ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
FİTR VƏ QURBAN BAYRAMLARI İMAM HÜSEYNİN (Ə) ZİYARƏTİ
Mötəbər sənədlə İmam Sadiqdən (ə) nəql olunur: "Hər kim üç gecədən birində İmam Hüseynin (ə) qəbrini ziyarət edərsə, günahı bağışlanar." Ravi soruşur: "Sənə fəda olum, o üç gecə hansı gecələrdir?" İmam Sadiq (ə) buyurur: "Fitr və Qurban bayramlarının gecəsi və şaban ayının on beşinci gecəsi."
Yenə də o həzrətdən nəql olunur: "Hər kim İmam Hüseyni (ə) bu üç gecədə - şaban ayının on beşinci gecəsi, Fitr bayramı və Ərəfə gecəsi ziyarət edərsə, onun min dünya və axirət diləyi həyata keçər."
İmam Baqir (ə) buyurur: "Hər kim Ərəfə gecəsi Kərbəla torpağında olarsa və Qurban bayramının ziyarəti üçün orada qalıb sonra qayıdarsa, Sübhan Allah onu həmin ilin bəlalarından qoruyar".
Bir sözlə, bu iki gecə üçün də ayrıca bir ziyarət nəql olunmuşdur. Alimlərin sözlərindən belə əldə olunur ki, əvvəlki ziyarət Fitr və Qurban bayramlarının gününə, aşağdakı ziyarət isə bu iki bayramın gecəsinə aiddir.
Bu iki gecədə İmam Hüseyni (ə) ziyarət etmək isədikdə, o həzrətin pak hərəminin qapısı ağzında dayan, qəbrə tərəf bax və izni-duxul üçün de:
يَا مَوْلَايَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
Ey mövlam, ey Əba Əbdillalah, ey Rəsulallahın övladı, sənin qulunun və kənizinin övladı sənin qarşında təvazökarlıq göstərərək, uca məqamının qarşısında kiçilərək və haqqını etiraf edərək yanına gəlmişdir. Elə bir halda ki, sənə sığınmış, hərəmini qəsd etmiş, məqamına üz tutmuş və sənin vasitənlə Uca Allaha təvəssül etmişdir. Ey mövlam, daxil olummu? Ey Allahın vəlisi, daxil olummu? Ey bu hərəmi əhatəyə alıb bu şəhadət məkanında məskən salan mələklər, daxil olummu?
يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ وَ ابْنُ اَمَتِكَ
الذَّلِيْلُ بَيْنَ يَدَيْكَ
وَ الْمُصَغَّرُ فِيْ عُلُوِّ قَدْرِكَ
وَ الْمُعْتَرِفُ بِحَقِّكَ
جَاۤءَكَ مُسْتَجِيْرًا بِكَ
قَاصِدًا اِلٰى حَرَمِكَ
مُتَوَجِّهًا اِلٰى مَقَامِكَ
مُتَوَسِّلًا اِلَى اللّٰهِ تَعَالٰى بِكَ
اَاَدْخُلُ يَا مَوْلَايَ
اَاَدْخُلُ يَا وَلِيَّ اللّٰهِ
اَاَدْخُلُ يَا مَلَاۤئِكَةَ اللّٰهِ
الْمُحْدِقِيْنَ بِهٰذَا الْحَرَمِ
الْمُقِيْمِيْنَ فِيْ هٰذَا الْمَشْهَدِ۔
Sonra sağ ayaq ilə hərəmə daxil ol və de:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
Allahın adı ilə, Allahın köməkliyi ilə, Allah yolunda və Rəsulallahın dinində. Ey Allahım, məni bərəkətlə dolu məkana endir, Sən ən yaxşı munzilsən (endirən).
وَ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ عَلٰى مِلَّةِ رَسُوْلِ اللّٰهِ
اَللّٰهُمَّ اَنْزِلْنِيْ مُنْزَلًا مُبَارَكًا
وَ اَنْتَ خَيْرُ الْمُنْزِلِيْنَ۔
Daha sonra de:
اَللّٰهُ اَكْبَرُ كَبِيْرًا
Allah çox-çox böyükdür, saysız həmd-səna Allaha məxsusdur, səhər və axşam Ona təsbih deyirəm. Həmd-səna o Allaha məxsusdur ki, yeganə, ehtiyacsız, şəni uca və təkdir; mehr-məhəbbətli, səxavətli, nemət bəxş edən və qayğıya qalandır; o Allah ki, bəxşiş və ehsanı vasitəsilə mövlamın ziyarətini mənim üçün asan etdi, onun ziyarətini mənə qadağan etmədi, onun amanından məni uzaqlaşdırmadı, əksinə ehsan və əta etdi.
