⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
FƏRƏC DUASI
"Məfatihul-cinan"da bu dua Kəfəminin "Bələdul-Əmin" kitabından nəql olunmuş və Zamanın-sahibinə (ə.f.) aiddir.
Bu dua Kəfəminin "Misbah" kitabında gəlmişdir. Burada imam Zamanın (ə.f.) zindana düşən və bu duanı oxuduqdan sonra zindandan qurtulan kəsə öyrətdiyi dua kimi zikr olunmuşdur.
اِلٰهِيْ عَظُمَ الْبَلَاۤءُ
İlahi, bəla (zülm) böyüdü (çoxaldı),
وَ بَرِحَ الْخَفَاۤءُ
və gizli işlərimiz aşkara çıxdı (faciələr zahir oldu),
وَ انْكَشَفَ الْغِطَاۤءُ
və pərdələr aradan qalxdı,
وَ انْقَطَعَ الرَّجَاۤءُ
və ümidlər kəsildi,
وَ ضَاقَتِ الْاَرْضُ
və yer (öz genişliyinə rəğmən) daraldı,
وَ مُنِعَتِ السَّمَاۤءُ
və göyün rəhmətinin qarşısı alındı.
وَ اَنْتَ الْمُسْتَعَانُ
Və Sən kömək istənilənsən (hər kəsə kömək edənsən),
وَ اِلَيْكَ الْمُشْتَكٰى
və bütün şikayətlər yalnız Sənə (olunur),
وَ عَلَيْكَ الْمُعَوَّلُ فِيْ الشِّدَّةِ وَ الرَّخَاۤءِ
və çətinliklərdə və asanlıqlarda hamının dayağı (etimadı) Sənsən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
İlahi, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
اُوْلِيْ الْاَمْرِ الَّذِيْنَ فَرَضْتَ عَلَيْنَا طَاعَتَهُمْ
o (Ulu'l Əmr) rəhbərlərə ki, onlara itaət etməyi bizlərə vacib etdin,
وَ عَرَّفْتَنَا بِذٰلِكَ مَنْزِلَتَهُمْ
və bununla onların məqamını bizlərə tanıtdırdın.
فَفَرِّجْ عَنَّا بِحَقِّهِمْ
Onların haqqı (hörməti) xatirinə bizi asayişə çıxar (qurtar),
فَرَجًا عَاجِلًا قَرِيْبًا
təcili, yaxın bir fərəclə,
كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ
bir göz qırpımı (müddətində) və hətta bundan da yaxın (daha az) bir müddətdə.
يَا مُحَمَّدُ يَا عَلِيُّ
Ey Məhəmməd və ey Əli!
يَا عَلِيُّ يَا مُحَمَّدُ
Ey Əli və ey Məhəmməd!
اِكْفِيَانِيْ فَاِنَّكُمَا كَافِيَانِ
Mənə (işlərimdə) kifayət edin, çünki siz mənə kifayət edənsiniz,
وَ انْصُرَانِيْ فَاِنَّكُمَا نَاصِرَانِ
və mənə kömək edin, çünki mənə kömək edənlər (yalnız) sizsiniz.
يَا مَوْلَانَا يَا صَاحِبَ الزَّمَانِ
Ey Mövlamız, ey Sahibəz-Zaman!
اَلْغَوْثَ الْغَوْثَ الْغَوْثَ
Fəryad, fəryad, fəryad (köməyə çat).
اَدْرِكْنِيْۤ اَدْرِكْنِيْۤ اَدْرِكْنِيْ
Məni dərk et (səsimi eşit, dadıma çat), məni dərk et, məni dərk et.
اَلسَّاعَةَ السَّاعَةَ السَّاعَةَ
Elə bu saat, elə bu saat, elə bu saat.
اَلْعَجَلَ الْعَجَلَ الْعَجَلَ
Təcili, təcili, təcili!
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
Ey rəhm edənlərin ən rəhimlisi,
بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ۔
Məhəmmədə və onun pak Əhli-beytinə xatir.