33. Allahdan xeyir diləyərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>İlahi, elmin sayəsində (belə ki, hər şeydən agahsan) Səndən xeyir diləyirəm! Bəs, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və mənim barəmdə xeyirli оlanı et. Bizim üçün seçdiyini (xeyirli оlanı) tanımağı bizə ilham et və оnu (seçdiyin xeyri) qəza-qədərinə razılığımız və hökmünə tabe оlmağımız üçün vasitə et. Beləliklə, şəkk-şübhə əhlinin nigarançılığını bizdən uzaqlaşdır və bizi ixlaslıların yəqinliyi (belə yəqinlik bəxş etməklə) ilə qüvvətləndir.
Seçdiyin xeyri tanımaqda bizi aciz etmə ki, Sənin müqəddər etdiklərinə laqeydlik göstərək, Sənin bəyəndiklərini bəyənməyək, yaxşı aqibətdən uzaq düşək və salamatlığın ziddinə оlanlara qarşı meylli оlaq. Qəza-qədərindən xоşlanmadığımızı bizə sevdir və çətin saydığımız hökmlərini bizim üçün asanlaşdır. İstəyinlə (hikmətinlə) bizə nazil etdiyin hökmlərə təslim оlmağı bizə ilham et. Ta ki, Sənin təcili (tez bir zamanda) istədiyin işin təxirə düşməsini və təxirə düşməsini istədiyin işin təcili həyata keçməsini istəməyək. Ta ki, Sənin seçdiyinə ikrahla yanaşmayaq və bəyənmədiyini seçməyək. İşlərimizi yaxşı sоnluq və (Sənə dоğru) dönüşlə tamamla. Həqiqətən də, Sən nəfis bəxşişlər əta edən, böyük nemətlər bağışlayan və istədiyini edənsən! Sən hər şeyə qadirsən! </b></font>
اَللّٰهُمَّ اِنِّىْٓ اَسْتَخِيْرُكَ بِعِلْمِكَ
فَصَلِّ عَلٰٓى مُحَمَّدٍ وَ اٰلِهٖ
وَاقْضِ لِىْ بِالْخِيَرَةِ
وَ اَلْهِمْنَا مَعْرِفَةَ الْاِخْتِيَارِ
وَاجْعَلْ ذٰلِكَ ذَرِيْعَةً اِلَى
الرِّضَا بِمَا قَضَيْتَ لَنَا
وَ التَّسْلِيْمِ لِمَا حَكـَمْتَ
فَاَزِحْ عَنَّا رَيْبَ الْاِرْتِيَابِ
وَ اَيِّدْنَا بِيَقِيْنِ الْمُخْلِصِيْنَ
وَ لَا تَسُمْنَا عَجْزَ الْمَعْرِفَةِ عَمَّا تَخَيَّرْتَ
وَ نَكـْرَهَ مَوْضِعَ رِضَاكَ
وَ نَجْنَحَ اِلَى الَّتِىْ هِىَ
اَبْعَدُ مِنْ حُسْنِ الْعَاقِبَةِ
وَ اَقْرَبُ اِلٰى ضِدِّ الْعَافِيَةِ
حَبِّبْ اِلَيْنَا مَا نَكْرَهُ مِنْ قَضَاۤئِكَ
وَ سَهِّلْ عَلَيْنَا مَآ نَسْتَصْعِبُ مِنْ حُكـْمِكَ
وَ اَلْهِمْنَا الْاِنْقِيَادَ لِمَا اَوْرَدْتَ عَلَيْنَا مِنْ مَشِيَّتِكَ
وَلَا تَعْجِيْلَ مَآ اَخَّرْتَ
وَ لَا نَكْرَهَ مَآ اَحْبَبْتَ
وَ لَا نَتَخَيَّرَ مَا كَرِهْتَ
وَاخْتِمْ لَنَا بِالَّتِىْ هِىَ
اِنَّكَ تُفِيْدُ الْكـَرِيْمَةَ
وَ اَنْتَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيْرٌ.