SÜBH NAMAZINDAN SONRA OXUNAN DUA
Bu dua "Misbahuz-zair"də Nüdbə duasından sonra qeyd edilmişdir (orada bu dua ziyarət adlandırılmışdır). Həmin dua belədir:
اَللّٰهُمَّ بَلِّغْ مَوْلَايَ صَاحِبَ الزَّمَانِ
Ey Allahım, yerin şərqində və qərbində, quruda və dəryada, düzənlikdə və dağda olan, həyatda olan və dünyasını dəyişən bütün mömin və möminələr tərəfindən, həmçinin mənim valideynlərim, övladlarım və özüm tərəfindən mövlam Sahibəz-zamana – Allahın salamları olsun ona – salamlar çatdır; Allahın ərşinin ağırlığı, Onun kəlmələrinin sayı, razılığının son dərəcəsi, Kitabında saya gələn və elminin əhatə etdiyi hər şeyin sayı qədər. Ey Allahım, mən bu gün və hər gün onun mənim boynumda olan əhd-peymanını və beyətini təzələyirəm. Ey Allahım, necə ki, məni bu iftixarla şərəfləndirmisən, bu fəzilətlə məni üstün etmisən, bu neməti mənə aid etmisən, elə isə, mövlam və ağam Sahibəz-zamana salam göndər; məni onun dostlarından, ardıcıllarından və müdafiəçilərindən qərar ver; məni onun qarşısında rəğbətlə və heç bir ikrah, narahatlıq olmadan şəhid olanlardan qərar ver: o kəslərin cərgəsində ki, onları Öz Kitabında vəsf etmisən və buyurmusan: Sənə, Sənin elçinə və onun xanidanına – salam olsun onlara – itaət yolunda "Onlar sanki möhkəm tikililərdir". Ey Allahım, bu, Qiyamətədək onun mənim boynumda olan beyətidir.
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ
عَنْ جَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
فِيْ مَشَارِقِ الْاَرْضِ وَ مَغَارِبِهَا
وَ سَهْلِهَا وَ جَبَلِهَا
وَ عَنْ وَالِدَيَّ وَ وُلْدِيْ وَ عَنِّيْ
مِنَ الصَّلَوَاتِ وَ التَّحِيَّاتِ
وَ عَدَدَ مَاۤ اَحْصَاهُ كِتَابُهُ
اَللّٰهُمَّ اِنِّيۤ اُجَدِّدُ لَهُ
عَهْدًا وَ عَقْدًا وَ بَيْعَةً فِي رَقَبَتِيْ۔
اَللّٰهُمَّ كَمَا شَرَّفْتَنِيْ بِهٰذَا التَّشْرِيْفِ
وَ فَضَّلْتَنِيْ بِهٰذِهِ الْفَضِيْلَةِ
وَ خَصَصْتَنِيْ بِهٰذِهِ النِّعْمَةِ
فَصَلِّ عَلٰى مَوْلَايَ وَ سَيِّدِيْ
وَ اجْعَلْنِيْ مِنْ اَنْصَارِهِ
وَ اَشْيَاعِهِ وَ الذَّآبِّيْنَ عَنْهُ
وَ اجْعَلْنِيْ مِنَ الْمُسْتَشْهَدِيْنَ بَيْنَ يَدَيْهِ
طَاۤئِعًا غَيْرَ مُكْرَهٍ
فِي الصَّفِّ الَّذِيْ نَعَتَّ اَهْلَهُ فِيْ كِتَابِكَ
فَقُلْتَ صَفًّا كَاَنَّهُمْ بُنْيَانٌ مَرْصُوْصٌ
وَ طَاعَةِ رَسُوْلِكَ وَ اٰلِهِ
اَللّٰهُمَّ هٰذِهِ بَيْعَةٌ لَهُ فِي عُنُقِيۤ
اِلٰى يَوْمِ الْقِيَامَةِ
Həqiqətdə, bu dua vasitəsilə o həzrətlə olan beyəti təzələyirsən.