالْحَيْرَانِ
Odur ki, istədiyim şeyin axtarışında sərgərdan şəxs kimiyəm,
لَاۤ اَدْرِيْ اَ فِي سَهْلٍ هُوَ اَمْ فِيْ جَبَلٍ
bilmirəm ruzim havadadır (düzənlikdədir), dağdadır,
اَمْ فِي اَرْضٍ اَمْ فِي سَمَاۤءٍ
yoxsa yerdə, göydədir,
اَمْ فِي بَرٍّ اَمْ فِي بَحْرٍ
yoxsa quruda, ya da dənizdə,
وَ عَلٰى يَدَيْ مَنْ
bilmirəm ruzim kimin əlindədir
وَ مِنْ قِبَلِ مَنْ
və kim tərəfindəndir.
وَ قَدْ عَلِمْتُ اَنَّ عِلْمَهُ عِنْدَكَ
Amma bunu bilirəm ki, onu Sən bilirsən
وَ اَسْبَابَهُ بِيَدِكَ
və onun səbəbləri də Sənin əlindədir.
وَ اَنْتَ الَّذِيْ تَقْسِمُهُ بِلُطْفِكَ
Onu Öz lütfünlə bölən də,
وَ تُسَبِّبُهُ بِرَحْمَتِكَ
necə əldə olunmasını hazırlayan da Sənsən.
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
İlahi, Məhəmməd və onun Əhli-beytinə salavat göndər!
وَ اجْعَلْ يَا رَبِّ رِزْقَكَ لِيْ وَاسِعًا
Pərvərdigara, ruzini mənim üçün bol və firavan,
وَ مَطْلَبَهُ سَهْلًا
onun əldə olunmasını mənim üçün asan
وَ مَأْخَذَهُ قَرِيْبًا
və əldə olunacağı yeri mənim üçün yaxın et!
وَ لَا تُعَنِّنِي بِطَلَبِ مَا لَمْ تُقَدِّرْ لِي فِيْهِ رِزْقًا
Mənim üçün nəzərdə tutmadığın yolu qət etməkdə zəhmətə salma.
فَاِنَّكَ غَنِيٌّ عَنْ عَذَابِيْ [عَنَاۤئِي]
Çünki Sən mənə əzab-əziyyət verməkdən ehtiyacsızsan.
وَ اَنَا فَقِيْرٌ اِلٰى رَحْمَتِكَ
Mən isə Sənin rəhmətinə möhtacam.
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Elə isə Məhəmməd və onun Əhli-beytinə salavat göndər,
وَ جُدْ عَلٰى عَبْدِكَ بِفَضْلِكَ
bol-bol səxavətinlə bəndənə nemətlərini bəxş et ki,
اِنَّكَ ذُوْ فَضْلٍ عَظِيْمٍ۔
Sən böyük ehsan sahibisən.
Bu dua ruzi dualarından biridir.
VUTEYRƏ NAMAZI
Vuteyrə namazı iki rəkətdir və oturan vəziyyətdə qılınır. Bu namazda Quranın yüz ayəsini oxumaq müstəhəbdir. Yaxşı olar ki, birinci rəkətdə Fatihədən sonra