ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ŞABAN AYININ ON BEŞİNDƏ İMAM HÜSEYNİN (Ə) ZİYARƏTİ
Şaban ayının on beşinci günü İmam Hüseyni (ə) ziyarət etməyin çox böyük fəziləti vardır. Bu ziyarətin fəziləti barədə saysız hədislər vardır. O cümlədən, bir neçə mötəbər sənədlə İmam Zeynul-abidindən (ə) və İmam Cəfər Sadiqdən (ə) belə nəql olunur: "Kim yüz iyirmi dörd min peyğəmbərlə əl-ələ görüşmək istəyirsə, şaban ayının on beşinci günü Əba Əbdillah Hüseyni ziyarət etsin. Çünki həmin gün mələklər və peyğəmbərlərin ruhları o həzrətin ziyarətinə gəlirlər. Ulul-əzm peyğəmbər olan beş peyğəmbər – Nuh, İbrahim, Musa, İsa və Məhəmməd də onların arasındadır."
Şeyx Kəf'əmi "Bələdul-əmin" kitabında şaban ayının on beşinci günü üçün İmam Sadiqdən (ə) aşağıdakı ziyarəti nəql etmişdir:
Qüsl edib ziyarətə get. İzni-duxulu oxuduqdan sonra o həzrətin qəbri kənarında dayan və de:
اَلْحَمْدُ لِلّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
Həmd-səna uca və əzəmətli Allaha məxsusdur. Salam olsun sənə ey ləyaqətli və pakizə bəndə. Sənin üçün olan şəhadətimi sənə əmanət edirəm, ta ki şəfaət etdiyin gün bu şəhadət məni sənə yaxın etsin. Şəhadət verirəm ki, sən qətlə yetirildin, amma dirisən. Sənin diri olmağın ümidilə şiələrinin də qəlbi dirirdir. Sənin vüsalını istəyənlər nurunun sayəsində hidayət olunublar. Şəhadət verirəm ki, sən Allahın sönməmiş və sönməyəcək nurusan; sən Allahın aradan getməmiş və getməyəcək cilvəsisən. Şəhədət verirəm ki, bu türbət sənin türbətin, bu hərəm sənin hərəmin və bu qətlgah sənin bədəninin qətlgahıdır. And olsun Allaha, sənin izzətli etdiyin əsla zəlil olmaz və sənin kömək etdiyin əsla məğlub olmaz. Bu, canım alınanadək mənim sənin hüzurunda olan şəhadətimdir. Salam olsun sənə, Allahın rəhməti və bərəkəti olsun sənə.
وَ السَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ الزَّكِيُّ
اُوْدِعُكَ شَهَادَةً مِنِّيْ لَكَ تُقَرِّبُنِيْ اِلَيْكَ فِيْ يَوْمِ شَفَاعَتِكَ
اَشْهَدُ اَنَّكَ قُتِلْتَ وَ لَمْ تَمُتْ
بَلْ بِرَجَاۤءِ حَيَاتِكَ حَيِيَتْ قُلُوْبُ شِيْعَتِكَ
وَ بِضِيَاۤءِ نُوْرِكَ اهْتَدَى الطَّالِبُوْنَ اِلَيْكَ
وَ اَشْهَدُ اَنَّكَ نُوْرُ اللّٰهِ الَّذِيْ لَمْ يُطْفَأْ وَ لَا يُطْفَاُ اَبَدًا
وَ اَنَّكَ وَجْهُ اللّٰهِ الَّذِيْ لَمْ يَهْلِكْ وَ لَا يُهْلَكُ اَبَدًا
وَ اَشْهَدُ اَنَّ هٰذِهِ التُّرْبَةَ تُرْبَتُكَ
وَ هٰذَا الْحَرَمَ حَرَمُكَ
وَ هٰذَا الْمَصْرَعَ مَصْرَعُ بَدَنِكَ
لَا ذَلِيْلَ وَ اللّٰهِ مُعِزُّكَ
وَ لَا مَغْلُوْبَ وَ اللّٰهِ نَاصِرُكَ
هٰذِهِ شَهَادَةٌ لِيْ عِنْدَكَ اِلٰى يَوْمِ قَبْضِ رُوْحِيْ بِحَضْرَتِكَ
وَ السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