ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
XANIMLAR-XANIMI FATİMƏYƏ (S.Ə) SALAVAT
اَللّٰهُمَّ صَلِّ عَلٰى الصِّدِّيْقَةِ فَاطِمَةَ الزَّكِيَّةِ
Ey Allahım, doğru danışan və pakizə Fatiməyə salam göndər: Öz həbibinə və Peyğəmbərinin sevimlisinə, dostlarının və seçdiklərinin anasına; o xanım ki, onu seçdin, fəzilətli etdin və dünyanın bütün qadınlarından üstün etdin. Ey Allahım, Sən Özün ona zülm edən, onun haqqını tapdalayan kəslərdən onun intiqamını al; (ey Allahım,) Sən Özün onun övladlarının intiqamını al. Ey Allahım, onu hidayətçi İmamların (ə) anası, (hidayət) bayrağının sahibinin zövcəsi, yuxarı aləmin mələkləri yanında girami etdiyin kimi, ona və anasına salam göndər: elə bir salam ki, onun vasitəsilə atası Məhəmmədi – Allahın salamı olsun ona və xanidanına – girami tutasan, onun nəslinin gözaydınlığına zəmin yaradasan. Bu saatda mənim tərəfimdən ən üstün salamı onlara çatdır.
حَبِيْبَةِ حَبِيْبِكَ وَ نَبِيِّكَ
وَ اُمِّ اَحِبَّاۤئِكَ وَ اَصْفِيَاۤئِكَ
الَّتِيْ انْتَجَبْتَهَا وَ فَضَّلْتَهَا
وَ اخْتَرْتَهَا عَلٰى نِسَاۤءِ الْعَالَمِيْنَ
اَللّٰهُمَّ كُنِ الطَّالِبَ لَهَا مِمَّنْ ظَلَمَهَا
وَ اسْتَخَفَّ بِحَقِّهَا
وَ كُنِ الثَّاۤئِرَ اللّٰهُمَّ بِدَمِ اَوْلَادِهَا
اَللّٰهُمَّ وَ كَمَا جَعَلْتَهَاۤ اُمَّ اَئِمَّةِ الْهُدٰى
وَ حَلِيْلَةَ صَاحِبِ اللِّوَاۤءِ
وَ الْكَرِيْمَةَ عِنْدَ الْمَلَاِ الْاَعْلٰى
فَصَلِّ عَلَيْهَا وَ عَلٰى اُمِّهَا
صَلٰوةً تُكْرِمُ بِهَا وَجْهَ اَبِيْهَا
مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ تُقِرُّ بِهَاۤ اَعْيُنَ ذُرِّيَّتِهَا
وَ اَبْلِغْهُمْ عَنِّيْ فِيْ هٰذِهِ السَّاعَةِ
اَفْضَلَ التَّحِيَّةِ وَ السَّلَامِ۔