وَ الْحَمْدُ لِلّٰهِ كَثِيْرًا
وَ سُبْحَانَ اللّٰهِ بُكْرَةً وَ اَصِيْلًا
وَ الْحَمْدُ لِلّٰهِ الْفَرْدِ الصَّمَدِ
الْمَاجِدِ الْاَحَدِ
الْمُتَفَضِّلِ الْمَنَّانِ
الْمُتَطَوِّلِ الْحَنَّانِ
الَّذِيْ مِنْ تَطَوُّلِهِ
سَهَّلَ لِيْ زِيَارَةَ مَوْلَايَ بِاِحْسَانِهِ
وَ لَمْ يَجْعَلْنِيْ عَنْ زِيَارَتِهِ مَمْنُوْعًا
وَ لَا عَنْ ذِمَّتِهِ مَدْفُوْعًا
بَلْ تَطَوَّلَ وَ مَنَحَ ۔
Sonra hərəkət et. Hərəmin ortasına çatdıqda pak qəbrin müqabilində təvazökarlıqla dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ صِفْوَةِ اللّٰهِ
Salam olsun sənə ey Allahın seçdiyi Adəmin varisi. Salam olsun sənə ey Allahın əmini Nuhun varisi. Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi. Salam olsun sənə ey Allahın kəlmə kəsdiyi Musanın varisi. Salam olsun sənə ey Allahın ruhu İsanın varisi. Salam olsun sənə ey Allahın sevimlisi Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – varisi. Salam olsun sənə ey Allahın hüccəti Əlinin varisi. Salam olsun sənə ey yaxşı əməl və təqva sahibi olan canişin. Salam olsun sənə ey o kəs ki, onun qanının intiqamını alan Allahdır və onun qanının intiqamı alınmamışdır. Şəhadət verirəm ki, sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Allah yolunda layiqincə cihad etdin, ta ki hörmətin sındırıldı və məzlumcasına qətlə yetirildin.
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ اَمِيْنِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ حَبِيْبِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ حُجَّةِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللّٰهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُوْرَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ جَاهَدْتَ فِي اللّٰهِ حَقَّ جِهَادِهِ
حَتَّى اسْتُبِيْحَ حَرَمُكَ وَ قُتِلْتَ مَظْلُوْمًا۔
Sonra qəbrin baş tərəfində dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
Salam olsun sənə ey Əba Əbdillah. Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey canişinlərin sərvərinin övladı. Salam olsun sənə ey dünya qadınlarının sərvəri Fatimənin övladı. Salam olsun sənə ey müsəlmanların qəhrəmanı. Ey mövlam, şəhadət verirəm ki, sən şəni uca sülblərdə və pak bətnlərdə bir nur idin. Cahiliyyət dövrü səni öz çirkinə bulaşdırmadı və çirkli paltarını sənə geyindirmədi. Şəhadət verirəm ki, sən dinin sütunu, müsəlmanların dayağı və möminlərin sığınacağısan. Şəhadət verirəm ki, sən yaxşı əməl sahibi olan, bəyənilən, pakizə, hidayət olunmuş və hidayət edən bir imamsan. Şəhadət verirəm ki, sənin övladlarından olan imamlar təqvanın sütunları, hidayət nişanələri, (hidayətin) möhkəm ipi və dünya əhlinə (Allahın) hüccətləridir.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاۤءِ
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَطَلَ الْمُسْلِمِيْنَ
يَا مَوْلَايَ
اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوْرًا فِي الْاَصْلَابِ الشَّامِخَةِ
وَ الْاَرْحَامِ الْمُطَهَّرَةِ
لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِاَنْجَاسِهَا
وَ لَمْ تُلْبِسْكَ مِنْ‏ مُدْلَهِمَّاتِ ثِيَابِهَا
وَ اَشْهَدُ اَنَّكَ مِنْ دَعَاۤئِمِ الدِّيْنِ
وَ اَرْكَانِ الْمُسْلِمِيْنَ
وَ مَعْقِلِ الْمُؤْمِنِيْنَ
وَ اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ
الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ
وَ اَشْهَدُ اَنَّ الْاَئِمَّةَ مِنْ وُلْدِكَ
كَلِمَةُ التَّقْوٰى وَ اَعْلَامُ الْهُدٰى
وَ الْعُرْوَةُ الْوُثْقٰى
وَ الْحُجَّةُ عَلٰىۤ اَهْلِ الدُّنْيَا۔
Daha sonra de:
اِنَّا لِلّٰهِ وَ اِنَّاۤ اِلَيْهِ رَاجِعُوْنَ
Biz Allahınıq və ona tərəf qayıdacağıq. Ey mövlam, mən sənin dostlarının dostu və düşmənlərinin düşməniyəm. Mənim sizə imanım vardır. Dinimin qanunları və əməlimin aqibəti vasitəsilə sizin qayıdacağınıza əminəm. Qəlbim sizə təslimdir və əməlim sizə tabedir. Ey mövlam, mən (günah) qorxusu ilə hüzuruna gəlmişəm, elə isə, mənə aman ver. Mən sığınacaq axtararaq hüzuruna gəlmişəm, elə isə, mənə sığınacaq ver. Mən ehtiyac içində hüzuruna gəlmişəm, elə isə, məni ehtiyacsız et. Ey ağam və mövlam, sənsən mənim mövlam, bütün məxluqata Allahın hüccəti. Sizin gizlində və aşkarda, zahirdə və batində olanınıza, birincinizə və sonuncunuza imanım vardır. Şəhadət verirəm ki, sən Allahın kitabını tilavət etdin, Allahın əminisən, hikmət və gözəl öyüd-nəsihətlə Allaha tərəf çağırdın. Allah lənət etsin sənə zülm edən camaata. Allah lənət etsin bunu eşidib razı olan camaata.
يَا مَوْلَايَ اَنَا مُوَالٍ لِوَلِيِّكُمْ
وَ مُعَادٍ لِعَدُوِّكُمْ
وَ اَنَا بِكُمْ مُؤْمِنٌ وَ بِاِيَابِكُمْ
مُوْقِنٌ بِشَرَاۤئِعِ دِيْنِيْ
وَ خَوَاتِيْمِ عَمَلِيْ
وَ قَلْبِيْ لِقَلْبِكُمْ سِلْمٌ
وَ اَمْرِيْ لِاَمْرِكُمْ مُتَّبِعٌ
يَا مَوْلَايَ اَتَيْتُكَ خَاۤئِفًا فَاٰمِنِّيْ
وَ اَتَيْتُكَ مُسْتَجِيْرًا فَاَجِرْنِيْ
وَ اَتَيْتُكَ فَقِيْرًا فَاَغْنِنِيْ
سَيِّدِيْ وَ مَوْلَايَ
اَنْتَ مَوْلَايَ حُجَّةُ اللّٰهِ عَلَى الْخَلْقِ اَجْمَعِيْنَ
اٰمَنْتُ بِسِرِّكُمْ وَ عَلَانِيَتِكُمْ
وَ بِظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ
وَ اَوَّلِكُمْ وَ اٰخِرِكُمْ
وَ اَشْهَدُ اَنَّكَ التَّالِيْ لِكِتَابِ اللّٰهِ وَ اَمِيْنُ اللّٰهِ
الدَّاعِيۤ اِلَى اللّٰهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ وَ اُمَّةً قَتَلَتْكَ‏
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ۔
Sonra o həzrətin qəbrinin baş tərəfində iki rəkət namaz qıl. Namazdan sonra de:
اَللّٰهُمَّ اِنِّيْ لَكَ صَلَّيْتُ
Ey Allahım, Sənin üçün namaz qıldım, Sənin üçün rüku etdim, Sənin üçün səcdə etdim. Sən yeganəsən və şərikin yoxdur. Həqiqətən namaz, rüku və səcdə yalnız Sənin üçündür. Çünki Sən o Allahsan ki, Səndən qeyri ilah yoxdur. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Mənim ən yaxşı salamımı onlara çatdır, onların da salamını mənə qaytar. Ey Allahım, bu iki rəkət namaz mənim tərəfimdən Hüseyn ibn Əliyə - Onların hər ikisinə salam olsun – hədiyyədir. Ey Allahım, Məhəmmədə və ona salam göndər və bu iki rəkət namazı məndən qəbul et. Bunun əvəzində mənim arzuladığımdan daha yaxşı mükafatı, Səndən və Sənin vəlindən gözlədiyim mükafatı mənə əta et. Ey möminlərin vəlisi!
