⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
AŞURA ZİYARƏTİ
1. Cabir Cu'fi deyir: "Aşura günü İmam Sadiqin (ə) yanına getdim. O həzrət mənə buyurdu: "Aşura gecəsi İmam Hüseynin (ə) qəbri kənarında gecələyən şəxs Qiyamət günü qanına boyanmış halda və sanki İmam Hüseynlə (ə) bir meydanda şəhid olubmuş kimi məhşərə gətirilər."
2. Aşura günü İmam Hüseyni (ə) ziyarət edən şəxsə Cənnət vacib olar.
3. Aşura günü İmam Hüseynin (ə) qəbri kənarında o həzrəti yad edib onun zəvvarına su verən səxs sanki İmam Hüseynin (ə) qoşununa su vermiş və həmin meydanda iştirak etmişdir.
4. Əlqəmə İmam Baqirə (ə) ərz edir: "Sənə fəda olum, Kərbəladan uzaq bir şəhərdə yaşayan və belə bir gündə (Aşura günündə) o həzrətin qəbrini ziyarət etmək imkanı olmayan kəsin hansı savabı olacaqdır?" İmam Baqir (ə) buyurdu: "Əgər belədirsə, o, açıq bir yerə getsin. İmam Hüseynə (ə) işarə edib o həzrətin qatillərinə lənət yağdırsın. Sonra iki rəkət namaz qılsın. Bu əməlləri günün əvvəlində və zöhrdən qabaq etsin. İmam Hüseyn (ə) üçün əzadarlıq etsin, ona ağlasın və ev əhlini əzadarlığa çağırsın. Matəm və əza məclisi qursun. (O həzrətin şiələri) rastlaşdıqda bir-birinə başsağlığı versinlər. Əgər belə etsələr, mən Allahın zəmanətini verirəm ki, bütün o savablar (bu hədisin əvvəlində Aşura günü İmam Hüseyni (ə) yaxından ziyarət edənlər üçün bəyan olunan savablar) onun üçün yazılar."
Əlqəmə deyir: "Mən ərz etdim: "Onlar rastlaşdıqda bir-birinə necə başsağlığı versinlər?" İmam Baqir (ə) buyurdu: "Belə desinlər:
اَعْظَمَ اللهُ اُجُوْرَنَا وَاُجُوْرَكُمْ بِمُصَابِنَا بِالْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ
İmam Hüseynin (ə) əzadarlığında Allah bizim savabımızı (əcrimizi) çox etsin.
وَجَعَلَنَا وَاِيَّاكُمْ مِنَ الطَّالِبِيْنَ بِثَارِهِ
Bizə və sizə o həzrətin qanının intiqamını almağı nəsib etsin,
مَعَ وَلِيِّهِ الْاِمَامِ الْمَهْدِىِّ مِنْ اٰلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلَامُ۔
Öz vəlisi Ali-Məhəmməddən (ə) olan İmam Məhdi (ə.f) ilə birlikdə.
Bu hədisin davamında deyilir: Əgər bu gün işi tətil edə bilsən yaxşı olar. Çünki bu gün nəhs gündür və möminin bu gündə işi səmərəsiz olar. Əgər səmərəsi olarsa, onun xeyir-bərəkəti olmaz. Həmçinin bu gündə heç biriniz evinizə azuqə yığmayın, çünki bu, ev əhlinə bərəkətli olmaz.
Bəzi hədislərdə Aşura gününün ziyarəti üçün qüsl etməyin müstəhəb olduğu da vurğulanmışdır. Digər günlərdə də ziyarət zamanı bu əməlləri qəsdi-rəca ilə yerinə yetirmək olar.
Aşura ziyarəti belədir:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللهِ
Salam olsun sənə ey Əba Əbdullah.
اَلسَّلَامُ عَلَيْكَ يَابْنَ رَسُوْلِ اللهِ
Salam olsun sənə ey Rəsulallahın övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا بْنَ اَمِيْرِ المُؤْمِنِيْنَ
Salam olsun sənə ey Əmirəl-mömininin övladı,
وَ ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
və vəsilərin sərvərinin övladı.
اَلسَّلَامُ عَلَيْكَ يَا بْنَ فَاطِمَةَ
Salam olsun sənə ey Fatimənin övladı,
سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
dünya qadınlarının sərvəri (olan Fatimənin).
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللهِ وَ ابْنَ ثَارِهِ وَالْوِتْرَ الْمَوْتُوْرَ
Salam olsun sənə ey o kəs ki, qanının intiqamını alan Allahdır və o kəsin övladı və intiqamı alınmamış qətlə yetirilən.
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ
Salam olsun sənə və sənin hərəminə (astanana) enən ruhlara.
عَلَيْكُمْ مِنِّيْ جَمِيْعًا سَلَامُ اللهِ اَبَدًا
Sizin hamınıza mənim tərəfimdən Allahın salamı olsun hər zaman;
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
nə qədər ki mən baqiyəm və gecə-gündüz baqidir.
يَاۤ اَبَا عَبْدِ اللهِ،
Ey Əba Əbdullah!
لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ
Həqiqətən sənin müsibətin (və dərdi) böyük oldu.
وَ جَلَّتْ وَ عَظُمَتِ الْمُصِيْبَةُ بِكَ
Sənin müsibətin çox ağır və böyük oldu
عَلَيْنَا وَ عَلٰى جَمِيْعِ اَهْلِ الْاِسْلَامِ
bizim üçün və bütün İslam əhli üçün.
وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيْبَتُكَ
Sənin müsibətin ağır və əzəmətli oldu
فِيْ السَّمٰوَاتِ عَلٰى جَمِيْعِ اَهْلِ السَّمٰوَاتِ
asimanlarda, bütün göy əhli üçün.
فَلَعَنَ اللهُ اُمَّةً اَسَّسَتْ اَسَاسَ الظُّلْمِ وَ الْجَوْرِ عَلَيْكُمْ اَهْلَ الْبَيْتِ
Allah lənət etsin o camaata ki, siz Əhli-beytə qarşı zülm və sitəmin əsasını qoydular.
وَلَعَنَ اللهُ اُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقَامِكُمْ
Allah lənət etsin o camaata ki, sizi (öz) məqamınızdan kənarlaşdırdılar,
وَ اَزَالَتْكُمْ عَنْ مَرَاتِبِكُمُ الَّتِيْ رَتَّبَكُمُ اللهُ فِيْهَا
və sizi Allahın sizə verdiyi rütbələrdən (dərəcələrdən) uzaqlaşdırdılar.
وَ لَعَنَ اللهُ اُمَّةً قَتَلَتْكُمْ
Allah lənət etsin o camaata ki, sizi qətlə yetirdilər.
وَ لَعَنَ اللهُ الْمُمَهِّدِيْنَ لَهُمْ
Allah lənət etsin o kəslərə ki, (yol) hazırladılar,
بِا لتَّمْكِيْنِ مِنْ قِتَالِكُمْ
sizinlə döyüşmək imkanını (onlara verməklə).
بَرِئْتُ اِلَى اللهِ وَ اِلَيْكُمْ مِنْهُمْ
Onlardan Allaha və sizə bəraət edirəm (uzaq olduğumu bildirirəm),
وَ مِنْ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ وَ اَوْلِيَاۤئِهِمْ
onların ardıcıllarından, tabe olanlarından və dostlarından.
يَاۤ اَبَا عَبْدِ اللهِ
Ey Əba Əbdullah!
اِنِّيْ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ
Mən sizinlə sülhdə olan kəslə sülhdəyəm,
وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ اِلٰى يَوْمِ الْقِيٰمَةِ
və sizinlə mübarizə (müharibə) aparanla Qiyamətədək müharibədəyəm.
وَ لَعَنَ اللهُ اٰلَ زِيَادٍ وَ اٰلَ مَرْوَانَ
Allah lənət etsin Ziyadın xanidanına və Mərvanın xanidanına.
وَلَعَنَ اللهُ بَنِيۤ اُمَيَّةَ قَاطِبَةً
Allah lənət etsin Bəni-Uməyyəyə hamılıqla.
وَ لَعَنَ اللهُ بْنَ مَرْجَانَةَ
Allah lənət etsin Mərcanənin oğluna (İbn Ziyada).
وَ لَعَنَ اللهُ عُمَرَبْنَ سَعْدٍ
Allah lənət etsin Ömər ibn Sədə.
