ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
YEDDİNCİ SÜTUNUN ƏMƏLLƏRİ (İBRAHİM XƏLİLULLAHIN (Ə) MƏQAMI)
Bu sütunun müqabilində üzü qibləyə dayan və de:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
Allahın adı ilə və Allahın köməyi ilə, Rəsulallahın – Allahın salamı ona və xanidanına olsun – dinində, Allahdan qeyri ilah yoxdur və Məhəmməd onun elçisidir. Salam olsun atamız Adəmə və anamız Həvvaya. Salam olsun Allahın verdiyi nemətlərə və bu nemətlərdən razı qaldığına görə zülm və düşmənçiliklə öldürülən Habilə. Salam olsun Allahın seçdiyi və seçilmiş əmanətdar olan Şeysə, əvvəldən axıradək onun pak nəslindən olan seçilmiş sadiqlərə (doğru danışanlara). Salam olsun İbrahimə, İsmailə, İshaqa, Yəquba və onların seçilmiş nəslinə. Salam olsun Allahın kəlam kəsdiyi Musaya. Salam olsun Allahın ruhu İsaya. Salam olsun peyğəmbərlərin sonuncusu Məhəmməd ibn Abdullaha. Salam olsun Əmirəl-mömininə, onun pak nəslinə, Allahın rəhməti və bərəkəti olsun ona. Salam olsun bundan əvvəl olan və bundan sonra olacaq kəslər arasından sizlərə. Salam olsun Fatimə-Zəhraya. Salam olsun hidayət rəhbərlərinə və məxluqat üçün Allahın şahidlərinə. Salam olsun aləmlərin Rəbbi tərəfindən ümmətlərə qoruyucu və şahid olanlara.
وَ عَلٰى مِلَّةِ رَسُوْلِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
مُحَمَّدٌ رَسُوْلُ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى اَبِيْنَا اٰدَمَ وَ اُمِّنَا حَوَّاۤءَ
اَلسَّلَامُ عَلٰى هَابِيْلَ الْمَقْتُوْلِ ظُلْمًا وَ عُدْوَانًا
اَلسَّلَامُ عَلٰى مَوَاهِبِ اللّٰهِ وَ رِضْوَانِهِ
اَلسَّلَامُ عَلٰى شَيْثٍ [شَيْثَ‏] صَفْوَةِ اللّٰهِ
الْمُخْتَارِ الْاَمِيْنِ
وَ عَلَى الصَّفْوَةِ الصَّادِقِيْنَ مِنْ ذُرِّيَّتِهِ الطَّيِّبِيْنَ
اَوَّلِهِمْ وَ اٰخِرِهِمْ
اَلسَّلَامُ عَلٰى اِبْرَاهِيْمَ وَ اِسْمَاعِيْلَ
وَ اِسْحَاقَ وَ يَعْقُوْبَ
وَ عَلٰى ذُرِّيَّتِهِمُ الْمُخْتَارِيْنَ
اَلسَّلَامُ عَلٰى مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدِ بْنِ عَبْدِ اللّٰهِ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلٰى اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَ ذُرِّيَّتِهِ الطَّيِّبِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكُمْ فِي الْاَوَّلِيْنَ
اَلسَّلَامُ عَلَيْكُمْ فِي الْاٰخِرِيْنَ
اَلسَّلَامُ عَلٰى فَاطِمَةَ الزَّهْرَاۤءِ
اَلسَّلَامُ عَلَى الْاَئِمَّةِ الْهَادِيْنَ
شُهَدَاۤءِ اللّٰهِ عَلٰى خَلْقِهِ
اَلسَّلَامُ عَلَى الرَّقِيْبِ الشَّاهِدِ عَلَى الْاُمَمِ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
Sonra o sütunun yanında dörd rəkət namaz qıl: birinci rəkətdə Fatihədən sonra Qədr surəsini, ikinci rəkətdə Fatihədən sonra İxlas surəsini oxu. İkinci iki rəkəti də eyni qayda ilə qıl. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Zikrdən sonra de:
اَللّٰهُمَّ اِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ
Ey Allahım, əgər Sənə itaətsizlik etmişəmsə, amma Sənə imanda Sənə itaət etmişəm. Bu, Sənin mənə qoyduğun minnətdir, nəinki mənim Sənə qoyduğum minnət. Sənin yanında ən sevimli olan şeydə mən Sənə itaət etmişəm. Sənə övlad nisbət verməmişəm və Sənə şərik qoşmamışam. Doğrudur, çox işlərdə Sənə itaətsizlik etmişəm, lakin bütün bunlar təkəbbürlük, bəndəlikdən çıxmaq və Sənin rəbliyini inkar etmək üzündən olmayıb. Bəli, nəfsin itəklərinə uymuşam, aydın dəlilin olmasına baxmayaraq Şeytan məni günaha sürükləyib. İndi əgər mənə əzab versən, bu, mənim günahlarıma görədir və Sən mənə haqsızlıq, zülm etməmisən. Yox əgər məni əfv etsən və mənə rəhm etsən, bu, sənin səxavətinə və kərəminə görədir, ey Kərim! Ey Allahım, günahlarım üçün Sənin əvfinə ümiddən başqa bir çarə qalmamışdır, bir halda ki, mən məhrumiyyətimin səbəblərini öncədən göndərmişəm. Elə isə ey Allahım, mən, layiq olmadığımı Səndən istəyir və haqqım olmadığımı Səndən diləyirəm. Ey Allahım, əgər mənə əzab versən, bu, mənim günahlarıma görədir və Sən mənə bir haqsızlıq, zülm etməmisən. Yox əgər məni bağışlasan, ey Ağam, Sən rəhm edənlərin ən yaxşısısan. Ey Allahım, Sən Sənsən və mən mənəm. Sən hər zaman bağışlayansan və mən hər zaman günah işlədən. Sən helminlə ehsan edənsən və mən daim cahil, nadanam. Ey Allahım, mən Səndən diləyirəm, ey zəiflərin xəzinəsi, ey böyük ümid, ey qərq olanların xilaskarı, ey həlak olanların nicat verəni, ey diriləri öldürən, ey ölüləri dirildən, Sən o Allahsan ki, Səndən qeyri ilah yoxdur; Sən o Allahsan ki, Sənin qarşında günəşin nuru, suyun təlatümü, külək əsən zaman ağacların yarpaqlarının xışıltısı, ayın işığı, gecənin qaranlığı, gündüzün aydınlığı və quşların qanad çalmasının səsi təzim etdi. Elə isə ey əzim Allahım, Sənin Məhəmmədin və onun sadiq (doğru danışan) xanidanın üzərində olan haqqına və onların da (Məhəmmədin və onun sadiq xanidanının) Sənin üzərində olan haqqına xatir; Sənin Əli üzərində olan haqqına və Əlinin də Sənin üzərində olan haqqına xatir; Sənin Fatimənin üzərində olan haqqına və Fatimənin də Sənin üzərində olan haqqına xatir; Sənin Həsənin üzərində olan haqqına və Həsənin də Sənin üzərində olan haqqına xatir; Sənin Hüseynin üzərində olan haqqına və Hüseynin də Sənin üzərində olan haqqına xatir; heç şübhəsiz, onların Sənin üzərində olan haqları Sənin onlara verdiyin ən böyük nemətdir; Sənin onların yanında olan məqamına və onların da Sənin yanında olan məqamına xatir, ey Rəbbim, Səndən diləyirəm ki, onlara Sənin razılığınla tamamlanan daimi salam göndərəsən; onların vasitəsilə mənimlə Sənin aranda olan (yalnız Sənin xəbərdar olduğun) günahlarımı bağışlayasan; məxluqatını (məndən) razı edəsən; nemətlərini mənə tamamlayasan, necə ki, bundan öncə həmin nemətləri atalarıma tamamlamısan; bu xüsusda məxluqatından kimsənin minnətini mənim boynuma qoymayasan; mənə minnət qoy, necə ki, bundan öncə atalarıma minnət qoymusan, ey "kəf, hə, yə, ayn, sad"! Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndərdiyin kimi, mənim də etdiyim duaları həyata keçir, ey kərim, ey kərim, ey kərim!
فَاِنِّيْ قَدْ اَطَعْتُكَ فِي الْاِيْمَانِ مِنِّيْ بِكَ
مَنًّا مِنْكَ عَلَيَّ لَا مَنًّا مِنِّيْ [بِهِ‏] عَلَيْكَ
وَ اَطَعْتُكَ فِيْ اَحَبِّ الْاَشْيَاۤءِ لَكَ [اِلَيْكَ‏]
لَمْ اَتَّخِذْ لَكَ وَلَدًا
وَ لَمْ اَدْعُ لَكَ شَرِيْكًا
وَ قَدْ عَصَيْتُكَ فِيْ اَشْيَاۤءَ كَثِيْرَةٍ
عَلٰى غَيْرِ وَجْهِ الْمُكَابَرَةِ لَكَ
وَ لَا الْخُرُوْجِ عَنْ [مِنْ‏] عُبُوْدِيَّتِكَ
وَ لَا الْجُحُوْدِ لِرُبُوْبِيَّتِكَ
وَ لٰكِنِ اتَّبَعْتُ هَوَايَ
وَ اَزَلَّنِيْ الشَّيْطَانُ بَعْدَ الْحُجَّةِ عَلَيَّ وَ الْبَيَانِ
فَاِنْ تُعَذِّبْنِيْ فَبِذُنُوْبِيْ غَيْرَ ظَالِمٍ لِيْ
وَ اِنْ تَعْفُ عَنِّيْ وَ تَرْحَمْنِيْ
فَبِجُوْدِكَ وَ كَرَمِكَ يَا كَرِيْمُ
اَللّٰهُمَّ اِنَّ ذُنُوْْبِيْ لَمْ يَبْقَ لَهَا اِلَّا رَجَاۤءُ عَفْوِكَ
وَ قَدْ قَدَّمْتُ اٰلَةَ الْحِرْمَانِ
فَاَنَا اَسْاَلُكَ اللّٰهُمَّ مَا لَا اَسْتَوْجِبُهُ
وَ اَطْلُبُ مِنْكَ مَا لَاۤ اَسْتَحِقُّهُ
اَللّٰهُمَّ اِنْ تُعَذِّبْنِيْ فَبِذُنُوْبِيْ وَ لَمْ تَظْلِمْنِيْ شَيْئًا
وَ اِنْ تَغْفِرْ لِيْ فَخَيْرُ رَاحِمٍ اَنْتَ يَا سَيِّدِيْ۔
اَللّٰهُمَّ اَنْتَ اَنْتَ وَ اَنَا اَنَا
اَنْتَ الْعَوَّادُ بِالْمَغْفِرَةِ
وَ اَنَا الْعَوَّادُ بِالذُّنُوْبِ
وَ اَنْتَ الْمُتَفَضِّلُ بِالْحِلْمِ
وَ اَنَا الْعَوَّادُ بِالْجَهْلِ
اَللّٰهُمَّ فَاِنِّيْ اَسْاَلُكَ يَا كَنْزَ الضُّعَفَاۤءِ
يَا عَظِيْمَ الرَّجَاۤءِ
يَا مُنْقِذَ الْغَرْقٰى
يَا مُنْجِيَ الْهَلْكٰى
يَا مُمِيْتَ الْاَحْيَاۤءِ
يَا مُحْيِيَ الْمَوْتٰى
اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اَنْتَ الَّذِيْ سَجَدَ لَكَ شُعَاعُ الشَّمْسِ
وَ دَوِيُّ الْمَاۤءِ
وَ حَفِيْفُ الشَّجَرِ
وَ نُوْرُ الْقَمَرِ
وَ ظُلْمَةُ اللَّيْلِ
وَ ضَوْءُ النَّهَارِ
وَ خَفَقَانُ الطَّيْرِ
فَاَسْاَلُكَ اللّٰهُمَّ يَا عَظِيْمُ
بِحَقِّكَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الصَّادِقِيْنَ
وَ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِهِ الصَّادِقِيْنَ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلٰى عَلِيٍّ
وَ بِحَقِّ عَلِيٍّ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلٰى فَاطِمَةَ
وَ بِحَقِّ فَاطِمَةَ عَلَيْكَ،
وَ بِحَقِّكَ عَلَى الْحَسَنِ
وَ بِحَقِّ الْحَسَنِ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلَى الْحُسَيْنِ
وَ بِحَقِّ الْحُسَيْنِ عَلَيْكَ
