ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
NÜDBƏ DUASI
Nüdbə duası aşiqlərin zümzüməsi və intizar çəkən şiənin rəmzidir. Bu dua ilə o, həm İmam Zamanın (ə.f) nazənin vücuduna dua edir, həm ona olan sevgisini ibraz edir, həm o imama əsgər olmağın şərtlərini öyrənir, həm də ilahi peyğəmbərlərin göndərilməsi (ə) və Əmirəl-möminin Əlinin (ə) imamlığının dəlinini öyrənmiş olur.
Nüdbə duasını dörd böyük bayramda – cümə günləri, Fitr bayramı, Qurban bayramı və Qədir-xum bayramında oxumaq müstəhəbdir.
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِیْنَ
Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salamı olsun ağamız Allah peyğəmbəri Məhəmmədə və onun pak xanidanına! Allahın xüsusi salamı olsun onlara! Ey Allahım! Övliyaların arasında müqəddər etdiklərinə görə həmd-səna məxsusdur; o övliyalar ki, onları Özün və dinin üçün xalis etmisən, dərgahında olan böyük və əbədi nemətləri onlar üçün seçmisən. O nemətlər ki, əsla məhv olmaz, aradan getməzlər. Əlbəttə bunu, fani dünyanın şan-şöhrətinə və bər-bəzəyinə etinasız olmağı onlarla şərt kəsdikdən sonra etmisən. Onlar da bu şərti qəbul etmiş və Sən də onların əhd-peymanlarına vəfalı olacaqlarını bilib onları qəbul və dərgahına yaxın etmisən. Onlara uca ad və aşkar tərif əta etmisən. Mələklərini onlara nazil etmisən, vəhyinlə onları hörmətli tutmusan, elminlə onları himayə etmisən, onları dərgahına üz tutmaq üçün bir vasitə və razılığına bir vəsilə etmisən. Onların bəzilərinə (Adəm (ə)) Cənnətdə yer vermisən və bir müddət sonra oradan xaric etmisən. Bəzilərini (Nuh (ə)) gəmiyə mindirib onu və onunla birlikdə olan möminləri həlakətdən nicat vermisən. Bəzilərini (İbrahim (ə)) özünə dost seçmisən və o da özündən sonra gələn nəsli üçün Səndən yaxşı ad istəyibdir. Sən də onun bu istəyini qəbul etmisən və adını ucaltmısan. Bəziləri ilə (Musa (ə)) ağacın daxilindən danışmısan və qardaşını (Harun (ə)) ona dayaq, müşavir qərar vermisən. Bəzilərini (İsa (ə)) atasız dünyaya gətirmisən və ona aydın dəlillər verib Cəbraillə qüvvətləndirmisən. Peyğəmbərlərin hər biri üçün xüsusi şəriət və yol qərar vermisən, onlara canişinlər seçmisən, ta ki, bir-birinin ardınca müəyyən bir dönəmdə dinin mühafizi və yaşadanı, habelə bəndələrinə hüccət olsunlar. Ondan ötrü ki, haqq öz yerindən kənarlaşdırılmasın və batil haqq ardıcıllarına qələbə çalmasın. Həmçinin kimsə deməsin ki, (hidayət üçün) bizə qorxudan bir elçi göndərmədin; hidayət nişanələrini bizə göstərmədin ki, xar və rüsvay olmamış nişanələrinə tabe olaq. (Peyğəmbərlərini bir-birinin ardınca göndərdin,) sonunda dostun və həqiqi bəndən Məhəmmədi – Allahın salamı olsun ona və pak xanidanına! – göndərdin. Belə ki, Sən onu məxluqatının sərvəri, seçilmişlərin seçilmişi, seçilmişlərin ən üstünü və etimad olunanların ən hörmətlisi seçdin. Onu peyğəmbərlərindən öndə tutdun, cinlərdən və insanlardan olan bütün bəndələrinə elçi göndərdin, şərqini və qərbini onun hakimiyyəti altında qərar verdin, səmavi miniyi onun xidmətinə verdin, onu səmalarına apardın, yaradılışının sonunadək keçmişdəkilərin və gələcəkdəkilərin elmini ona tapşırdın. Sonra (onun düşmənlərinin ürəyində) qorxu yaratmaqla ona kömək etdin, Cəbraili, Mikayili və tanınmış mələklərini onun ətrafında qərar verdin və ona vəd verdin ki, müşriklərə xoş olmasa belə onun dinini bütün dinlərə qalib edəcəksən. Bu qələbə, sülaləsi arasında onu sədaqət və doğruluq məqamında qərar verdikdən sonra idi. İnsanlar üçün tikilmiş ilk evi ona və xanidanına aid etdin; aləmdəkilərə bərəkət və hidayət səbəbi olan Məkkədəki ev! Bu evdə hidayətin aydın dəlilləri və İbrahim məqamı vardır. Kim bu evə daxil olarsa, amin-amanlıqdadır. Sən buyurdun: " Allah hər bir natəmizliyi və günahı siz Əhli-beytdən uzaq etmək və sizi pakdan pak etmək istəmişdir." Sonra Öz Kitabında Məhəmmədin – Salamın olsun ona və pak xanidanına! – mükafatını onun xanidanını sevmək və onları dost tutmaq qərar verdin, buyurdun: "Mən peyğəmbərliyim (ilahi əmrləri çatdırmaq) müqabilində doğmalarımı sevmənizdən başqa sizdən heç bir əvəz istəmirəm". Həmçinin buyurdun: "Sizdən istədiyim əvəz də sizin öz xeyrinizədir". Həmçinin buyurdun: "Mən peyğəmbərliyimin müqabilində heç bir əvəz istəmirəm, o kəsdən başqa ki, Allaha doğru aparan yolu seçər". Onlar (Əhli-beyt) Sənə və Sənin razılığına çatdıran yoldurlar. Onun peyğəmbəriliyi sona çatdıqdan sonra yavəri Əli ibn Əbu Talibi – Sənin salamın olsun onların hər ikisinə və xanidanlarına! – hidayət üçün seçdi, çünki o, "qorxudan" idi və hər bir qövmə də hidayət edən gərəkdir. (Rəsulallah (s) Qədir-xum günü) böyük izdiham qarşısında buyurdu: "Məni kimin mövlası və başçısıyamsa, Əli onun mövlası və başçısıdır. Ey Allahım, onu dost bilənlərə dost və düşmənləri ilə düşmən ol. Ona kömək edənlərə kömək et və ondan üz döndərənlərdən üz döndər". (Rəsulallah (s)) buyurdu: "Mən kimin peyğəmbəriyəmsə, Əli onun əmiridir". (Rəsulallah (s)) buyurdu: "Mən və Əli bir şəcərədən və kökdənik, qalan insanlar isə başqa şəcərədən və kökdəndirlər". (Rəsulallah (s)) onunla (Əli (ə) ilə) özü arasında olan əlaqəni Harunla Musa arasında olan əlaqə kimi qələmə verdi və ona buyurdu: "Sənin mənim yanımdakı yerin Harunun Musanın yanındakı yeri kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcəkdir". Sonra dünya qadınlarının sərvəri olan qızını ona zövcə etdi, məscidindən özünə halal olanı ona halal etdi və onun qapısından başqa məscidə açılan bütün qapıları bağladı. Sonra elmini ona həvalə etdi və buyurdu: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır". Elə isə, kim şəhəri və hikməti istəyirsə, onun qapısından daxil olmalıdır. (Rəsulallah (s)) daha sonra buyurdu: "Sən mənim qardaşım, canişinim və varisimsən. Sənin ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin sazişin mənim sazişim, sənin apardığın müharibə mənim müharibəmdir. İman sənin ətinə və qanına qarışmışdır, necə ki, mənim ətimə və qanıma qarışmışdır. Sabah (Qiyamətdə) hovuzun kənarında sən mənim canişinimsən. Sən mənim borcumu qaytaracaq və əhd-peymanımı yerinə yetirəcəksən. Sənin şiələrin (ardıcılların) nurdan olan məkanda üzləri parlaq bir halda Cənnətdə mənim ətrafımda və qonşuluğumda olacaqlar. Ey Əli, əgər sən olmasaydın, möminlər məndən sonra bilinməyəcəkdi (kimin mömin olduğu bilinməyəcəkdi)". Əli Rəsulallahdan sonra azğınlıqdan çıxaran bir hidayət səbəbi, cəhalət korluğundan çıxaran bir nur, Allahın möhkəm ipi və Onun doğru yolu idi. Həm (Rəsulallaha) qohumluq baxımından, həm də dində olan keçmişi baxımından kimsə ondan irəli deyildi. Malik olduğu fəzilətlərdə kimsə ona çatmırdı. Ayağını Rəsulallahın – Allahın salamı olsun onların ikisinə və xanidanlarına! – ayağının yerinə qoydu, Quran həqiqətləri əsasında mübarizə apardı, Allah yolunda hərəkətdə heç bir məzəmmət edənin məzəmməti ona təsir etmədi, ərəbin adlı-sanlı döyüşçülərini çıxılmaz vəziyyətə saldı, onların pəhləvanlarını öldürdü, tabe olmayanları ilə vuruşdu. Bu səbəb oldu ki, Bədr, Xeybər, Huneyn və başqa döyüşlərin kin-küdurəti bəzilərinin ürəyində yer etdi və ona ədavət bəslədilər, ona qarşı birləşdilər. Beləliklə, o, əhd-peymanı pozanlarla, zalımlarla və dindən xaric olanlarla döyüşdü. Şəhadət zamanı çatdıqda əvvəlkilərin ən bədbəxtinin ardıcılı olan sonrakıların ən bədbəxt insanı onu qətlə yetirdi. Rəsulallahın – Allahın salamı olsun ona və pak xanidanına! – dinin bir-birinin ardınca gələn hidayətçiləri xüsusunda olan əmrinə itaət olunmadı. (Əksinə) insanlar onunla ədavətdə daha israrlı oldular və onların haqlarına əməl etməkdə vəfalı qalan az bir dəstədən başqa qalanları onu ailəsindən ayırmaq, övladlarını sürgün etməkdə birləşdilər. Nəticədə bir dəstə şəhadətə yetdi, bir dəstə əsir düşdü və bir dəstə sürgün olundu. Onların taleyi elə gətirdi ki, yaxşı mükafata çatacaqları ümid edildi. Çünki yer Allaha məxsusdur və onu istədiyi bəndəsinə verər. Yaxşı sonluq təqvalılara aiddir. Təsbih edirəm Rəbbimizi ki, Onun vədəsi qətidir və öz vədindən əsla boyun qaçırmaz. O yenilməzdir, hikmət sahibidir. Elə isə ağlayanlar Məhəmməd və Əlinin – Allahın salamı olsun onların hər ikisinə və xanidanlarına! – xanidanından olan paklara ağlasınlar və şivən qoparanlar onlar üçün şivən qoparsınlar. Belələri üçün göz yaşları axıdılmalı, fəryad çəkənlər onlar üçün fəryad çəkməli, zar-zar ağlayanlar ucadan ağlamalı, nalə çəkənlər nalə çəkməlidirlər ki: "Haradadır Həsən? Haradadır Hüseyn? Haradadır Hüseynin övladları - bir-birinin ardınca gələn ləyaqətlilər və dürüstlər? Haradadır bir-birinin ardınca gələn doğru yol? Haradadır bir-birinin ardınca gələn seçilmişlər? Haradadır parlayan günəşlər? Haradadır nur saçan aylar? Haradadır parlaq ulduzlar? Haradadır din böyükləri və elm sütunları? Haradadır hidayətçi sülaləyə yad olmayan Allahın saxladığı azuqə? Haradadır zalımların kökünü kəsmək üçün hazırlanan şəxs? Haradadır səhvləri və azğınlıqları düzəltməsi üçün intizarı çəkilən şəxs? Haradadır zülm və sitəmə son qoyması üçün ümid bəslənilən şəxs? Haradadır vacibatları və sünnələri yenidən bərpa etmək üçün azuqə saxlanılan şəxs? Haradadır din və ayini geri qaytarmaq üçün seçilən şəxs? Haradadır Quranı və onun hüdudlarının icrasını diriltmək üçün arzu edilən şəxs? Haradadır din və onun əhlinin nişanələrini dirildən (dirçəldən) şəxs? Haradadır təcavüzkarların qüdrətini darmadağın edən şəxs? Haradadır şirk və nifaqın binasını viran edən şəxs? Haradadır fasiqləri, üsyankarları və tüğyan edənləri məhv edən şəxs? Haradadır azğınlıq və ixtilaf budaqlarını kəsən şəxs? Haradadır azğınlıq və nəfspərəstlik nişanələrini məhv edən şəxs? Haradadır yalan və töhmətin kökünü kəsən şəxs? Haradadır itaətsizlik edənləri və tabe olmayanları məhv edən şəxs? Haradadır düşmənlərin, düz yoldan azdıranların və dinsizlərin kökünü kəsən şəxs? Haradadır dostlara izzət bəxş edən, düşmənləri isə rüsvay edən şəxs? Haradadır sözləri təqva ətrafında cəm edən şəxs? Haradadır o ilahi dərgah ki, oradan daxil olarlar? Haradadır övliyaların üz tutduğu o ilahi cilvə? Haradadır yerlə göyü bir-birinə birləşdirən vəsilə? Haradadır qələbə gününün sahibi və hidayət bayrağını qaldıran? Haradadır bütün ləyaqətləri və yaxşı cəhətləri bir yerə cəm edən şəxs? Haradadır peyğəmbərlərin və peyğəmbər övladlarının qanının intiqamını alan? Haradadır Kərbəla şəhidinin qanının intiqamını alan? Haradadır düşmənlərin və töhmət vuranların qarşısında kömək olunan (Allahın ona kömək etdiyi) şəxs? Haradadır o çarəsiz ki, əgər dua edərsə, duası qəbul olunar? Haradadır məxluqatın əvvəli – gözəllikər və təqva sahibi? Haradadır Nəbiyyəl-Mustəfanın (seçilmiş peyğəmbərin) övladı, Əliyyən-Murtəzanın övladı, məqamı uca Xədicənin övladı, Fatimə-Kubranın övladı? Atam, anam və canım sənin bəlana sipər və mühafiz olsun! Ey müqərrəblərin böyüyünün övladı! Ey girami nəciblərin övladı! Ey hidayət olunmuş hidayət edənlərin övladı! Ey pak olan yaxşıların övladı! Ey ləyaqətli böyüklərin övladı! Ey pakların pakının övladı! Ey seçilmiş səxavətlilərin övladı! Ey kərim böyüklərin övladı! Ey nur saçan ayların övladı! Ey nur saçan çıraqların övladı! Ey axan ulduzların övladı! Ey parlayan ulduzların övladı! Ey haqqın aşkar yollarının övladı! Ey hidayətin aydın nişanələrinin övladı! Ey kamil elmlərin övladı! Ey məşhur sünnələrin övladı! Ey Haqqdan gələn nişanələrin övladı! Ey mövcud möcüzələrin övladı! Ey aşkar dəlillərin övladı! Ey düz yolun övladı! Ey böyük xəbərin övladı! Ey uca və hikmətli Allahın yanındakı "Ummul-kitab"da olan şəxsin övladı! Ey ayətlərin və aşkar dəlillərin övladı! Ey aydın dəlillərin övladı! Ey aydın və aşkar danılmaz dəlillərin övladı! Ey əhatə edən hüccətlərin övladı! Ey firavan nemətlərin övladı! Ey "Taha"nın və Quranın möhkəmatının övladı! Ey "Yasin"in və "Zariyat"ın övladı! Ey "Tur"un və "Adiyat"ın övladı! Ey o kəsin övladı ki, yaxınlaşdı və daha da yaxınlaşdı, ta uca Allaha yaxın olmaqda onunla (Rəsulallahın) arasındakı fasilə iki kaman və ya daha az oldu. (Ey İmam Zaman!) Kaş biləydim harada məskunlaşmısan və hansı məkan sənə öz qoynunda yer veribdir? Görəsən "Rəzva" dağındasanmı, yoxsa başqa bir yerdə? Yoxsa "Zi-Tuva"dasan? Camaatı görmək, səni isə görməmək və səsini eşitməmək mənim üçün çox ağırdır. Mənim üçün çox ağırdır ki, mən deyil, sən çətinlik və əziyyət çəkəsən və mənim naləm, şikayətim sənə çatmasın. Canım fəda olsun sən qeybə çəkilənə ki, əsla bizi tərk etməmisən (hər zaman bizim aramızdasan). Canım fəda olsun sən nəzərlərdən uzaq olana ki, əsla bizdən uzaq deyilsən. Canım fəda olsun sən müştaqların arzusunun minnətinə ki, hər bir mömin kişi və qadın səni görməyi arzulayır, səni arzulayıb nalə çəkir. Canım fəda olsun sən izzət sahibinə ki, sənə tay yoxdur. Canım fəda olsun sən şəni uca soykökə ki, ona tay yoxdur. Canım fəda olsun sən qalıcı və qədim nemətə ki, oxşarı yoxdur. Canım fəda olsun sən şərafətliyə ki, bənzəri yoxdur. Nə vaxtadək sənin üçün sərgərdan qalacağam, ey mənim Mövlam? Nə vaxtadək və hansı sözlə, pıçıltı ilə səni vəsf edəcəyəm? Cavabımı səndən qeyrisindən eşitmək və qeyrisilə danışmaq mənə çox ağırdır. Mənə çox ağırdır ki, mən (sənin ayrılığına) ağlayım, başqaları isə sənə biganə qalsınlar. Mənə çox ağırdır ki, onlar deyil, sən çətinlik çəkəsən. Kömək edən varmıdır ki, onunla birlikdə göz yaşlarımı və naləmi artırım? Ah-nalə edən varmıdır ki, tənha qaldığında ah-nalə etməkdə ona kömək edim? Ayrılığa görə ağlar göz varmıdır ki, ağlamaqda mənim gözlərim də ona kömək etsin? Ey Əhmədin oğlu, görəsən səninlə görüşmək üçün bir yol varmı? Görəsən bizim ayrılıq günümüz sənin görüşünlə sonlanacaqmı və biz bundan bəhrələnəcəyikmi? Nə zaman (səni tanımanın) sirab edən bulaqlarına daxil olacaq və sirab olacağıq? Nə zaman (sənin vüsalının) ləzzətli suyundan sirab olacağıq, axı susuzluq çox uzun çəkdi? Nə zaman gecə-gündüzümüz səninlə birlikdə keçəcək və gözlərimiz (sənin camalının nuru ilə) işıqlanacaq? Nə zaman biz bir-birimizi görəcəyik, elə bir halda ki, sən kömək və qələbə bayrağını ucaltmısan? Görəsən bu günü görəcəksənmi ki, biz sənin ətrafına toplaşmışıq və sən bizə rəhbərlik edirsən? Elə bir halda ki, yer üzünü ədalətlə doldurmusan, düşmənlərinə rüsvayçılığı və əzabı dadızdırmısan, haqqa boyun əyməyənləri və onu dananları məhv etmisən, mütəkəbbirlərin nəslini və zalımların kökünü kəsmisən. Biz də (həmin gün) deyirik ki, həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ey Allahım, qəm-qüssəni və çətinlikləri aradan qaldıran yalnız Sənsən. Yalnız Səndən kömək diləyirəm, çünki kömək yalnız Sənin dərgahındadır. Sən axirətin və dünyanın Rəbbisən! Elə isə giriftar bəndənin fəryadına yetiş, ey fəryad edənlərin fəryadına çatan! Ey əzəmətli qüdrət sahibi, ağasını ona (Öz bəndənə) göstər və bu yolla onun ürəyinin yanğısını söndür, susuzluğunu yatır! Ey ərşə müsəllət olan! Ey o kəs ki, işlərin qayıdışı və sonu Sənə tərəfdir! Ey Allahım, biz bəndələrin Sənin vəlinin müştaqıyıq; o vəlin ki, camaata Səni və peyğəmbərini xatırladır, Sən onu bizə mühafiz və pənah olaraq yaratmısan, onu bizə qüvvət və pənah səbəbi qərar vermisən, bizlərdən olan möminlərə imam və rəhbər etmisən. Ey Rəbbimiz, bizim salamımızı ona çatdır və bu yolla bizim kəramətimizi artır, onun iqamətgahını bizim iqamətgahımız qərar ver, onu bizim öndərimiz etməklə nemətini bizə tamamla, ta ki, bizi Cənnətə və xalis bəndələrindən olan şəhidlərlə eyni məkana daxil etsin. Ey Allahım, Məhəmməd və onun pak xanidanına salam göndər. (Ey Allahım,) onun cəddi və Sənin elçin olan böyük mövlaya - Məhəmmədə, onun atasına - (Məhəmməddən) kiçik mövlaya, anasına - Məhəmmədin qızı Siddiqə-Kubraya və əcdadları arasından (imam) seçdiklərinə salam göndər. Seçilmişlərinə və bəndələrindən olan yaxşılara göndərdiyin salamların ən üstününü, ən kamilini, ən tam olanını, ən davamlısını, ən çoxunu onun özünə göndər. Ona elə bir salam göndər ki, sayının, müddətinin və dövrünün sonu olmasın. Ey Allahım, onun vasitəsilə haqqı dirçəlt və batili etibardan sal, dostlarına qüdrət ver və düşmənlərini xar et. Ey Allahım, bizimlə onun arasında elə bir əlaqə və bağlılıq yarat ki, bu bağlılıq ondan əvvəlkiləri sevməklə sonlansın. Bizi onların ətəyindən tutanlardan və onların (imamlığının) sayəsində yerləşənlərdən qərar ver. Onların haqqına riayət etməkdə, onlara itaət göstərməkdə və itaətsizlikdən çəkinməkdə kömək ol. Bizdən razı qalması ilə bizə minnət qoy. Geniş rəhmətinə və dərgahında nicata çatmaqdan ötrü mehr-mərhəmətini, xeyir-duasını bizə əta et. Onun varlığının bərəkəti sayəsində namazlarımızı qəbul et, günahlarımızı bağışla, dualarımızı müstəcab et, ruzimizi çoxalt, qəm-qüssəmizi aradan apar, diləklərimizi həyata keçir, kərim lütfkarlığınla bizə nəzər et, Sənin dərgahına yaxın olmağımızı qəbul et, mərhəmətlə bizə nəzər sal, ta ki, bu vəsilə ilə məqamımızı Sənin yanında kamilləşdirək. Bəxş etmənə və səxavətinə xatir daha sonra da nəzərini bizdən çəkmə və onun cəddinin – Allahın salamı olsun ona və pak xanidanına! - (Kövsər) hovuzundan onun əli və camı ilə dadlı, içməli və ləzzətli sudan bizi sirab et, belə ki, bundan sonra əsla susamayaq. Ey rəhimlilərin ən rəhimlisi!
