ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
"BABUL-FƏRƏC"İN ƏMƏLLƏRİ (NUHUN (Ə) ƏMƏLLƏRİ)
"Üçüncü sütun"un əməllərini yerinə yetirib qurtardıqdan sonra hal-hazırda "Nuhun məqamı" adı ilə tanınan "Dəkkət-u Bab-i Əmiril-muminin"ə ("Əmirəl-möminin (ə) qapısı" səkisinə) get. Orada dörd rəkət (iki rəkət-iki rəkət) namaz qıl: Fatihədən sonra istədiyin "Surə"ni oxuya bilərsən. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Zikrdən sonra isə de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və diləyimi həyata keçir, ey Allah! Ey o kəs ki, ondan dilək diləyən kəs naümid olmur və onun bəxşişinin sonu yoxdur. Ey diləkləri həyata keçirən! Ey duaları qəbul edən! Ey yerlərin və göylərin rəbbi! Ey giriftarlıqları aradan qaldıran! Ey əta edən! Ey müsibətləri uzaqlaşdıran! Ey pisləri yaxşıya çevirən! Qüdrətin, bəxşişin və ehsanınla mənə üz tut. Etdiyim duaları qəbula yetir, Peyğəmbərinin, vəsinin və saleh övliyalarının haqqına xatir.
وَ اقْضِ حَاجَتِيْ يَاۤ اَللّٰهُ
يَا مَنْ لَا يَخِيْبُ سَاۤئِلُهُ
وَ لَا يَنْفَدُ نَاۤئِلُهُ
يَا قَاضِيَ الْحَاجَاتِ
يَا مُجِيْبَ الدَّعَوَاتِ
يَا رَبَّ الْاَرَضِيْنَ وَ السَّمَاوَاتِ
يَا كَاشِفَ الْكُرُبَاتِ
يَا وَاسِعَ الْعَطِيَّاتِ
يَا دَافِعَ النَّقِمَاتِ
يَا مُبَدِّلَ السَّيِّئَاتِ حَسَنَاتٍ
عُدْ عَلَيَّ بِطَوْلِكَ وَ فَضْلِكَ وَ اِحْسَانِكَ
وَ اسْتَجِبْ دُعَاۤئِيْ فِيْمَا سَاَلْتُكَ وَ طَلَبْتُ مِنْكَ
بِحَقِّ نَبِيِّكَ وَ وَصِيِّكَ وَ اَوْلِيَاۤئِكَ الصَّالِحِيْنَ۔
Yenə də iki rəkət namaz qıl və namazdan sonra xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Zikrdən sonra isə de:
اَللّٰهُمَّ اِنِّيْ حَلَلْتُ بِسَاحَتِكَ
Ey Allahım, Sənin yeganə və ehtiyacsız olduğunu bilərək dərgahına gəlmişəm. Səndən qeyri kimsə mənim diləklərimi həyata keçirməyə qadir deyildir. Ey Rəbbim, mən görürəm ki, mənə verdiyin nemətləri müşahidə etdikcə Sənə olan ehtiyacım daha da şiddətlənir. Ey Rəbbim, Sən mənim başıma gələn işdən xəbərdarsan, çünki Sən müəllimi olmayan alimsən. Səndən diləyirəm o adına xatir ki, onu asimanlara qoydun və asiman yarıldı, onu yerlərə qoydun və yerlər açıldı, onu ulduzlara qoydun və ulduzlar yayıldı, onu dağlara qoydun və dağlar yerində möhkəmləndi; Səndən diləyirəm o adına xatir ki, onu Məhəmmədin, Əlinin, Həsənin, Hüseynin və bütün imamların – Allahın salamı olsun onların hamısına! – yanında (əmanət) qoymusan, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən. Ey Rəbbim, diləyimi həyata keçir, onun çətinliyini asanlaşdır, onun mühümlüyünə kifayət et və onun qıfılını aç. Əgər bunu edərsənsə, həmd-səna Sənə məxsusdur və əgər etməzsənsə, (yenə də) həmd-səna Sənə məxsusdur. Belə ki, Sən əmrində zülm etməz və ədalətdən uzaqlaşmazan.
لِعِلْمِيْ بِوَحْدَانِيَّتِكَ وَ صَمَدَانِيَّتِكَ
وَ اَنَّهُ لَا قَادِرَ [قَادِرًا] عَلٰى قَضَاۤءِ حَاجَتِيْ غَيْرُكَ
وَ قَدْ عَلِمْتُ يَا رَبِّ
اَنَّهُ كُلَّمَا شَاهَدْتُ نِعْمَتَكَ عَلَيَّ
اشْتَدَّتْ فَاقَتِيْ اِلَيْكَ
وَ قَدْ طَرَقَنِيْ يَا رَبِّ مِنْ مُهِمِّ اَمْرِيْ مَا قَدْ عَرَفْتَهُ
لِاَنَّكَ عَالِمٌ غَيْرُ مُعَلَّمٍ
وَ اَسْاَلُكَ بِالْاِسْمِ الَّذِيْ وَضَعْتَهُ عَلَى السَّمَاوَاتِ فَانْشَقَّتْ
وَ عَلَى الْاَرَضِيْنَ فَانْبَسَطَتْ
وَ عَلَى النُّجُوْمِ فَانْتَشَرَتْ
وَ عَلَى الْجِبَالِ فَاسْتَقَرَّتْ
وَ اَسْاَلُكَ بِالْاِسْمِ الَّذِيْ جَعَلْتَهُ عِنْدَ مُحَمَّدٍ وَ عِنْدَ عَلِيٍّ
وَ عِنْدَ الْحَسَنِ وَ عِنْدَ الْحُسَيْنِ
وَ عِنْدَ الْاَئِمَّةِ كُلِّهِمْ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَجْمَعِيْنَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَقْضِيَ لِيْ يَا رَبِّ حَاجَتِيْ
وَ تُيَسِّرَ عَسِيْرَهَا
وَ تَكْفِيَنِيْ مُهِمَّهَا
وَ تَفْتَحَ لِيْ قُفْلَهَا
فَاِنْ فَعَلْتَ ذٰلِكَ فَلَكَ الْحَمْدُ
وَ اِنْ لَمْ تَفْعَلْ فَلَكَ الْحَمْدُ
غَيْرَ جَاۤئِرٍ فِيْ حُكْمِكَ
وَ لَا حَاۤئِفٍ فِيْ عَدْلِكَ۔
Sonra üzünün sağ tərəfini səcdəgaha qoy və de:
اَللّٰهُمَّ اِنَّ يُوْنُسَ بْنَ مَتّٰى
Ey Allahım, bəndən və peyğəmbərin Yunus ibn Mətta balığın qarnında Səni çağırdı və Sən ona cavab verdin. Mən də Səni çağırıram, Məhəmməd və Ali-Məhəmmədin haqqına xatir duamı qəbul et.
عَبْدَكَ وَ نَبِيَّكَ
دَعَاكَ فِيْ بَطْنِ الْحُوْتِ فَاسْتَجَبْتَ لَهُ
وَ اَنَا اَدْعُوْكَ فَاسْتَجِبْ لِيْ
بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Bu vaxt Allahdan diləklərini dilə.
Daha sonra üzünün sol tərəfini səcdəgaha qoy və de:
اَللّٰهُمَّ اِنَّكَ اَمَرْتَ بِالدُّعَاۤءِ
Ey Allahım, Sən (bizə) dua etməyi əmr etdin və duaları qəbul etməyi öhdənə götürdün. Mən Səni çağırıram (Sənə dua edirəm), necə ki, əmr etmisən. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və necə ki, vəd etmisən duamı qəbul et, ey Kərim!
وَ تَكَفَّلْتَ بِالْاِجَابَةِ
وَ اَنَا اَدْعُوْكَ كَمَا اَمَرْتَنِيْ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اسْتَجِبْ لِيْ كَمَا وَعَدْتَنِيْ يَا كَرِيْمُ۔
Sonra alnını səcdə yerinə qoy və de:
يَا مُعِزَّ كُلِّ ذَلِيْلٍ
Ey hər zəlilə izzət bəxş edən və ey hər izzətlini zəlil edən! Mənim çətinliyimdən xəbərdarsan. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və çətinliyimi həll et, ey Kərim!
وَ يَا مُذِلَّ كُلِّ عَزِيْزٍ
تَعْلَمُ كُرْبَتِيْ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ [وَ اٰلِ مُحَمَّدٍ]
وَ فَرِّجْ عَنِّيْ يَا كَرِيْمُ۔
Sonra əgər istəsən, hacətinin qəbul olunması üçün dörd rəkət namaz qıl. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Zikrdən sonra de:
اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ يَا مَنْ لَا تَرَاهُ الْعُيُوْنُ
Ey Allahım, Səndən istəyirəm, ey o kəs ki, gözlər Səni görə bilməz, düşüncələr Sənin zatının həqiqətini ehtiva edə bilməz, vəsf edənlər Səni vəsf edə bilməz, hadisələr Səni dəyişdirə bilməz, dövran Səni məhv edə bilməz; Sən dağların ağırlığını, dəryaların çəkisini, ağacların yarpaqlarının və səhraların qumlarının sayını bilir, üzərinə günəşin və ayın işıq saçdığı, qaranlığın bürüdüyü və gündüzün aşkar etdiyi hər şeydən xəbərdarsan; bir səma digər bir səmanı və bir yer digər bir yeri, habelə dağ öz bətnində və dərya öz dərinliyində olanı Səndən gizli tuta bilməz; Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən və bunun sonunda mənim ən yaxşı işimi və bunun xətmində mənim ən yaxşı əməlimi, ən yaxşı günlərimi Səninlə görüş günüm qərar verəsən. Həqiqətən Sən hər işə qadirsən. Ey Allahım, kim mənim pisliyimi istəyirsə, bunu onun özünə qaytar. Kim mənə qarşı hiylə işlədirsə, onu öz hiyləsinə düçar et. Kim düşmənçilik və ədavətlə mənim məhvimi istəyirsə, onun özünü məhv et. Başqalarının vasitəsilə mənə üz verən kədəri məndən uzaqlaşdır. Ey Allahım, məni möhkəm zirehinə (Öz pənahına, sığınacağına) daxil et və mənə qoruyucu geyimini geyindir. Ey o kəs ki, hər şeyə kifayət edir və heç nə ondan kifayət etməz! Dünya və axirət kədərimi aradan qaldır, sözümü və əməlimi qəbul et. Ey şəfqətli, ey döst! (Həyatımın) sıxıntılarını aç və tab gətirə bilmədiyim işləri mənə yükləmə. Ey Allahım, yuxuya getməyən gözlərinlə məni qoru və qüdrətinlə mənə rəhm et, ey rəhimlilərin ən rəhimlisi. Ey uca, ey əzəmətli! Sən diləyimi bilir və onu həyata keçirməyə qadirsən. Bu, Sənə asandır və mən Sənə möhtacam. Elə isə, mənim diləyimi həyata keçirməklə mənə minnət qoy, ey Kərim! Həqiqətən, Sən hər şeyə qadirsən.
وَ لَا تُحِيْطُ بِهِ الظُّنُوْنُ
وَ لَا يَصِفُهُ الْوَاصِفُوْنَ
وَ لَا تُغَيِّرُهُ الْحَوَادِثُ
وَ لَا تُفْنِيْهِ الدُّهُوْرُ
تَعْلَمُ مَثَاقِيْلَ الْجِبَالِ
وَ مَكَايِيْلَ الْبِحَارِ
وَ وَرَقَ الْاَشْجَارِ
وَ رَمْلَ الْقِفَارِ
وَ مَاۤ اَضَاۤءَتْ بِهِ الشَّمْسُ وَ الْقَمَرُ
وَ اَظْلَمَ عَلَيْهِ اللَّيْلُ
وَ وَضَحَ عَلَيْهِ النَّهَارُ
وَ لَا تُوَارِيْ مِنْكَ [مِنْهُ‏] سَمَاۤءٌ سَمَاۤءً
وَ لَاۤ اَرْضٌ اَرْضًا
وَ لَا جَبَلٌ مَا فِيْ اَصْلِهِ
وَ لَا بَحْرٌ مَا فِيْ قَعْرِهِ
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَجْعَلَ خَيْرَ اَمْرِيْ اٰخِرَهُ
وَ خَيْرَ اَعْمَالِيْ خَوَاتِيْمَهَا
وَ خَيْرَ اَيَّامِيْ يَوْمَ اَلْقَاكَ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ۔
اَللّٰهُمَّ مَنْ اَرَادَنِيْ بِسُوۤءٍ فَاَرِدْهُ
وَ مَنْ كَادَنِيْ فَكِدْهُ
وَ مَنْ بَغَانِيْ بِهَلَكَةٍ فَاَهْلِكْهُ
وَ اكْفِنِيْ مَا اَهَمَّنِيْ مِمَّنْ دَخَلَ هَمُّهُ عَلَيَّ
اَللّٰهُمَّ اَدْخِلْنِيْ فِيْ دِرْعِكَ الْحَصِيْنَةِ
وَ اسْتُرْنِيْ بِسِتْرِكَ الْوَاقِيْ
يَا مَنْ يَكْفِيْ مِنْ كُلِّ شَيْ‏ءٍ
وَ لَا يَكْفِيْ مِنْهُ شَيْ‏ءٌ
اِكْفِنِيْ مَا اَهَمَّنِيْ مِنْ اَمْرِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
وَ صَدِّقْ قَوْلِيْ وَ فِعْلِيْ
يَا شَفِيْقُ يَا رَفِيْقُ
فَرِّجْ عَنِّي الْمَضِيْقَ
وَ لَا تُحَمِّلْنِيْ مَا لَا اُطِيْقُ
اَللّٰهُمَّ احْرُسْنِيْ بِعَيْنِكَ الَّتِيْ لَا تَنَامُ
وَ ارْحَمْنِيْ بِقُدْرَتِكَ عَلَيَّ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
يَا عَلِيُّ يَا عَظِيْمُ
اَنْتَ عَالِمٌ بِحَاجَتِيْ
وَ عَلٰى قَضَاۤئِهَا قَدِيْرٌ
وَ هِيَ لَدَيْكَ يَسِيْرٌ
وَ اَنَا اِلَيْكَ فَقِيْرٌ
فَمُنَّ بِهَا عَلَيَّ يَا كَرِيْمُ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ۔
Sonra səcdəyə get və de:
اِلٰهِيْ قَدْ عَلِمْتَ حَوَاۤئِجِيْ
İlahi, Sən mənim diləklərimi bilirsən, elə isə Məhəmmədə və onun xanidanına salam göndər və diləklərimi həyata keçir. Sən mənim günhalarımın sayından xəbərdarsan, elə isə Məhəmmədə və onun xanidanına salam göndər və günahlarımı bağışla. Ey Kərim!
