İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ZİYARƏTİ
Əllamə Məclisi "Biharul-ənvar"da və Seyid İbn Tavus "Misbahuz-zair"də yazırlar:
İmam Hadini (ə) ziyarət etdikdən sonra İmam Həsən Əskərini (ə) ziyarət etdikdə o həzrətin zərihi müqabilində dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ
Salam olsun sənə ey mövlam, ey Əba Məhəmməd Həsən ibn Əli, hidayət olunmuş hidayət edən kimsə, Allahın rəhməti və bərəkəti olsun sənə. Salam olsun sənə ey Allahın vəlisi və Allahın vəlilərinin övladı. Salam olsun sənə ey Allahın hüccəti və Allahın hüccətlərinin övladı. Salam olsun sənə ey Allahın seçdiyi və Allahın seçdiklərinin övladı. Salam olsun sənə ey Allahın xəlifəsi, Allahın xəlifələrinin övladı və Allahın xəlifəsinin atası. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusunun övladı. Salam olsun sənə ey canişinlərin sərvərinin övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey dünya qadınlarının sərvərinin övladı. Salam olsun sənə ey hidayət edən imamların övladı. Salam olsun sənə ey rəşid canişinlərin övladı. Salam olsun sənə ey təqvalıların isməti. Salam olsun sənə ey nicat tapmışların öndəri. Salam olsun sənə ey möminlərin dayağı. Salam olsun sənə ey kədərlilərin təsəllisi. Salam olsun sənə ey seçilmiş peyğəmbərlərin varisi. Salam olsun sənə ey Rəsulallahın canişininin elminin xəzinəsi. Salam olsun sənə ey Allahın hökmü ilə dəvət edən. Salam olsun sənə ey Allahın kitabı ilə danışan. Salam olsun sənə ey hüccətlərin hüccəti. Salam olsun sənə ey ümmətlərin hidayətçisi. Salam olsun sənə ey nemətlərin sahibi. Salam olsun sənə ey elm məkanı. Salam olsun sənə ey səbir gəmisi. Salam olsun sənə ey intizarı çəkilən imamın atası: o imam ki, hüccəti aqillərə aşkardır, tanınması yəqinlik ilə sabitdir, zalımların gözündən pünhandır, fasiqlərin hökumətindən qayibdir, Rəbbimiz İslam dini zəiflədikdən sonra onun vasitəsilə dinə yeni həyat verəcək və Quran unudulduqdan sonra onu yada salacaq. Şəhadət verirəm ki, həqiqətən sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Rəbbinin yoluna elm ilə və gözəl nəsihətlə dəvət etdin, Allaha ixlasla ibadət etdin, ta ki ölümün çatdı. Allahdan istəyirəm sənin Onun yanında olan məqamına xatir ki, mənim bu ziyarətimi qəbul etsin, sizin hüzurunuza gəlmək üçün göstərdiyim səyi mükafatlandırsın, sizin vasitənizlə mənim duamı qəbul etsin, məni haqqa dost və tabe olanlardan, haqqın davamçılarından və dostlarından qərar versin. Salam olsun sənə, Allahın rəhməti və bərəkəti olsun sənə.
يَاۤ اَبَا مُحَمَّدٍ ۟اِلْحَسَنَ بْنَ عَلِيٍّ
۟اِلْهَادِيَ الْمُهْتَدِيَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ ابْنَ اَوْلِيَاۤئِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ وَ ابْنَ حُجَجِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفِيَّ اللّٰهِ وَ ابْنَ اَصْفِيَاۤئِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَلِيْفَةَ اللّٰهِ وَ ابْنَ خُلَفَاۤئِهِ وَ اَبَا خَلِيْفَتِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْاَئِمَّةِ الْهَادِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْاَوْصِيَاۤءِ الرَّاشِدِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا عِصْمَةَ الْمُتَّقِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا اِمَامَ الْفَاۤئِزِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا رُكْنَ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا فَرَجَ الْمَلْهُوْفِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ الْاَنْبِيَاۤءِ الْمُنْتَجَبِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَازِنَ عِلْمِ وَصِيِّ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الدَّاعِيْ بِحُكْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّاطِقُ بِكِتَابِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ الْحُجَجِ
اَلسَّلَامُ عَلَيْكَ يَا هَادِيَ الْاُمَمِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ النِّعَمِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْبَةَ الْعِلْمِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَفِيْنَةَ الْحِلْمِ
اَلسَّلَامُ عَلَيْكَ يَا اَبَا الْاِمَامِ الْمُنْتَظَرِ
الظَّاهِرَةِ لِلْعَاقِلِ حُجَّتُهُ
وَ الثَّابِتَةِ فِي الْيَقِيْنِ مَعْرِفَتُهُ
الْمُحْتَجَبِ عَنْ اَعْيُنِ الظَّالِمِيْنَ
وَ الْمُغَيَّبِ عَنْ دَوْلَةِ الْفَاسِقِيْنَ
وَ الْمُعِيْدِ رَبُّنَا بِهِ الْاِسْلَامَ جَدِيْدًا بَعْدَ الْاِنْطِمَاسِ
وَ الْقُرْاٰنَ غَضًّا بَعْدَ الْاِنْدِرَاسِ
اَشْهَدُ يَا مَوْلَايَ اَنَّكَ اَقَمْتَ الصَّلَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ دَعَوْتَ اِلٰى سَبِيْلِ رَبِّكَ
بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا
حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
اَسْاَلُ اللّٰهَ بِالشَّأْنِ الَّذِيْ لَكُمْ عِنْدَهُ
اَنْ يَتَقَبَّلَ زِيَارَتِيْ لَكُمْ
وَ يَشْكُرَ سَعْيِيۤ اِلَيْكُمْ
وَ يَسْتَجِيْبَ دُعَاۤئِيْ بِكُمْ
وَ يَجْعَلَنِيْ مِنْ اَنْصَارِ الْحَقِّ
وَ اَتْبَاعِهِ وَ اَشْيَاعِهِ
وَ مَوَالِيْهِ وَ مُحِبِّيْهِ
وَ السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra zərihi öp və əvvəlcə üzünün sağ, sonra sol tərəfini onun üzərinə qoy, de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
Ey Allahım, ağamız Məhəmmədə və onun Əhli-beytinə salam göndər. Salam göndər Həsən ibn Əliyə: dininə tərəf hidayət edənə və yoluna tərəf dəvət edənə; hidayət nişanəsi, təqva çırağı, əql mədəni və məkanına; insanlara (rəhmət) yağışına, elm buluduna və moizə dənizinə; imamların varisinə və ümmətə şahid olana; məsum, pakizə, fəzilətli, müqərrəb və hər çirkinlikdən pak olana; o kəsə ki, onu Kitab (Quran) elminin varisi etdin, ədalətli hakimliyi ona ilham etdin, onu müsəlmanların (hidayəti) üçün bir nişanə qərar verdin, ona itaəti Özünə itaətlə yanaşı qərar verdin və onu dost tutmağı bütün məxluqata vacib etdin. Ey Allahım, necə ki, yeganəpərəstlikdə gözəl ixlasla Sənə tərəf qayıtdı, Sənin üçün tay və bənzər qəbul edənləri həlak etdi, Sənə iman gətirənləri himayə etdi, elə isə, ey Rəbbim, ona salam göndər. Elə bir salam ki, onu xüşu edənlərin məqamına qovuşdursun və onu Cənnətdə babası Xatəmul-ənbiyanın dərəcəsinə yüksəltsin. Bizim tərəfimizdən ona salam çatdır. Onların dostluğu sayəsində Öz tərəfindən bizə lütf, ehsan, bağışlanma və razılıq bəxş et. Çünki Sən əzəmətli bəxşiş və böyük nemət sahibisən.
