ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
FƏCR (DAN YERİ) SURƏSİ
Məkkədə nazil olmuşdur, otuz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْفَجْرِۙ‏(1)
(1) And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),
وَلَيَالٍ عَشْرٍۙ‏(2)
(2) Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),
وَّالشَّفْعِ وَالْوَتْرِۙ‏(3)
(3) Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),
وَالَّيْلِ اِذَا يَسْرِ‌ۚ‏(4)
(4) Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)
هَلْ فِىْ ذٰلِكَ قَسَمٌ لِّذِىْ حِجْرٍؕ‏(5)
(5) Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
اَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍۙ‏(6)
(6) Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?
اِرَمَ ذَاتِ الْعِمَادِۙ‏(7)
(7) Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə
الَّتِىْ لَمْ يُخْلَقْ مِثْلُهَا فِى الْبِلَادِۙ‏(8)
(8) Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdı.
وَثَمُوْدَ الَّذِيْنَ جَابُوا الصَّخْرَ بِالْوَادِۙ‏(9)
(9) (Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).
وَفِرْعَوْنَ ذِى الْاَوْتَادِۙ‏(10)
(10) Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.
الَّذِيْنَ طَغَوْا فِى الْبِلَادِۙ‏(11)
(11) O kəslər ki, şəhərlərdə tüğyan etdilər.
فَاَكْثَرُوْا فِيْهَا الْفَسَادَۙ‏(12)
(12) Və oralarda çoxlu fitnə-fəsad törətdilər.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ ۙۚ‏(13)
(13) Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
اِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِؕ‏(14)
(14) Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.
فَاَمَّا الْاِنْسَانُ اِذَا مَا ابْتَلٰٮهُ رَبُّهٗ فَاَكْرَمَهٗ وَنَعَّمَهٗ ۙ فَيَقُوْلُ رَبِّىْۤ اَكْرَمَنِؕ‏(15)
(15) Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).
وَاَمَّاۤ اِذَا مَا ابْتَلٰٮهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهٗ ۙ فَيَقُوْلُ رَبِّىْۤ اَهَانَنِ‌ۚ‏(16)
(16) Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.
كَلَّا‌ بَلْ لَّا تُكْرِمُوْنَ الْيَتِيْمَۙ‏(17)
(17) Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.
وَلَا تَحٰٓضُّوْنَ عَلٰى طَعَامِ الْمِسْكِيْنِۙ‏(18)
(18) Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.
وَتَاْكُلُوْنَ التُّرَاثَ اَكْلًا لَّمًّا ۙ‏(19)
(19) Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
وَّتُحِبُّوْنَ الْمَالَ حُبًّا جَمًّا ؕ‏(20)
(20) Və (dünya) malı(nı) lap çox sevirsiniz.
كَلَّاۤ اِذَا دُكَّتِ الْاَرْضُ دَكًّا دَكًّا ۙ‏(21)
(21) Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,
وَّجَآءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا ۚ‏(22)
(22) Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi
وَجِاىْٓءَ يَوْمَئِذٍۢ بِجَهَنَّمَ ۙ‌ يَوْمَئِذٍ يَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰى لَهُ الذِّكْرٰىؕ‏(23)
(23) Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!
يَقُوْلُ يٰلَيْتَنِىْ قَدَّمْتُ لِحَيَاتِى‌ۚ‏(24)
(24) O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهٗۤ اَحَدٌ ۙ‏(25)
(25) Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).
وَّلَا يُوْثِقُ وَثَاقَهٗۤ اَحَدٌ ؕ‏(26)
(26) Və heç kim Onun kimi zəncirləyə bilməz.
يٰۤاَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُۖ‏(27)
(27) Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),
ارْجِعِىْۤ اِلٰى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً‌ ۚ‏(28)
(28) Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!
فَادْخُلِىْ فِىْ عِبٰدِىۙ‏(29)
(29) Mənim bəndələrimin zümrəsinə daxil ol!
وَادْخُلِىْ جَنَّتِى‏(30)
(30) Və Mənim Cənnətimə daxil ol!