وَ لَكَ رَكَعْتُ وَ لَكَ سَجَدْتُ
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
فَاِنَّهُ لَا تَجُوْزُ الصَّلَاةُ
وَ الرُّكُوْعُ وَ السُّجُوْدُ اِلَّا لَكَ
لِاَنَّكَ اَنْتَ اللّٰهُ الَّذِيْ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
اَللّٰهُمَ‏ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَبْلِغْهُمْ عَنِّيۤ اَفْضَلَ‏ السَّلَامِ وَ التَّحِيَّةِ
وَ ارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلَامَ
اَللّٰهُمَّ وَ هَاتَانِ الرَّكْعَتَانِ هَدِيَّةٌ مِنِّيۤ
اِلٰى سَيِّدِيِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ
عَلَيْهِمَا السَّلَامُ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ عَلَيْهِ
وَ تَقَبَّلْهُمَا مِنِّيْ وَ اجْزِنِيْ عَلَيْهِمَاۤ
اَفْضَلَ اَمَلِيْ وَ رَجَاۤئِيْ فِيْكَ وَ فِيْ وَلِيِّكَ
يَا وَلِيَّ الْمُؤْمِنِيْنَ۔
Sonra o həzrətin qəbrini öp və de:
اَلسَّلَامُ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ
Salam olsun məzlum şəhid Hüseyn ibn Əliyə; o qətlə yetirilənə ki, onun üçün çox göz yaşı tökülür və o, müsibətlərdə əsirdir. Ey Allahım, mən şəhadət verirəm ki, o Sənin vəlin və Sənin vəlinin övladıdır. Sənin haqqını (bərpa etmək üçün) ayağa qalxan seçilmişdir. Onu Öz kəramətinlə girami etdin və şəhadət ilə həyatını başa çatdırdın. Onu ağalar içərisində ağa və öndərlər içərisində öndər qərar verdin. Onu pak doğum ilə girami etdin. Peyğəmbərlərin mirasını ona əta etdin. Canişinlər arasında onu məxluqata hüccət qərar verdin. O, dəvətdə bəhanə yeri qoymadı, xeyirxahlığını əsirgəmədi, canını Sənin yolunda fəda etdi, ta ki bəndələrini cəhalətdən və azğınlıq içərisində sərgərdan qalmaqdan nicat versin. Dünyanın aldatdığı, axirəti dünyaya satan və həvayi-nəfsin (tələsinə) düşən kəslər onun əleyhinə birləşdilər. Bununla Səni və Sənin peyğəmbərini qəzəbləndirdilər. Onlar təfriqə salanlara, münafiqlərə və Cəhənnəmə layiq olub günah yükünü daşıyanlara tabe oldular. O isə Sənin yolunda səbirlə və haqq-hesabla onlarla cihad etdi; cihada üz tutaraq, nəinki cihaddan qaçaraq. Qınayanların qınağı onu Allah yolundan döndərmədi, ta ki Sənə itaətkarlıq yolunda qanı töküldü və hörməti tapdalandı. Ey Allahım, onlara şiddətlə lənət et və onları acınacaqlı əzaba düçar et.
