ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مُنَاجَاتُ التَّائِبِيْنَ
TÖVBƏ EDƏNLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Günahlar zillət, rüsvayçılıq libasını, Səndən uzaq düşmək isə çarəsizlik libasını əynimə geyindirmişdir. Böyük günahlarım qəlbimi öldürmüşdür, odur ki, tövbəmi qəbul etməklə onu dirilt. Ey mənim amalım, ey qəlbimin arzu və istəyi! İzzətinə and olsun ki, Səndən qeyri, günahlarımı bağışlayan birisini tapa bilməyəcəyəm və ümidsizliyim üçün Səndən qeyri bir məlhəmim yoxdur. Sənə tərəf qayıtmaqla və qarşında təslim olmaqla Sənə əyilmişəm.
اِلٰهِىْ اَلْبَسَتْنِىْ الْخَطَايَا ثَوْبَ مَذَلَّتِىْ، وَ جَلَّلَنِىْ التَّبَاعُدُ مِنْكَ لِبَاسَ مَسْكَنَتِىْ،
Elə isə, əgər məni dərgahından qovsan, görəsən kimə pənah aparım?! Və əgər hüzurundan geri qaytarsan, görəsən kimə sığınım?! Təəssüflər olsun xəcalət və rüsvayçılığıma! Aman pis əməllərimin və əldə etdiklərimin əlindən! Ey böyük günahları bağışlayan və sınıq sümükləri birləşdirən, Səndən diləyirəm ki, məni incidən cinayətlərimi bağışlayasan və məni rüsvay edən sirlərimin üstünü örtəsən. Qiyamət günü məni əfvinin ləzzətindən məhrum etməyəsən, gözəl şəkildə eyibləri örtməyindən və güzəştindən məni qismətsiz etməyəsən. Ey mənim Məbudum! Rəhmət buludlarının gölgəsini mənim günahlarımın üzərinə sal və mehribanlıq buludlarını eyiblərimi yumaqdan ötrü göndər. Ey mənim Məbudum! Məgər fərari qul ağasından qeyrisinin yanına qayıdarmı?! Məgər ağasından qeyrisi ona ağasının qəzəbindən pənah verərmi?!
وَ اَمَاتَ قَلْبِىْ عَظِيْمُ جَنَايَتِىْ، فَاَحْيِهٖ بِتَوْبَةٍ مِنْكَ يَا اَمَلِىْ وَ بُغْيَتِىْ،
Ey mənim Məbudum! Əgər günaha görə peşman olmaq tövbədirsə, onda izzətinə and olsun ki, mən həqiqətən peşman olanlardanam. Əgər bağışlanma diləmək günahın yüngülləşməsidirsə, onda mən həqiqətən Sənin dərgahında bağışlanma diləyənlərdənən. Sorğu-suala çəkmək Sənə məxsusdur, təki razı qalasan. Ey mənim Məbudum! Mənim üzərimdə olan qüdrətin xatirinə tövbəmi qəbul et. Mənə qarşı helmin, səbrin xatirinə məni əfv et. Mənə olan elmin xatirinə mənə qarşı mehriban ol. Ey mənim Məbudum! Bəndələrinin üzünə əfvinə tərəf açılan qapını Sən açmısan və onu "tövbə" qapısı adlandırıb buyurmusan: "Allaha tövbə edin, həm də xalis bir tövbə!" Onda görəsən qapı açıldıqdan sonra içəri daxil olmaqda qafil olan kimsə hansı üzrü gətirə bilər?
وَ يَا سُؤْلِىْ وَ مُنْيَتِىْ، فَوَعِزَّتِكَ مَآ اَجِدُ لِذُنُوْبِىْ سِوَاكَ غَافِرًا، وَلَا اَرٰى لِكَسْرِىْ غَيْرَكَ جَابِرًا،
Ey mənim Məbudum! Əgər günah işlətmək bəndən tərəfindən pisdirsə , heç şübhəsiz, bağışlamaq Sənin tərəfindən yaxşıdır. Ey mənim Məbudum! Mən Sənin əmrindən çıxan və sonra Sənin bağışladığın ilk şəxs deyiləm. Yaxud da Sənin yaxşılıqlarına üz tutan və Sənin də əta etdiyin ilk şəxs deyiləm. Ey çarəsizlərin səsinə cavab verən, ey zərər və ziyanı aradan qaldıran, ey ehsan və bəxşişi böyük olan, ey gizlini bilən, ey gözəl şəkildə səhvləri və günahları örtən! Səxavət və kərəminə xatir dərgahından şəfaət istəyirəm. Sənə (Sənin dostluğuna) və Sənin dərgahında olan mərhəmətinə təvəssül edirəm. Duamı qəbul et, dərgahına olan ümidimi naümid etmə (ümidsizliyə çevirmə), tövbəmi qəbul et, lütf və mərhəmətinə xatir xətalarımdan keç. Ey rəhimlilərin ən rəhimlisi!
