İMAM HÜSEYNİN (Ə) QƏDR GECƏLƏRİNDƏ ZİYARƏTİ
Mübarək ramazan ayında, xüsusilə də, ayın birinci, on beşinci və axırıncı gecələrində, həmçinin qədr gecələrində İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti barədə çoxlu hədislər vardır. O cümlədən:
1. İmam Məhəmməd Təqi (ə) buyurub: "Hər kim ramazan ayının iyirmi üçüncü gecəsi – belə ki, bu gecənin qədr gecəsi olduğuna ümid vardır – İmam Hüseynin (ə) ziyarətinə gedərsə, bu gecə İmam Hüseyni (ə) ziyarət etmək üçün Allahdan izn almış yüz iyirmi dörd min peyğəmbərin ruhu onunla əl-ələ görüşər."
2. Başqa bir mötəbər hədisdə İmam Sadiq (ə) buyurub: "Qədr gecəsi olduqda bir carçı səmadan - ərşin ortasından car çəkir ki, Allah-Təala İmam Hüseynin (ə) ziyarətinə gələn hər kəsi bağışladı."
3. Yenə də İmam Sadiq (ə) buyurub: "Hər kim qədr gecəsi o həzrətin qəbri kanarında olsa və iki rəkət, yaxud bacardığı qədər namaz qılsa, sonra Allahdan Cənnətə daxil olmağı və cəhənnəm odundan pənah istəyərsə, duası qəbul olunar."
4. İbn Quləvəyh "Kamiluz-ziyarat" kitabında İmam Sadiqdən (ə) bu hədisi nəql edir: "Hər kim mübarək ramazan ayında İmam Hüseyni (ə) ziyarət edərsə və yolda dünyasını dəyişərsə, ona belə deyilər: "Əmin-amanlıqla Cənnətə daxil ol!""
Qədr gecəsi (həmçinin Fitr və Qurban bayramları) üçün Seyid İbn Tavusun və bir neçə böyük alimin nəql etdikləri ziyarət – belə ki, onların bəzisi bu ziyarəti İmam Sadiqdən (ə) nəql etmişlər – aşağıdakı qaydadadır:
Əba Əbdillah Hüseyni ziyarət etmək istədikdə qüsl edib təmiz paltarını geyin, o həzrətin müqəddəs hərəminə yollan. Üzünü o həzrətə tutub – qiblə arxa tərəfdə qalmaqla o həzrətlə üzbəüz dayanaraq – de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey dünya qadınlarının sərvəri əs-Siddiqə, ət-Tahirə Fatimənin övladı. Salam olsun sənə ey mövlam, ey Əba Əbdillah, Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Allahın kitabını layiqincə tilavət etdin, Allah yolunda layiqincə cihad etdin. Bunlarla yanaşı, çətinliklərə və əziyyətlərə səbir edib bunu Allahın haqq-hesabına həvalə etdin, ta ki ölümün çatdı. Şəhadət verirəm ki, sənə qarşı çıxan və səninlə döyüşən, səni tənha qoyan və səni qətlə yetirən kəslər ümmi Peyğəmbərin dilində lənət olunublar. Həqiqətən töhmət vuranlar ziyana uğramışlardır. Allah sizə zülm edənlərin hamısına – istər əvvəlkilərdən, istərsə də sonrakılardan olsun – lənət etdi və onların acınacaqlı əzabını artırdı. Ey mövlam, ey Rəsulallahın övladı, hüzuruna gəlmişəm, bir halda ki, haqqını tanıyıram, dostlarınla dostam və düşmənlərinlə düşmənəm. Sənin sahib olduğun hidayətə bəsirətim vardır və sənin müxaliflərinin azğınlığından agaham. Elə isə, Rəbbinin dərgahında mənə şəfaət et.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ الصِّدِّيْقَةِ الطَّاهِرَةِ
فَاطِمَةَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلَاوَتِهِ
وَ جَاهَدْتَ فِي اللّٰهِ حَقَّ جِهَادِهِ
وَ صَبَرْتَ عَلَى الْاَذٰى فِي جَنْبِهِ مُحْتَسِبًا حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
اَشْهَدُ اَنَّ الَّذِيْنَ خَالَفُوْكَ وَ حَارَبُوْكَ
وَ الَّذِيْنَ خَذَلُوْكَ وَ الَّذِيْنَ قَتَلُوْكَ
مَلْعُوْنُوْنَ عَلٰى لِسَانِ النَّبِيِّ الْاُمِّيِّ
وَ قَدْ خَابَ مَنِ افْتَرٰى
لَعَنَ اللّٰهُ الظَّالِمِيْنَ لَكُمْ مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْاَلِيْمَ
اَتَيْتُكَ يَا مَوْلَايَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
زَاۤئِرًا عَارِفًا بِحَقِّكَ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
مُسْتَبْصِرًا بِالْهُدَى الَّذِيۤ اَنْتَ عَلَيْهِ
عَارِفًا بِضَلَالَةِ مَنْ خَالَفَكَ
فَاشْفَعْ لِيْ عِنْدَ رَبِّكَ۔
Sonra qəbrin baş tərəfinə get və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ فِيۤ اَرْضِهِ وَ سَمَاۤئِهِ
Salam olsun sənə ey Allahın yer üzündə və səmada olan hüccəti. Allahın salamı olsun sənin pak ruhuna və pakizə bədəninə. Salam olsun sənə ey mövlam, Allahın rəhməti və bərəkəti olsun sənə.
صَلَّى اللّٰهُ عَلٰى رُوْحِكَ الطَّيِّبِ وَ جَسَدِكَ الطَّاهِرِ
وَ عَلَيْكَ السَّلَامُ يَا مَوْلَايَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra zərihi öpüb iki rəkət ziyarət namazı qıl. Ziyarət namazından sonra istədiyin qədər namaz qıl. Namazdan sonra o həzrətin qəbrinin ayaq tərəfinə get və Əli ibn Hüseynə (ə) (Əli Əkbərə) xitabən de:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ وَ ابْنَ مَوْلَايَ
Salam olsun sənə ey mövlam və mövlamın övladı, Allahın rəhməti və bərəkəti olsun sənə. Allah lənət etsin sənə zülm edənə və səni qətlə yetirənə. Allah onların acınacaqlı əzabını artırsın.
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
لَعَنَ اللّٰهُ مَنْ ظَلَمَكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ
وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْاَلِيْمَ۔
Sonra Allahdan öz istəklərini dilə.
Duadan sonra qəbrin ayaq tərəfində üzü qibləyə dayan və digər şəhidlərə xitabən de:
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الصِّدِّيْقُوْنَ
Salam olsun sizə ey doğru danışanlar. Salam olsun sizə ey səbirli şəhidlər. Şəhadət verirəm ki, siz Allah yolunda cihad etdiniz, Allah yolunda əzab-əziyyətlərə dözdünüz, Allah və Onun elçisi üçün xeyirxahlıq etdiniz, ta ki ölümünüz çatdı. Şəhadət verirəm ki, siz dirisiniz və Rəbbinizin dərgahında sizə ruzi verilir. Elə isə, yaxşı əməl sahiblərinə verilən mükafatların ən yaxşısını İslam və müsəlmanların tərəfindən Allah sizə əta etsin, Cənnətdə bizi və sizi bir yerə cəm etsin.
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الشُّهَدَاۤءُ الصَّابِرُوْنَ
اَشْهَدُ اَنَّكُمْ جَاهَدْتُمْ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ صَبَرْتُمْ عَلَى الْاَذٰى فِيْ جَنْبِ اللّٰهِ
وَ نَصَحْتُمْ لِلّٰهِ وَ لِرَسُوْلِهِ حَتّٰى اَتَاكُمُ الْيَقِيْنُ
اَشْهَدُ اَنَّكُمْ اَحْيَاۤءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُوْنَ
فَجَزَاكُمُ اللّٰهُ عَنِ الْاِسْلَامِ وَ اَهْلِهِ اَفْضَلَ جَزَاۤءِ الْمُحْسِنِيْنَ
وَ جَمَعَ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي مَحَلِّ النَّعِيْمِ۔
Sonra Abbas ibn Əlinin ziyarətinə get. Onun qəbri yanında dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيرِ الْمُؤْمِنِيْنَ
Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey layiqli, Allaha və Onun elçisinə müti olan bəndə. Şəhadət verirəm ki, sən cihad, xeyirxahlıq və səbir etdin, ta ki ölümün çatdın. Allah sənə zülm edənlərin hamısına – istər əvvəlkilərdən, istərsə də sonrakılardan olsun – lənət etsin və onları cəhənnəmin dibinə atsın.
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ
الْمُطِيْعُ لِلّٰهِ وَ لِرَسُوْلِهِ
اَشْهَدُ اَنَّكَ قَدْ جَاهَدْتَ وَ نَصَحْتَ
وَ صَبَرْتَ حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
لَعَنَ اللّٰهُ الظَّالِمِيْنَ لَكُمْ مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
وَ اَلْحَقَهُمْ بِدَرَكِ الْجَحِيْمِ۔
İzdiham zamanı zərihin başına dolanmaq, zərihdən tutmaq və s. – belə ki, bu əməllər bəzi hədislərdə buyurulmuşdur - lazım deyildir.