ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
TARİQ (GECƏ GƏLƏN) SURƏSİ
Məkkədə nazil olmuşdur, on yeddi ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالسَّمَآءِ وَالطَّارِقِۙ‏(1)
(1) And olsun göyə və gecə gələnə!
وَمَاۤ اَدْرٰٮكَ مَا الطَّارِقُۙ‏(2)
(2) Sən nə bilirsən o, gecə gələn nədir?!
النَّجْمُ الثَّاقِبُۙ‏(3)
(3) O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.
اِنْ كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌؕ‏(4)
(4) (Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!
فَلْيَنْظُرِ الْاِنْسَانُ مِمَّ خُلِقَؕ‏(5)
(5) Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.
خُلِقَ مِنْ مَّآءٍ دَافِقٍۙ‏(6)
(6) O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.
يَّخْرُجُ مِنْۢ بَيْنِ الصُّلْبِ وَالتَّرَآئِبِؕ‏(7)
(7) O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.
اِنَّهٗ عَلٰى رَجْعِهٖ لَقَادِرٌؕ‏(8)
(8) Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.
يَوْمَ تُبْلَى السَّرَآئِرُۙ‏(9)
(9) Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün
فَمَا لَهٗ مِنْ قُوَّةٍ وَّلَا نَاصِرٍؕ‏(10)
(10) (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.
وَالسَّمَآءِ ذَاتِ الرَّجْعِۙ‏(11)
(11) And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)
وَالْاَرْضِ ذَاتِ الصَّدْعِۙ‏(12)
(12) And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,
اِنَّهٗ لَقَوْلٌ فَصْلٌۙ‏(13)
(13) Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!
وَّمَا هُوَ بِالْهَزْلِؕ‏(14)
(14) Və əsla boş bir söz və zarafat deyildir!
اِنَّهُمْ يَكِيْدُوْنَ كَيْدًا ۙ‏(15)
(15) Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.
وَّاَكِيْدُ كَيْدًا ۚۖ‏(16)
(16) Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.
فَمَهِّلِ الْكٰفِرِيْنَ اَمْهِلْهُمْ رُوَيْدًا‏(17)
(17) Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).