وَ صَلَّی اﷲُ عَلٰی سَیِّدِنَا مُحَمَّدٍ نَبِیِّهٖ
وَ اٰلِهٖ وَ سَلَّمَ تَسْلِیْمًا
اَللّٰھُمَّ لَكَ الْحَمْدُ
عَلٰی مَا جَرٰی بِهٖ قَضَاۤئُكَ
فِیۤ اَوْلِیَاۤئِكَ الَّذِیْنَ اسْتَخْلَصْتَھُمْ لِنَفْسِكَ وَ دِیْنِكَ
اِذِ اخْتَرْتَ لَھُمْ جَزِیْلَ مَا عِنْدَكَ
مِنَ النَّعِیْمِ الْمُقِیْمِ
الَّذِیْ لَا زَوَالَ لَهٗ وَ لَا اضْمِحْلَالَ
بَعْدَ اَنْ شَرَطْتَ عَلَیْھِمُ الزُّھْدَ
فِیْ دَرَجَاتِ ھٰذِهِ الدُّنْیَا الدَّنِیَّۃِ
وَ زُخْرُفِھَا وَ زِبْرِجِھَا
فَشَرَطُوْا لَكَ ذٰلِكَ
وَ عَلِمْتَ مِنْھُمُ الْوَفَاۤءَبِهٖ
فَقَبِلْتَھُمْ وَ قَرَّبْتَھُمْ
وَ قَدَّمْتَ لَھُمُ الذِّكْرَ الْعَلِیَّ
وَ الثَّنَاۤءَالْجَلِیَّ
وَ اَھْبَطْتَ عَلَیْھِمْ مَلٰۤئِكَتِكَ
وَ كَرَّمْتَھُمْ بِوَحْیِكَ
وَ رَفَدْتَھُمْ بِعِلْمِكَ
وَ جَعَلْتَھُمُ الذَّرِیْعَۃَ اِلَیْكَ
وَالْوَسِیْلَۃَ اِلٰی رِضْوَانِكَ
فَبَعْضٌ اَسْكَنْتَهٗ جَنَّتَكَ
اِلٰیۤ اَنْ اَخْرَجْتَهٗ مِنْھَا
وَ بَعْضٌ حَمَلْتَهٗ فِیْ فُلْكِكَ
وَ نَجَّیْتَهٗ وَ مَنْ اٰمَنَ مَعَهٗ
مِنَ الْھَلَكَۃِ بِرَحْمَتِكَ
وَ بَعْضٌ اِتَّخَذْتَهٗ لِنَفْسِكَ خَلِیْلًا
وَ سَئَلَكَ لِسَانَ صِدْقٍ فِی الْاٰخِرِیْنَ فَاَجَبْتَهٗ
وَ جَعَلْتَ ذٰلِكَ عَلِیًّا
وَ بَعْضٌ كَلَّمْتَهٗ مِنْ شَجَرَۃٍ تَكْلِیْمًا
وَ جَعَلْتَ لَهٗ مِنْ اَخِیْهِ رِدْءًا وَّ وَزِیْرًا
وَ بَعْضٌ اَوْلَدْتَهٗ مِنْ غَیْرِ اَبٍ
وَ اٰتَیْتَهٗ الْبَیِّنَاتِ
وَ اَیَّدْتَهٗ بِرُوْحِ الْقُدُسِ
وَ كُلٌّ شَرَعْتَ لَهٗ شَرِیْعَۃً
وَ نَھَجْتَ لَهٗ مِنْھَاجًا
وَ تَخَیَّرْتَ لَهٗ اَوْصِیَاۤءَ
مُسْتَحْفِظًا بَعْدَ مُسْتَحْفِظٍ
مِنْ مُدَّۃِ اِلٰی مُدَّۃٍ
اِقَامَۃً لِدِیْنِكَ
وَ حُجَّۃً عَلٰی عِبَادِكَ
وَ لِئَلَّا یَزُوْلَ الْحَقُّ عَنْ مَقَرِّهٖ
و َیَغْلِبَ الْبَاطِلُ عَلٰیۤ اَھْلِهٖ
وَ لَا یَقُوْلَ اَحَدٌ
لَوْلَاۤ اَرْسَلْتَ اِلَیْنَا رَسُوْلًا مُّنْذِرًا
وَ اَقَمْتَ لَنَا عَلَمًا ھَادِیًا
فَنَتَّبِعَ اٰیَاتِكَ مِنْ قَبْلِ اَنْ نَذِلَّ وَ نَخْزٰیۤ
اِلٰیۤ اَنِ انْتَھَیْتَ بِالْاَمْرِ اِلٰی حَبِیْبِكَ وَ نَجِیْبِكَ مُحَمَّدٍ
صَلَّی اﷲُ عَلَیْهِ وَ اٰلِهٖ
فَكَانَ كَمَا انْتَجَبْتَهٗ
سَیِّدَ مَنْ خَلَقْتَهٗ
وَ صَفْوَۃَ مَنِ اصْطَفَیْتَهٗ
وَ اَفْضَلَ مَنِ اجْتَبَیْتَهٗ
وَ اَكْرَمَ مَنِ اعْتَمَدْتَهٗ
قَدَّمْتَهٗ عَلٰیۤ اَنْبِیَاۤئِكَ
وَ بَعَثْتَهٗ اِلٰی الثَّقَلَیْنِ مِنْ عِبَادِكَ
وَ اَوْطَاْتَهٗ مَشَارِقَكَ وَ مَغَارِبَكَ
وَ سَخَّرْتَ لَهُ الْبُرَاقَ
وَ عَرَجْتَ بِهٖ اِلٰی سَمَاۤئِكَ
وَ اَوْدَعْتَهٗ عِلْمَ مَا كَانَ
وَ مَا یَكُوْنُ اِلَی انْقِضَاۤءِ خَلْقِكَ
ثُمَّ نَصَرْتَهٗ بِالرُّعْبِ
وَ حَفَفْتَهٗ بِجَبْرَئِیْلَ وَ مِیْكَائِیْلَ
وَالْمُسَوِّمِیْنَ مِنْ مَلٰۤئِكَتِكَ
وَ وَعَدْتَهٗ اَنْ تُظْھِرَ دِیْنَهٗ عَلَی الدِّیْنِ كُلِّهٖ
وَ لَوْكَرِهَ الْمُشْرِكُوْنَ
وَ ذٰلِكَ بَعْدَ اَنْ بَوَّئْتَهٗ مُبْوَّءَصِدْقٍ مِنْ اَھْلِهٖ
وَ جَعَلْتَ لَهٗ وَ لَھُمْ اَوَّلَ بَیْتٍ
وُّضِعَ لِلنَّاسِ لَلَّذِیْ بِبَكَّۃَ
مُبَارَكًا وَ ھُدًی لِّلْعَالَمِیْنَ
فِیْهِ اٰیَاتٌ بَیِّنَاتٌ
مَقَامُ اِبْرَاھِیْمَ
وَ مَنْ دَخَلَهٗ كَانَ اٰمِنًا
وَ قُلْتَ اِنَّمَا یُرِیْدُ اﷲُ لِیُذْھِبَ عَنْكُمُ الرِّجْسَ
اَھْلَ الْبَیْتِ
وَ یُطَھِّرَكُمْ تَطْھِیْرًا
ثُمَّ جَعَلْتَ اَجْرَ مُحَمَّدٍ
