Məsumların (ə) hərəminə daxil olmaq üçün dua qaynaqlarında mövcud "izni-duxul"ların məzmunu qəlbin oyanışında, hüzuri-qəlbin yaranmasında, qəflətin aradan qalxmasında və o Allah övliyalarını tanımaqda olduqca təsirlidir. Əgər zəvvar bu inancla, düşüncə ilə Məsumların (ə) hərəminə daxil olarsa, heç şübhəsiz, onun ziyarətinin çox fərqli təsirləri olacaqdır. Buna görə də tövsiyə olunur ki. hörmətli zəvvarlar "izni-duxul"un mənasına diqqət yetirsinlər.
Bu "izni-duxul" böyük mühəddis mərhum Şeyx Abbas Qumminin Kəf'əmidən nəql olunan "izni-duxul"dur və Şeyx Abbas Qummi onun bütün ziyarətgahlarda oxunduğunu vurğulamışdır. Əllamə Məclisi bu izni-duxulu "Biharul-ənvar" kitabında "Həzrət Rəsulallahın (ə) ziyarəti" bölümündə qeyd etmişdir:
اَللّٰهُمَّ اِنِّيْ وَقَفْتُ عَلٰى بَابٍ
Ey Allahım, həqiqətən mən Sənin peyğəmbərinin – Ona və Əhli-beytinə salamın olsun – evlərinin qapılarından biri qarşısında dayanmışam. Sən insanları o evlərə icazəsiz daxil olmaqdan çəkindirib buyurmusan: "Ey iman gətirənlər, sizə icazə verilmədən Peyğəmbərin evlərinə daxil olmayın!" Ey Allahım, mən bu şərafətli ziyarətgahın sahibinin ehtiramına qaib olduğu (bu dünyada olmadığı) zamanda hazır olduğu zamandakı kimi inanıram. Bilirəm ki, Sənin elçin və xəlifələrin – Salam olsun onlara! – sağdırlar və Sənin yanında ruzi yeyirlər, onlar məni görür, sözlərimi eşidir və salamıma cavab verirlər. Sən onların sözlərini eşitməkdə mənimlə onlar arasında maneə yaratmısan və onlarla raz-niyazın şirinliyini dərki qapımı üzümə açmısan. Ey Rəbbim, ilk əvvəl Səndən icazə istəyirəm, sonra Sənin elçindən – Allahın salamı ona və xanidanına olsun – icazə istəyirəm, sonra Sənin xəlifəndən – itaətini mənə vacib etdiyin imam filankəsin oğlu filankəs və bu mübarək ziyarətgahın işlərini görən mələklərdən icazə istəyirəm.
مِنْ اَبْوَابِ بُيُوْتِ نَبِيِّكَ
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهِ
وَ قَدْ مَنَعْتَ النَّاسَ اَنْ يَدْخُلُوْۤا اِلَّا بِاِذْنِهِ
فَقُلْتَ يَاۤ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا
لَا تَدْخُلُوْا بُيُوْتَ النَّبِيِّ اِلَّاۤ اَنْ يُؤْذَنَ لَكُمْ
اَللّٰهُمَّ اِنِّيْۤ اَعْتَقِدُ حُرْمَةَ صَاحِبِ هٰذَا الْمَشْهَدِ الشَّرِيْفِ فِيْ غَيْبَتِهِ
كَمَاۤ اَعْتَقِدُهَا فِيْ حَضْرَتِهِ
وَ اعْلَمْ اَنَّ رَسُوْلَكَ وَ خُلَفَاۤءَكَ عَلَيْهِمُ السَّلَامُ
اَحْيَاۤءٌ عِنْدَكَ يُرْزَقُوْنَ
وَ يَسْمَعُوْنَ كَلَامِيْ
وَ اَنَّكَ حَجَبْتَ عَنْ سَمْعِيْ كَلَامَهُمْ
وَ فَتَحْتَ بَابَ فَهْمِيْ بِلَذِيْذِ مُنَاجَاتِهِمْ
وَ اِنِّيْۤ اَسْتَأْذِنُكَ يَا رَبِّ اَوَّلًا
وَ اَسْتَأْذِنُ رَسُوْلَكَ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ ثَانِيًا
وَ اَسْتَأْذِنُ خَلِيْفَتَكَ الْاِمَامَ
الْمَفْرُوْضَ عَلَيَّ طَاعَتُهُ۔۔۔۔
"Filankəsin oğlu filankəs" ifadəsinin yerinə ziyarət etdiyin imamın adını de. Məsələn, İmam Hüseyni (ə) ziyarət edirsənsə, "əl-Huseyn ibn Əli" de. İmam Rzanı (ə) ziyarət edirsənsə, "Əli ibn Musa ər-Rza" de. Sonra de:
وَ الْمَلَاۤئِكَةَ الْمُوَكَّلِيْنَ بِهٰذِهِ الْبُقْعَةِ الْمُبَارَكَةِ ثَالِثًا
Ey Rəsulallah, daxil olummu? Ey hüccətulah, daxil olummu? Ey bu ziyarətgahda hazır olan Allahın müqərrəb mələkləri, daxil olummu? Ey mənim mövlam, daxil olmaq üçün mənə icazə ver; dostlarından hər birinə verdiyin ən yaxşı icazəni. Mən əgər bu icazəyə layiq deyiləmsə, sən mənə icazə verməyə layiqsən.
اَاَدْخُلُ يَا رَسُوْلَ اللّٰهِ
اَاَدْخُلُ يَا حُجَّةَ اللّٰهِ
اَاَدْخُلُ يَا مَلَاۤئِكَةَ اللّٰهِ الْمُقَرَّبِيْنَ
الْمُقِيْمِيْنَ فِيْ هٰذَا الْمَشْهَدِ
فَأْذَنْ لِيْ يَا مَوْلَايَ فِي الدُّخُوْلِ
اَفْضَلَ مَاۤ اَذِنْتَ لِاَحَدٍ مِنْ اَوْلِيَاۤئِكَ
فَاِنْ لَمْ اَكُنْ اَهْلًا لِذٰلِكَ
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
وَ عَلٰى مِلَّةِ رَسُوْلِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ ارْحَمْنِيْ وَ تُبْ عَلَيَّ
اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