اَلْمَظْلُوْمِ الشَّهِيْدِ
قَتِيْلِ الْعَبَرَاتِ
وَ اَسِيْرِ الْكُرُبَاتِ
اَللّٰهُمَّ اِنِّيۤ اَشْهَدُ اَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ
وَ صَفِيِّكَ الثَّاۤئِرِ بِحَقِّكَ
اَكْرَمْتَهُ بِكَرَامَتِكَ
وَ خَتَمْتَ لَهُ بِالشَّهَادَةِ
وَ جَعَلْتَهُ سَيِّدًا مِنَ السَّادَةِ
وَ قَاۤئِدًا مِنَ الْقَادَةِ
وَ اَكْرَمْتَهُ بِطِيْبِ الْوِلَادَةِ
وَ اَعْطَيْتَهُ مَوَارِيْثَ الْاَنْبِيَاۤءِ
وَ جَعَلْتَهُ حُجَّةً عَلٰى خَلْقِكَ مِنَ الْاَوْصِيَاۤءِ
فَاَعْذَرَ فِيْ الدُّعَاۤءِ
وَ مَنَحَ النَّصِيْحَةَ
وَ بَذَلَ مُهْجَتَهُ فِيْكَ
حَتَّى اسْتَنْقَذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ [وَ خَيْبَةِ] الضَّلَالَةِ
وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا
وَ بَاعَ حَظَّهُ مِنَ الْاٰخِرَةِ بِالْاَدْنٰى
وَ تَرَدّٰى فِيْ هَوَاهُ
وَ اَسْخَطَكَ وَ اَسْخَطَ نَبِيَّكَ
وَ اَطَاعَ مِنْ عِبَادِكَ اُوْلِي الشِّقَاقِ وَ النِّفَاقِ
وَ حَمَلَةِ الْاَوْزَارِ الْمُسْتَوْجِبِيْنَ النَّارَ
فَجَاهَدَهُمْ فِيْكَ صَابِرًا مُحْتَسِبًا
مُقْبِلًا غَيْرَ مُدْبِرٍ
لَا تَأْخُذُهُ فِيْ اللّٰهِ لَوْمَةُ لَاۤئِمٍ
حَتّٰى سُفِكَ فِيْ طَاعَتِكَ دَمُهُ
وَ اسْتُبِيْحَ حَرِيْمُهُ
اَللّٰهُمَّ الْعَنْهُمْ لَعْنًا وَبِيْلًا
وَ عَذِّبْهُمْ عَذَابًا اَلِيْمًا۔
Sonra İmam Hüseynin (ə) qəbrinin ayaq tərəfində yerləşən Əli ibn Hüseynin (ə) (Əli Əkbərin) qəbrinə tərəf get və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
Salam olsun sənə ey Allahın vəlisi. Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusunun övladı. Salam olsun sənə ey dünya qadınlarının sərvəri Fatimənin övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey məzlum şəhid. Atam-anam sənə fəda olsun, xoşbəxt yaşadın və məzlumcasına şəhid edildin.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمَظْلُوْمُ الشَّهِيْدُ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ
عِشْتَ سَعِيْدًا
وَ قُتِلْتَ مَظْلُوْمًا شَهِيْدًا۔
Sonra digər şəhidlərin qəbrinə üz tutub de:
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الذَّآبُّوْنَ عَنْ تَوْحِيْدِ اللّٰهِ
Salam olsun sizə ey yeganə Allahı müdafiə edənlər. Salam olsun sizə etdiyiniz səbrə görə; (səbir edənlərin yeri) necə də gözəl yerdir! Atam-anam sizə fəda olsun, siz böyük nicata çatdınız.
اَلسَّلَامُ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ
فَنِعْمَ عُقْبَى الدَّارِ
بِاَبِيۤ اَنْتُمْ وَ اُمِّيْ
فُزْتُمْ فَوْزًا عَظِيْمًا۔
Sonra Abbas ibn Əlinin (ə) hərəminə tərəf hərəkət et. O həzrətin mübarək zərihi yanında dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ وَ الصِّدِّيْقُ الْمُوَاسِيْ
Salam olsun sənə ey ləyaqətli bəndə, çox-çox doğru danışan və (qardaşına) yardım edən. Şəhadət verirəm ki, sən Allaha iman gətirdin, Rəsulallahın övladına kömək etdin, Allah yoluna dəvət etdin və öz canınla (qardaşına) yardım etdin. Elə isə Allah tərəfindən ən yaxşı salam olsun sənə.
اَشْهَدُ اَنَّكَ اٰمَنْتَ بِاللّٰهِ
وَ نَصَرْتَ ابْنَ رَسُوْلِ اللّٰهِ
وَ دَعَوْتَ اِلٰى سَبِيْلِ اللّٰهِ
وَ وَاسَيْتَ بِنَفْسِكَ
فَعَلَيْكَ مِنَ اللّٰهِ اَفْضَلُ التَّحِيَّةِ وَ السَّلَامِ۔
Daha sonra de:
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ يَا نَاصِرَ دِيْنِ اللّٰهِ
Atam-anam sənə fəda olsun, ey Allahın dininin köməkçisi. Salam olsun sənə ey çox-çox doğru danışan Hüseynin köməkçisi. Salam olsun sənə ey şəhid Hüseynin köməkçisi. Salam olsun məndən sənə, nə qədər ki mən həyatdayam və gecə-gündüz baqidir.