وَ صَلِّ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ
۟اِلْهَادِيۤ اِلٰى دِيْنِكَ
وَ الدَّاعِيۤ اِلٰى سَبِيْلِكَ
وَ الشَّهِيْدِ عَلَى الْاُمَّةِ
الْمَعْصُوْمِ الْمُهَذَّبِ
وَ الْفَاضِلِ الْمُقَرَّبِ
وَ الْمُطَهَّرِ مِنَ الرِّجْسِ
الَّذِيْ وَرَّثْتَهُ عِلْمَ الْكِتَابِ
وَ اَلْهَمْتَهُ فَصْلَ الْخِطَابِ
وَ نَصَبْتَهُ عَلَمًا لِاَهْلِ قِبْلَتِكَ
وَ قَرَنْتَ طَاعَتَهُ بِطَاعَتِكَ
وَ فَرَضْتَ مَوَدَّتَهُ عَلٰى جَمِيْعِ خَلِيْقَتِكَ
اَللّٰهُمَّ فَكَمَاۤ اَنَابَ بِحُسْنِ الْاِخْلَاصِ فِي تَوْحِيْدِكَ
وَ اَرْدٰى مَنْ خَاضَ فِيْ تَشْبِيْهِكَ
وَ حَامٰى عَنْ اَهْلِ الْاِيْمَانِ بِكَ
فَصَلِّ يَا رَبِّ عَلَيْهِ صَلَاةً
يَلْحَقُ بِهَا مَحَلَّ الْخَاشِعِيْنَ
وَ يَعْلُوْ فِي الْجَنَّةِ
بِدَرَجَةِ جَدِّهِ خَاتَمِ النَّبِيِّيْنَ
وَ بَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلَامًا
وَ اٰتِنَا مِنْ لَدُنْكَ فِيْ مُوَالَاتِهِ
وَ مَغْفِرَةً وَ رِضْوَانًا
اِنَّكَ ذُوْ فَضْلٍ عَظِيْمٍ
Sonra ziyarət namazı qıl. Namazdan sonra de:
يَا دَاۤئِمُ يَا دَيْمُوْمُ [يَا دَيُّوْمُ]
Ey daimi, ey cavidan, ey diri, ey əbədi, ey qəm-qüssəni aradan qaldıran, ey kədəri yox edən, ey elçiləri göndərən, ey vədi doğru olan, ey o həyy ki, Səndən qeyri İlah yoxdur! Sənə təvəssül edirəm sevimli bəndən Məhəmmədin vasitəsilə, onun canişini, əmisi oğlu və qızının həyat yoldaşı Əlinin vasitəsilə: o kəslər ki, onlar vasitəsilə şəriətini xətm etdin, ayələrin təvilini və sirrini açdın. Elə isə, onların hər ikisinə elə bir salam göndər ki, əvvəlkilər və sonrakılar ona şahid olsunlar, övliyalar və salehlər onun vasitəsilə nicat tapsınlar. Sənə təvəssül edirəm hidayətçi imamların anası və dünya xanımlarının sərvəri Fatimə-Zəhranın vasitəsilə: o xanım ki, pak övladlarının şiələrinə şəfaət edir. Ona daimi, əbədi və dövrlər boyunca salam göndər. Sənə təvəssül edirəm bəyənilən, pak və pakizə Həsən vasitəsilə; bəyənilən, yaxşı əməl və təqva sahibi məzlum Hüseyn vasitəsilə; cənnət cavanlarının iki sərvəri, yaxşı əməl sahibi, pak, təqvalı, pakizə, ismətli, şəhid, məzlum və (Allah yolunda) qətlə yetirilən o iki imam vasitəsilə. Nə qədər ki, Günəş və Ay doğub batır, o ikisinə salam göndər; davamlı və ardıcıl bir salam. Sənə təvəssül edirəm ibadət edənlərin sərvəri və zalımların təhlükəsindən pərdənişin (camaatdan təcrid) olan Əli ibn Hüseyn vasitəsilə; Əlinin övladı pak və işıqlı nur olan Məhəmməd Baqir vasitəsilə; o iki imam, sərvər, bərəkət açarları və zülmət çıraqları. Nə qədər ki, gecə və gündüz baqidir, o ikisinə gündüz və gecə boyunca salam göndər. Sənə təvəssül edirəm Allah tərəfindən doğru danışan və Allahın elmi ilə danışan Cəfər ibn Məhəmməd vasitəsilə; ləyaqətli bəndə və xeyirxah canişin Musa ibn Cəfər vasitəsilə; o iki hidayət edən, hidayət olunmuş, vəfalı və kifayət edən imam. Nə qədər ki, "mülk" Sənə təsbih deyir və "fələk" dövr edir o ikisinə salam göndər. Elə bir salam ki, kamilləşir və artır, fani və yox olmur. Sənə təvəssül edirəm Əli ibn Musa ər-Rza və Məhəmməd ibn Əli əl-Mürtəza vasitəsilə: o iki pak və seçilən imam. Nə qədər ki, gündüz işıqlıdır və davam etməkdədir, o ikisinə salam göndər. Elə bir salam ki, o ikisini cənnətin ali dərəcələrində Sənin razılığına doğru ucaltsın. Sənə təvəssül edirəm rəşid Əli ibn Məhəmməd və hadi Həsən ibn Əli vasitəsilə; bəndələrin işlərinin (islahı) üçün ayağa qalxan, dəhşətli çətinliklərlə sınağa çəkilən və köhnə kinlər qarşısında səbirli olan o iki imam. Səbir edənlərin mükafatı və nicat tapmışların savabı qədər o iksinə salam göndər. Elə bir salam ki, onları ucaltsın. Sənə təvəssül edirəm, ey Rəbbim, imamımız vasitəsilə; bizim zəmanəmizdə vəd olunmuş gündə (Allahın vədini) həyata keçirənə, şahidlik verilənə şahid olan kəsə, işıq saçan nura, (düşmənlərin qəlbində) qorxunun yaranması ilə kömək olunmuşa, səadətli qalibə. Salam göndər ona meyvələrin, ağacların yarpaqlarının və qumların sayı qədər, tüklərin sayı qədər, Sənin elminin əhatə etdiyi və Kitabında sayılan şeylərin sayı qədər. Elə bir salam ki, əvvəlkilər və sonrakılar ona qibtə etsinlər. Ey Allahım, bizi onun dəstəsində məhşur et, bizi ona itaət edən qərar ver, bizi onun hökuməti ilə qoru və bizi onu dost tutmaqla mükafatlandır, onun izzətilə düşmənlərimiz qarşısında bizə kömək et. Ey Rəbbim, bizi tövbə edənlərdən qərar ver, ey rəhimlilərin ən rəhimlisi. Ey Allahım, tüğyankar və məlun Şeytan Sənin bəndələrini aldatmaq üçün Səndən fürsət istədi və Sən ona fürsət verdin. O Sənin bəndələrini azdırmaq üçün möhlət istədi və Sən onu tanıdığın bir halda ona möhlət verdin. İndi Şeytan kök salmış, qoşunu çoxalmış, əsgərlərinin sayı artmış və onun təbliğatçıları yer üzündə yayılmışdır. Beləliklə, Sənin bəndələrini azdırmış, dinini korlamış, sözlərini təhrif etmiş, bənədlərini firqələrə və üsyankar dəstələrə bölmüşdür. Sən onun belini qırmağı və dəstgahını dağıtmağı vəd vermisən. Elə isə, onun övladlarını və qoşununu həlak et, Öz şəhərlərini onun bidətlərindən və ixtilaflarından təmizlə, Öz bəndələrini onun yolundan və düşüncələrindən rahatlığa çıxart, pis hadisələri onlar üçün qərar ver, ədaləti vüsətləndir, dinini aşkar et, dostlarını qüvvətləndir, düşmənlərini xar et, övliyalarını Şeytanın və onun dostlarının şəhərlərinə varis et, onları Cəhənnəmdə əbədi et, ağrılı əzabı onlara dadızdır, yaradılışın nəhs hadisələrində qərar verdiyin nifrinləri onlar üçün qərar ver; belə ki, bu nifrinlər onları əhatə etsin, onlar üçün təyin olunsun, axşam, səhər və əsr çağları onlara nazil olsun. Ey Rəbbimiz, dünyada da, axirətdə də bizə gözəllik bəxş et, rəhmətinə xatir bizi cəhənnəm əzabından qoru, ey rəhimlilərin ən rəhimlisi.
يَا كَاشِفَ الْكَرْبِ وَ الْهَمِّ
وَ يَا حَيُّ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اَتَوَسَّلُ اِلَيْكَ بِحَبِيْبِكَ مُحَمَّدٍ
وَ وَصِيِّهِ عَلِيٍّ ابْنِ عَمِّهِ
وَ صِهْرِهِ عَلَى ابْنَتِهِ
الَّذِيْ [اللَّذَيْنِ] خَتَمْتَ بِهِمَا الشَّرَایِعَ
وَ فَتَحْتَ [بِهِمَا] التَّأْوِيْلَ وَ الطَّلَاۤئِعَ
صَلٰوةً يَشْهَدُ بِهَا الْاَوَّلُوْنَ وَ الْاٰخِرُوْنَ
وَ يَنْجُوْ بِهَا الْاَوْلِيَاۤءُ وَ الصَّالِحُوْنَ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِفَاطِمَةَ الزَّهْرَاۤءِ
وَالِدَةِ الْاَئِمَّةِ الْمَهْدِيِّيْنَ
وَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
الْمُشَفَّعَةِ فِيْ شِيْعَةِ اَوْلَادِهَا الطَّيِّبِيْنَ
فَصَلِّ عَلَيْهَا صَلَاةً دَاۤئِمَةً
اَبَدَ الْاٰبِدِيْنَ وَ دَهْرَ الدَّاهِرِيْنَ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِالْحَسَنِ الرَّضِيِّ
وَ الْحُسَيْنِ الْمَظْلُوْمِ
الْمَرْضِيِّ الْبَرِّ التَّقِيِّ
سَيِّدَيْ شَبَابِ اَهْلِ الْجَنَّةِ
الْاِمَامَيْنِ الْخَيِّرَيْنِ
الطَّيِّبَيْنِ التَّقِيَّيْنِ
النَّقِيَّيْنِ الطَّاهِرَيْنِ
الشَّهِيْدَيْنِ الْمَظْلُوْمَيْنِ الْمَقْتُوْلَيْنِ
فَصَلِّ عَلَيْهِمَا مَا طَلَعَتْ شَمْسٌ وَ مَا غَرَبَتْ
صَلٰوةً مُتَوَالِيَةً مُتَتَالِيَةً
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِعَلِيِّ بْنِ الْحُسَيْنِ
الْمَحْجُوْبِ مِنْ خَوْفِ الظَّالِمِيْنَ
وَ بِمُحَمَّدِ بْنِ عَلِيٍّ ۟
الْاِمَامَيْنِ السَّيِّدَيْنِ
وَ مِصْبَاحَيِ الظُّلُمَاتِ
فَصَلِّ عَلَيْهِمَا مَا سَرٰى لَيْلٌ وَ مَا اَضَاۤءَ نَهَارٌ
صَلٰوةً تَغْدُوْ وَ تَرُوْحُ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ
وَ النَّاطِقِ فِيْ عِلْمِ اللّٰهِ
وَ بِمُوْسَى بْنِ جَعْفَرٍ
الْعَبْدِ الصَّالِحِ فِيْ نَفْسِهِ
الْاِمَامَيْنِ الْهَادِيَيْنِ الْمَهْدِيَّيْنِ
الْوَافِيَيْنِ الْكَافِيَيْنِ
فَصَلِّ عَلَيْهِمَا مَا سَبَّحَ لَكَ مَلَكٌ
صَلٰوةً تُنْمٰى وَ تَزِيْدُ
وَ لَا تَفْنٰى وَ لَا تَبِيْدُ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِعَلِيِّ بْنِ مُوْسَى الرِّضَا
وَ بِمُحَمَّدِ بْنِ عَلِيٍّ ۟اِلْمُرْتَضَى
الْاِمَامَيْنِ الْمُطَهَّرَيْنِ الْمُنْتَجَبَيْنِ
فَصَلِّ عَلَيْهِمَا مَا اَضَاۤءَ صُبْحٌ وَ دَامَ
صَلٰوةً تُرَقِّيْهِمَا اِلٰى رِضْوَانِكَ
فِي الْعِلِّيِّيْنَ مِنْ جِنَانِكَ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِعَلِيِّ بْنِ مُحَمَّدٍ ۟اِلرَّاشِدِ
وَ الْحَسَنِ بْنِ عَلِيٍّ ۟اِلْهَادِي
الْقَاۤئِمَيْنِ بِاَمْرِ عِبَادِكَ
الْمُخْتَبَرَيْنِ بِالْمِحَنِ الْهَاۤئِلَةِ
وَ الصَّابِرَيْنِ فِي الْاِحَنِ الْمَاۤئِلَةِ
فَصَلِّ عَلَيْهِمَا كِفَاۤءَ اَجْرِ الصَّابِرِيْنَ
وَ اِزَاۤءَ ثَوَابِ الْفَاۤئِزِيْنَ
صَلَاةً تُمَهِّدُ لَهُمَا الرِّفْعَةَ
وَ اَتَوَسَّلُ اِلَيْكَ يَا رَبِّ بِاِمَامِنَا
وَ الشَّاهِدِ الْمَشْهُوْدِ
وَ الضِّيَاۤءِ الْاَنْوَرِ
الْمَنْصُوْرِ بِالرُّعْبِ
وَ الْمُظَفَّرِ بِالسَّعَادَةِ
فَصَلِّ عَلَيْهِ عَدَدَ الثَّمَرِ
وَ عَدَدَ الشَّعْرِ وَ الْوَبَرِ
وَ عَدَدَ مَاۤ اَحَاطَ بِهِ عِلْمُكَ
صَلٰوةً يَغْبِطُهُ بِهَا الْاَوَّلُوْنَ وَ الْاٰخِرُوْنَ
اَللّٰهُمَّ وَ احْشُرْنَا فِي زُمْرَتِهِ
وَ احْفَظْنَا عَلٰى طَاعَتِهِ
وَ احْرُسْنَا بِدَوْلَتِهِ
وَ اَتْحِفْنَا بِوِلَايَتِهِ
وَ انْصُرْنَا عَلٰىۤ اَعْدَاۤئِنَا بِعِزَّتِهِ
وَ اجْعَلْنَا يَا رَبِّ مِنَ التَّوَّابِيْنَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ وَ اِنَّ اِبْلِيْسَ الْمُتَمَرِّدَ اللَّعِيْنَ
قَدِ اسْتَنْظَرَكَ لِاِغْوَاۤءِ خَلْقِكَ فَاَنْظَرْتَهُ
وَ اسْتَمْهَلَكَ لِاِضْلَالِ عَبِيْدِكَ فَاَمْهَلْتَهُ
بِسَابِقِ عِلْمِكَ فِيْهِ
وَ قَدْ عَشَّشَ وَ كَثُرَتْ جُنُوْدُهُ
وَ ازْدَحَمَتْ جُيُوْشُهُ
وَ انْتَشَرَتْ دُعَاتُهُ فِيۤ اَقْطَارِ الْاَرْضِ
فَاَضَلُّوْا عِبَادَكَ وَ اَفْسَدُوْا دِيْنَكَ
وَ حَرَّفُوا الْكَلِمَ عَنْ مَوَاضِعِهِ
وَ جَعَلُوْا عِبَادَكَ شِيَعًا مُتَفَرِّقِيْنَ
وَ اَحْزَابًا مُتَمَرِّدِيْنَ
وَ قَدْ وَعَدْتَ نَقْضَ بُنْيَانِهِ
فَاَهْلِكْ اَوْلَادَهُ وَ جُيُوْشَهُ
وَ طَهِّرْ بِلَادَكَ مِنِ اخْتِرَاعَاتِهِ وَ اخْتِلَافَاتِهِ
وَ اَرِحْ عِبَادَكَ مِنْ مَذَاهِبِهِ وَ قِيَاسَاتِهِ
وَ اجْعَلْ دَاۤئِرَةَ السُّوۤءِ عَلَيْهِمْ
وَ اَوْرِثْ دِيَارَ اِبْلِيْسَ
وَ دِيَارَ اَوْلِيَاۤئِهِ اَوْلِيَاۤءَكَ
وَ خَلِّدْهُمْ فِي الْجَحِيْمِ
وَ اَذِقْهُمْ مِنَ الْعَذَابِ الْاَلِيْمِ
وَ اجْعَلْ لَعَاۤئِنَكَ الْمُسْتَوْدَعَةَ
فِيْ مَنَاحِسِ [مَنَاحِيْسِ] الْخِلْقَةِ
وَ مَشَاوِيْهِ الْفِطْرَةِ
وَ جَارِيَةً فِيْهِمْ كُلَّ صَبَاحٍ وَ مَسَاۤءٍ
رَبَّنَا اٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
وَ فِي الْاٰخِرَةِ حَسَنَةً
وَ قِنَا بِرَحْمَتِكَ عَذَابَ النَّارِ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra özün və qardaşların üçün olan istəklərini Allahdan dilə.