İMAM CAVADIN (Ə) ZİYARƏTİ
Əllamə Məclisi nəql edir ki, Şeyx Mufid, Şeyx Şəhid və Məhəmməd ibn Məşhədi əvvəlki ziyarətin davamında yazmışlar:
Sonra babasının qəbrinin arxa tərəfində dəfn olunan İmam Məhəmməd ibn Əli əl-Cavadın (ə) qəbrinə tərəf get. O həzrətin qəbri kənarında dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
Salam olsun sənə ey Allahın vəlisi. Salam olsun sənə ey Allahın hüccəti. Salam olsun sənə ey yerin zülmətlərində Allahın nuru. Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə və sənin atalarına. Salam olsun sənə və sənin övladlarına. Salam olsun sənə və sənin dostlarına. Şəhadət verirəm ki, sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, Allahın kitabını layiqincə tilavət etdin, Allah yolunda layiqincə cihad etdin, Allah yolunda əzab-əziyyətlərə dözdün, ta ki ölümün çatdı. Ziyarət üçün hüzuruna gəlmişəm, bir halda ki, haqqını tanıyıram, dostlarınla dost və düşmənlərinlə düşmənəm. Elə isə, Rəbbinin dərgahından mənə şəfaət et.
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ فِيْ ظُلُمَاتِ الْاَرْضِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلٰىۤ اٰبَاۤئِكَ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلٰىۤ اَبْنَاۤئِكَ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلٰىۤ اَوْلِيَاۤئِكَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلَاوَتِهِ
وَ جَاهَدْتَ فِي اللّٰهِ حَقَّ جِهَادِهِ
وَ صَبَرْتَ عَلَى الْاَذٰى فِيْ جَنْبِهِ
حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
فَاشْفَعْ لِيْ عِنْدَ رَبِّكَ۔
Sonra zərihi öp və üzünün hər iki tərəfini onun üzərinə qoy. Daha sonra iki rəkət ziyarət namazı qıl. Ziyarət namazından sonra istədiyin namazları qıla bilərsən. Namazdan sonra səcdəyə get və de:
اِرْحَمْ مَنْ اَسَاۤءَ وَ اقْتَرَفَ
Pis iş tutan və cinayət edən, aciz qalan və (günahını) etiraf edən bəndəyə rəhm et
وَ اسْتَكَانَ وَ اعْتَرَفَ
Sonra üzünün sağ tərəfini səcdə yerinə qoy və de:
اِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ
Əgər mən pis bəndə olmuşamsa, amma Sən yaxşı Rəbbsən.
فَاَنْتَ نِعْمَ الرَّبُّ۔
Sonra üzünün sol tərəfini səcdə yerinə qoy və de:
عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ
Bəndənin günahı böyükdür, amma əfv Sənin tərəfindən gözəldir, ey Kərim!
فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ
Yenidən səcdəyə get və yüz dəfə de: