EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ĞAŞİYƏ (BÜRÜYƏN) SURƏSİ
Məkkədə nazil olmuşdur, iyirmi altı ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
هَلْ اَتٰٮكَ حَدِيْثُ الْغَاشِيَةِؕ‏(1)
<font color="000000"><b>(1) (Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ خَاشِعَةٌ ۙ‏(2)
<font color="000000"><b>(2) O gün (bəzi) üzlər zəlil və çökmüş olar.</b></font>
عَامِلَةٌ نَّاصِبَةٌ ۙ‏(3)
<font color="000000"><b>(3) Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.</b></font>
تَصْلٰى نَارًا حَامِيَةً ۙ‏(4)
<font color="000000"><b>(4) Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.</b></font>
تُسْقٰى مِنْ عَيْنٍ اٰنِيَةٍؕ‏(5)
<font color="000000"><b>(5) Qaynar bulaqdan içirdiləcəklər.</b></font>
لَيْسَ لَهُمْ طَعَامٌ اِلَّا مِنْ ضَرِيْعٍۙ‏(6)
<font color="000000"><b>(6) Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).</b></font>
لَّا يُسْمِنُ وَلَا يُغْنِىْ مِنْ جُوْعٍؕ‏(7)
<font color="000000"><b>(7) (O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.</b></font>
وُجُوْهٌ يَّوْمَئِذٍ نَّاعِمَةٌ ۙ‏(8)
<font color="000000"><b>(8) O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.</b></font>
لِّسَعْيِهَا رَاضِيَةٌ ۙ‏(9)
<font color="000000"><b>(9) Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.</b></font>
فِىْ جَنَّةٍ عَالِيَةٍۙ‏(10)
<font color="000000"><b>(10) Ali və uca məqamlı Cənnətdə olarlar.</b></font>
لَّا تَسْمَعُ فِيْهَا لَاغِيَةً ؕ‏(11)
<font color="000000"><b>(11) Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.</b></font>
فِيْهَا عَيْنٌ جَارِيَةٌ‌ ۘ‏(12)
<font color="000000"><b>(12) Orada daim axan bulaq var.</b></font>
فِيْهَا سُرُرٌ مَّرْفُوْعَةٌ ۙ‏(13)
<font color="000000"><b>(13) Orada uca, qiymətli taxtlar var.</b></font>
وَّاَكْوَابٌ مَّوْضُوْعَةٌ ۙ‏(14)
<font color="000000"><b>(14) (Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.</b></font>
وَّنَمَارِقُ مَصْفُوْفَةٌ ۙ‏(15)
<font color="000000"><b>(15) Bir-birinin yanına düzülmüş yastıqlar</b></font>
وَّزَرَابِىُّ مَبْثُوْثَةٌ ؕ‏(16)
<font color="000000"><b>(16) (Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)</b></font>
اَفَلَا يَنْظُرُوْنَ اِلَى الْاِ بِلِ كَيْفَ خُلِقَتْ‏(17)
<font color="000000"><b>(17) Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?</b></font>
وَاِلَى السَّمَآءِ كَيْفَ رُفِعَتْ‏(18)
<font color="000000"><b>(18) Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?</b></font>
وَاِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ‏(19)
<font color="000000"><b>(19) Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?</b></font>
وَاِلَى الْاَرْضِ كَيْفَ سُطِحَتْ‏(20)
<font color="000000"><b>(20) Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?</b></font>
فَذَكِّرْ ؕ اِنَّمَاۤ اَنْتَ مُذَكِّرٌ ؕ‏(21)
<font color="000000"><b>(21) Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən.</b></font>
لَسْتَ عَلَيْهِمْ بِمُصَۜيْطِرٍۙ‏(22)
<font color="000000"><b>(22) Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).</b></font>
اِلَّا مَنْ تَوَلّٰى وَكَفَرَۙ‏(23)
<font color="000000"><b>(23) (Öyüd-nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd-nəsihətindən sonra) üz çevirər və kafir olarsa,</b></font>
فَيُعَذِّبُهُ اللّٰهُ الْعَذَابَ الْاَكْبَرَؕ‏(24)
<font color="000000"><b>(24) Allah ona ən böyük əzabla əzab verər.</b></font>
اِنَّ اِلَيْنَاۤ اِيَابَهُمْۙ‏(25)
<font color="000000"><b>(25) Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!</b></font>
ثُمَّ اِنَّ عَلَيْنَا حِسَابَهُمْ‏(26)
<font color="000000"><b>(26) Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.</b></font>