ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
CƏNAB SALMANIN ZİYARƏTİ
Seyid İbn Tavus "Misbahuz-zair" kitabında bu böyük şəxsiyyət üçün dörd ziyarət nəql etmişdir. Biz burada həmin ziyarətlərdən birini qeyd etməklə kifayətlənirik.
Onun qəbri yanında üzü qibləyə dayan və de:
اَلسَّلَامُ عَلٰى رَسُولِ اللّٰهِ
Salam olsun peyğəmbərlərin sonuncusu, Allahın elçisi Məhəmməd ibn Abdullaha. Salam olsun canişinlərin sərvəri Əmirəl-mömininə. Salam olsun hidayət olunmuş Məsum İmamlara. Salam olsun müqərrəb mələklərə. Salam olsun sənə ey Əmin Rəsulallahın səhabəsi. Salam olsun sənə ey Əmirəl-möminini dost tutan. Salam olsun sənə ey bərəkətli sərvərlərin sirrinin əmanətdarı. Salam olsun sənə ey keçmiş nəsillərin yaxşı əməl sahibləri arasından Allahın azuqəsi. Salam olsun sənə ey Əba Əbdillah, Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən Allaha Onun əmr etdiyi kimi itaət etdin. Peyğəmbərə onun istədiyi kimi tabe oldun, sənə lazım buyurduğu kimi onun canişinini dost tutdun, onun agah etdiyi kimi nəslinin qorunmasına dəvət etdin, yəqinliklə haqqı tanıdın və sənə əmr etdiyi kimi haqqa etimad etdin. Şəhadət verirəm ki, sən Müstəfanın canişininə müraciət qapısısan və Allahın hüccəti Əli Mürtəzaya çatmaq üçün yolsan. Sənə əmanət verilən (peyğəmbərlərin) seçilmiş elmi xüsusunda Allahın əmanətdarısan. Şəhadət verirəm ki, sən imanın on dərəcəsinə, qəti bürhan və dəlillərə sahibsən. Sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, əmanəti geri qaytardın, Allah və Onun elçisi üçün xeyirxahlıq etdin, Allah yolunda əzab-əziyyətlərə dözdün, ta ki ölümün çatdın. Allah lənət etsin sənin haqqını inkar edənə və məqamını alçaldana. Allah lənət etsin imamlarının yolunda səni incidənə. Allah lənət etsin Peyğəmbərinin xanidanını (himayə etdiyinə) görə sənə zülm edənlərə. Allah lənət etsin sərvərlərinə görə sənə məzəmmət edənlərə. Allah lənət etsin cinlər və insanlar arasında – istər keçmişdəkilər, istərsə də gələcəkdəkilər - Ali-Məhəmmədin düşmənlərinə. Allah onların ağrılı əzabını daha da artırsın. Allahın salamı sənə olsun ey Əba Əbdillah. Allahın salamı sənə olsun ey Rəsulallahın – Allahın salamı olsun ona və xanidanına – səhabəsi, Əmirəl-mömininin dostu. Allahın salamı olsun sənin pak ruhuna və pakizə bədəninə. Allah Öz lütf və mehribanlığı ilə öldükdən sonra bizi sizə və bərəkətli imamların məqamına qovuşdursun. Bizi və onları nemət dolu Cənnətlərdə onların kənarında cəm etsin. Allahın salamı olsun sənə ey Əba Əbdillah. Allahın salamı olsun keçmiş bərəkətli insanlar arasında yaxşı əməl sahibi olan şiə qardaşlarına. Allah aramlıq və razılığını mömin varislərə aid etsin. Bizi və onları tabe olduğumuz pak itrətə qovuşdursun. Sənə və onlara salam, Allahın rəhməti və bərəkəti olsun.
