ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM KAZİMİN (Ə) ZİYARƏTİ
Seyid İbn Tavus nəql edir: O həzrəti ziyarət etmək istədikdə qüsl et. Sonra təmkinlə və vüqarla hərəmə tərəf hərəkət et. Hərəmin qapısına çatdıqda dayan və de:
اَللّٰهُ اَكْبَرُ اَللّٰهُ اَكْبَرُ
Allah böyükdür, Allah böyükdür. Allahdan qeyri ilah yoxdur. Allah böyükdür. Həmd-səna Allaha məxsusdur, ondan ötrü ki, Öz dininə hidayət etmiş və yoluna dəvət etmək tofiqi vermişdir. Ey Allahım, həqiqətən Sən ən girami məqsəd və ən layiqli ev sahibisən. Mən Sənin dərgahına gəlmişəm, bir halda ki, Peyğəmbərinin qızının övladı vasitəsilə Sənə yaxınlaşmaq istəyirəm. Sənin salamın olsun ona, onu pak atalarına və pak övladlarına.Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Səyimin puç etmə və ümidimi qırma. Dünya və axirətdə məni qəbul olunmuşlardan və müqərrəblərdən qərar ver.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ وَ اللّٰهُ اَكْبَرُ
اَلْحَمْدُ لِلّٰهِ عَلٰى هِدَايَتِهِ لِدِيْنِهِ
وَ التَّوْفِيْقِ لِمَا دَعَا اِلَيْهِ مِنْ سَبِيْلِهِ
اَللّٰهُمَّ اِنَّكَ اَكْرَمُ مَقْصُوْدٍ
وَ اَكْرَمُ مَأْتِيٍّ
وَ قَدْ اَتَيْتُكَ مُتَقَرِّبًا اِلَيْكَ
بِابْنِ بِنْتِ نَبِيِّكَ
صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلٰى اٰبَاۤئِهِ الطَّاهِرِيْنَ
وَ اَبْنَاۤئِهِ الطَّيِّبِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ لَا تُخَيِّبْ سَعْيِيْ
وَ لَا تَقْطَعْ رَجَاۤئِيْ
وَ اجْعَلْنِيْ عِنْدَكَ وَجِيْهًا
فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ وَ مِنَ الْمُقَرَّبِيْنَ۔
İçəri daxil olarkən de:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
Allahın adı ilə, Allahın köməyi ilə, Allah yolunda, Rəsulallahın – Allahın salamı olsun ona və xanidanına – dinində. Ey Allahım, məni, ata-anamı, bütün mömin və möminələri bağışla.
وَ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ عَلٰى مِلَّةِ رَسُوْلِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَللّٰهُمَّ اغْفِرْ لِيْ وَ لِوَالِدَيَّ
وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ۔
Gümbəzin yerləşdiyi otağın qapısına çatdıqda dayan və izn istəyərək de:
اَاَدْخُلُ يَا رَسُوْلَ اللّٰهِ
Daxil olummu, ey Rəsulallah? Daxil olummu, ey Allahın peyğəmbəri? Daxil olummu, ey Məhəmməd ibn Abdullah? Daxil olummu, ey Əmirəl-möminin? Daxil olummu, ey Əba Məhəmməd Həsən? Daxil olummu, ey Əba Əbdillah Hüseyn? Daxil olummu, ey Əba Məhəmməd Əli ibn Hüseyn? Daxil olummu, ey Əba Cəfər Məhəmməd ibn Əli? Daxil olummu, ey Əba Əbdillah Cəfər ibn Məhəmməd? Daxil olummu, ey mövlam, ey Əbəl-Həsən Musa ibn Cəfər? Daxil olummu, ey mövlam, ey Əba Cəfər Məhəmməd ibn Əli?
اَاَدْخُلُ يَا نَبِيَّ اللّٰهِ
اَاَدْخُلُ يَا مُحَمَّدٍ ِ۟بْنَ عَبْدِ اللّٰهِ
اَاَدْخُلُ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اَاَدْخُلُ يَاۤ اَبَا مُحَمَّدٍ ۟اِلْحَسَنَ
اَاَدْخُلُ يَا اَبَا عَبْدِ اللّٰهِ الْحُسَيْنَ
اَاَدْخُلُ يَاۤ اَبَا مُحَمَّدٍ عَلِيَّ بْنَ الْحُسَيْنِ
اَاَدْخُلُ يَاۤ اَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ
اَاَدْخُلُ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ جَعْفَرَ بْنَ مُحَمَّدٍ
اَ اَدْخُلُ يَا مَوْلَايَ يَاۤ اَبَا الْحَسَنِ مُوْسَى بْنَ جَعْفَرٍ
اَاَدْخُلُ يَا مَوْلَايَ يَاۤ اَبَا جَعْفَرٍ
اَاَدْخُلُ يَا مَوْلَايَ مُحَمَّدَ بْنَ عَلِيٍّ۔
Sonra daxil ol və dörd dəfə de:
اَللهُ اَكْبَرُ
Allah böyükdür!
Sonra qəbrin müqabilində qiblə arxa tərəfdə olmaqla dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ ابْنَ وَلِيِّهِ
Salam olsun sənə ey Allahın vəlisi və Allahın vəlisinin övladı. Salam olsun sənə ey Allahın hüccəti və Allahın hüccətinin övladı. Salam olsun sənə ey Allahın seçdiyi bəndə və Allahın seçdiyi bəndənin övladı. Salam olsun sənə ey Allahın əmini və Allahın əmininin övladı. Salam olsun sənə ey yerin zülmətlərində Allahın nuru. Salam olsun sənə ey hidayət imamı. Salam olsun sənə ey din və təqva nişanəsi. Salam olsun sənə ey peyğəmbərlərin elminin xəzinəsi. Salam olsun sənə ey Allahın elçilərinin elminin xəzinəsi. Salam olsun sənə ey əvvəlki canişinlərin canişini. Salam olsun sənə ey aşkar vəhyin mədəni. Salam olsun sənə ey elmil-yəqinin sahibi. Salam olsun sənə ey Allahın elçilərinin elminin mədəni. Salam olsun sənə ey layiqli imam. Salam olsun sənə ey zahid imam. (Salam olsun sənə ey abid imam.) Salam olsun sənə ey agah imam və ağa. Salam olsun sənə ey qətlə yetirilən şəhid. Salam olsun sənə ey Rəsulallahın və onun canişininin övladı. Salam olsun sənə ey mövlam, ey Musa ibn Cəfər (ə), Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən Allah tərəfindən sənin öhdənə qoyulanı çatdırdın və sənin yanında əmanət qoyulanı qorudun. Allahın halalını halal və Allahın haramını haram hesab etdin. Allahın hökmlərini yaşatdın və Allahın kitabını tilavət etdin. Allah yolunda əzab-əziyyətlərə dözdün və Allah yolunda layiqincə cihad etdin, ta ki ölümün çatdı. Şəhadət verirəm ki, sən pak atalarının və babalarının, hidayət edən canişinlərin və hidayət olunmuş imamların yolunu getdin. Azğınlığı hidayətə tərcih etmədin və düz yoldan batil yola yönəlmədin. Şəhadət verirəm ki, sən Allah, Onun elçisi və Əmirəl-möminin üçün xeyirxahlıq etdin. Əmanəti geri qaytardın və xəyanətdən uzaq oldun. Namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin. Allaha ixlasla, ciddi-cəhdlə və mükafat ümidi ilə ibadət etdin, ta ki ölümün çatdı. Allah İslam və müsəlmanlar tərəfindən ən yaxşə və ən dəyərli mükafatı sənə əta etsin. Ey Rəsulallahın övladı, sənin hüzuruna gəlmişəm, bir halda ki, haqqını tanıyan bir ziyarətçiyəm və fəzlini iqrar edirəm; elmini öyrənmiş və sənin peymanının amanındayam; qəbirə və zərihinə pənah qətirmiş və səni Allah dərgahında şəfaətçi etmişəm; dostlarının dostu və düşmənlərinin düşməniyəm; sənin məqamına və sənin qərarlaşdığın hidayətə agaham; sənin müxaliflərinin azğın və onların qəlblərinin kör olduğunu bilirəm. Atam-anam, özüm və ailəm, malım və övladlarım sənə fəda olsun ey Rəsulallahın övladı. Sənin hüzuruna gəlmişəm, bir halda ki, səni ziyarət etməklə Uca Allaha yaxınlaşmaq istəyirəm və səni Onun dərgahında şəfaətçi edirəm. Elə isə, Rəbbinin dərgahında mənə şəfaət et, ta Allah mənim günahlarımı bağışlasın və xətalarımı əfv etsin, günahlarımdan keçsin və xətalarımı məhv etsin, məni Cənnətə daxil etsin və Özünün layiq olduğunu mənə əta etsin, məni, atamı (anamı), qardaşlarımı və bacılarımı, yerin şərqində və qərbində olan bütün mömin və möminələri bağışlasın. Öz fəzlini, kərəminə və minnətinə xatir.
