ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
53. Allahın qarşısında təvazökarlıq edərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Ey Rəbbim! Günahlarım məni susdurub, danışmağa sözüm yoxdur, heç bir bəhanəm də qalmayıb. Mən bəlamın əsiri, əməlimin girovuyam. Xətama görə sərgərdanam, həqiqi məqsədimdən dönmüşəm və bütün vücudumla yolumdan qalmışam. Özümü alçaq günahkarların, Sənə cürət etmiş bədbəxtlərin və vədəni yüngül sayanların cərgəsinə daxil etmişəm. Sən paksan! Hansı cürətlə əmrindən çıxmağa cürət etdim və hansı qürura görə özümü təhlükəyə atdım? Ey Mövlam! Üzüstə yıxılmağıma və ayağımın büdrəməsinə görə mənə rəhm et. Helminlə nadanlığımı və ehsanınla pisliyimi bağışla. aMən günahımı iqrar və səhvimi etiraf edirəm. Bu, əlim və başımdır ki, nəfsimdən qisas almaq üçün onu Sənə təslim edib yalvarıram. Qocalığıma, ömrümün bitməsinə, əcəlimin yaxınlaşmasına, zəifliyimə, miskinliyimə və çarəsizliyimə rəhm et. Ey Mövlam! İzim və nişanəm dünyada sona çatdığı, məxluqlar içərisində xatirəm silindiyi və unudulmuşlar kimi olduğum zaman mənə rəhm et. Ey Mövlam! Cismim çürüyən, əzalarım ayrılan və oynaqlarım bir-birindən qırılaraq surətim və halım dəyişilən zaman mənə rəhm et. İrəlidə məni gözləyən hadisələrdən qafil olduğum üçün əfsuslar olsun! Ey Mövlam! Həşr-nəşrimdə (qiyamətdə dirilmək) mənə rəhm et. O gündə məni dostlarınla bir cərgədə və sevdiklərinlə eyni mövqedə qərar ver. Məni Öz qonşuluğunda sakin et. Ey aləmlərin Rəbbi!
رَبِّ اَفْحَمَتْنِىْ ذُنُوْبِىْ
وَانْقَطَعَتْ مَقَالَتِىْ
فَلَاحُجَّةَ لِىْ
فَاَنَا الْاَسِيْرُ بِبَلِيَّتِىْ
الْمُرْتَهَنُ بِعَمَلِى
الْمُتَرَدَّدُ فِىْ خَطِيْئَتِى
الْمُتَحَيِّرُ عَنْ قَصْدِى
الْمُنْقَطِعُ بِىْ
قَدْ اَوْ قَفْتُ نَفْسِىْ
مَوْقِفَ الْاَذِلَّاۤءِ الْمُذْنِبِيْنَ
مَوْقِفَ الْاَشْقِيَاۤءِ الْمُتَجَرِّيْنَ عَلَيْكَ الْمُسْتَخِفِّيْنَ بِوَعْدِكَ
سُبْحَانَكَ
اَىَّ جُرْاَةٍ اِجْتَرَاْتُ عَلَيْكَ
وَ اَىَّ تَغْرِيْرٍ غَرَّرْتُ بِنَفْسِىْ
مَوْلَاىَ ارْحَمْ
كَبْوَتِىْ لِحُرِّوَجْهِىْ
وَ زَلَّةَ قَدَمِىْ
وَ عُدْبِحِلْمِكَ عَلٰى جَهْلِىْ
وَ بِاِحْسَانِكَ عَلٰى اِسَائَتِىْ
فَاَنَا الْمُقِرُّ بِذَنْبِىْ
الْمُعْتَرِفُ بِخَطِيْئَتِىْ
وَ هٰذِهٖ يَدِىْ وَ نَاصِيَتِىْ
اَسْتَكِيْنُ بِالْقَوَدِ مِنْ نَفْسِى
ارْحَمْ شَيْبَتِىْ
وَ نَفَادَ اَيَّامِىْ
وَ اقْتِرَابَ اَجَلِىْ
وَ ضَعْفِىْ وَ مَسْكَنَتِىْ
وَ قِلَّةَ حِيْلَتِىْ
مَوْلَاىَ وَارْحَمْنِىْ اِذَا
انْقَطَعَ مِنَ الدُّنْيَا اَثَرِىْ
وَامَّحٰى مِنَ الْمَخْلُوْقِيْنَ ذِكْرِىْ
وَ كُنْتُ فِى الْمَنْسِيِّيْنَ كَمَنْ قَدْ نُسِىَ
مَوْلَاىَ وَارْحَمْنِىْ عِنْدَ تَغَيُّرِ صُوْرَتِىْ وَ حَالِىْ اِذَا
بَلِىَ جِسْمِىْ
وَ تَفَرَّقَتْ اَعْضَائيِْ
وَ تَقَطَّعَتْ اَوْصَالِىْ
يَاغَفْلَتِىْ عَمَّا يُرَادُ بِىْ
مَوْلَاىَ وَارْحَمْنِىْ فِىْ حَشْرِىْ وَ نَشْرِىْ
وَاجْعَلْ فِىْ ذٰلِكَ الْيَوْمِ
مَعَ اَوْلِيَاۤئِكَ مَوْقِفِىْ
وَ فِىْ اَحِبَّاۤئِكَ مَصْدَرِىْ
وَ فِىْ جِوَارِكَ مَسْكَنِىْ
يَا رَبَّ الْعَالَمِيْنَ.