İsmi-əzəm ayələri müxtəlif kitablardan istinad edilmişdir.
İsmi-əzəmin mənası «əzəmətli hərflər» deməkdir. "İləyh" (Allah) kəlməsi ilə başlayır, "huvə" (yəni o) kəlməsi ilə qurtarır. İsmi-əzəm hərflərində nöqtə yoxdur. Hərəkələrini (işarə, saitlər) dəyişsən belə, məna dəyişmir. Hər kim gün ərzində 11 dəfə oxusa, bütün işləri asanlaşar. Bu ayələrə Quranın beş fərqli surəsinin beş ayəsində rast gəlinir: Əl-Bəqərə (2:255), Ali-İmran (3:2), Ən-Nisa (4:87), Ta-ha (20:8) və Ət-Təğabun (64:13). Bu beş ayə belədir:
1. Bəqərə surəsi 255-ci ayə:
اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَيُّوْمُۚ لَا تَاْخُذُهٗ سِنَةٌ وَّلَا نَوْمٌؕ لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِؕ مَنْ ذَا الَّذِىْ يَشْفَعُ عِنْدَهٗۤ اِلَّا بِاِذْنِهٖؕ يَعْلَمُ مَا بَيْنَ اَيْدِيْهِمْ وَمَا خَلْفَهُمْۚ وَلَا يُحِيْطُوْنَ بِشَىْءٍ مِّنْ عِلْمِهٖۤ اِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمٰوٰتِ وَالْاَرْضَۚ وَلَا يَئُوْدُهٗ حِفْظُهُمَا ۚ وَ هُوَ الْعَلِىُّ الْعَظِيْمُ(255)
Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
2. Ali-İmran surəsi 2-ci ayə:
اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَيُّ الْقَيُّوْمُ
Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O, diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ
وَ اَنْزَلَ التَّوْرَاةَ وَ الْاِنْجِيْلَ
مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَ اَنْزَلَ الْفُرْقَانَ
3. Nisa surəsi 87-ci ayə:
اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!
لَيَجْمَعَنَّكُمْ اِلٰى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيْهِ
وَ مَنْ اَصْدَقُ مِنَ اللّٰهِ حَدِيْثًا
4. Ta-Ha surəsi 8-ci ayə:
اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
لَهُ الْاَسْمَاۤءُ الْحُسْنٰى
5. Təğabun surəsi 13-cü ayə:
اَللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar).
وَ عَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