مُنَاجَاتُ الشَّاكِرِينَ
ŞÜKÜR EDƏNLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə.Ey mənim Məbudum! Davamlı bəxşişlərin məni Sənin şükrünü yerinə yetirməkdən uzaq salmışdır. Lütf və kərəminin çoxluğu məni Sənin həmd-sənanı saymaqda aciz etmişdir. Daimi ruzin məni Sənin yaxşılıqlarını xatırlamaqdan uzaq salmışdır. Ardıcıl nemətlərin məni Sənin yaxşılıqlarını açıqlamaqda aciz etmişdir. Bu, o kəsin durumudur ki, Sənin nemətlərinin çoxluğunu etiraf edir. O bu nemətlər müqabilində səhlənkarlıq etmiş və öz səhlənkarlığına şahidlik edir. Rəuf , rəhim , bərr və kərim Sənsən! Sən, Sənə üz tutanları məhrum etmirsən və Səni arzulayanları dərgahından qovmursan. Ümid edənlər ümid yükünü Sənin gərgahında yerə qoyur və bəxşiş diləyənlər Sənin dərgahında mənzilgah salırlar. Elə isə, bizim arzularımızı ümidsizliklə qarşı-qarşıya qoyma və ümidsizlik libasını əynimizə geyindirmə. Ey mənim Məbudum! Sənin nemətlərinin böyüklüyü qarşısında mənim şükrüm kiçikdir. Mənə olan lütfkarlığın qarşısında mənim Sənə həmd-səna yağdırmağım azdır.
Sənin nemətlərin əynimə iman nurundan gözəllik libası geyindirmiş, ehsan lütfün başıma izzət, alicənablıq örtüyü qoymuş və nemətlərin boynuma açılmayan boyunbağı taxmışdır. Batini nemətlərin o qədər çoxdur ki, dilim onları saymaqda aciz olmuşdur. Zahiri nemətlərin o qədər çoxdur, düşüncəm onları dərk etməkdə aciz olmuşdur. O ki qaldı, bütün bunları saya bilim! Sənin şükrünü necə yerinə yetirim, bir halda ki, Sənə şükür etmək digər bir şükrü lazımlı edir. Belə ki, "Həmd-səna Sənə məxsusdur"- dediyim vaxt buna (şükür edə bildiyimə) görə yenidən: "Həmd-səna Sənə məxsusdur!"- demək mənə vacib olur. Ey mənim Məbudum! Məni yedizdirdiyin və boya-başa çatdırdığın kimi, firavan nemətlərini mənim üçün tamamla ,acı müsibətləri məndən uzaqlaşdır, məni hər iki aləmin ən dəyərli və üstün nemətlərindən indi də, gələcəkdə də bəhrələndir. Gözəl sınağın və bol nemətlərinə görə həmd-səna yalnız Sənə məxsusdur! Elə bir həmd ki, Sənin razılığına mavafiqdir və Sənin əzəmətli ehsanın və yaxşılığından qaynaqlanır. Ey əzəmətli, ey kərim! Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
اِلٰٓهِىْ اَذْهَلَنِىْ عَنْ اِقَامَةِ شُكْرِكَ تَتَابُعُ طَوْلِكَ،
وَ اَعْجَزَنِىْ عَنْ اِحْصَاۤءِ ثَناۤئِكَ فَيْضُ فَضْلِكَ، وَ شَغَلَنِىْ عَنْ ذِكْرِ مُحَامِدِكَ تَرَادُفُ عَوَاۤئِدِكَ،
وَ اَعْيَانِىْ عَنْ نَشْرِعَوَارِفِكَ تَوَالِىْ اَيَادِيْكَ، وَ هٰذَا مَقَامُ مَنِ اعْتَرَفَ بِسُبُوغِ النَّعَمَاۤءِ وَ قَابَلَهَا بِالتَّقْصِيْرِ،
وَ شَهِدَ عَلٰى نَفْسِهٖ بِالْاِهْمَالِ وَ التَّضْيِيْعِ، وَ اَنْتَ الرَّؤُفُ الرَّحِيْمُ الْبَرُّ الْكَرِيْمُ، الَّذِىْ لَا يُخَيِّبُ قَاصِدِيْهِ،
وَلَا يَطْرُدُ عَنْ فِنَاۤئِهٖ اٰمِلِيْهِ،بِسَاحَتِ تَحُطُّ رِحَالُ الرَّاجِيْنَ، وَ بِعَرْصَتِكَ تَقِفُ اٰمَالُ الْمُسْتَرْفِدِيْنَ،
فَلَا تُقَابِلْ اٰمَالَنَا بِالتَّخْيِيْبِ وَ الْاِيَاسِ، وَلَا تُلْبِسْنَا سِرْبَالَ الْقُنُوْطِ وَالْاِبْلَاسِ.
اِلٰهِىْ تَصَاغَرَ عِنْدَ تَعَاظُمِ اٰلاۤئِكَ شُكْرِىْ، وَ تَضَاۤئَلَ فِىْ جَنْبِ اِكْرَامِكَ اِيَّاىَ ثَنَاۤئِىْ وَ نَشْرِىْ،
جَلَّلَتْنِىْ نِعَمُكَ مِنْ اَنْوَارِ الْاِيْمَانِ حُلَلًا، وَ ضَرَبَتْ عَلَيَّ لَطَائِفُ بِرِّكَ مِنَ الْعِزِّ كِلَلًا،
وَ قَلَّدَتْنِىْ مِنَنُكَ قَلاۤئِدَ لَا تُحَلُّ، وَ طَوَّقَتْنِىْ اَطْوَاقًا لَا تُفَلُّ، فَاٰلاۤئُكَ جَمَّهٌ ضَعُفَ لِسَانِىْ عَنْ اِحْصَاۤئِهَا،
وَنَعْمَاۤؤُكَ كَثِيْرَةٌ قَصُرَ فَهْمِىْ عَنْ اِدْرَاكِهَا، فَضْلًا عَنِ اسْتِقْصَاۤئِهَا، فَكَيْفَ لِىْ بِتَحْصِيْلِ الشُّكْرِ؟
وَ شُكْرِىْ اِيَّاكَ يَفْتَقِرُ اِلٰى شُكْرٍ، فَكـُلَّمَا قُلْتُ لَكَ الْحَمْدُ، وَجَبَ عَلَيَّ لِذَالِكَ اَنْ اَقُوْلَ لَكَ الْحَمْدُ.
اِلٰهِىْ فَكَمَا غَذَّيْتَـنَا بِلُطْفِكَ، وَ رَبَّيْتَـنَا بِصُنْعِكَ، فَتَمِّمْ عَلَيْنَا سَوَابِغَ النِّعَمِ،
وَادْفَعْ عَنَّا مَكَارِهَ النِّقَمِ، وَ اٰتِنَا مِنْ حُظُوْظِ الدَّارَيْنِ، اَرْفَعَهَا وَ اَجَلَّهَا، عَاجِلًا وَاجِلًا،
وَ لَكَ الْحَمْدُ عَلٰى حُسْنِ بَلاۤئِكَ وَ سُبُوْغِ نَعْمَاۤئِكَ، حَمْدًا يُوَافِقُ رِضَاكَ وَ يَمْتَرِى الْعَظِيْمَ مِنْ بِرِّكَ وَ نَدَاكَ،
يَا عَظِيْمُ يَا كَرِيْمُ بِرَحْمَتِكَ يآ اَرْحَمَ الرَّاحِمِيْنَ.