مناجات المعتصمين
PƏNAH APARANLARIN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey Allahım! Ey sığınanların hamisi! Ey pənah aparanların pənahı! Ey həlak olanlara nicat verən! Ey çarəsizləri qoruyan! Ey miskinlərə rəhm edən! Ey dara düşənlərin harayına cavab verən! Ey möhtacların xəzinəsi! Ey qəlbi qırıqların məlhəmi! Ey pənahsızların pənah yeri! Ey gücsüzlərin köməyi! Ey qorxanlara pənah verən! Ey qəmginlərin dadına çatan! Ey pənah aparanların pənahgahı! Əgər Sənin izzətinə pənah aparmasam, onda kimə pənah aparım?! Əgər qüdrətinə sığınmasam, onda kimə sığınım?! Halbuki, günahlarım məni Sənin güzəştinin ətəyindən yapışmağa vadar etmiş, xətalarım məni Sənin güzəştinin qapılarını döyməyə möhtac etmiş, pis əməllərim məni Sənin izzətinin qapısına çağırmış və əzabından qorxmaq məni Sənin güzəşt ipindən yapışmağa vadar etmişdir. Sənin ipindən yapışan kimsənin aqibəti rüsvayçılıq deyildir. Həmçinin yaraşmaz ki, Sənin izzətinə sığınan kimsə pənahsız qalsın və ya biganə qarşılansın. Ey mənim Məbudum! Bizi Öz himayəndən məhrum və nəzərindən binəsib etmə. Bizi həlakət uçurumlarından uzaqlaşdır. Çünki biz Sənin gözlərin önündəyik, Sənin pənahındayıq və Sənə məxsusuq! Xas mələklərinin və yaradılmışlarının salehləri xatirinə Səndən diləyirəm ki, bizim üçün bizi müsibətlərdən nicat verən, bəlalardan uzaqlaşdıran və faciəvi müsibətlərdən qoruyan bir qalxan qərar verəsən. (Həmçinin Səndən diləyirəm ki,) aramlığından bizə nazil edəsən, üzümüzü məhəbbətinin nuru ilə örtəsən, möhkəm bünövrəndə yer verəsən və himayən altında qərar verəsən. Mehribanlığına və rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
اَللّٰهُمَّ يَا مَلَاذَ الَّلاۤئِذِيْنَ، وَ يَا مَعَاذَ الْعَاۤئِذِيْنَ،
وَ يَا مُنْجِيَ الْهَالِكِيْنَ، وَ يَا عَاصِمَ الْبَاۤئِسِيْنَ،
وَ يَا رَاحِمَ الْمَسَاكِيْنِ، وَ يَا مُجِيْبَ الْمُضْطَرِّيْنَ، وَ يَا كَنْزَ الْمُفْقَتِرِيْنَ،
وَ يَا جَابِرَ الْمُنْكَسِرِيْنَ، وَ يَا مَاْوَى الْمُنْقَطِعِيْنَ،
وَ يَا نَاصِرَ الْمُسْتَضْعَفِيْنَ، وَ يَا مُجِيْرَ الْخَاۤئِـفِيْنَ،
وَ يَا مُغِيْثَ الْمَكْرُوْبِيْنَ، وَ يَا حِصْنَ اللاّٰجِيْنَ،
اِنْ لَمْ اَعُذْ بِعِزَّتِكَ فَبِمَنْ اَعُوْذُ، وَ اِنْ لَمْ اَلُذْ بِقُدْرَتِكَ فَبِمَنْ اَلُوْذُ،
وَ قَدْ اَلْجَاَتْنِى الذُّنُوْبُ اِلَى التَّشَبُّتِ بِاَذْيَالِ عَفْوِكَ،
وَ اَحْوَجَتْنِىْ الْخَطَايَا اِلَى اسْتِفْتَاحِ اَبْوَابِ صَفْحِكَ،
وَ دَعَتْنِىْ الْاِسَاۤئَةُ اِلَى الْاِنَاخَةِ بِفِنَاۤءِ عِزِّكَ،
وَ حَمَلَتْنِىْ الْمَخَافَةُ مِنْ نِقْمَتِكَ عَلَى التَّمَسُّكِ بِعُرْوَةِ عَطْفِكَ،
وَ مَا حَقُّ مَنِ اعْتَصَمَ بِحَبْلِكَ اَنْ يُخْذَلَ،
وَلَا َلِيْقُ بِمَنِ اسْتَجَارَ بِعِزِّكَ اَنْ يُسْلَمَ اَوْ يُهْمَلَ.
اِلٰهِىْ فَلَا تُخْلِنَا مِنْ جِمَايَتِكَ، وَلَا تَعْرِنَا مِنْ رِعَايَتِكَ،
وَ ذُدْنَا عَنْ مَوَارِدِ الْهَلَكَةِ، فَاِنَّا بِعَيْنِكَ وَ فِىْ كَنَفِكَ وَلَكَ.
اَسْئَلُكَ بِاَهْلِ خَآصَّتِكَ مِنْ مَلاۤئِكَتِكَ، وَالصَّالِحِيْنَ مِنْ بَرِيَّتِكَ،
اَنْ تَجْعَلَ عَلَيْنَا وَاقِيَةً تُنْجِيْنَا مِنَ الْهَلَكَـاتِ،
وَ تُجَنِّبُنَا مِنَ الْاٰفَاتِ، وَ تُكِنُّنَا مِنْ دَوَاهِىْ الْمُصِيْبَاتِ،
وَ اَنْ تُنْزِلَ عَلَيْنَا مِنْ سَكِيْنَتِكَ، وَ اَنْ تُغَشِّىَ وُجُوْهَنَا بِاَنْوَارِمَحَبَّتِكَ،
وَ اَنْ تُؤْوِيَنَا اِلٰى شَدِيْدِ رُكْنِكَ، وَ اَنْ تَحْوِيَنَا فِىْ اَكْنَافِ عِصْمَتِكَ،
بِرَأفَتِكَ وَ رَحْمَتِكَ، يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ.