ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
LEYL (GECƏ) SURƏSİ
Məkkədə nazil olmuşdur, iyirmi bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالَّيْلِ اِذَا يَغْشٰىۙ‏(1)
(1) And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
وَالنَّهَارِ اِذَا تَجَلّٰىۙ‏(2)
(2) And olsun, cilvələnməkdə olan gündüzə.
وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُنْثٰٓىۙ‏(3)
(3) And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
اِنَّ سَعْيَكُمْ لَشَتّٰىؕ‏(4)
(4) Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
فَاَمَّا مَنْ اَعْطٰى وَاتَّقٰىۙ‏(5)
(5) Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,
وَصَدَّقَ بِالْحُسْنٰىۙ‏(6)
(6) Və Allahın vədlərini təsdiq etsə,
فَسَنُيَسِّرُهٗ لِلْيُسْرٰىؕ‏(7)
(7) Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
وَاَمَّا مَنْۢ بَخِلَ وَاسْتَغْنٰىۙ‏(8)
(8) Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,
وَكَذَّبَ بِالْحُسْنٰىۙ‏(9)
(9) Və İlahi vədləri təkzib etsə,
فَسَنُيَسِّرُهٗ لِلْعُسْرٰىؕ‏(10)
(10) Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
وَمَا يُغْنِىْ عَنْهُ مَالُهٗۤ اِذَا تَرَدّٰىؕ‏(11)
(11) Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
اِنَّ عَلَيْنَا لَلْهُدٰىۖ‏(12)
(12) Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.
وَاِنَّ لَنَا لَلْاٰخِرَةَ وَالْاُوْلٰى‏(13)
(13) Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
فَاَنْذَرْتُكُمْ نَارًا تَلَظّٰى‌ۚ‏(14)
(14) Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
لَا يَصْلٰٮهَاۤ اِلَّا الْاَشْقَىۙ‏(15)
(15) Ora yalnız ən azğın kafir girər və yanar.
الَّذِىْ كَذَّبَ وَتَوَلّٰىؕ‏(16)
(16) O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
وَسَيُجَنَّبُهَا الْاَتْقَىۙ‏(17)
(17) Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
الَّذِىْ يُؤْتِىْ مَالَهٗ يَتَزَكّٰى‌ۚ‏(18)
(18) O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
وَمَا لِاَحَدٍ عِنْدَهٗ مِنْ نِّعْمَةٍ تُجْزٰٓىۙ‏(19)
(19) Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
اِلَّا ابْتِغَآءَ وَجْهِ رَبِّهِ الْاَعْلٰى‌ۚ‏(20)
(20) O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
وَلَسَوْفَ يَرْضٰى‏(21)
(21) Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.