وَ لَعَنَ اللهُ شِمْرًا،
Allah lənət etsin Şimrə.
وَلَعَنَ اللهُ اُمَّةً اَسْرَجَتْ وَاَلْجَمَتْ
Allah lənət etsin o camaata ki, (atları) yəhərlədilər və cilovladılar,
وَ تَنَقَّبَتْ لِقِتَالِكَ
və səninlə döyüşmək üçün niqab (hazırlıq) taxdılar.
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ
Atam-anam sənə fəda olsun!
لَقَدْ عَظُمَ مُصَابِيْ بِكَ
Həqiqətən sənin müsibətin mənə çox ağır oldu.
فَاَسْئَلُ اللهَ الَّذِيۤ اَكْرَمَ مَقَامَكَ وَ اَكْرَمَنِيْ بِكَ
Sənin məqamını əziz tutan və məni də sənə xatir əziz tutan Allahdan istəyirəm ki,
اَنْ يَّرْزُقَنِيْ طَلَبَ ثَارِكَ
sənin qanının intiqamını almağı mənə ruzi etsin,
مَعَ اِمَامٍ مَنْصُوْرٍ مِنْ اَهْلِ بَيْتِ مُحَمَّدٍ
Məhəmməd Əhli-beytindən olan kömək edilmiş (mənsur) İmam ilə birgə.
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı olsun ona və xanidanına.
اَللّٰهُمَّ اجْعَلْنِيْ عِنْدَكَ وَجِيْهًا
Ey Allahım, məni Sənin yanında hörmətli (vəcih) et,
بِالْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
Hüseynin (ə) hörmətinə dünya və axirətdə.
يَاۤ اَبَا عَبْدِ اللهِ
Ey Əba Əbdullah!
اِنِّيۤ اَتَقَرَّبُ اِلَى اللهِ وَ اِلٰى رَسُوْلِهِ
Mən Allaha və Onun elçisinə (Rəsuluna) yaxınlaşıram,
وَ اِلٰىۤ اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَ اِلٰى فَاطِمَةَ
Əmirəl-mömininə, Fatiməyə,
وَاِلَى الْحَسَنِ وَ اِلَيْكَ بِمُوَالَاتِكَ
Həsənə və sənə (yaxınlaşıram) səni sevməklə (vəlayətinlə),
وَ بِالْبَرَاۤئَةِ (مِمَّنْ قَاتَلَكَ
və (səninlə döyüşənlərdən bəraət etməklə,
وَ نَصَبَ لَكَ الْحَرْبَ
və səninlə müharibəyə qalxanlardan,
وَ بِالْبَرَاۤئَةِ مِمَّنْ اَسَّسَ اَسَاسَ الظُّلْمِ وَالْجَوْرِ عَلَيْكُمْ
və sizə zülmün əsasını qoyanlardan bəraət etməklə).
وَ اَبْرَءُ اِلَى اللهِ وَ اِلٰى رَسُوْلِهِ)
Allaha və Onun Rəsuluna bəraət edirəm (şikayətçiyəm),
مِمَّنْ اَسَّسَ اَسَاسَ ذٰلِكَ
bu işin əsasını (təməlini) qoyanlardan,
وَ بَنٰى عَلَيْهِ بُنْيَانَهُ
və onun üzərində (zülm) binasını quranlardan,
وَ جَرٰى فِيْ ظُلْمِهِ وَجَوْرِهِ عَلَيْكُمْ وَ عَلٰىۤ اَشْيَاعِكُمْ
sizə və sizin ardıcıllarınıza zülm etməkdə davam edənlərdən.
بَرِئْتُ اِلَى اللهِ وَ اِلَيْكُمْ مِنْهُمْ
Allaha və sizə onlardan bəraət edirəm.
وَ اَتَقَرَّبُ اِلَى اللهِ ثُمَّ اِلَيْكُمْ
Allaha, sonra isə sizə yaxınlaşıram
بِمُوَالَاتِكُمْ وَ مُوَالَاةِ وَلِيِّكُمْ
sizi və dostlarınızı sevməklə,
وَ بِالْبَرَاۤئَةِ مِنْ اَعْدَاۤئِكُمْ
düşmənlərinizdən bəraət etməklə,
وَ النَّاصِبِيْنَ لَكُمُ الْحَرْبَ
və sizinlə müharibəyə qalxanlardan,
وَبِالْبَرَاۤئَةِ مِنْ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ
onların ardıcıllarından və tabe olanlarından (bəraət etməklə).