صَلَوَاتُكَ عَلَیْهِ وَ اٰلِهٖ
مَوَدَّتَھُمْ فِیْ كِتَابِكَ
فَقُلْتَ قُلْ لَاۤ اَسْئَلُكُمْ عَلَیْهِ اَجْرًا
اِلَّا الْمَوَدَّۃَ فِی الْقُرْبٰی
وَ قُلْتَ مَا سَئَلْتُكُمْ مِنْ اَجْرٍ فَھُوَ لَكُمْ
وَ قُلْتَ مَاۤ اَسْئَلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ
اِلَّا مَنْ شَاۤءَاَنْ یَّتَّخِذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا
فَكَانُوْا ھُمُ السَّبِیْلَ اِلَیْكَ
وَ الْمَسْلَكَ اِلٰی رِضْوَانِكَ
فَلَمَّا انْقَضَتْ اَیَّامُهٗ
اَقَامَ وَلِیَّهٗ عَلِیَّ بْنَ اَبِیْ طَالِبٍ
صَلَوٰتُكَ عَلَیْھِمَا وَ اٰلِھِمَا ھَادِیًا
اِذْ كَانَ ھُوَ الْمُنْذِرُ
وَ لِكُلِّ قَوْمٍ ھَادٍ
فَقَالَ وَالْمَلَاُ اَمَامَهٗ
مَنْ كُنْتُ مَوْلَاهُ
فَعَلِیٌّ مَوْلَاهُ
اَللّٰھُمَّ وَالِ مَنْ وَالَاهُ
وَ عَادِ مَنْ عَادَاهُ
وَانْصُرْ مَنْ نَصَرَهٗ
وَاخْذُلْ مَنْ خَذَلَهٗ
وَ قَالَ مَنْ كُنْتُ اَنَا نَبِیَّهٗ فَعَلِیٌّ اَمِیْرُهٗ
وَ قَالَ اَنَا وَ عَلِیٌّ مِنْ شَجَرَۃٍ وَاحِدَۃٍ
وَ سَاۤئِرُ النَّاسِ مِنْ شَجَرٍ شَتّٰی
وَ اَحَلَّهٗ مَحَلَّ ھَارُوْنَ مِنْ مُوْسٰی
فَقَالَ لَهٗ اَنْتَ مِنِّیْ بِمَنْزِلَۃِ ھَارُوْنَ مِنْ مُوْسٰی
اِلَّاۤ اَنَّهٗ لَا نَبِیَّ بَعْدِیْ
وَ زَوَّجَهٗ ابْنَتَهٗ سَیِّدَۃَ نِسَاۤءِ الْعَالَمِیْنَ
وَ اَحَلَّ لَهٗ مِنْ مَسْجِدِهٖ مَا حَلَّ لَهٗ
وَ سَدَّ الْاَبْوَابَ اِلَّا بَابَهٗ
ثُمَّ اَوْدَعَهٗ عِلْمَهٗ وَ حِكْمَتَهٗ
فَقَالَ اَنَا مَدِیْنَۃُ الْعِلْمِ وَ عَلِیٌّ بَابُھَا
فَمَنْ اَرَادَ الْمَدِیْنَۃَ وَ الْحِكْمَۃَ
فَلْیَاْتِھَا مِنْ بَابِھَا
ثُمَّ قَالَ اَنْتَ اَخِیْ وَ وَصِیِّیْ وَ وَارِثِیْ
لَحْمُكَ مِنْ لَحْمِیْ
وَ دَمُكَ مِنْ دَمِیْ
وَ سِلْمُكَ سِلْمِیْ
وَ حَرْبُكَ حَرْبِیْ
وَ الْاِیْمَانُ مُخَالِطٌ لَحْمَكَ وَ دَمَكَ
كَمَا خَالَطَ لَحْمِیْ وَدَمِیْ
وَ اَنْتَ غَدًا عَلَی الْحَوْضِ خَلِیْفَتِیْ
وَ اَنْتَ تَقْضِیْ دَیْنِیْ
وَ تُنْجِزُ عِدَاتِیْ
وَ شِیْعَتُكَ عَلٰی مَنَابِرَ مِنْ نُوْرٍ
مُبْیَضَّۃً وُجُوْھُھُمْ حَوْلِیْ فِی الْجَنَّۃِ
وَ ھُمْ جِیْرَانِیْ
وَ لَوْلَاۤ اَنْتَ یَا عَلِیُّ
لَمْ یُعْرَفِ الْمُؤْمِنُوْنَ بَعْدِیْ
وَ كَانَ بَعْدَهٗ ھُدًی مِنَ الضَّلَالِ
وَ نُوْرًا مِّنَ الْعَمٰی
وَ حَبْلَ ﷲِ الْمَتِیْنَ
وَ صِرَاطَهُ الْمُسْتَقِیْمَ
لَا یُسْبَقُ بِقَرَابَۃٍ فِیْ رَحِمٍ
وَ لَا بِسَابِقَۃٍ فِیْ دِیْنٍ
وَ لَا یُلْحَقُ فِیْ مَنْقَبَۃٍ مِنْ مَنَاقِبِهٖ
یَحْذُوْ حَذْوَ الرَّسُوْلِ
صَلَّی اﷲُ عَلَیْھِمَا وَ اٰلِھِمَا
وَ یُقَاتِلُ عَلَی التَّاْوِیْلِ
وَ لَا تَاخُذُهٗ فِی اﷲِ لَوْمَتُ لَاۤئِمٍ
قَدْ وَتَرَ فِیْهِ صَنَادِیْدَ الْعَرَبِ
وَ قَتَلَ اَبْطَالَھُمْ
وَ نَاوَشَ ذُؤْبَانَھُمْ
فَاَوْدَعَ قُلُوْبَھُمْ اَحْقَادًا
بَدْرِیَّۃً وَّ خَیْبَرِیَّۃً وَّ حُنَیْنِیَّۃً وَ غَیْرَ ھُنَّ
فَاَضَبَّتْ عَلٰی عَدَاوَتِهٖ
وَ اَكَبَّتْ عَلٰی مُنَابَذَتِهٖ
حَتّٰی قَتَلَ النَّاكِثِیْنَ وَ الْقَاسِطِیْنَ وَ الْمَارِقِیْنَ
وَ لَمَّا قَضٰی نَحْبَهٗ
وَ قَتَلَهٗ اَشْقَی الْاٰخِرِیْنَ یَتْبَعُ اَشْقَی الْاَوَّلِیْنَ
لَمْ یُمْتَثَلْ اَمْرُ رَسُوْلِ اﷲِ
صَلَّی اﷲُ عَلَیْهِ وَ اٰلِهٖ
فِی الْھَادِیْنَ بَعْدَ الْھَادِیْنَ
وَ الْاُمَّۃُ مُصِرَّۃٌ عَلٰی مَقْتِهٖ
مُجْتَمِعَۃٌ عَلٰی قَطِیْعَۃِ رَحِمِهٖ
وَاِقْصَاءِ وُلْدِهٖ
اِلَّا الْقَلِیْلَ مِمَّنْ وَفٰی لِرِعَایَۃِ الْحَقِّ فِیْھِمْ
فَقُتِلَ مَنْ قُتِلَ
وَ سُبِیَ مَنْ سُبِیَ
وَ اُقْصِیَ مَنْ اُقْصِیَ
وَ جَرَی الْقَضَاۤءُ لَھُمْ
بِمَا یُرْجٰی لَهٗ حُسْنُ الْمَثُوْبَۃِ
اِذْ كَانَتِ الْاَرْضُ لِلّٰهِ
یُوْرِثُھَا مَنْ یَشَاۤءُ مِنْ عِبَادِهٖ
وَ الْعَاقِبَۃُ لِلْمُتَّقِیْنَ
وَ سُبْحَانَ رَبِّنَاۤ
اِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُوْلًا
وَ لَنْ یُّخْلِفَ اﷲُ وَعْدَهٗ
وَ ھُوَ الْعَزِیْزُ الْحَكِیْمُ
فَعَلَی الْاَطَاۤئِبِ مِنْ اَھْلِ بَیْتِ مُحَمَّدٍ وَ عَلِیٍّ
صَلَّی اﷲُ عَلَیْھِمَا وَ اٰلِھِمَا
فَلْیَبْكِ الْبَاكُوْنَ
وَ اِیَّاھُمْ فَلْیَنْدُبِ النَّادِبُوْنَ
وَ لِمِثْلِھِمْ فَلْتَذْرِفِ الدُّمُوْعُ
وَ الْیَصْرُخِ الصَّارِخُوْنَ
وَ یَضِجَّ الضَّآجُّوْنَ
وَ یَعِجَّ الْعَآجُّوْنَ
اَیْنَ الْحَسَنُ اَیْنَ الْحُسَیْنُ
اَیْنَ اَبْنَاۤءُ الْحُسَیْنِ
صَالِحٌ بَعْدَ صَالِحٍ
وَ صَادِقٌ بَعْدَ صَادِقٍ
اَیْنَ السَّبِیْلُ بَعْدَ السَّبِیْلِ
اَیْنَ الْخِیَرَۃُ بَعْدَ الْخِیَرَۃِ
اَیْنَ الشُّمُوْسُ الطَّالِعَۃُ
اَیْنَ الْاَقْمَارُ الْمُنِیْرَۃُ
اَیْنَ الْاَنْجُمُ الزَّاھِرَۃُ
اَیْنَ اَعْلَامُ الدِّیْنِ
وَ قَوَاعِدُ الْعِلْمِ
اَیْنَ بَقِیَّۃُ اﷲِ
الَّتِیْ لَا تَخْلُوْ مِنَ الْعِتْرَۃِ الْھَادِیَۃِ
اَیْنَ الْمُعَدُّ لِقَطْعِ دَابِرِ الظَّلَمَۃِ
اَیْنَ الْمُنْتَظَرُ لِاِقَامَۃِ الْاَمْتِ وَ الْعِوَجِ
اَیْنَ الْمُرْتَجٰی لِاِزَالَۃِ الْجَوْرِ وَ الْعُدْوَانِ
اَیْنَ الْمُدَّخَرُ لِتَجْدِیْدِ الْفَرَاۤئِضِ وَالسُّنَنِ
اَیْنَ الْمُتَخَیَّرُ لِاِعَادَۃِ الْمِلَّۃِ وَ الشَّرِیْعَۃِ
اَیْنَ الْمُؤَمَّلُ لِاِحْیَاۤءِ الْكِتَابِ وَ حُدُوْدِهٖ
اَیْنَ مُحْیِیْ مَعَالِمِ الدِّیْنِ وَ اَھْلِهٖ
اَیْنَ قَاصِمُ شَوْكَۃِ الْمُعْتَدِیْنَ
اَیْنَ ھَادِمُ اَبْنِیَۃِ الشِّرْكِ وَ النِّفَاقِ
اَیْنَ مُبِیْدُ اَھْلِ الْفُسُوْقِ
وَ الْعِصْیَانِ وَ الطُّغْیَانِ
اَیْنَ حَاصِدُ فُرُوْعِ الْغَیِّ وَ الشِّقَاقِ
اَیْنَ طَامِسُ اٰثَارِ الزَّیْغِ وَ الْاَھْوَاۤءِ
اَیْنَ قَاطِعُ حَبَاۤئِلِ الْكِذْبِ وَ الْاِفْتِرَاۤءِ
اَیْنَ مُبِیْدُ الْعُتَاۃِ وَ الْمَرَدَۃِ
اَیْنَ مُسْتَاْصِلُ اَھْلِ الْعِنَادِ وَ التَّضْلِیْلِ وَالْاِلْحَادِ
اَیْنَ مُعِزُّ الْاَوْلِیَاۤءِ وَ مُذِلُّ الْاَعْدَاۤءِ
اَیْنَ جَامِعُ الْكَلِمَۃِ عَلَی التَّقْوٰی
اَیْنَ بَابُ اﷲِ الَّذِیْ مِنْهُ یُؤْتٰی
اَیْنَ وَجْهُ اﷲِ الَّذِیۤ اِلَیْهِ یَتَوَجَّهُ الْاَوْلِیَاۤءُ
اَیْنَ السَّبَبُ الْمُتَّصِلُ بَیْنَ الْاَرْضِ وَ السَّمَاۤءِ
اَیْنَ صَاحِبُ یَوْمِ الْفَتْحِ
وَ نَاشِرُ رَایَۃِ الْھُدٰی
اَیْنَ مُؤَلِّفُ شَمْلِ الصَّلَاحِ وَ الرِّضَاۤ
اَیْنَ الطَّالِبُ بِذُحُوْلِ الْاَنْبِیَاۤءِ وَ اَبْنَاۤءِ الْاَنْبِیَاۤءِ
اَیْنَ الطَّالِبُ بِدَمِ الْمَقْتُوْلِ بِكَرْبَلَاۤءَ
اَیْنَ الْمَنْصُوْرُ عَلٰی مَنِ اعْتَدٰی عَلَیْهِ وَافْتَرٰیۤ
اَیْنَ الْمُضْطَرُّ الَّذِیْ یُجَابُ اِذَا دَعَاۤ
اَیْنَ صَدْرُ الْخَلَاۤئِقِ ذُوالْبِرِّ وَ التَّقْوٰیۤ
اَیْنَ ابْنُ النَّبِیِّ الْمُصْطَفٰی
وَابْنُ عَلِیِّ نِ الْمُرْتَضٰی
وَ ابْنُ خَدِیْجَۃَ الْغَرَّاۤءِ
وَابْنُ فَاطِمَۃَ الْكُبْرٰی
بِاَبِیۤ اَنْتَ وَ اُمِّیْ
وَ نَفْسِیْ لَكَ الْوِقَاۤءُ وَ الْحِمٰی
