Məkkədə nazil olmuşdur, dörd ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لِاِيْلٰفِ قُرَيْشٍۙ(1)
(1) Qüreyşin (həm bir-biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).
اٖلٰفِهِمْ رِحْلَةَ الشِّتَآءِ وَالصَّيْفِۚ(2)
(2) Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.
فَلْيَعْبُدُوْا رَبَّ هٰذَا الْبَيْتِۙ(3)
(3) Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər.
الَّذِىْۤ اَطْعَمَهُمْ مِّنْ جُوْعٍ ۙ وَّاٰمَنَهُمْ مِّنْ خَوْفٍ(4)
(4) O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.