ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
TƏKVİR (SARINMA) SURƏSİ
Məkkədə nazil olmuşdur, iyirmi doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا الشَّمْسُ كُوِّرَتْۙ‏(1)
(1) Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),
وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْۙ‏(2)
(2) Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,
وَاِذَا الْجِبَالُ سُيِّرَتْۙ‏(3)
(3) Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,
وَاِذَا الْعِشَارُ عُطِّلَتْۙ‏(4)
(4) (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,
وَاِذَا الْوُحُوْشُ حُشِرَتْۙ‏(5)
(5) Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,
وَاِذَا الْبِحَارُ سُجِّرَتْۙ‏(6)
(6) Dənizlərin dolacağı və qaynayacağı zaman,
وَاِذَا النُّفُوْسُ زُوِّجَتْۙ‏(7)
(7) (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,
وَاِذَا الْمَوْءٗدَةُ سُئِلَتْۙ‏(8)
(8) Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
بِاَىِّ ذَنْۢبٍ قُتِلَتْ‌ۚ‏(9)
(9) «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular.)
وَاِذَا الصُّحُفُ نُشِرَتْۙ‏(10)
(10) Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,
وَاِذَا السَّمَآءُ كُشِطَتْۙ‏(11)
(11) Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,
وَاِذَا الْجَحِيْمُ سُعِّرَتْۙ‏(12)
(12) Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,
وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْۙ‏(13)
(13) Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,
عَلِمَتْ نَفْسٌ مَّاۤ اَحْضَرَتْؕ‏(14)
(14) Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.
فَلَاۤ اُقْسِمُ بِالْخُنَّسِۙ‏(15)
(15) Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,
الْجَوَارِ الْكُنَّسِۙ‏(16)
(16) Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),
وَالَّيْلِ اِذَا عَسْعَسَۙ‏(17)
(17) And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.
وَالصُّبْحِ اِذَا تَنَفَّسَۙ‏(18)
(18) Və and olsun sökülməkdə olan dan yerinə.
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِيْمٍۙ‏(19)
(19) (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.
ذِىْ قُوَّةٍ عِنْدَ ذِى الْعَرْشِ مَكِيْنٍۙ‏(20)
(20) (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.
مُّطَاعٍ ثَمَّ اَمِيْنٍؕ‏(21)
(21) Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.
وَ مَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ‌ۚ‏(22)
(22) Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.
وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِيْنِ‌ۚ‏(23)
(23) Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِيْنٍ‌ۚ‏(24)
(24) Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).
وَمَا هُوَ بِقَوْلِ شَيْطٰنٍ رَّجِيْمٍۙ‏(25)
(25) Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.
فَاَيْنَ تَذْهَبُوْنَؕ‏(26)
(26) Belə isə, hara gedirsiniz?!
اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِيْنَۙ‏(27)
(27) Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ يَّسْتَقِيْمَؕ‏(28)
(28) Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ يَّشَآءَ اللّٰهُ رَبُّ الْعٰلَمِيْنَ‏(29)
(29) Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)