ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
İXLAS SURƏSİ
Məkkədə nazil olmuşdur, dörd ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ هُوَ اللّٰهُ اَحَدٌ‌ ۚ‏(1)
(1) (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.
اَللّٰهُ الصَّمَدُ‌ ۚ‏(2)
(2) Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.
لَمْ يَلِدْ   ۙ وَلَمْ يُوْلَدْ ۙ‏(3)
(3) Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).
وَلَمْ يَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ ‏(4)
(4) Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».