QARİƏ (QORXUYA SALAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, on bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْقَارِعَةُ ۙ(1)
(1) (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.
مَا الْقَارِعَةُ ۚ(2)
(2) Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!
وَمَاۤ اَدْرٰٮكَ مَا الْقَارِعَةُ ؕ(3)
(3) Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).
يَوْمَ يَكُوْنُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوْثِۙ(4)
(4) O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.
وَتَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوْشِؕ(5)
(5) Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.
فَاَمَّا مَنْ ثَقُلَتْ مَوَازِيْنُهٗ ۙ(6)
(6) Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs
فَهُوَ فِىْ عِيْشَةٍ رَّاضِيَةٍ ؕ(7)
(7) Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.
وَاَمَّا مَنْ خَفَّتْ مَوَازِيْنُهٗ ۙ(8)
(8) Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə
فَاُمُّهٗ هَاوِيَةٌ ؕ(9)
(9) Məskəni və pənah yeri Haviyə olacaqdır.
وَمَاۤ اَدْرٰٮكَ مَا هِيَهْ ؕ(10)
(10) Sən nə bilirsən ki, Haviyə nədir?
نَارٌ حَامِيَةٌ(11)
(11) Olduqca qaynar və yandırıcı bir oddur.