یَابْنَ السَّادَۃِ الْمُقَرَّبِیْنَ
یَابْنَ النُّجَبَاۤءِ الْاَكْرِمِیْنَ
یَابْنَ الْھُدَاۃِ الْمَھْدِیِّیْنَ
یَابْنَ الْخِیَرَۃِ الْمُھَذَّبِیْنَ
یَابْنَ الْغَطَارِفَۃِ الْاَنْجَبِیْنَ
یَابْنَ الْاَطَاۤئِبِ الْمُطَھَّرِیْنَ
یَابْنَ الْخَضَارِمَۃِ الْمُنْتَجَبِیْنَ
یَابْنَ الْقَمَاقِمَۃِ الْاَكْرَمِیْنَ
یَابْنَ الْبُدُوْرِ الْمُنِیْرَۃٍ
یَابْنَ السُّرُجِ الْمُضِیۤئَۃِ
یَابْنَ الشُّھُبِ الثَّاقِبَۃِ
یَابْنَ الْاَنْجُمِ الزَّاھِرَۃِ
یَابْنَ السُّبُلِ الْوَاضِحَۃِ
یَابْنَ الْاَعْلَامِ الْلَاۤئِحَۃِ
یَابْنَ الْعُلُوْمِ الْكَامِلَۃِ
یَابْنَ السُّنَنِ الْمَشْھُوْرَۃِ
یَابْنَ الْمَعَالِمِ الْمَاْثُوْرَۃِ
یَابْنَ الْمُعْجِزَاتِ الْمَوْجُوْدَۃِ
یَابْنَ الدَّلَاۤئِلِ الْمَشْھُوْدَۃِ
یَابْنَ الصِّرَاطِ الْمُسْتَقِیْمِ
یَابْنَ النَّبَاۤءِ الْعَظِیْمِ
یَابْنَ مَنْ ھُوَ فِیۤ اُمِّ الْكِتَابِ لَدَی اﷲِ عَلِیٌّ حَكِیْمٌ
یَابْنَ الْاٰیَاتِ وَ البَیِّنَاتِ
یَابْنَ الدَّلَاۤئِلِ الظَّاھِرَاتِ
یَابْنَ الْبَرَاھِیْنِ الْوَاضِحَاتِ الْبَاھِرَاتِ
یَابْنَ الْحُجَجِ الْبَالِغَاتِ
یَابْنَ النِّعَمِ السَّابِغَاتِ
یَابْنَ طٰهٰ وَ الْمُحْكَمَاتِ
یَابْنَ یٰسٓ وَ الذَّارِیَاتِ
یَابْنَ الطُّوْرِ وَ الْعَادِیَاتِ
یَابْنَ مَنْ دَنٰی فَتَدَلّٰی
فَكَانَ قَابَ قَوْسَیْنِ اَوْ اَدْنٰی
دُنُوًّا وَ اقْتِرَابًا مِنَ الْعَلِیِّ الْاَعْلٰی
لَیْتَ شِعْرِیۤ اَیْنَ اسْتَقَرَّتْ بِكَ النَّوٰی
بَلْ اَیُّ اَرْضٍ تُقِلُّكَ اَوْ ثَرٰیۤ
اَبِرَضْوٰیۤ اَوْ غَیْرِھَاۤ اَمْ ذِیْ طُوٰی
عَزِیْزٌ عَلَیَّ اَنْ اَرَی الْخَلْقَ وَ لَا تُرَی
وَ لَاۤ اَسْمَعُ لَكَ حَسِیْسًا وَ لَا نَجْوٰی
عَزِیْزٌ عَلَیَّ اَنْ تُحِیْطَ بِكَ دُوْنَیِ الْبَلْوٰی
وَلَا یَنَالُكَ مِنِّیْ ضَجِیْجٌ وَلَا شَكْوٰی
بِنَفْسِیۤ اَنْتَ مِنْ مُغَیَّبٍ لَمْ یَخْلُ مِنَّا
بِنَفْسِیۤ اَنْتَ مِنْ نَازِحٍ مَا نَزَحَ عَنَّا
بِنَفْسِیۤ اَنْتَ اُمْنِیَّۃُ شَاۤئِقٍ یَتَمَنّٰی
مِنْ مُؤْمِنٍ وَ مُؤْمِنَۃٍ ذَكَرٰی فَحَنَّا
بِنَفْسِیۤ اَنْتَ مِنْ عَقِیْدِ عِزٍّ لَا یُسَامٰی
بِنَفْسِیۤ اَنْتَ مِنْ اَثِیْلِ مَجْدٍ لَا یُجَارٰی
بِنَفْسِیۤ اَنْتَ مِنْ تِلَادِ نِعَمٍ لَا تُضَاھٰی
بِنَفْسِیۤ اَنْتَ مِنْ نَصِیْفِ شَرَفٍ لَا یُسَاوٰی
اِلٰی مَتٰی اَحَارُ فِیْكَ یَا مَوْلَايَ وَ اِلٰی مَتٰی
وَ اَیَّ خِطَابٍ اَصِفُ فِیْكَ وَ اَیَّ نَجْوٰی
عَزِیْزٌ عَلَیَّ اَنْ اُجَابَ دُوْنَكَ وَ اُنَاغٰی
عَزِیْزٌ عَلَیَّ اَنْ اَبْكِیَكَ وَ یَخْذُلَكَ الْوَرٰی
عَزِیْزٌ عَلَیَّ اَنْ یَجْرِیَ عَلَیْكَ دُوْنَھُمْ مَاجَرٰی
ھَلْ مِنْ مُعِیْنٍ فَاُطِیْلَ مَعَهُ الْعَوِیْلَ وَ الْبُكَاۤءَ
ھَلْ مِنْ جَزُوْعٍ فَاُسَاعِدَ جَزَعَهٗ اِذَا خَلَا
ھَلْ قَذِیَتْ عَیْنٌ فَسَاعَدَتْھَا عَیْنِیْ عَلَی الْقَذٰی
ھَلْ اِلَیْكَ یَابْنَ اَحْمَدَ سَبِیْلٌ فَتُلْقٰی
ھَلْ یَتَّصِلُ یَوْمُنَا مِنْكَ بِعِدَۃِ فَنَحْظٰی
مَتٰی نَرِدُ مَنَاھِلَكَ الرَّوِیَّۃَ فَنَرْوٰی
مَتٰی نَنْتَقِعُ مِنْ عَذْبِ مَاۤئِكَ
فَقَدْ طَالَ الصَّدٰی
مَتٰی نُغَادِیْكَ وَ نُرَاوِحُكَ فَنُقِرُّ عَیْنًا
مَتٰی تَرَانَا وَ نَرَاكَ وَ قَدْ نَشَرْتَ لِوَاۤءَالنَّصْرِ تُرٰی
اَتَرَانَا نَحُفُّ بِكَ وَ اَنْتَ تَاُمُّ الْمَلَاَ
وَ قَدْ مَلَاْتَ الْاَرْضَ عَدْلًا
