ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ƏRBƏİN ZİYARƏTİ
Şeyx Tusinin "Təhzib" və "Misbahul-mutəhəccid" kitablarında İmam Həsən Əsgəridən (ə) nəql etdiyi bir hədisdə "Ərbəin ziyarəti" möminin əlamətlərindən biri hesab olunmuşdur. İmam Həsən Əsgəri (ə) buyurur: "Möminin beş əlaməti var: gün ərzində əlli bir rəkət namaz qılmaq (on yeddi rəkət vacib namaz və otuz dörd rəkət nafilə namazı), "Ərbəin ziyarəti"ni oxumaq, sağ ələ üzük taxmaq, torpaq üzərinə səcdə etmək və "Bismilləhir rahmənir rahim"i ucadan demək (namazda)".
"Ərbəin ziyarəti" 2 şəkildə nəql olunmuşdur:
BİRİNCİ ZİYARƏT
Şeyx Tusi nəql edir ki, Səfvan Cəmmal dedi: "Mövlam İmam Sadiq (ə) "Ərbəin ziyarəti" ilə bağlı mənə buyurdu: "Gün qalxanda İmam Hüseynə (ə) xitabən de:
اَلسَّلَامُ عَلٰى وَلِيِّ اللّٰهِ وَ حَبِيْبِهِ
Salam olsun Allahın vəlisinə və Onun sevimlisinə. Salam olsun Allahın dostuna və Onun sirdaşına. Salam olsun Allah tərəfindən seçilmişə və Allah tərəfindən seçilmişin övladına. Salam olsun məzlum (zülmə məruz qalan) və (Allah yolunda) şəhid olan Hüseynə. Salam olsun müsibətlər əlində əsir olana və o qətlə yetirilənə ki, onun üçün çox göz yaşı axıdılır. Ey Allahım, şəhadət verirəm ki, həqiqətən o, Sənin vəlin və Sənin vəlinin övladı, Sənin seçdiyin və Sənin seçdiyinin övladı idi. O, Sənin kəramətinlə nicat tapdı. Şəhadət məqamını bəxş etməklə onu girami etdin, səadət və xoşbəxtliyi ona aid etdin, pak mövlud olmasını seçdin. Onu seyidlər (ağalar) arasında seyid, öndərlər arasında öndər və haqq müdafiəçiləri arasında müdafiəçi qərar verdin. Peyğəmbərlərin mirasını ona əta etdin və onu məxluqatına vəsilər (canişinlər) arasından hüccət qərar verdin. Beləcə, o, camaatı dəvət etməkdə bir üzr yeri qoymadı və xeyirxahlığı əsirgəmədi. Ürəyinin qanını Sənin yolunda fəda etdi, ta ki Sənin bəndələrini cəhalət və azğınlıq sərgərdanlığından qurtarsın. Bir halda ki, dünyaya aldananlar və öz paylarını ən dəyərsiz şeyə dəyişənlər və axirtələrini ən ucuz qiymətə satanlaronun əleyhinə əlbir oldular. Həvayi-nəfsə görə süqut etdilər, Səni və Peyğəmbərini qəzəbə gətirdilər. Onlr Sənin bəndələrin arasından ixtilaf, nifaq (münafilik) və Cəhənnəmə layiq olan günah yükünü dayıyanlara itaət etdilər. Beləcə o, Sənin yolunda səbirlə və hesab-kitabla onlarla cihad etdi, ta ki Sənə itaətkarlıq yolunda qanı axıdıldı və hörməti sındırıldı. Ey Allahım, onlara çox-çox lənət et və onları acınacaqlı əzaba düçar et. Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey canişinlərin sərvərinin övladı. Şəhadət verirəm ki, həqiqətən sən Allahın əminisən və Allahın əmininin övladısan. Sən xoşbəxt yaşadın, bəyənilən şəkildə dünyadan getdin, məzlumcasına və şəhid olaraq öldün. Şəhadət verirəm ki, Allah sənə vədə verdiyinə əməl etdi, səndən öz köməkliyini əsirgəyəni həlak etdi və səni şəhid edəni əzaba düçar etdi. Şəhadət verirəm ki,sən Allahın əhdinə vəfa etdin və Onun yolunda cihad edtin, ta ki ölümün yetişdi. Elə isə, Allah sənin qatillərinə, sənə zülm edənlərə və bu hadisəni eşidib razı olanlara lənət etsin. Ey Allahım, şəhadət verirəm ki, mən onun dostlarının dostuyam və düşmənləri ilə düşmənəm. Atam-anam sənə fəda olsun ey Rəsulallahın övladı. Şəhadət verirəm ki, sən şəni uca sülblərdə və pakizə bətnlərdə bir nur idin. Cahiliyyət dövranı səni öz napaklığına bulaşdırmadı və öz çirkli paltarlarını sənə geyindirmədi. Şəhadət verirəm ki, sən dininsütunlarından. Müsəlmanların dayaqlarından və mğminlərin pənahgahlarındansan. Şəhadət verirəm ki, sən yaxşı əməl sahibi, təqvalı, bəyənilən. pakizə, hidayət edən və hidayət olunmuş bir imamsan (rəhbərsən, öndərsən). Şəhadət verirəm ki, sənin övladlarından olan imamlar təqvanın əsasları, hidayət nişanələri, (hidayətin) möhkəm ipi, dünya əhlinə (Allahln) hüccətidirlər. Şəhadət verirəm ki, sizə imanım vardır, dinimin qanunları və əməlimin xətmi vasitəsilə sizin dönüşünüzə əminəm. Qəlbim sizin qəlbinizə təslimdir, əməlim sizin əməlinizə tabedir, Allah sizə icazə verdikdə mən sizə köməyə hazıram. Odur ki, sizinlə olan sizinlədir, sizin düşmənlərinizlə deyil. Allahın salamı olsun sizə, sizin ruhlarınıza, bədənlərinizə, hazır və qayibinizə, zahir və batininizə. Duamı qəbul et, ey aləmlərin rəbbi.
اَلسَّلَامُ عَلٰى خَلِيْلِ اللّٰهِ وَ نَجِيْبِهِ
اَلسَّلَامُ عَلٰى صَفِيِّ اللّٰهِ وَ ابْنِ صَفِيِّهِ
اَلسَّلَامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُوْمِ الشَّهِيْدِ
اَلسَّلَامُ عَلٰى اَسِيْرِ الْكُرُبَاتِ
وَ قَتِيْلِ الْعَبَرَاتِ
اَللّٰهُمَّ اِنِّيۤ اَشْهَدُ اَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ
وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ
الْفَاۤئِزُ بِكَرَامَتِكَ
اَكْرَمْتَهُ بِالشَّهَادَةِ
وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ
وَ اجْتَبَيْتَهُ بِطِيْبِ الْوِلَادَةِ
وَ جَعَلْتَهُ سَيِّدًا مِنَ السَّادَةِ
وَ قَاۤئِدًا مِنَ الْقَادَةِ
وَ ذَاۤئِدًا مِنَ الذَّادَةِ
وَ اَعْطَيْتَهُ مَوَارِيْثَ الْاَنْبِيَاۤءِ
وَ جَعَلْتَهُ حُجَّةً عَلٰى خَلْقِكَ مِنَ الْاَوْصِيَاۤءِ
فَاَعْذَرَ فِيْ الدُّعَاۤءِ
وَ مَنَحَ النُّصْحَ
وَ بَذَلَ مُهْجَتَهُ فِيْكَ
لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ
وَ حَيْرَةِ الضَّلَالَةِ
وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا
وَ بَاعَ حَظَّهُ بِالْاَرْذَلِ الْاَدْنٰى
وَ شَرٰى اٰخِرَتَهُ بِالثَّمَنِ الْاَوْكَسِ
وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِيْ هَوَاهُ
وَ اَسْخَطَكَ وَ اَسْخَطَ نَبِيَّكَ
وَ اَطَاعَ مِنْ عِبَادِكَ اَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ
وَ حَمَلَةَ الْاَوْزَارِ الْمُسْتَوْجِبِيْنَ النَّارَ [لِلنَّارِ]
فَجَاهَدَهُمْ فِيْكَ صَابِرًا مُحْتَسِبًا
حَتّٰى سُفِكَ فِيْ طَاعَتِكَ دَمُهُ
وَ اسْتُبِيْحَ حَرِيْمُهُ
اَللّٰهُمَّ فَالْعَنْهُمْ لَعْنًا وَبِيْلًا
