HƏZRƏT RƏSULALLAHIN (S) ÖVLADI İBRAHİMİN ZİYARƏTİ
Məşhur ziyarət kitablarında qeyd olunub ki, İbrahimin qəbri kənarında (Bəqi qəbristanlığında yerləşir) dayanıb de:
اَلسَّلَامُ عَلٰى رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun Allahın elçisinə. Salam olsun Allahın peyğəmbərinə. Salam olsun Allahın məhbubuna. Salam olsun Allahın seçdiyinə. Salam olsun Allahın sirdaşına. Salam olsun Məhəmməd ibn Abdullaha: peyğəmbərlərin sərvəri, elçilərin sonuncusu, yerdə və göydə Allahın Öz məxluqatı arasından seçdiyi. Salam olsun Allahın bütün peyğəmbərlərinə və elçilərinə. Salam olsun səadətlilərə, şəhidlərə və salehlərə. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Salam olsun sənə ey pak ruh. Salam olsun sənə ey şərafətli insan. Salam olsun sənə ey pak nəsil. Salam olsun sənə ey pak şəxs. Salam olsun sənə ey məxluqatın ən yaxşısının övladı. Salam olsun sənə ey seçilmiş peyğəmbərin övladı. Salam olsun sənə ey bütün insanların (hidayəti) üçün göndərilən kəsin övladı. Salam olsun sənə ey müjdə verən və qorxudan kəsin övladı. Salam olsun sənə ey nurlu çırağın (hidayət çırağının) övladı. Salam olsun sənə ey Quran ilə qüvvətləndirilən kəsin övladı. Salam olsun sənə ey ins və cinnə göndərilənin oğlu. Salam olsun sənə ey bayraq və (hidayət) nişanəsinin övladı. Salam olsun sənə ey Qiyamət gününün şəfaətçisinin övladı. Salam olsun sənə ey Allahın kəramət əta etdiyi kəsin övladı. Salam, Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, heç şübhəsiz, Allah öz ehkamını sənə vacib etmədən və halal-haramını sənə vəzifə bilmədən öncə sənin üçün nemət dolu aləmini seçdi. Səni pakizə, pak, razı, hər napaklıqdan pak və hər çirkinlikədən təmiz olaraq o aləmə apardı. Cənnəti sənin yerin qərar verdi və səni uca dərəcələrə yüksəltdi. Allahın salamı olsun sənə; elə bir salam ki, Rəsulallahın gözünü aydın etsin və onu ən böyük arzusuna çatdırsın. Ey Allahım, ən üstün və ən pakizə salamlarını, ən çox bərəkətini Öz elçin, peyğəmbərin və məxluqat arasından seçdiyin Xatəmun-nəbiyyin (peyğəmbərlərin sonuncusu) Məhəmməd üçün qərar ver. Həmçinin (bu salamları və bərəkəti) onun nəslindən olan pak övladlar və pak xanidanından olan canişinlər üçün qərar ver. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi! Ey Allahım, seçdiyin Məhəmmədə və peyğəmbərinin övladı İbrahimə xatir Səndən istəyirəm ki, onların vasitəsilə səyimi şükrəlayiq edəsən, günahlarımı bağışlayasan, həyatımı səadətli və sonumu bəyənilən edəsən, diləklərimi həyata keçirəsən, əməllərimi və rəftarlarımı bəyənilən, işlərimi uğurlu edəsən. Ey Allahım, tövfiqimi gözəl et və qəm-kədəri məndən uzaqlaşdır. Ey Allahım, məni cəzandan uzaq et, mənə mükafatını əta et, məni Cənnətində yerləşdir, razılığını və amanını mənə ruzi et və duamda atamı, anamı, övladlarımı bütün sağ və vəfat etmiş mömin və möminələri şərik et. Çünki Sən həqiqətən yaxşı əməl sahibisən. Duamı qəbul et, ey aləmlərin Rəbbi.</b></font>
اَلسَّلَامُ عَلٰى نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى حَبِيْبِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى صَفِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى نَجِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَبْدِ اللّٰهِ
سَيِّدِ الْاَنْبِيَاۤءِ وَ خَاتَمِ الْمُرْسَلِيْنَ
وَ خِيَرَةِ اللّٰهِ مِنْ خَلْقِهِ فِيْۤ اَرْضِهِ وَ سَمَاۤئِهِ
اَلسَّلَامُ عَلٰى جَمِيْعِ اَنْبِيَاۤئِهِ وَ رُسُلِهِ
اَلسَّلَامُ عَلَى الشُّهَدَاۤءِ وَ السُّعَدَاۤءِ وَ الصَّالِحِيْنَ
اَلسَّلَامُ عَلَيْنَا وَ عَلٰى عِبَادِ اللّٰهِ الصَّالِحِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيَّتُهَا الرُّوْحُ الزَّاكِيَةُ
اَلسَّلَامُ عَلَيْكَ اَيَّتُهَا النَّفْسُ الشَّرِيْفَةُ
اَلسَّلَامُ عَلَيْكَ اَيَّتُهَا السُّلَالَةُ الطَّاهِرَةُ
اَلسَّلَامُ عَلَيْكَ اَيَّتُهَا النَّسَمَةُ الزَّاكِيَةُ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَيْرِ الْوَرٰى،
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ النَّبِيِّ الْمُجْتَبٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْمَبْعُوْثِ اِلٰى كَآفَّةِ الْوَرٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْبَشِيْرِ النَّذِيْرِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ السِّرَاجِ الْمُنِيْرِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْمُؤَيَّدِ بِالْقُرْاٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الْمُرْسَلِ اِلَى الْاِنْسِ وَ الْجَآنِّ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ صَاحِبِ الرَّايَةِ وَ الْعَلَامَةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الشَّفِيْعِ يَوْمَ الْقِيَامَةِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ مَنْ حَبَاهُ اللّٰهُ بِالْكَرَامَةِ
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ قَدِ اخْتَارَ اللّٰهُ لَكَ دَارَ اِنْعَامِهِ
قَبْلَ اَنْ يَكْتُبَ عَلَيْكَ اَحْكَامَهُ
اَوْ يُكَلِّفَكَ حَلَالَهُ وَ حَرَامَهُ
فَنَقَلَكَ اِلَيْهِ طَيِّبًا زَاكِيًا مَرْضِيًّا
طَاهِرًا مِنْ كُلِّ نَجَسٍ
مُقَدَّسًا مِنْ كُلِّ دَنَسٍ
وَ بَوَّاَكَ جَنَّةَ الْمَأْوٰى
وَ رَفَعَكَ اِلَى الدَّرَجَاتِ الْعُلٰى
وَ صَلَّى اللّٰهُ عَلَيْكَ
صَلٰوةً تَقَرُّ بِهَا عَيْنُ رَسُوْلِهِ
وَ تُبَلِّغُهُ اَكْبَرَ مَأْمُوْلِهِ
اَللّٰهُمَّ اجْعَلْ اَفْضَلَ صَلَوَاتِكَ وَ اَزْكَاهَا
وَ اَنْمٰى بَرَكَاتِكَ وَ اَوْفَاهَا
عَلٰى رَسُوْلِكَ وَ نَبِيِّكَ،
وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ
مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
وَ عَلٰى مَنْ نَسَلَ مِنْ اَوْلَادِهِ الطَّيِّبِيْنَ
وَ عَلٰى مَنْ خَلَّفَ مِنْ عِتْرَتِهِ الطَّاهِرِيْنَ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ صَفِيِّكَ
وَ اِبْرَاهِيْمَ نَجْلِ نَبِيِّكَ
اَنْ تَجْعَلَ سَعْيِيْ بِهِمْ مَشْكُوْرًا
وَ ذَنْبِيْ بِهِمْ مَغْفُوْرًا
وَ حَيَاتِيْ بِهِمْ سَعِيْدَةً
وَ عَاقِبَتِيْ بِهِمْ حَمِيْدَةً
وَ حَوَاۤئِجِيْ بِهِمْ مَقْضِيَّةً
وَ اَفْعَالِيْ بِهِمْ مَرْضِيَّةً
وَ اُمُوْرِيْ بِهِمْ مَسْعُوْدَةً
وَ شُئُوْنِيْ بِهِمْ مَحْمُوْدَةً
اَللّٰهُمَّ وَ اَحْسِنْ لِيَ التَّوْفِيْقَ
وَ نَفِّسْ عَنِّيْ كُلَّ هَمٍّ وَ ضِيْقٍ
اَللّٰهُمَّ جَنِّبْنِيْ عِقَابَكَ
وَ ارْزُقْنِيْ رِضْوَانَكَ وَ اَمَانَكَ
وَ اَشْرِكْ لِيْ فِيْ صَالِحِ دُعَاۤئِيْ
وَالِدَيَّ وَ وُلْدِيْ وَ جَمِيْعَ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
الْاَحْيَاۤءَ مِنْهُمْ وَ الْاَمْوَاتَ
اِنَّكَ وَلِيُّ الْبَاقِيَاتِ الصَّالِحَاتِ
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Sonra Allahdan hacətini dilə və iki rəkət ziyarət namazı qıl. (Nəzərə alsaq ki, hal-hazırda bu müqəddəs qəbirlərin kənarında namaz qılmağa qadağa qoyulubdur, bu namazları Bəqi qəbiristanlığına yaxın olan Peyğəmbər (s) məscidində qılmaq olar.)