وَ قَدْ خَضَعْتُ بِالْاِنَايَةِ اِلَيْكَ، وَ عَنَوْتُ بِالْاِسْتِكَانَةِ لَدَيْكَ، فَاِنْ طَرَدْتَنِىْ مِنْ بَابِكَ فَبِمَنْ اَلُوْذُ،
وَ اِنْ رَدَدْتَنِىْ عَنْ جَنَابِكَ فَبِمَنْ اَعُوْذُ، فَوَا اَسَفَاهُ مِنْ خَجْلَتِىْ، وَافْتِضَاحِىْ وَ وَالَهْفَاهُ مِنْ سُوْٓ ءِ عَمَلِىْ وَاجْتِرَاحِىْ، اَسْئَلُكَ يَا غَافِرَ الذَّنْبِ الْكَبِيْرِ،
وَ يَا جَابِرَ الْعَظْمِ الْكَسِيْرِ، اَنْ تَهَبَ لِىْ مُوْبِقَاتِ الْجَرَاۤئِرِ، وَ تَسْتُرَ عَلَىَّ فَاضِحَاتِ السَّرَاۤئِرَ،
وَ لَا تُخْلِنِىْ فِىْ مَشْهَدِ الْقِيَامَةِ مِنْ بَرْدِ عَفْوِكَ وَ غَفْرِكَ، وَ لَا تُعْرِنـِىْ مِنْ جَمِيْلِ صَفْحِكَ وَ سَتْرِكَ.
اِلٰهِىْ ظَلِّلْ عَلٰى ذُنُوْبِىْ غَمَامَ رَحْمَتِكَ، وَ اَرْسِلْ عَلٰى عُيُوْبِىْ سَحَابَ رَافَتِكَ.
اِلٰهِىْ هَلْ يَرْجِعُ الْعَبْدُ الْاٰبِقُ اِلَّا اِلٰى مَوْلَاهُ، اَمْ هَلْ يُجِيْرُه مِنْ سَخَطِهٖ اَحَدٌ سِوَاهُ.
اِلٰهِىْ اِنْ كَانَ النَّدَمُ عَلَى الذَّنْبِ تَوْبَةً، فَاِنِّىْ وَ عِزَّتِكَ مِنَ النَّادِمِيْنَ.
وَ اِنْ كَانَ الْاِسْتِغْفَارُ مِنَ الْخَطِيْٓئَةِ حِطَّةً، فَاِنِّىْ لَكَ مِنَ الْمُسْتَغْفِرِيْنَ.
لَكَ الْعُتْبٰى حَتّٰى تَرْضٰى. اِلٰهِىْ بِقُدْرَتِكَ عَلَىَّ تُبْ عَلَىَّ، وَ بِحِلْمِكَ عَنِّىْ اَعْفُ عَنِّىْ ،وَ بِعِلْمِكَ بِىْ اِرْفَقْ بِىْ.
اِلٰهِىْ اَنْتَ الَّذِىْ فَتَحْتَ لِعِبَادِكَ بَابً اِلٰىْ عَفْوِكَ سَمَّيْتَه التَّوْبَةَ، فَقُلْتَ تُوْبُوْا اِلَى اللهِ تَوْبَةً نَصُوْحًا، فَمَا عُذْرُ مَنْ اَغْفَلَ دُخُوْلَ الْبَابِ بَعْدَ فَتْحِهٖ.
اِلٰهِىْ اِنْ كَانَ قَبُحَ الذَّنْبُ مِنْ عَبْدِكَ, فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ. اِلٰهِىْ مَا اَنَا بِاَوَّلِ مَنْ عَصَاكَ فَتُبْتَ عَلَيْه،
وَ تَعَرَّضَ لِمَعْرُوْفِكَ فَجُدْتَ عَلَيْهِ، يَا مُجِيْبَ الْمُضْطَرِّ،يَا كَاشِفَ الضُّرِّ، يَا عَظِيْمَ الْبِرِّ، يَا عَلِيْمًاۢ بِمَا فِىْ السِّرِ،
يَا جَمِيْلَ السِّتْرِ، اِسْتَشْفَعْتُ بِجُوْدِكَ وَ كَرَمِكَ اِلَيْكَ، وَ تَوَسَّلْتُ بِجَنَابِكَ وَ تَرَحُّمِكَ لَدَيْكَ، فَاسْتَجِبْ دُعَاۤئِىْ وَ لَا تُخَيِّبْ فِيْكَ رَجَاۤئِىْ،
وَ تَقَبَّلْ تَوْبَتِىْ، وَ كَفِّرْ خَطِيْئَتِىْ بِمَنِّكَ وَ رَحْمَتِكَ، يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