ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ZİYARƏTİN QAYDALARI
Qeyd etdik ki, ziyarət üçün adətən səfər etmək lazım gəlir və bu səbəbdən ilk öncə səfərin qaydalarını əziz zəvvarların nəzərinə çatdırdıq. İndi isə ziyarət qaydalarından danışacağıq. Ziyarətin qaydalarından ən mühümləri bunlardır:
1. Əgər zəvvarın boynunda vacib qüsl varsa, qüsl etməlidir;
2. Yolda mənasız söhbətləri və yersiz mübahisələri tərk etmək;
3. Ziyarət qüslü etmək tövsiyə olunur;
4. Təharətli olmaq, yəni dəstəmazlı olmaq;
5. Təmiz, gözəl və yeni paltar geyinmək;
6. Hərəmə vüqarlı və kiçik addımlarla, xüzu-xüşu ilə öz ətrafına diqqət etmədən getmək;
7. İmam Hüseynin (ə) ziyarəti istisna olmaqla digər imamların ziyarətində ətirlənmək;
8. Hərəmə gedərkən "əlhəmdulilləh", "allahu əkbər", "sübhanəllah", "lə iləhə illəllah" demək və Muhəmməd (s) və Ali Muhəmmədə salavat göndərmək;
9. Hərəmin qapısında dayanıb daxil olmaq üçün izn istəmək ("izni-duxul" oxumaq), ürəyini yumşaltmaq və xüzu-xüşu əldə etmək üçün səy etmək, pak qəbir sahibinin əzəməti və cəlalı, Həzrətin (ə) onun qapı ağzında durmasını görməsi, kəlamını eşitməsi, salamının cavabını verməsi haqqında fikirləşmək və Həzrətin (ə) öz şiələrinə və zəvvarlarına qarşı etdiyi mərhəmət, məhəbbət barədə düşünmək, öz keçmiş pis əməllərilə onları incidibsə, o əməllərini yada salıb qəlbi kövrəltmək, tövbə etməyi qərara almaq və gözləri yaşartmaq. Əl-Səxavidən belə bir şer nəql olunur:
قَالُوْا غَدًا نَأْتِيْ دِيَارَ الْحِمٰى
Dedilər: "Sabah biz onların vətənlərinə daxil olacayıq və karvanımız onların evlərinin yaxınlığında yerləşəcək. Buna görə yalnız onlara itaət edən görüşməyə izn alacaqdır." Dedim ki, "Mən günahkaram! Necə edim? Onların qarşısında özümü necə aparacağam?" Dedilər: "Məgər əfv etmək onların vərdişi deyilmi? Xüsusilə onlara iman gətirənlərə!" Beləliklə, ümid və xofla evlərinin qapısına tərəf tələsdim!
وَ يَنْزِلُ الرَّكْبُ بِمَغْنَاهُمُ
فَكُلُّ مَنْ كَانَ مُطِيْعًا لَهُمْ
اَصْبَحَ مَسْرُوْرًا بِلُقْيَاهُمُ
قُلْتُ فَلِيْ ذَنْبٌ فَمَا حِيْلَتِيْ
بِاَيِّ وَجْهٍ اَتَلَقَّاهُمُ
قَالُوْا اَ لَيْسَ الْعَفْوُ مِنْ شَأْنِهِمْ
لَا سِيَّمَا عَمَّنْ تَرَجَّاهُمُ
فَجِئْتُهُمْ اَسْعٰىۤ اِلٰى بَابِهِمْ
اَرْجُوْهُمُ طَوْرًا وَ اَخْشَاهُمُ
Kim istəyirsə ki, Məsum İmam (ə) onu öz ziyarətinə çağırsın və ona ziyarət izni versin, hər kimi incidibsə və hər kimin qəlbinə dəyibsə, ondan halallıq almalıdır, xüsusilə də, İmamın (ə) dostu olan kimsələrdən.
Bu mövzuya dair saysız hədislər vardır, o cümlədən, İbrahim Cəmmal (sarban) ilə İmam Kazimin (ə) ən yaxın dostlarından olan Əli ibn Yəqtinin (o, İmamın (ə) icazəsi ilə və məzlumların himayəsi üçün Harun ər-Rəşidin vəziri olmuşdu) hekayətini misal çəkmək olar.
Əli ibn Yəqtin onunla görüşmək istəyən İbrahim Cəmmala görüş icazəsi vermədiyi üçün İmam Kazim (ə) də Əli ibn Yəqtinə onunla görüşməsinə icazə verməyib buyurur: "O kişinin qəlbini qırdığın üçün Allah sənin ziyarətini qəbul etmədi." Bunun üçün Əli ibn Yəqtin İbrahim Cəmmalın yanına gedir və ona qarşı hədsiz təvazökarlıq göstərərək halallıq istəyir. Bundan sonra İmam Kazim (ə) Əli ibn Yəqtinə görüş icazəsi verir və əməllərinin qəbul olunduğu ilə onu müjdələyir.
10. Mübarək giriş qapısını öpmək;
11. Sağ ayaqla daxil olmaq, sol ayaqla çıxmaq;
12. Zirehə (qəbri əhatə edən kiçik hasara) yaxınlaşıb ona söykənmək və onu öpmək;
13. Ziyarət edərkən üzü şərif qəbrə tərəf durmaq;
14. Ayaq üstə ziyarətnamə oxumaq;
15. Şərafətli qəbri gördükdə təkbir – "Allahu-Əkbər" demək. Hədisdə nəql olunur ki, kim İmamın (ə) qarşısında dayanıb bu cümləni desə, böyük Allahın "Rizvan" adlı Cənnəti onun üçün yazılar:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. O, təkdir və şəriksizdir
16. Məsumların (ə) buyurduğu duaları oxumaq;
Rəvayətlərin birində Əbdur-Rəhim Quseyrin belə dediyi nəql olunur: "İmam Sadiqin (ə) yanına gedib dedim: "Sənə qurban olum, özümdən bir dua yazmışam." İmam Sadiq (ə) buyurdu: "Yazdığını qoy kənara! Bir istədiyin olduğu vaxt Rəsulallaha (ə) üz tut, iki rəkət namaz qılıb ona hədiyyə et..."
17. Ziyarət namazı qılmaq. Ziyarət namazı ən azı iki rəkətdir. Birinci rəkətdə Fatihədən sonra Yasin surəsini, ikinci rəkətdə Fatihədən sonra ər-Rəhman surəsini oxumaq daha yaxşıdır. Yaxşı olar ki, ziyarət namazı qəbrin baş tərəfində qılınsın.
Bu mətləb (yəni ziyarət namazını qəbrin baş tərəfində və ya arxasında dayanıb qılmaq) Əbu Həmzə Sumalinin İmam Hüseynin (ə) ziyarəti barədə olan rəvayətində vurğulanmışdır. Lakin mərhum Şəhid-əvvəl "Durus" kitabında Məsum İmamların (ə) hamısının ziyarəti barədə deyir: "Əgər Həzrət Rəsulallahı (s) ziyarət edirsə, bu iki rəkət ziyarət namazını qəbrin yerləşdiyi məkanda qılsın. Amma əgər Məsum İmamlardan (ə) birini ziyarət edirsə, bu namazı qəbrin baş tərəfində dayanıb qılsın. Onu ziyarət məkanının məscidində də qılmaq olar".
Əllamə Bəhril Ulum "Durus" kitabında qeyd edir:
وَ مِنْ حَدِيْثِ كَرْبَلَا وَ الْكَعْبَةِ
لِكَرْبَلَا بَانَ عُلُوُّ الرُّتْبَةِ
وَ غَيْرُهَا مِنْ سَاۤئِرِ الْمَشَاهِدِ
اَمْثَالُهَا بِالنَّقْلِ ذِيْ الشَّوَاهِدِ
وَ رَاعِ فِيْهِنَّ اقْتِرَابَ الرَّمْسِ
وَ اٰثِرِ الصَّلَاةَ عِنْدَ الرَّأْسِ
وَ صَلِّ خَلْفَ الْقَبْرِ فَالصَّحِيْحُ
كَغَيْرِهِ فِيْ نَدْبِهَا صَرِيْحٌ
وَ الْفَرْقُ بَيْنَ هٰذِهِ الْقُبُوْرِ
وَ غَيْرِهَا كَالنُّوْرِ فَوْقَ الطُّوْرِ
فَالسَّعْيُ لِلصَّلَاةِ عِنْدَهَا نُدِبَ
وَ قُرْبُهَا بَلِ اللُّصُوْقُ قَدْ طُلِبَ
18. Namazı qılıb qurtardıqdan sonra din və dünya işləriniz üçün dua edin. Başqaları üçün də dua edin ki, bu, dualarınızın müstəcab olmasına səbəb olar;
19. Hərəmə daxil olduqda vacib namazın vaxtı daxil olarsa, onu təxirə salmayın və əvvəlcə vacib namazı qılın. Xüsusilə də, əgər camaat namazı təşkil olunarsa, namazı camaatla qılın. Həmçinin əgər ziyarət əsnasında vacib namazın vaxtı yetişərsə, ziyarəti yarımçıq qoyub vacib namazı qılın. Hərəmin xüddamı üzərinə düşən vəzifələrdən də biri budur ki, camaatı bu vacib əmələ çağırsınlar;
20. Quran oxuyun və savabını ziyarət etdiyiniz Allah övliyasının ruhuna hədiyyə edin. Bilin ki, bu əməl ilə ona ehtiram göstərmiş olursunuz, əməlinizin bərəkəti də özünüzə qayıdır;
21. Hərəmdə faydasız və dünya söhbətləri etməkdən çəkinin. Bu, zəvvara yaraşan əməl deyil. Mütəal Allah Qurani-Kərimdə buyurur: "O evlər ki, daim uca tutulur, orada Allahın adı çəkilir, səhər və axşam Allah orada təsbih olunur." (Nur surəsi,36)
22. Ziyarəti oxuyarkən səsinizi ucaltmayın. Belə ki, Hucurat surəsinin 2-ci ayəsində buyurulur: "Ey iman gətirənlər, səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın..." Bu əmr Həzrət Rəsulallah (s) dünya həyatında ikən verilsə də, o həzrət dünyadan köçdükdən sonra da qüvvədədir. Çünki – qeyd olunduğu kimi - Allah övliyaları sağdırlar və Allah yanında onlara ruzi verilir. Həmçinin qeyd olundu ki, Həzrət Rəsulallahın (s) Əhli-beytini ziyarət etmək o həzəti ziyarət etmək qədər savablı işdir və sözügedən əmr Əhli-beyt İmamlarına (ə) da şamildir;
23. İmamın (ə) şəhərindən çıxmaq istədikdə nəql olunmuş dualarla imamla (ə) vidalaşmaq;
24. Hörmətli zəvvarlar bu müqəddəs məkanların xidmətçilərinin ehtiramını saxlasınlar. Eyni zamanda xidmətçilər də zəvvarların çətinliklərini həll etməyə səy göstərməli, onlarla hörmətlə davranmalıdırlar;
25. Zəvvarlar o şəhərin yoxsullarına köməklik etsinlər. Bu əməl ziyarətin savabını artırır;
26. İzdiham çox olduğu vaxtlarda müxtəsər ziyarətlə kifayətlənmək və başqalarına da ziyarət üçün şərait yaratmaq lazımdır. Bilmək lazımdır ki, ziyarətdə kəmiyyət deyil, keyfiyyət şərtdir. Bəzən sadə bir salam, böyük bir ziyarəti oxumaq və geniş bir ziyarəti əvəz edir. Bəzi hədislərdə izdihamlı vaxtlarda tez geri dönmək əmr olunur;
27. Qadınlar kişilərdən və naməhrəmlərdən ayrı ziyarət etsinlər. Hicablarına tam şəkildə riayət etsinlər və bilsinlər ki, ziyarət müstəhəb bir əməldir, hicaba riayət etmək, iffətli olmaq isə vacibdir. Məbada vacibi müstəhəbə fəda etsinlər!;
28. Sonda bu məsələni xatırlatmaq istərdik ki, kişilər bu müqəddəs məkanlarda (ümumiyytələ, hər bir yerdə, xüsusilə bu məkanlarda) öz qadınlarının, qızlarının hicabına nəzarət etsinlər. Allah eləməmiş, bu kimi məsələlərə etinasızlıq edib o müqəddəslərin ruhunu incitməsinlər.