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ وَ ابْنَ حُجَّتِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفِيَّ اللّٰهِ وَ ابْنَ صَفِيِّهِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْنَ اللّٰهِ وَ ابْنَ اَمِيْنِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ فِيْ ظُلُمَاتِ الْاَرْضِ
اَلسَّلَامُ عَلَيْكَ يَا اِمَامَ الْهُدٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا عَلَمَ الدِّيْنِ وَ التُّقٰى
اَلسَّلَامُ عَلَيْكَ يَا خَازِنَ عِلْمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَازِنَ عِلْمِ الْمُرْسَلِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا نَاۤئِبَ الْاَوْصِيَاۤءِ السَّابِقِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَعْدِنَ الْوَحْيِ الْمُبِيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَاحِبَ الْعِلْمِ الْيَقِيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْبَةَ عِلْمِ الْمُرْسَلِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاِمَامُ الصَّالِحُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاِمَامُ الزَّاهِدُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاِمَامُ الْعَابِدُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْاِمَامُ السَّيِّدُ الرَّشِيْدُ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْمَقْتُوْلُ الشَّهِيْدُ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ وَ ابْنَ وَصِيِّهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ مُوْسَى بْنَ جَعْفَرٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللّٰهِ مَا حَمَّلَكَ
وَ حَفِظْتَ مَا اسْتَوْدَعَكَ
وَ حَلَّلْتَ حَلَالَ اللّٰهِ
وَ حَرَّمْتَ حَرَامَ اللّٰهِ
وَ اَقَمْتَ اَحْكَامَ اللّٰهِ
وَ تَلَوْتَ كِتَابَ اللّٰهِ
وَ صَبَرْتَ عَلَى الْاَذٰى فِيْ جَنْبِ اللّٰهِ
وَ جَاهَدْتَ فِيْ اللّٰهِ حَقَّ جِهَادِهِ
حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
وَ اَشْهَدُ اَنَّكَ مَضَيْتَ
عَلٰى مَا مَضٰى عَلَيْهِ اٰبَاۤؤُكَ الطَّاهِرُوْنَ
وَ اَجْدَادُكَ الطَّيِّبُوْنَ
الْاَوْصِيَاۤءُ الْهَادُوْنَ
الْاَئِمَّةُ الْمَهْدِيُّوْنَ
لَمْ تُؤْثِرْ عَمًى عَلٰى هُدًى
وَ لَمْ تَمِلْ مِنْ حَقٍّ اِلٰى بَاطِلٍ
وَ اَشْهَدُ اَنَّكَ نَصَحْتَ لِلّٰهِ
وَ لِرَسُوْلِهِ وَ لِاَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ اَنَّكَ اَدَّيْتَ الْاَمَانَةَ
وَ اجْتَنَبْتَ الْخِيَانَةَ
وَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا
مُجْتَهِدًا مُحْتَسِبًا
حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
فَجَزَاكَ اللّٰهُ عَنِ الْاِسْلامِ وَ اَهْلِهِ
اَفْضَلَ الْجَزَاۤءِ وَ اَشْرَفَ الْجَزَاۤءِ
اَتَيْتُكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ زَاۤئِرًا
عَارِفًا بِحَقِّكَ
مُقِرًّا بِفَضْلِكَ
مُحْتَمِلًا لِعِلْمِكَ
مُحْتَجِبًا بِذِمَّتِكَ
عَاۤئِذًا بِقَبْرِكَ
لَاۤئِذًا بِضَرِيًحِكَ
مُسْتَشْفِعًا بِكَ اِلَى اللّٰهِ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
مُسْتَبْصِرًا بِشَأْنِكَ
وَ بِالْهُدَى الَّذِيْ اَنْتَ عَلَيْهِ
عَالِمًا بِضَلَالَةِ مَنْ خَالَفَكَ
وَ بِالْعَمَى الَّذِيْ هُمْ عَلَيْهِ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ
وَ نَفْسِيْ وَ اَهْلِيْ
وَ مَالِيْ وَ وَلَدِيْ
يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَتَيْتُكَ مُتَقَرِّبًا بِزِيَارَتِكَ اِلَى اللّٰهِ تَعَالٰى
وَ مُسْتَشْفِعًا بِكَ اِلَيْهِ
فَاشْفَعْ لِيْ عِنْدَ رَبِّكَ
لِيَغْفِرَ لِيْ ذُنُوْبِيْ
وَ يَعْفُوَ عَنْ جُرْمِيْ
وَ يَتَجَاوَزَ عَنْ سَيِّئَاتِيْ
وَ يَمْحُوَ عَنِّيْ خَطِيۤئَاتِيْ
وَ يُدْخِلَنِي الْجَنَّةَ
وَ يَتَفَضَّلَ عَلَيَّ بِمَا هُوَ اَهْلُهُ
وَ يَغْفِرَ لِيْ وَ لِاٰبَاۤئِيْ
وَ لِاِخْوَانِيْ وَ اَخَوَاتِيْ
وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
فِيْ مَشَارِقِ الْاَرْضِ وَ مَغَارِبِهَا
بِفَضْلِهِ وَ جُوْدِهِ وَ مَنِّهِ۔
Sonra zərihi öp və üzünün hər iki tərəfini zərihin üzərinə qoy. İstədiyin duaları et.
Sonra qəbrin baş tərəfinə get və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ
Salam olsun sənə ey mövlam, ey Musa ibn Cəfər, Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən hidayət edən imam və yol göstərən vəlisən. Sən Quranın mədəni, təvil elminin sahibi, Tövratın və İncilin elmini daşıyan, ədalətli alim və doğru danışan əməl sahibisən. Ey mövlam, mən sənin düşmənlərindən Allahın dərgahına şikayətçiyəm. Səni dost tutmaqla Allahın dərgahına yaxınlaşmaq istəyirəm. Allahın salamı olsun sənə, sənin atalarına, babalarına və övladalrına, sənin şiələrinə və səni sevənlərə, Allahın rəhməti və bərəkəti olsun sənə.
يَا مُوْسَى بْنَ جَعْفَرٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الْهَادِيْ
وَ الْوَلِيُّ الْمُرْشِدُ
وَ اَنَّكَ مَعْدِنُ التَّنْزِيْلِ
وَ صَاحِبُ التَّأْوِيْلِ
وَ حَامِلُ التَّوْرَاةِ وَ الْاِنْجِيْلِ
وَ الْعَالِمُ الْعَادِلُ
وَ الصَّادِقُ الْعَامِلُ
يَا مَوْلَايَ اَنَا اَبْرَاُ اِلَى اللّٰهِ مِنْ اَعْدَاۤئِكَ
وَ اَتَقَرَّبُ اِلَى اللّٰهِ بِمُوَالَاتِكَ
فَصَلَّى اللّٰهُ عَلَيْكَ
وَ عَلٰى اٰبَاۤئِكَ وَ اَجْدَادِكَ وَ اَبْنَاۤئِكَ
وَ شِيْعَتِكَ وَ مُحِبِّيْكَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra iki rəkət ziyarət namazı qıl: birinci rəkətdə Fatihədən sonra Yasin surəsini, ikinci rəkətdə Fatihədən sonra "ər-Rəhman" surəsini oxu. Yaxud da sənin üçün asan olan hər hansı Quran surəsini oxu. Namazdan sonra Allahdan öz istəklərini dilə.