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اقْضِهَا
وَ قَدْ اَحْصَيْتَ ذُنُوْبِيْ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ وَ اغْفِرْهَا
يَا كَرِيْمُ۔
Sonra üzünün sağ tərəfini səcdə yerinə qoy və de:
اِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ
Əgər mən pis bəndəyəmsə, Sən yaxşı rəbsən. Mənim barəmdə mənim layiq olduğumu deyil, Özünün layiq olduğunu et. Ey rəhimlilərin ən rəhimlisi!
فَاَنْتَ نِعْمَ الرَّبُّ
اِفْعَلْ بِيْ مَاۤ اَنْتَ اَهْلُهُ
وَ لَا تَفْعَلْ بِيْ مَا اَنَا اَهْلُهُ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra üzünün sol tərəfini səcdə yerinə qoy və de:
اَللّٰهُمَّ اِنْ عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ
Ey Allahım, əgən bəndənin günahı böyükdürsə, Sənin tərəfindən əvf və bağışlama gözəldir. Ey Kərim!
فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيْمُ۔
Sonra alnını səcdə yerinə qoyub de:
اِرْحَمْ مَنْ اَسَاۤءَ وَ اقْتَرَفَ
Pis iş görən, günah işlədən, çarəsiz qalan və çarəsizliyini etiraf edən kəsə rəhm et.
وَ اسْتَكَانَ وَ اعْتَرَفَ۔
Qeyd etmək lazımdır ki, yuxarıda səcdədə deyilən duaya qədər, yəni
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ وَ اغْفِرْهَا
...günahlarımı bağışla, ey Kərim!
يَا كَرِيْمُ۔
bu cümləyə qədər, Səhlə məscidinin həyətində İmam Zeynül-abidinin (ə) məqamının əməllərinə də aiddir.
Sonra Əmirəl-möminin Əlinin (ə) mehrabına – o həzrətin başından xəncər zərbəsi aldığı yerə - yaxınlaş. Orada iki rəkət namaz qıl. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsihini de. Zikrdən sonra de:
يَا مَنْ اَظْهَرَ الْجَمِيْلَ
Ey gözəlliyi zahir edən və eybəcərliyi örtən kəs! Ey günaha görə haqq-hesab aparmayan, abır-həya pərdəsini yırtmayan və batinin sirlərini aşkar etməyən kəs! Ey böyük əfv sahibi! Ey güzəşti gözəl olan! Ey bağışlaması geniş olan! Ey əli rəhmətə açıq olan! Ey hər gizlin söhbətdən xəbərdar olan! Ey hər şikayətin son müraciət yeri! Ey (xətalara) göz yuman Kərim! Ey böyük ümid! Ey Ağam, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənim barəmdə Özünün layiq olduğunu et, ey Kərim!
وَ سَتَرَ الْقَبِيْحَ
يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيْرَةِ
وَ لَمْ يَهْتِكِ السِّتْرَ وَ السَّرِيْرَةَ
يَا عَظِيْمَ الْعَفْوِ
يَا حَسَنَ التَّجَاوُزِ
يَا وَاسِعَ الْمَغْفِرَةِ
يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ
يَا صَاحِبَ كُلِّ نَجْوٰى
يَا مُنْتَهٰى كُلِّ شَكْوٰى
يَا كَرِيْمَ الصَّفْحِ
يَا عَظِيْمَ الرَّجَاۤءِ
يَا سَيِّدِيْ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ افْعَلْ بِيْ مَاۤ اَنْتَ اَهْلُهُ يَا كَرِيْمُ۔