وَ عَذِّبْهُمْ عَذَابًا اَلِيْمًا
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْاَوْصِيَاۤءِ
اَشْهَدُ اَنَّكَ اَمِيْنُ اللّٰهِ وَ ابْنُ اَمِيْنِهِ
عِشْتَ سَعِيْدًا
وَ مَضَيْتَ حَمِيْدًا
وَ مُتَّ فَقِيْدًا مَظْلُوْمًا شَهِيْدًا
وَ اَشْهَدُ اَنَّ اللّٰهَ مُنْجِزٌ مَا وَعَدَكَ
وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ
وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ
وَ اَشْهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللّٰهِ
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِهِ حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
فَلَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ ظَلَمَكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً سَمِعَتْ بِذٰلِكَ فَرَضِيَتْ بِهِ
اَللّٰهُمَّ اِنِّيۤ اُشْهِدُكَ اَنِّي وَلِيٌّ لِمَنْ وَالَاهُ
وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوْرًا فِي الْاَصْلَابِ الشَّامِخَةِ
وَ الْاَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ]
لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِاَنْجَاسِهَا
وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا
وَ اَشْهَدُ اَنَّكَ مِنْ دَعَاۤئِمِ الدِّيْنِ
وَ اَرْكَانِ الْمُسْلِمِيْنَ
وَ مَعْقِلِ الْمُؤْمِنِيْنَ
وَ اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الْبَرُّ التَّقِيُّ
الرَّضِيُّ الزَّكِيُّ
الْهَادِي الْمَهْدِيُّ
وَ اَشْهَدُ اَنَّ الْاَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوٰى
وَ اَعْلَامُ الْهُدٰى
وَ الْعُرْوَةُ الْوُثْقٰى
وَ الْحُجَّةُ عَلٰى اَهْلِ الدُّنْيَا
وَ اَشْهَدُ اَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِاِيَابِكُمْ
مُوْقِنٌ بِشَرَاۤئِعِ دِيْنِيْ وَ خَوَاتِيْمِ عَمَلِيْ
وَ قَلْبِيْ لِقَلْبِكُمْ سِلْمٌ
وَ اَمْرِيْ لِاَمْرِكُمْ مُتَّبِعٌ
وَ نُصْرَتِيْ لَكُمْ مُعَدَّةٌ
حَتّٰى يَأْذَنَ اللّٰهُ لَكُمْ
فَمَعَكُمْ مَعَكُمْ
لَا مَعَ عَدُوِّكُمْ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكُمْ
وَ عَلٰىۤ اَرْوَاحِكُمْ وَ اَجْسَادِكُمْ [اَجْسَامِكُمْ‏]
وَ شَاهِدِكُمْ وَ غَاۤئِبِكُمْ
وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Sonra iki rəkət namaz qıl. Namazdan sonra istədiyin duaları et və geri qayıt.
İKİNCİ ZİYARƏT
Mərhum Əllamə Məclisi Seyid İbn Tavusdan nəql edir ki, Cabir ibn Abdullahın Əta (Ətiyyə) adlı bir dostu deyir: "Səfər ayının iyirminci günü Cabir ibn Abdullah Ənsari ilə birlikdə idim. Kərbəlaya çatdıqda o, Fərat çayında qüsl etdi, özü lə götürdüyü təmiz və pak köynəyi geyindi. Sonra mənə dedi: "Yanında bir ətir varmı?" Mən: "Bəli" – dedim. O. ətirdən bir qədər başına və bədəninə vurdu, sonra ayaq yalın yola düşdü. İmam Hüseynin (ə) qəbrinə çatdıqda qəbrin baş tərəfində dayandı və üç dəfə "Əllahu əkbər" dedi. Bunu deyib huşsuz vəziyyətdə yerə yıxıldı. Huşu özünə gəldikdə onun belə dediyini eşitdim: Salam olsun sizə ey Allahın xanidanı...
Bu, Rəcəb ayının ortasında oxunan ziyarətdir ("Rəcəb ayının 15-ci gününün məxsus ziyarəti")