وَ اَذَقْتَ اَعْدَاۤئَكَ ھَوَانًا وَ عِقَابًا
وَ اَبَرْتَ الْعُتَاۃَ وَ جَحَدَۃِ الْحَقِّ
وَ قَطَعْتَ دَابِرَ الْمُتَكَبِّرِیْنَ
وَ اجْتَثَثْتَ اُصُوْلَ الظَّالِمِیْنَ
وَ نَحْنُ نَقُوْلُ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِیْنَ
اَللّٰھُمَّ اَنْتَ كَشَّافُ الْكُرَبِ وَ الْبَلْوٰی
وَ اِلَیْكَ اَسْتَعْدِیْ فَعِنْدَكَ الْعَدْوٰی
وَ اَنْتَ رَبُّ الْاٰخِرَۃِ وَ الدُّنْیَا
فَاَغِثْ یَا غِیَاثَ الْمُسْتَغِیْثِیْنَ عُبَیْدَكَ الْمُبْتَلٰی
وَ اَرِهٖ سَیِّدَهٗ یَا شَدِیْدَ الْقُوٰی
وَاَزِلْ عَنْهُ بِهِ الْاَسٰی وَ الْجَوٰی
وَ بَرِّدْ غَلِیْلَهٗ یَا مَنْ عَلَی الْعَرْشِ اسْتَوٰی
وَ مَنْ اِلَیْهِ الرُّجْعٰی وَالْمُنْتَھٰی
اَللّٰھُمَّ وَ نَحْنُ عَبِیْدُكَ التَّاۤئِقُوْنَ اِلٰی وَلِیِّكَ
الْمُذَكِّرِ بِكَ وَ بِنَبِیِّكَ
خَلَقْتَهٗ لَنَا عِصْمَۃً وَّ مَلَاذًا
وَ اَقَمْتَهٗ لَنَا قِوَامًا وَ مَعَاذًا
وَ جَعَلْتَهٗ لِلْمُؤْمِنِیْنَ مِنَّاۤ اِمَامًا
فَبَلِّغْهُ مِنَّا تَحِیَّۃً وَّ سَلَامًا
وَ زِدْنًا بِذٰلِكَ یَا رَبِّ اِكْرَامًا
وَاجْعَلْ مُسْتَقَرَّهٗ لَنَا مُسْتَقَرًّا وَ مُقَامًا
وَ اَتْمِمْ نِعْمَتَكَ بِتَقْدِیْمِكَ اِیَّاهُ اَمَامَنَا
حَتّٰی تُوْرِدَنَا جِنَانَكَ
وَ مُرَافَقَۃَ الشُّھَدَاۤءِ مِنْ خُلَصَاۤئِكَ
اَللّٰھُمَّ صَلِّ عَلٰی مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
وَصَلِّ عَلٰی مَحَمَّدٍ جَدِّهٖ وَ رَسُوْلِكَ
السَّیِّدِ الْاَكْبَرِ
وَعَلٰیۤ اَبِیْهِ السَّیِّدِ الْاَصْغَرِ
وَ جَدَّتِهِ الصِّدِّیْقَۃِ الْكُبْرٰی
فَاطِمِۃَ بِنْتِ مُحَمَّدٍ
صَلَّی اﷲُ عَلَیْهِ وَ اۤلِهٖ
وَ عَلٰی مَنِ اصْطَفَیْتَ مِنْ اٰبَاۤئِهِ الْبَرَرَۃِ
وَ عَلَیْهِ اَفْضَلَ وَ اَكْمَلَ
وَ اَتَمَّ وَ اَدْوَمَ
وَ اَكْثَرَ وَ اَوْفَرَ
مَا صَلَّیْتَ عَلٰیۤ اَحَدٍ مِّنْ اَصْفِیَاۤئِكَ
وَ خِیَرَتِكَ مِنْ خَلْقِكَ
وَ صَلِّ عَلَیْهِ صَلٰوۃً لَا غَایَۃَ لِعَدَدِھَا
وَلَا نِھَایَۃَ لِمَدَدِھَا
وَ لَا نَفَادَ لِاَمَدِھَا
اَللّٰھُمَّ وَ اَقِمْ بِهِ الْحَقَّ
وَ اَدْحِضْ بِهِ الْبَاطِلَ
وَ اَدِلْ بِهٖ اَوْلِیَاۤئَكَ
وَ اَذْلِلْ بِهٖ اَعْدَاۤئَكَ
وَ صِلِ اللّٰھُمَّ بَیْنَنَا وَ بَیْنَهٗ
وُصْلَۃً تُؤَدِّیۤ اِلٰی مُرَافَقَتِ سَلَفِهٖ
وَاجْعَلْنَا مِمَّنْ یَاْخُذُ بِحُجْزَتِھِمْ
وَ یَمْكُثُ فِیْ ظِلِّھِمْ
وَ اَعِنَّا عَلٰی تَاْدِیَۃِ حُقُوْقِهٖۤ اِلَیْهِ
وَالْاِجْتِھَادِ فِیْ طَاعَتِهٖ
وَاجْتِنَابِ مَعْصِیَتِهٖ
وَامْنُنْ عَلَیْنَا بِرِضَاهُ
وَ ھَبْ لَنَا رَاْفَتَهٗ وَ رَحْمَتَهٗ
وَ دُعَاۤئَهٗ وَ خَیْرَهٗ
مَا نَنَالُ بِهٖ سَعَۃً مِّنْ رَحْمَتِكَ
وَ فَوْزًا عِنْدَكَ
وَاجْعَلْ صَلٰوتَنَا بِهٖ مَقْبُوْلَۃً
وَ ذُنُوْبَنَا بِهٖ مَغْفُوْرَۃً
وَ دُعَاۤئَنَا بِہٖ مُسْتَجَابًا
وَاجْعَلْ اَرْزَاقَنَا بِهٖ مَبْسُوْطَۃً
وَ ھُمُوْمَنَا بِهٖ مَكْفِیَّۃً
وَ حَوَاۤئِجَنَا بِهٖ مَقْضِیَّۃً
وَ اَقْبِلْ اِلَیْنَا بِوَجْھِكَ الْكَرِیْمِ
وَاقْبَلْ تَقَرُّبَنَا اِلَیْكَ
وَانْظُرْ اِلَیْنَا نَظْرَۃً رَحِیْمَۃً
نَسْتَكْمِلُ بِھَا الْكَرَامَۃِ عِنْدَكَ
ثُمَّ لَا تَصْرِفْھَا عَنَّا بِجُوْدِكَ
وَاسْقِنَا مِنْ حَوْضِ جَدِّهٖ
صَلَّی اﷲُ عَلَیْهِ وَ اۤلِهٖ
بِكَاْسِهٖ وَ بِیَدِهٖ
رَیًّا رَوِیًّا
ھَنِیْۤئًا سَاۤئِغًا
لَا ظَمَأَ بَعْدَهٗ
یَاۤ اَرْحَمَ الرَّاحِمِیْنَ۔