اَلسَّلَامُ عَلَيْكَ يَا نَاصِرَ الْحُسَيْنِ الصِّدِّيْقِ
اَلسَّلَامُ عَلَيْكَ يَا نَاصِرَ الْحُسَيْنِ الشَّهِيْدِ
عَلَيْكَ مِنِّيِ السَّلَامُ
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ۔
Sonra o həzrətin qəbrinin baş tərəfində iki rəkət namaz qıl. Namazdan sonra İmam Hüseynin (ə) qəbrinin baş tərəfində oxunan duanı (yuxarda qeyd olundu) oxu. Həmin dua bu cür başlayır:
اَللّٰهُمَّ اِنِّىْ‏ صَلَّيْتُ۔۔۔
Ey Allahım, Sənin üçün namaz qıldım,...
Duadan sonra İmam Hüseynin (ə) hərəminə qayıt və orada istədiyin qədər qal (bu şərtlə ki, başqalarına mane olmayasan).
Vidalaşmaq istədikdə, o həzrətin qəbrinin baş tərəfində dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ
Salam olsun sənə ey mövlam: o kəsin salamı ki, nə ürəyi sıxılmış, nə də yorulmuşdur. Əgər geri dönürəmsə, bu, ürəyim sıxıldığına görə deyildir. Əgər qalıramsa, bu, Allahın səbir edənlərə verdiyi vədə bədgüman olduğuma görə deyildir. Ey mövlam, Allah mənim bu ziyarətimi sonuncu ziyərət qərar verməsin. Hərəminə qayıtmağı və orada qalmağı, şəhadət məkanında olmağı mənə ruzi etsin. Ey aləmlərin Rəbbi, duamı qəbul et.
سَلَامَ مُوَدِّعٍ لَا قَالٍ وَ لَا سَئِمٍ
فَاِنْ اَنْصَرِفْ فَلَا عَنْ مَلَالَةٍ
وَ اِنْ اُقِمْ فَلَا عَنْ سُوۤءِ ظَنٍّ
بِمَا وَعَدَ اللّٰهُ الصَّابِرِيْنَ
يَا مَوْلَايَ لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنِّيْ لِزِيَارَتِكَ
وَ رَزَقَنِي الْعَوْدَ اِلَيْكَ
وَ الْمَقَامَ فِيْ حَرَمِكَ
وَ الْكَوْنَ فِيْ مَشْهَدِكَ
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Axırda (əgər imkan olsa) o həzrətin qəbrini öp və geri-geri addımlayaraq hərəmdən xaric ol. Hərəmdən xaric olarkən de:
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ الْمَقَامِ
Salam olsun sənə ey (möminlərin) dayandığı dərgah. Salam olsun sənə ey Quranın şəriki. Salam olsun sənə ey düşmənlərə olan hüccət. Salam olsun sənə ey nicat gəmisi. Salam olsun sizə ey bu hərəmdə olan Rəbbimin mələklərinə. Salam olsun sənə nə qədər ki mən həyatdayam və gecə-gündüz baqidir.
اَلسَّلَامُ عَلَيْكَ يَا شَرِيْكَ الْقُرْاٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ الْخِصَامِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَفِيْنَةَ النَّجَاةِ
اَلسَّلَامُ عَلَيْكُمْ يَا مَلَاۤئِكَةَ رَبِّيَ
الْمُقِيْمِيْنَ فِيْ هٰذَا الْحَرَمِ
اَلسَّلَامُ عَلَيْكَ اَبَدًا
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
Ardınca de:
اِنَّا لِلّٰهِ وَ اِنَّاۤ اِلَيْهِ رَاجِعُوْنَ
Biz Allahınıq və Allaha tərəf qayıdacağıq. Uca və əzəmətli Allahdan qeyrisi üçün güc-qüvvə yoxdur.
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Qeyd edək ki, bu ziyarət üçün çox böyük savab qeyd olunmuşdur.