اِنِّيْ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ
Mən sizinlə sülhdə olanla sülhdəyəm,
وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ
sizinlə döyüşəndə döyüşdəyəm,
وَوَلِيٌّ لِمَنْ وَالَاكُمْ
sizi sevənlə dostam (vəliyəm),
وَ عَدُ وٌّ لِمَنْ عَادَاكُمْ
sizinlə düşmən olanla düşmənəm.
فَاَسْئَلُ اللهَ الَّذِىۤ اَكْرَمَنِيْ بِمَعْرِفَتِكُمْ
Sizi tanımaqla (mərifətinizlə) məni əziz tutan Allahdan istəyirəm,
وَ مَعْرِفَةِ اَوْلِيَاۤئِكُمْ
və dostlarınızı tanımaqla (əziz tutan),
وَ رَزَقَنِى الْبَرَاۤئَةَ مِنْ اَعْدَاۤئِكُمْ
və düşmənlərinizdən bəraət etməyi mənə ruzi edəndən (istəyirəm ki),
اَنْ يَجْعَلَنِيْ مَعَكُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
məni dünya və axirətdə sizinlə birlikdə etsin,
وَ اَنْ يُّثَبِّتَ لِيْ عِنْدَ كُمْ قَدَمَ صِدْقٍ
və sizin yanınızda sədaqət (sidq) qədəmimi sabit etsin,
فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
həm dünyada, həm də axirətdə.
وَ اَسْئَلُهُ اَنْ يُّبَلِّغَنِيَ الْمَقَامَ الْمَحْمُوْدَ لَكُمْ عِنْدَ اللهِ
Ondan istəyirəm ki, məni Sənin Allah yanındakı bəyənilən məqamına çatdırsın,
وَ اَنْ يَّرْزُقَنِيْ طَلَبَ ثَارِيْ
və mənə (sizin) qanınızın intiqamını almağı ruzi etsin,
مَعَ اِمَامٍ هُدًى ظَاهِرٍ
aşkar olan hidayətçi bir İmam ilə,
نَاطِقٍ بِالْحَقِّ مِنْكُمْ
sizdən olan haqqı deyən (natiq) ilə.
وَ اَسْئَلُ اللهَ بِحَقِّكُمْ
Sizin haqqınıza xatir Allahdan istəyirəm,
وَ بِالشَّاْنِ الَّذِىْ لَكُمْ عِنْدَهٗ
və Onun yanındakı uca şəninizə xatir (istəyirəm) ki,
اَنْ يُّعْطِيَنِيْ بِمُصَابِيْ بِكُمْ
mənə sizin müsibətinizə görə əta etsin
اَفْضَلَ مَا يُعْطِيْ مُصَابًا بِمُصِيْبَتِهٖ
bir müsibət çəkənə (çəkdiyi) müsibətə görə verdiyi ən yaxşı mükafatı.
مُصِيْبَةً مَاۤ اَعْظَمَهَا
Nə qədər də böyük bir müsibətdir!
وَ اَعْظَمَ رَزِيَّتَهَا فِيْ الْاِسْلَامِ
İslamda nə qədər ağır bir dərddir (rəziyyədir),
وَ فِيْ جَمِيْعِ السَّمٰوَاتِ وَ الْاَرْضِ
həmçinin bütün göylərdə və yerdə!
اَللّٰهُمَّ اجْعَلْنِيْ فِىْ مَقَامِيْ هٰذَا
Ey Allahım, məni bu dayandığım yerdə (məqamda) et
مِمَّنْ تَنَالُهُ مِنْكَ صَلَوَاتٌ وَ رَحْمَةٌ وَ مَغْفِرَةٌ
o kəslərdən ki, Sən ona salavat, rəhmət və bağışlanma göndərirsən.
اَللّٰهُمَّ اجْعَلْ مَحْيَاىَ مَحْيَا مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ،
Allahım, mənim həyatımı Məhəmməd və Ali-Məhəmməd həyatı et,
وَ مَمَاتِيْ مَمَاتَ مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
və ölümümü Məhəmməd və Ali-Məhəmməd ölümü et.
