ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
ZƏLZƏLƏ SURƏSİ
Mədinədə nazil olmuşdur, səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا زُلْزِلَتِ الْاَرْضُ زِلْزَالَهَا ۙ‏(1)
(1) Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,
وَاَخْرَجَتِ الْاَرْضُ اَثْقَالَهَا ۙ‏(2)
(2) Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman,
وَقَالَ الْاِنْسَانُ مَا لَهَا‌ ۚ‏(3)
(3) Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» – deyəcəyi zaman
يَوْمَئِذٍ تُحَدِّثُ اَخْبَارَهَا ۙ‏(4)
(4) Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).
بِاَنَّ رَبَّكَ اَوْحٰى لَهَا ؕ‏(5)
(5) Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.
يَوْمَئِذٍ يَّصْدُرُ النَّاسُ اَشْتَاتًا ۙ لِّيُرَوْا اَعْمَالَهُمْؕ‏(6)
(6) O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.
فَمَنْ يَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَّرَهٗ ؕ‏(7)
(7) Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.
وَمَنْ يَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَّرَهٗ‏(8)
(8) Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.