مُحَمَّدِ بْنِ عَبْدِ اللّٰهِ
خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلٰىۤ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَى الْاَئِمَّةِ الْمَعْصُوْمِيْنَ الرَّاشِدِيْنَ
اَلسَّلَامُ عَلَى الْمَلَاۤئِكَةِ الْمُقَرَّبِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَاحِبَ رَسُوْلِ اللّٰهِ الْاَمِيْنِ [الْاَمِيْنَ‏]
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مُوْدَعَ اَسْرَارِ السَّادَةِ الْمَيَامِيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَقِيَّةَ اللّٰهِ مِنَ الْبَرَرَةِ الْمَاضِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ اَطَعْتَ اللّٰهَ كَمَاۤ اَمَرَكَ
وَ اتَّبَعْتَ الرَّسُوْلَ كَمَا نَدَبَكَ
وَ تَوَلَّيْتَ خَلِيْفَتَهُ كَمَاۤ اَلْزَمَكَ
وَ دَعَوْتَ اِلَى الْاِهْتِمَامِ بِذُرِّيَّتِهِ كَمَا وَقَفَكَ [وَفَّقَكَ‏]،
وَ عَلِمْتَ الْحَقَّ يَقِيْنًا وَ اعْتَمَدْتَهُ كَمَاۤ اَمَرَكَ
[وَ] اَشْهَدُ اَنَّكَ بَابُ وَصِيِّ الْمُصْطَفٰى
وَ طَرِيْقُ حُجَّةِ اللّٰهِ الْمُرْتَضٰى
وَ اَمِيْنُ اللّٰهِ فِيْمَا اسْتُوْدِعْتَ مِنْ عُلُوْمِ الْاَصْفِيَاۤءِ
اَشْهَدُ اَنَّكَ مِنْ اَهْلِ بَيْتِ النَّبِيِّ النُّجَبَاۤءِ
الْمُخْتَارِيْنَ لِنُصْرَةِ الْوَصِيِّ
اَشْهَدُ اَنَّكَ صَاحِبُ الْعَاشِرَةِ
وَ الْبَرَاهِيْنِ وَ الدَّلَاۤئِلِ الْقَاهِرَةِ
وَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ اَدَّيْتَ الْاَمَانَةَ
وَ نَصَحْتَ لِلّٰهِ وَ لِرَسُوْلِهِ
وَ صَبَرْتَ عَلَى الْاَذٰى فِيْ جَنْبِهِ
حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
لَعَنَ اللّٰهُ مَنْ جَحَدَكَ حَقَّكَ
وَ حَطَّ مِنْ قَدْرِكَ
لَعَنَ اللّٰهُ مَنْ اٰذَاكَ فِي مَوَالِيْكَ
لَعَنَ اللّٰهُ مَنْ اَعْنَتَكَ فِيۤ اَهْلِ بَيْتِكَ [نَبِيِّكَ‏]
لَعَنَ اللّٰهُ مَنْ لَامَكَ فِيْ سَادَاتِكَ
لَعَنَ اللّٰهُ عَدُوَّ اٰلِ مُحَمَّدٍ
مِنَ الْجِنِّ وَ الْاِنْسِ
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْاَلِيمَ
صَلَّى اللّٰهُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْكَ يَا صَاحِبَ رَسُوْلِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ عَلَيْكَ يَا مَوْلَىۤ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى رُوْحِكَ الطَّيِّبَةِ
وَ جَسَدِكَ الطَّاهِرِ
وَ اَلْحَقَنَا بِمَنِّهِ وَ رَأْفَتِهِ
اِذَا تَوَفَّانَا بِكَ
وَ بِمَحَلِّ السَّادَةِ الْمَيَامِيْنِ
وَ جَمَعَنَا مَعَهُمْ بِجِوَارِهِمْ فِيْ جَنَّاتِ النَّعِيْمِ
صَلَّى اللّٰهُ عَلَيْكَ‏ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
وَ صَلَّى اللّٰهُ عَلٰى اِخْوَانِكَ الشِّيْعَةِ الْبَرَرَةِ
مِنَ السَّلَفِ الْمَيَامِيْنِ
وَ اَدْخَلَ الرُّوْحَ وَ الرِّضْوَانَ عَلَى الْخَلَفِ مِنَ الْمُؤْمِنِيْنَ
وَ اَلْحَقَنَا وَ اِيَّاهُمْ بِمَنْ تَوَلَّاهُ مِنَ الْعِتْرَةِ الطَّاهِرِيْنَ
وَ عَلَيْكَ وَ عَلَيْهِمُ السَّلَامُ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra yeddi dəfə Qədr surəsini oxu. Daha sonra istədiyin müstəhəb namazları onun qəbri kənarında qıl.