فَاِنَّ حُقُوْقَهُمْ عَلَيْكَ مِنْ اَفْضَلِ اِنْعَامِكَ عَلَيْهِمْ
وَ بِالشَّأْنِ الَّذِيْ لَكَ عِنْدَهُمْ
وَ بِالشَّأْنِ الَّذِي لَهُمْ عِنْدَكَ
صَلِّ عَلَيْهِمْ يَا رَبِّ صَلَاةً دَاۤئِمَةً مُنْتَهٰى رِضَاكَ
وَ اغْفِرْ لِيْ بِهِمُ الذُّنُوْبَ الَّتِيْ بَيْنِيْ وَ بَيْنَكَ
وَ اَرْضِ عَنِّيْ خَلْقَكَ
وَ اَتْمِمْ عَلَيَّ نِعْمَتَكَ
كَمَا اَتْمَمْتَهَا عَلٰى اٰبَاۤئِيْ مِنْ قَبْلُ
وَ لَا تَجْعَلْ لِاَحَدٍ مِنَ الْمَخْلُوْقِيْنَ عَلَيَّ فِيْهَا امْتِنَانًا
وَ امْنُنْ عَلَيَّ كَمَا مَنَنْتَ عَلٰىۤ اٰبَاۤئِيْ مِنْ قَبْلُ
يَا كٓهٰيٰعٓصٓ
اَللّٰهُمَّ كَمَا صَلَّيْتَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
فَاسْتَجِبْ لِيْ دُعَاۤئِيْ فِيْمَا سَاَلْتُ
يَا كَرِيْمُ يَا كَرِيْمُ يَا كَرِيْمُ۔
Sonra səcdəyə get və səcdədə de:
يَا مَنْ يَقْدِرُ عَلٰى حَوَاۤئِجِ السَّاۤئِلِيْنَ
Ey diləyənlərin diləklərini həyata keçirməyə qadir olan və dilə gəlməyənlərin qəlbindən xəbərdar olan kəs! Ey izaha və şərhə ehtiyacı olmayan kəs! Ey gözlərin xəyanətini və qəlblərdə gizlin olanları bilən kəs! Ey Yunisin qövmünün əzaba düçar olmasını istədiyi vaxt onun qövmünə əzab endirən kəs! Sonra onlar dərgahında dua etdilər və göz yaşı töküb ah-nalə etdilər, beləliklə, əzabı onlardan uzaqlaşdırdın və bir müddət onları (həyatdan) bəhərələndirdin. Sən mənim durumumu görür və dualarımı eşidirsən, mənim batinimi, zahirimi və halımı bilirsən. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və din, dünya və axirət işlərindən məni qəmgin edən işlərdə mənə kifayət et.
وَ يَعْلَمُ مَا فِيْ ضَمِيْرِ الصَّامِتِيْنَ
يَا مَنْ لَا يَحْتَاجُ اِلَى التَّفْسِيْرِ
يَا مَنْ يَعْلَمُ خَاۤئِنَةَ الْاَعْيُنِ وَ مَا تُخْفِيْ الصُّدُوْرُ
يَا مَنْ اَنْزَلَ الْعَذَابَ عَلٰى قَوْمِ يُوْنُسَ
وَ هُوَ يُرِيْدُ اَنْ يُعَذِّبَهُمْ
فَدَعَوْهُ وَ تَضَرَّعُوْا اِلَيْهِ
فَكَشَفَ عَنْهُمُ الْعَذَابَ وَ مَتَّعَهُمْ اِلٰى حِيْنٍ
قَدْ تَرٰى مَكَانِيْ
وَ تَسْمَعُ دُعَاۤئِيْ
وَ تَعْلَمُ سِرِّيْ وَ عَلَانِيَتِيْ وَ حَالِيْ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اكْفِنِيْ مَا اَهَمَّنِيْ
مِنْ اَمْرِ دِيْنِيْ وَ دُنْيَايَ وَ اٰخِرَتِيْ۔
Sonra yetmiş dəfə bu zikri de:
يَا سَيِّدِيْ
Ey Ağam!