اَللّٰهُمَّ اِنَّ هٰذَا يَوْمٌ
Ey Allahım, həqiqətən bu elə bir gündür ki,
تَبَرَّكَتْ بِهٖ بَنُوْ اُمَيَّةَ
Bəni-Uməyyə onu mübarək hesab etdi,
وَابْنُ اٰكِلَةِ الْاَكْبَادِ
həmçinin ciyər yeyənin oğlu,
اللَّعِيْنُ ابْنُ اللَّعِيْنِ
o məlun oğlu məlun ki,
عَلٰى لِسَانِكَ وَ لِسَانِ نَبِيِّكَ
Sənin və Peyğəmbərinin dilində (lənətlənmişdir),
صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهٖ
Allahın salamı olsun ona və xanidanına,
فِيْ كُلِّ مَوْطِنٍ وَ مَوْقِفٍ
hər bir yerdə və məqamda (mövqedə),
وَ قَفَ فِيْهِ نَبِيُّكَ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ
ki, Peyğəmbərin orada dayanmışdır.
اَللّٰهُمَّ الْعَنْ اَبَا سُفْيَانَ وَ مُعَاوِيَةَ وَ يَزِيْدَ بْنَ مُعَاوِيَةَ
Allahım, Əbu Süfyana, Müaviyəyə və Yezid ibn Müaviyəyə lənət et;
عَلَيْهِمْ مِنْكَ اللَّعْنَةُ اَبَدَ الْاٰبِدِيْنَ
onlara Sənin tərəfindən əbədi lənət olsun!
وَ هٰذَا يَوْمٌ فَرِحَتْ بِهٖ اٰلُ زِيَادٍ وَ اٰلُ مَرْوَانَ
Bu gün Ziyadın və Mərvanın xanidanının sevindiyi gündür,
بِقَتْلِهِمُ الْحُسَيْنَ صَلَوٰاتُ اللهِ عَلَيْهِ
Hüseyni (Allahın salamı ona olsun) öldürdüklərinə görə.
اَللّٰهُمَّ فَضَاعِفْ عَلَيْهِمُ الَّعْنَ مِنْكَ
Allahım, onlara olan lənətini qat-qat artır,
وَ الْعَذَابَ الْاَلِيْمَ
və (onlara) acınacaqlı əzab ver.
اَللّٰهُمَّ اِنِّيۤ اَتَقَرَّبُ اِلَيْكَ فِيْ هٰذَا الْيَوْمِ
Allahım, mən bu gündə Sənə yaxınlaşıram,
وَ فِيْ مَوْقِفِيْ هٰذَا
və bu dayandığım yerdə,
وَ اَيَّامِ حَيٰوتِيْ
və bütün həyatım boyu (günləri boyu),
بِالْبَرَاۤئَةِ مِنْهُمْ وَ اللَّعْنَةِ عَلَيْهِمْ
onlardan bəraət etməklə və onlara lənət yağdırmaqla,
وَ بِاالْمُوَالَاتِ لِنَبِيِّكَ وَ اٰلِ نَبِيِّكَ
və Sənin Peyğəmbərini və Onun xanidanını sevməklə,
عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلَامُ۔
ona və onlara salam olsun!
Sonra yüz dəfə de:
اَللّٰهُمَّ الْعَنْ اَوَّلَ ظَالِمٍ
Ey Allahım, ilk zalıma lənət et,
ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
o kəsə ki, Məhəmməd və Ali-Məhəmmədin haqqına zülm etdi,
وَ اٰخِرَ تَابِعٍ لَهٗ عَلٰى ذٰلِكَ
və bu yolda ona tabe olan sonuncu kəsə qədər.
اَللّٰهُمَّ الْعَنِ الْعِصَابَةَ الَّتِيْ جَاهَدَتِ الْحُسَيْنَ (عَلَیْہِ السَّلَامُ)
Allahım, Hüseynlə (ə) döyüşən dəstəyə lənət et,
وَ شَايَعَتْ وَ بَايَعَتْ وَ تَابَعَتْ عَلٰى قَتْلِهٖ
o kəslər ki, onun qətlində əlbir oldular, beyət etdilər və tabe oldular.
اَللّٰهُمَّ الْعَنْهُمْ جَمِيْعًا۔
Allahım, onların hamısına lənət et.
