Məhəmməd bin Müslümdən rəvayət olunur ki, İmam Məhəmməd Baqirin (ə) belə buyurduğunu eşitdim:
"Qiyamət günü Xanım Fatimə (s.ə.) Cəhənnəmin qapısı yaxınlığında dayanacaq. O gün hər bir kəsin alnına mömin və ya kafir olduğu yazılacaq. Elə Əhli-beyt fədaisi (mühid) olacaq ki, günahlarının çoxluğuna görə Cəhənnəmə məhkum ediləcək.
Onun alnında Əhli-beyt sevgisinin nişanəsini görən Fatimə belə münacat edəcək:"
اِلٰهِيْ وَ سَيِّدِيْ سَمَّيْتَنِيْ فَاطِمَةَ، وَ فَطَمْتَ بِيْ مَنْ تَوَلَّانِيْ وَ تَوَلّٰى ذُرِّيَّتِيْ مِنَ النَّارِ، وَ وَعْدُكَ الْحَقُّ، وَ اَنْتَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
Uca Allah (izzət və cəlal sahibi) buyuracaq: "Doğru söyləyirsən, ey Fatimə! Həqiqətən, Mən Səni Fatimə adlandırdım və Sənin vasitənlə Səni sevənləri və Sənin nəslini sevənləri Cəhənnəm atəşindən uzaq tutacağıma (ayıracağıma) söz verdim. Mənim vədim haqdır və Mən heç vaxt vədimə xilaf çıxmaram." Və sonra buyuracaq:
"İndi isə alnında “mühid” (fədai/sevən) yazılmış kimi görsən, onun əlindən tut və özünlə birlikdə Cənnətə apar."