Daha sonra başını səcdədən qaldır və de:
يَا رَبِّ اَسْاَلُكَ بَرَكَةَ هٰذَا الْمَوْضِعِ
Ey Rəbbim, Səndən bu məkanın və onun əhlinin bərəkətini istəyirəm. Səndən halal və pak ruzini istəyirəm. Belə ki, Öz pənahın və qüdrətinlə bunları mənə tərəf göndərəsən, mən də sihhət və salamatlıq içində olum. Ey rəhimlilərin ən rəhimlisi!
وَ بَرَكَةَ اَهْلِهِ
وَ اَسْاَلُكَ اَنْ تَرْزُقَنِيْ مِنْ رِزْقِكَ
رِزْقًا حَلَالًا طَيِّبًا
تَسُوْقُهُ اِلَيَّ بِحَوْلِكَ وَ قُوَّتِكَ
وَ اَنَا خَاۤئِضٌ فِيْ عَافِيَةٍ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Daha sonra "Səhifeyi-Səccadiyyə"də "Çətinliklər üz verdikdə və qüssələndikdə İmamın (ə) etdiyi dua"nı oxu. Dua belə başlayır:
اَللَّهُمَّ يَا مَنْ تُحَلُّ بِهِ عُقَدُ الْمَكَارِهِ
Ey çətinliklər düyününü açan! Ey çıxılmaz hallarda yol açan!...
Məzar əl-Qədim kitabında bu dua da əlavə olunub:
اَللّٰهُمَّ اِنَّكَ تَعْلَمُ وَ لَاۤ اَعْلَمُ
Allahım, şübhəsiz ki, mən olmasam da, Sən varsan, mənim gücüm olmasa da sən hər şeyə qadirsən və sən görmədiyimiz şeyləri bilənsən. Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) salavat göndər, məni bağışla, mərhəmət et, günahlarımın üstündən keç və sənə layiq olan şeyi əta elə, ey mərhəmətlilərin ən mərhəmətlisi!
وَ تَقْدِرُ وَ لَاۤ اَقْدِرُ
وَ اَنْتَ عَلَّامُ الْغُيُوْبِ
صَلِّ اللّٰهُمَّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْ لِيْ وَ ارْحَمْنِيْ
وَ تَجَاوَزْ عَنِّيْ
وَ تَصَدَّقْ عَلَيَّ مَاۤ اَنْتَ اَهْلُهُ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ ۔
Bu sütunun fəziləti barədə saysız hədislər vardır. O cümlədən:
1. Şeyx Kuleyni etibarlı sənədlərlə nəql edir ki, Əmirəl-möminin Əli (ə) üzü bu sütuna tərəf namaz qılar və ona yaxın dayanardı.
2. Başqa bir etibarlı hədisdə buyurulur ki, hər gecə altmış min mələk asimandan yerə enir və yeddinci sütunun yanında namaz qılır.
3. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, yeddinci sütun Həzrət İbrahimin (ə) məqamıdır.
4. Şeyx Kuleyni "Usuli-kafi"də səhih sənədlə belə nəql edir: "Əbu İsmayıl Sərrac dedi: "Muaviyə ibn Vəhəb mənim əlimdən tutub dedi ki, günlərin birində Əbu Həmzə Sumali mənim əlimdən tutub belə dedi: "Əsbəğ ibn Nəbatə mənim əlimdən tutdu və yeddinci sütunu mənə göstərərək dedi: "Bu sütun Əmirəl-möminin Əlinin (ə) məqamıdır və o, bu sütunun yanında namaz qılardı. İmam Həsən (ə) isə beşinci sütunun yanında namaz qılar və atası Əmirəl-möminin(ə) olmadıqda o, atasının yerində namaz qılardı"".