Sonra yüz dəfə de:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللهِ
Salam olsun sənə ey Əba Əbdullah,
وَ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ
və sənin hərəminə (astanana) enən ruhlara.
عَلَيْكَ مِنِّيْ سَلَامُ اللهِ اَبَدًا
Mənim tərəfimdən sənə əbədi Allahın salamı olsun,
مَّا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
nə qədər ki, mən varam və gecə-gündüz vardır.
وَ لَا جَعَلَهُ اللهُ اٰخِرَ الْعَهْدِ مِنِّيْ لِزِيَارَتِكُمْ
Allah bu ziyarəti mənim sizə olan axırıncı əhdim (ziyarətim) qərar verməsin.
اَلسَّلَامُ عَلَى الْحُسَيْنِ
Salam olsun Hüseynə,
وَ عَلٰى عَلِيِّ بْنِ الْحُسَيْنِ
Hüseynin övladı Əliyə (Zeynul-abidinə),
وَ عَلٰى اَوْلَادِ الْحُسَيْنِ
Hüseynin (digər) övladlarına,
وَ عَلٰى اَصْحَابِ الْحُسَيْنِ۔
və Hüseynin səhabələrinə.
Daha sonra de:
اَللّٰهُمَّ خُصَّ اَنْتَ اَوَّلَ ظَالِمٍ بِاللَّعْنِ مِنِّيْ
Ey Allahım, Sən birinci zalımı mənim tərəfimdən xüsusi lənətə şamil et,
وَابْدَاْ بِهٖ اَوَّلًا
və buna birincidən başla,
ثُمَّ الْعَنِ الثَّانِيْ وَ الثَّالِثَ وَ الرَّابِعَ
sonra ikinciyə, üçüncüyə və dördüncüyə lənət et.
اَللّٰهُمَّ الْعَنْ يَزِيْدَ خَامِسًا
Allahım, Yezidə beşinci olaraq lənət et.
وَ الْعَنْ عُبَيْدَ اللهِ بْنَ زِيَادٍ وَابْنَ مَرْجَانَةَ
Və lənət et Ubeydullah ibn Ziyada və Mərcanənin oğluna,
وَ عُمَرَبْنَ سَعْدٍ وَ شِمْرًا
Ömər ibn Sədə və Şimrə,
وَ اٰلَ اَبِيْ سُفْيَانَ وَ اٰلَ زِيَادٍ وَ اٰلَ مَرْوَانَ
Əbu Süfyanın xanidanına, Ziyadın xanidanına və Mərvanın xanidanına,
اِلىٰ يَوْمِ الْقِيَامَةِ۔
Qiyamət gününədək!
Sonra səcdəyə get və de:
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ
Allahım, Sənə həmd olsun,
حَمْدَ الشَّاكِرِيْنَ لَكَ عَلٰى مُصَابِهِمْ
o şükür edənlərin həmd-sənası ki, onların müsibətinə görə Sənə şükür edirlər.
اَلْحَمْدُ لِلّٰهِ عَلٰى عَظِيْمِ رَزِيَّتِىْ
Müsibətimin (bu ağır dərdimin) böyüklüyünə görə Allaha həmd olsun.
اَللّٰهُمَّ ارْزُقْنِيْ شَفَاعَةَ الْحُسَيْنِ (عَلَیْہِ السَّلَامُ) يَوْمَ الْوُرُوْدِ
Allahım, (Qiyamət səhrasına) daxil olan gün Hüseynin (ə) şəfaətini mənə ruzi et;
وَ ثَبِّتْ لِيْ قَدَمَ صِدْقٍ عِنْدَكَ
və Sənin yanında mənim üçün sədaqət qədəmini sabit et,
مَعَ الْحُسَيْنِ وَ اَصْحَابِ الْحُسَيْنِ
Hüseynlə və Hüseynin səhabələri ilə birgə,
الَّذِيْنَ بَذَلُوْا مُهَجَهُمْ دُوْنَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ۔
o kəslər ki, Hüseynin (ə) yolunda canlarını (qanlarını) fəda etdilər.
Lənət və salamı yüz dəfə deməyə imkanı olmayanlar bunu bir dəfə deyə bilərlər (qəsdi-rəca ilə).